Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5201/2021 28.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7207/2020 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qərardadından cavabdeh ləğv prosesində olan “X3” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi, cavabdehin qanunsuz sahibliyində olan 3,754,3 qram qızıl-zinət əşyaları cavabdehdən alınaraq ona təhvil verilməsi, əldən çıxmış faydaya görə 30.000 manat, mənəvi ziyana görə isə 10.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53 -cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqlədirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondunda saxlanılan girov qoyulmuş çəkisi 583 əyar üzrə - 132 ədəd (2727,1 qram), 585 əyar üzrə - 41 ədəd (613,2 qram), 750 əyar üzrə - 32 ədəd (414 qram), cəmi 3,754,3 qram qızıl-zinət əşyalarının girovdan azad edilərək İddiaçı qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-2922/2020) iddia tələbi təmin edilərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondunda saxlanılan girov qoyulmuş ümumi çəkisi 583 əyar üzrə - 132 ədəd (2727,1 qram), 585 əyar üzrə - 41 ədəd (613,2 qram), 750 əyar üzrə - 32 ədəd (414 qram), cəmi 3,754,3 qram qızıl-zinət əşyalarının girovdan azad edilərək İddiaçı qaytarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(103)-7207/2020) cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(006)-2922/2020 saylı qətnaməsinin qızıl zinyət əşyalarının müəyyən edilməsi hissəsində dəyişdirilməsi, İddiaçı qaytarılmalı olan qızılzinyət əşyala rı 583 əyar qızıl – 1865,60 qram, 585 əyar qızıl çəkisi - 442,60 qram, 750 əyar qızıl çəkisi - 428,60 qram, cəmi 2736,80 qram müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh ləğv prosesində olan “X3” ASC-nin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondu Bakı Apelyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən kassasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli qərardadı ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(103)-7207/2020) Bakı Apelyasiya Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(103)7207/2020 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair cavabdeh Əmanətlərin Sığortala nması Fondunun ərizəsi təmin edilməmiş, kassasiya şikayəti ona əlavə edilmiş sənədlərlə geri qaytarılmışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları araşdırılan zaman müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7207/2020 saylı 14.04.2021-ci il tarixli qərardadı tərəflərə 15.04.2021-ci il tarixdə göndərilmişdir. Həmin qərardad Əmanətlərin Sığortalanması Fondu tərəfindən 28.04.2021-ci il tarixdə alınmışdır. 24.05.2021-ci il tarixdə Əmanətlərin Sığortalanması Fondu apelyasiya məhkəməsinə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmişdir. Belə olan halda Əmanətlərin Sığortalanması Fondunun 14.04.2021-ci il tarixli qərardadı aldıqdan təxminən 1 ay sonra prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət edilməsi üzrlü hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh ləğv prosesində olan “X3” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(103)-7207/2021 nömrəli qərardadının ləğv edilməsi və Bakı Apelyasiya Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(103)-7207/2020 nömrəli qətnaməsindən verdikləri kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəli lləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X1, cavabdehin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Digər tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfində n qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 403.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər şikayət verə bilərlər. 405.0.1-ci maddəsinə əsasən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində apelyas iya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apelyasiya instansiya məhkəməsi kassasiya şikayətini geri qaytarır. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olm ayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi apelyasiya instansiyas ı məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulduğuna istinad edir. Lakin bunların nədən ibarət olmasını göstərmir və formal mülahizələrə əsaslanaraq şikayətin vaxtında verildiyini qeyd edir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, «… kassasiya şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzürlü səbəbə görə həqiqətən şikayət vermək üçün hansı müddət lazım olduğunu, həmin müddəti həqiqətən də özündən asılı olmayan, obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Cavabdeh ərizəsində kassasiya şikayətini verilməsi müddətinin texniki səhv səbəbindən ötürülməsinə istinad etsə də, kollegiya hesab edir ki, texniki səhvin baş verməsi qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməsinə əsas ola bilməz.» Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi düzgün olaraq mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsini tətbiq etmişdir. Həmin normanın tələbinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəri geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 408, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ləğv prosesində olan “X3” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7207/2020 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5201/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5201/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver