Məhkəmə qərarları › İş №2(102)-52/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-52/2024

29.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-52/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (üçüncü şəxslər “Asan xidmət” mərkəzində notariat ofisi, Gəncə şəhər 2 saylı notariat ofisi və Gəncə şəhər 3 saylı notariat ofisi) iş üzrə QƏRARİ (Açar sözlər: uydurma əqd, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1330/2023 nömrəli mülki iş üzrə 21 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məh kəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(104)-3746/2017 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, 2(044)- 5584/2017 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin edilməsi və Cavabdeh1 53000 (əlli üç min) ABŞ dollarının qətnamənin icra olunduğu günə olan manata məzənnəsi ilə hesablanması qaydasında alınaraq İddiaçı verilməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2018-ci il tarixli, 2( 102)-3284/2018 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(104)-3746/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. AN-İ seriyalı, ******* nömrəli, 26 may 2018-ci il tarixli, 4Ə-164 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,1 kv,m, yaşayış sahəsi 40,5 kv,m yardımçı sahəsi 18,6 kv,m olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəsi alıcının mülkiyyətinə verir: Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən satıcıya məxsusdur: DTİ və MHQİ tərəfindən xx.xx.2004-cü il tarixdə Cavabdeh1 verilmiş 11362 qeydə alma nömrəsi ilə 19 nömrəli kitabın səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyə t hüququ üzrə 59,1 kv,m, 3 otaq; daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi 385 olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlakı ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 20000 manat (iyirmi min manat) qiymətinə satdı. Alıcı isə həmin qiymətə aldı Alıcı Cavabdeh2 satıcı Cavabdeh1 satdığı tam hissəni (59,1 kv,m) ondan 20000 manat (iyirmi min manat) qiymətinə aldı.

5. AN-İ seriyalı, ******* nömrəli, 28 iyun 2018-ci il tarixli, 4Ə-153 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Gəncə şəhəri, Kəpəz rayonu, X4 prospekti (keçmiş H. Əliyev) 1 ünvanında yerləşən ümumi sahəsi 139,1 kv,m olan qeyriyaşayış sahəsinin tam mülkiyyət üzrə o na məxsus hissəsindən aşağıda göstərilən hissəni alıcının mülkiyyətinə verir: Satıcı Cavabdeh1 (tam hissə 139,1 kv,m) alıcı Cavabdeh2. Satılan daşınmaz əmlak aşağıdakı hüquq müəyyənedici sənədə əsasən satıcıya məxsusdur: AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2006 tarixdə Cavabdeh1 verilmiş seriya nömrəsi 000585 olan şəhadətnaməyə əsasən tam mülkiyyət üzrə 139,1 kv,m; Daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2018 il tarixli, qeydiyyat nömrəsi 456 olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 60000 manat (altmış min manat) qiymətinə satdı, alıcı isə həmin qiymətə aldı. Alıcı Cavabdeh2 satıcı Cavabdeh1 satdığı tam hissəsi (139,1 kv,m) ondan 60000 manat (altmış min manat) qiymətinə aldı.

6. AN-İ seriyalı, ******* nömrəli, 29 may 2018-ci il tarixli, 4Ə-1573 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən, satıcı ünvan 3 ünvanında yerləşən ümumi 41,7 kv,m yaşayış sahəsi 29,6 kv,m yardımçı sahəsi 12,1 kv,m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəsini Alıcının mülkiyyətinə verir: Satıcı Cavabdeh1 (tam hissə, 41,7 kv,m, 2 otaqlı mənzili) alıcı Cavabdeh2 satdı. Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən satıcıya məxsusdur. Daşkəsən TİB tərəfindən xx.xx.2004 tarixdə Cavabdeh1 verilmiş 41508 qeydə alma nömrəsi ilə 4 nömrəli kitabın səhifəsində qeydə alınmış qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyət üzrə 41,7 k v,m 2 otaq; daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi 390 olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 13000 manata satdı, alıcı isə həmin qiymətə aldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 4 ünvandakı mənzilə dair bağlanmış xx.xx.2018 tarixli, 4Ə1573 nömrəli, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50V/25 nömrəli mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-164 nömrəli və Gəncə şəhəri, Ş. İ. Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən obyektə (sabiq “Yasəmən” mağazasına) dair bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-153 nömrəli alqı-satqı müqavilələrinin əhəmiyyətsiz hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının pul tələbinə dair 15 noyabr 2017-ci il tarixli, 2(104)-3746/2017 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək 53.000 ABŞ dolları qətnamənin icra olunduğu günə manata olan məzənnəsi ilə hesablanması qaydasında borcun ödənilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermiş və məhkəmə kollegiyası şikayəti təmin etməmiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirmədən öz qüvvəsində saxlamışdır. Cavabdeh1 Azərbaycan Respublikası Ali Məhkəməsin in qərarından məlumat aldıqdan 7 gün sonra borcun əmlaka yönəldilməməsi üçün ən azı 7 daşınmaz əmlakını, o cümlədən Yaponiya istehsalı "Toyota-Corolla" markalı minik avtomobilini uydurma alqı-satqı müqavilələri ilə arvadının və yaxın adamlarının adına keçirmişdir. Onun uydurma alqı-satqı yolu ilə nikah bağlamadığı lakin faktiki arvadı olan Cavabdeh2 adına keçirdiyi Daşınmaz Əmlaklar aşağıdakılardır: xx.xx.2018 tarixli, 4Ə-1573 nömrəli alqı-satqı müqaviləsi ilə Daşkəsən şəhəri, İ. Qayıbov küçəsi, 28/22 nömrəli mənzili satmışdır. xx.xx.2018-ci il tarixli, 4Ə-164 nömrəli alqı-satqı müqaviləsi ilə Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50V/25 nömrəli mənzili satmışdır. xx.xx.2018-ci il tarixli, 4Ə-153 nömrəli alqı-satqı müqaviləsi ilə Gəncə şəhəri, Xətai prospekti, 237/1 nömrəli ünvanda yerləşən ob yekti (sabiq “Yasəmən” mağazasını) satmışdır. r. Bu 4 ev və mənzilin ümumi bazar dəyəri təxminən 250.000 manatdır. Cavabdeh1 xx.xx.2018-ci il tarixli qətnamə qanuni qüvvəsini alandan sonra icra məmuruna yaşadığı yer barədə yanlış məlumatlar verərək, uzun müddət onu çaşdırmış, fırıldağı aşkar ediləndən sonra isə özünü gah Qarabağ uğrunda döyüşlərin iştirakçısı, gah şizofreniyaya mübtəla olan anlaqsız adam kimi qələmə vermiş, lakin ifşa olunduğundan, düşündüyü fırıldaqları həyata keçirə bilməmişdir. İcra məmuru onun barəsində xx.xx.2018ci il tarixdə axtarış qərarı vermiş, məcburi gətirilmə təqdimatı yazmış, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(044)-300/2019 nömrəli qərardadı ilə ölkədən çıxmaq hüququnu müvəqqəti məhdudlaşdırmış, nəhayət borc üzrə hər hansı ödəni ş etməməsindən, ancaq yalan vədlər verməsindən bezmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(044)-590/2021 nömrəli qərarı ilə İXM-nin 528.1-ci maddəsinin əsasında 500 manat cərimə etdirmişdir. Lakin bunun da təsiri olmamışdır. Cavabdeh1 borcundan 1 manat da ödəməmiş və ödəmək fikrində deyildir. Onun borcunu ödəməyəcəyinə andı vardır. İşləri məhkəmədə olanda cavabdeh ona özü belə deməklə əsəbiləşdirməyə çalışmışdır. xx.xx.2020-ci il tarixdə Gəncə şəhər X1 Komissiyası Cavabdeh1 həkim qardaşı Ehtibar Xəlilovun hesabına onun barəsində fəaliyyət qabiliyyətli şəxs olmamasına dair rəy vermişdir. Lakin uydurma rəy Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" tərəfindən ləğv olunmuşdur. Beləliklə cavabdehin borcdan yayınmaq üçün n övbəti saxtakarlığı da ifşa olunmuşdur. Cavabdeh1 həqiqətən psixi xəstədirsə, fəaliyyət qabiliyyəti yoxdursa, onun bağladığı müqavilələr, ələlxüsus arvadı ilə bağladığı müqavilələr bu halda da etibarsız (əhəmiyyətsiz) hesab edilməli, satılan əmlaklar Cavabdeh1 özünə qaytarılmalıdır. İndiki iddiasında iddiaçı yalnız Cavabdeh1 öz arvadı ilə bağladığı 3 uydurma alqı-satqı müqaviləsini mübahisələndirməyi lazım bilmişdir. Bu 3 əmlakın ümumi dəyəri Cavabdeh1 iddiaçıya olan borcunu ödəmək üçün yetərlidir. Cavabdeh1 ilə Cavabdeh2 bir evdə yaşayırlar. Onların birgə yaşayışından həddi-buluğa çatmamış bir uşaqları vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qətnaməsindən xəbər tutduqdan sonra Cavabdeh1 2 gün ərzində 2 daşınmaz əmlakı, 1 aydan sonra isə daha bir daşınmaz əmlakı öz arvadına satm asında məntiq yoxdu çünki Cavabdeh2 özü evdar qadındır və 15 ildir ki, işləmir, pensiya almır, biznesi yoxdur, oğru-quldur, çapqıncı deyildir. Təxmini qiyməti 200.000 manat olan bu 3 daşınmaz əmlakı hər hansı bir qazanc mənbəyi olmayan bu qadın ala bilməz. Həmin müqavilələrin əhəmiyyətsizliyini iddiaçı borc ödənişinin təmin edilməsi naminə məhkəmədə tələb etmək məcburiyyətində qalmışdır.

9. Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı onun əvvəllər şəriki olmuş və onlar birlikdə alver və daşınmaz əmlakların alqı-satqısını etmişlər. 2011-ci ildə onlar dəri kurtka və şuba alveri ilə məşğul olmaq qərarına gəlmiş və Rusiya Federasiyasında yaşayan Amil adlı şəxsə bu işlə əlaqədar 46.000 ABŞ dolları məbləğində pul vermişlər. Razılaşmaya əsasən Amil adlı şəxs şubanın və dəri kurtkalar ın satışından əldə olunan məbləğdən onlara qazanc verməli idi. Təxminən 1 il müddətinə Amil adlı şəxs iddiaçıya və cavabdehə ayrı-ayrılıqda ümumilikdə 8.000 ABŞ dolları məbləğində pul vermişdir. Sonradan Amilin işlədiyi Rusiya Federasiyasında olan "Çerkizov" adına bazar bağlanmış və Amil adlı şəxs onlara artıq malların əlində qaldığını və hər hansı qazanc əldə edə bilmədiyini, buna görə də əlində olan şuba və dəri kurtkaları onlara geri qaytaracağını bildirmişdir. O, bu barədə İddiaçı bildirdikdən sonra aralarında narazılıqlar yaranmış və İddiaçı ondan 23.000 ABŞ dolları pulu geri istəmişdir. Halbuki, iddiaçı həmin pulun 4.000 ABŞ dollarını qazanc götürmüş və Cavabdeh1 iddiaçı kimi həmin alverdən 23.000 ABŞ dolları pul itirmişdir. Bundan başqa Cavabdeh1 iddiaçı ilə aralarında digər alver d ə olmuş və həmin alverdən onun iddiaçıya borcu qalmadığı təqdirdə ondan 30.000 ABŞ dolları ümumilikdə 53.000 ABŞ dolları pul tələb etmiş, Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(104)-3746/2017 saylı qərarına əsasən ondan 53000 ABŞ dolları alınaraq İddiaçı verilməsi qərara alınmışdır. “Toyota-Corolla” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ümumiyyətlə nə onun adına, nə də ki, ona məxsus olmamışdır. Həmin avtomaşın 17 avqust 2007-ci il tarixdən X2 məxsus olmuşdur. İddiaçının iddia ərizəsində göstərdiyi mülklərin kimə məxsus olmasını iddiaçının özü yaxşı bilir və onları tanıyır. Çünki iddiaçı həmin mülklərin hamısına dair alqı-satqının əhəmiyyətsiz hesab edilməsini xahiş etməmiş, yalnız digər cavabdeh olan Cavabdeh2 adına qeydə alınmış əmlakların a lqı-satqısını mübahisələndirmişdir. Onun digər cavabdeh olan Cavabdeh2 ilə aralarında ər-arvad münasibəti yoxdur. Bundan əlavə o, iddiaçıya mülkiyyətində olan Gəncə şəhəri, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evini təklif etmiş, həmin mülk qiymətləndirilmiş və açıq hərraca çıxarılmışdır. Halbuki, iddiaçı iddia ərizəsində onun iddiaçıya məhkəmə qətnaməsi ilə olan borcunu ödəməyəcəyinə dair and içdiyini yazmışdır. Bundan əlavə o, səhhətində olan problemlərlə əlaqədar dəfələrlə Gəncə şəhər Psixatriya Xəstəxanasında qalmaqla müalicə almışdır. Axırıncı dəfə o, həmin xəstəxanada 01 sentyabr 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək müalicə almışdır. Onun fəaliyyət qabiliyyətsizliyi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(104)-4004/2019 saylı qə rardadı ilə baxılmamış saxlanılmışdır. Hal-hazırda əlilliyinə görə aldığı müavinətin 50 faizi, yəni 135 manat pul vəsaiti İddiaçı xeyrinə tutulur. İddiaçı iddia ərizəsində DƏDRX-nin Gəncə Ərazi İdarəsinin mülklərin alqısatqısına dair 21 dekabr 2018-ci il tarixli məktubunu əlavə etmiş və məhkəmə iclasında da bildirmişdir ki, iddia ərizəsində göstərilən mülklərin onun tərəfindən başqa adamlara satılmasına dair xəbəri 2018-ci il tarixdən məlum olmuşdur. Bundan əlavə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(044)-1101/2019 saylı qətnaməsindən maraqlı şəxs İddiaçı apellyasiya şikayəi vermiş və şikayətində həmin əmlakların başqa şəxsə satılmasını bildirmişdir.

10. Məhkəmə iclasında iddiaçı, ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, Cavabdeh1 qarşı pul tələbin ə dair məhkəmədə iddia qaldıran zaman onun adında bir sıra əmlakların olmasını bilmişdir, lakin məhkəmədən həmin əmlakların üzərinə həbs qoyulması barədə ərizə verməmişdir. Cavabdeh iddia ərizəsində göstərilən əmlakları heç bir məhdudiyyət və həbs olmadığı dövrdə satmışdır. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilərsə, sözügedən mülklər Cavabdeh1 mülkiyyətinə geri qayıdacaq və həmin mülklərə icra məmuru tərəfindən həbs qoyulacaqdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Gəncə Şəhər Məhkəməsinin 2(125)-736/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia rədd edilmişdir.

12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, ilk növbədə İddiaçı müv afiq subyektiv hüquqa malik olub-olmaması və cavabdehlər tərəfindən həmin hüququnun pozulubpozulmaması araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir idda tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmalıdır. İddia irəli sürməyə imkan verən subyevtik mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyətli və əsassız olardı. Bu mənada məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilm əmiş, eyni zamanda İddiaçı Cavabdeh1 ilə digər Cavabdeh2 arasında alqı-satqı müqavilələrinin bağlanmasında tərəf olmamış, mübahisəndirilən alqısatqı müqavilələrinin bağlanması İddiaçı maraqlarına toxunmasını sübut edə bilməmiş, bununla da müəyyən olunur ki, İddiaçı subyektiv hüquqa malik olduğunu göstərə bilməmişdir.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş **********89 nömrəli, 21 dekabr 2018-ci il tarixli məktubuna əsasən İddiaçı mübahisələndirdiyi əmlaklar Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, bina 28, 22 saylı mənzil, Gəncə şəhər 7 saylı notaiat kontorunun xx.xx.2004-cü il tarixli, 4Ə-4-714 saylı alq ı-satqı müqaviləsinə əsasən, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, bina 50B, 25 saylı mənzil Gəncə şəhər 3 saylı notariat kontorunun xx.xx.2004-cü il tarixli, 4Ə-1-141 saylı alqı-satqı müqaviləsinə əsasən və Gəncə şəhəri, X4 prospekti, 237, 1 saylı binada yerləşən qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2006-cı il tarixli, 000585 qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 mülkiyyətinə verilmişdir. Yəni, İddiaçı mübahisəndirdiyi əmlaklar üzərində Cavabdeh1 birbaşa mülkiyyət hüququ olmuşdur. Cavabdeh1 özünə məxsus olan adı çəkilən əmlakları digər cavabdeh olan Cavabdeh2 əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərt daxilində əqdin subyektiv tərkibinə aid şərt, əqdin formasın a aid şərt, əqdin məzmununa aid şərt və əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtlərə əməl etməklə satmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə digər cavabdeh olan Cavabdeh2 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, 4Ə-1573 reyestr nömrəli, AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, 4Ə-164 reyestr nömrəli və AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, 4Ə153 reyestr nömrəli alqı-satqı müqavilələrinin etibarsızlığı üçün qanunla müəyyən edilmiş müqavilənin subyekt tərkibinə, formasına, məzmununa və iradə ifadəsinə dair halların pozulması məhkəmə tərəfindən müəyyən edilmir və iş materiallarına əlavə edilmiş sübutlarlarla da öz təsdiqini tapmır.

14. Məhkəmə öz qərarını Azərbaycan Respublikası Konstitusiyasını n 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 324.1, 324.2, 324.4, 337.1, 337.3, 337.4, 340.1, 340.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4 218.1-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun şəkildə əsaslandırılmışdır.

16. Gəncə Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Şamil Rzaquliyev sədrlik edən və məruzəçi, Loğman Süleymanov və Afiq Hüseynzadə) 2(104)-1330/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

17. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.2, 217.4, 218.1, 384.0.1, 385.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarş ı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla göstərilmişdir ki, mübahisəli alqı-satqı müqavilələrinin uydurma olması onların imzalanma tarixindən bəllidir. Belə ki, cavabdehlər müqavilələri Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarından bir neçə gün sonra bağlamışdır və bu da Cavabdeh1 kassasiya instansiyası məhkəməsinin qətnaməsindən yayınması üçündür. Apellyasiya instansiya məhkəməsinin tərəflər arasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tə rəfindən həyata keçirildiyi və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanındığı hissəsinə yanaşmada iddiaçı bildirmişdir ki, onun işə əlavə etdiyi fotoşəkillər, Cavabdeh1 başqa bir iş ilə bağlı verdiyi izahatlar cavabdehlər arasında faktiki nikah olmasa belə onların ər-arvad münasibətində olmalarının sübutudur.

21. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1, 560, 560.3.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyası Plenumunun M. Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 220.4-cü maddələrinə əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh1 etiraz edərək kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. Azərbay can Respublikasının Konstitusiyası

23. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası

24. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

26. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tə rəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

27. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

28. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

29. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikas ının Mülki Prosessual Məcəlləsi

30. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərur ətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. üçün apellyasiya Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Kassasiya məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

40. Birinci instansiya məhkəməsi alqı-satqı müqavilələrinin etibarsız sayılması barədə iddianı rədd edərkən bir tərəfdən iddiaçının bu tələbi irəli sürməyə subyektiv hüququnun olmadığını b ildirmiş, digər tərəfdən əqdlərin etibarsız sayılması üçün əsasların müəyyən edilmədiyini göstərmişdir. Apellyasiya məhkəməsi də bu mövqelərlə razılaşmışdır (§ 12, 13, 18).

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, “apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qayda lara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”.

42. Baxılan işdə İddiaçı, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız sayılması barədə tələbini onunla əsaslandırır ki, Cavabdeh1 ona 53.000 ABŞ dolları məbləğində borcu vardır. Cavabdeh1 borcun əmlakına yönəldilməsi və məcburi satılması hesabına ödənilməsinin qarşısını almaq məqsədilə formal olaraq mübahisə olunan alqı-satqı müqavilələrini rəsmiləşdirməklə əslində uydurma əqd bağlamışdır.

43. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmi yyətsizdir.

44. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır.

45. İddiaçı ona istinad edir ki, mübahisə olunan əqdlərin rəsmiləşdirilməsində məqsəd borclunun müqavilələrin predmeti olan əşyaların mülkiyyətçisi kimi görünməməsini təmin etməklə tələbin həmin əmlaka yönəldilmənin qarşısını almaqdır. Belə olan halda, alacağının borclunun əmlakı hesab ına ödənilməsi imkanı aradan qalxır və tələbkar kimi hüquqları pozulur.

46. Məhkəmə tərkibi qeyd edir ki, uydurma əqd bir qayda olaraq üçüncü şəxsləri aldatmaq və xarici aləmə həqiqətdə olmayan bir hüquqi vəziyyəti göstərmək məqsədilə bağlandığı üçün bu vəziyyətə görə mənafeyi pozulan hər bir şəxs həmin əqdin etibarsızlığına dair məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Mövcud vəziyyətdə həmin şəxsin subyektiv hüququnun olmaması barədə mövqe məhkəmə müdafiəsi hüququna ziddir.

47. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 48. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə görə, hər kəs, onun mülki hüquq və və zifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

49. Eyni zamanda, MPM-in 4.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

50. Göstərilənlərə əsasən kassasiya məhkəməsi bu qənaətə gəlir ki, kreditorun (tələbkarın) borclunun öz əmlakını icradan yayındırmaq məqsədilə bağladığı əqdlərin etibarsız sayılması barədə tələb irəli sürməyə subyektiv hüququ vardır və belə iddia uydurma əqdə dair maddi hüquq normasının dispozisiya şərtləri əsasında həll edilməl idir.

51. Bu zaman məhkəmə məsələyə formal yanaşmamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları, o cümlədən mübahisə olunan əqdlərin rəsmiləşdirilməsi ilə hədəflənən hüquqi nəticənin nədən ibarət olmasını, başqa sözlə əqdin tərəflərinin müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək istədiklərini, yoxsa belə nəticə arzulamadan müqavilələrin sadəcə üçüncü şəxslərdə yalnış təsəvvür yaratmaq məqsədilə bağlanmasını, bu konteksdə müqavilələrin rəsmiləşdirildiyi dövrü, alıcının kimliyini və satıcı ilə münasibətlərinin nədən ibarət olmasını, əqdin tərəflərinin müqavilədən əvvəlki və sonrakı davranışlarını, əşyaların alıcının sahibliyinə verilib-verilməməsini, müqavilə bağlandıqdan sonra satıcının bu əşyalar üzərindəki faktiki sahiblik və idarəçiliyinin davam edib-etməməsini və di gər xüsusatları aydınlaşdırılmaqla MM-in 340.1-ci şərtləri ilə işin müəyyən olunmuş halları arasında uyğunluğun olub-olmamasına hüquqi qiymət verilməlidir.

52. Baxılan işdə apellyasiya məhkəməsi yuxarıda göstərilən halları nəzərə almamış, sadalanan maddi və prosessual hüquq normalarına uyğun bir araşdırma aparmamış, iddiaçının irəli sürdüyü dəlillərə lazımi şəkildə qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır (§ 31-35).

53. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə aktı elə şəkildə tərtib olunmalıdı r ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

54. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq, səthi və formal mülahizələrlə iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edil mişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

56. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmun u qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

57. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

58. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə la zımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1330/2023 nömrəli mülki iş üzrə 21 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar