Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5206/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etbarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2738/2022 nömrəli mülki iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən evin 2 otaqlı 3a saylı mənzili paylı mülkiyyət hüququ üzrə 1 otaq (bundan sonra-mübahisə predmeti olan mənzil) İddiaçı (bundan sonra-iddiacı), 1 otaq X1 adına xx.xx.2008-ci il tarixdə paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.
2. İddiaçı və X2 (bundan sonra-cavabdeh) qonşudur.
3. İddiaçı tənha olduğu üçün cavabdeh ona maddi köməklik etmiş və ona qulluq etmişdir. Bu səbəbdən iddiaçı cavabdehə bunun qarşılığında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 54 saylı notariat ofisində 2V-XXX nömrəli reyestrlə təsdiq edilmiş vəsiyyətnamə vermiş və vəsiyyətnamədə ölən günədək ona məxsus olan bütün əmlakını ona vəsiyyət etmişdir.
4. Sonradan, xx.xx.2021-ci il tarixdə 5 saylı “ASAN xidm ət” mərkəzində iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilin 11.500 manata alğı-satqısına dair müqavilə bağlanılmışdır. Həmin alğı-satqı müqaviləsi əsasında mənzil üzərində cavabdehin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə Bakı şəhəri 54 saylı notariat ofisinə müraciət edərək, cavabdehin adına verilmiş vəsiyyətnaməni ləğv etmişdir.
6. İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 5 saylı “Asan Xidmət” mərkəzində notariat ofisində bağlanmış 27 aprel 2021-ci il tarixli AN-İN: ******* saylı, reyestrdə 4 Ə-XXX nömrə ilə qeyd edilmiş alqı-satqı mü qaviləsinin etibarsız hesab edilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, o, mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayır, tənha qadındır, 1957-ci ildə Bakı şəhərində doğulmuşdur, hazırda ona baxan yoxdur, özünə baxmaq müəyyən çətinliklərlə səbəb olur. Qonşuluqda yaşayan cavabdeh ona yaxınlaşaraq evi ona vəsiyyət etdiyi halda ona ömrünün sonuna kimi baxacağına söz vermişdir. O, da cavabdehə inanaraq ona vəsiyyətnamə vermiş və vəsiyyətnamədə ölən günədək ona məxsus olan bütün əmlakını ona vəsiyyət etmişdir. Bir ay müddətində ona baxmış və bir övlad kimi qulluğunda durmuş, lakin sonradan evi indidən onun adına keçirməyini istəmiş və bunu alqı-satqı yolu ilə etməsini bild irmişdir. O, da cavabdehə inanaraq razılıq vermiş və xx.xx.2021-ci il tarixdə 5 saylı “ASAN xidmət” mərkəzinə gedərək alqı-satqı müqaviləsi bağlamışlar. 10-15 gün ona baxmaqda davam etmiş və sonradan imtina etmiş, daha ona köməklik göstərməmişdir. O, dəfələrlə səbəbini öyrənməyə çalışsada bir nəticə əldə edə bilməmişdir. Vəziyyəti belə görüb o, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 54 saylı notariat ofisinə gedərək ərizə ilə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə qeydə alınmış vəsiyyətnaməni ləğv etmişdir. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur, belə alqısatqı müqaviləsi əsassız olduğundan etibarsız hesab edilməlidir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-2516/2021 nömrəli iş üzrə 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia təmin olunmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırki mübahisə üzrə tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının mənzilin alğı-satqısı ilə bağlı iradə ifadəsi zədələnmişdir. Belə ki, işin mübahisəsiz və faktiki halları odur ki, iddiaçı tənha və yaşlı qadındır, yaşadığı mənzil onun yeganə yaşayış yeridir və həmin mənzili sataraq ona yaxın ərazidə və yaşadığı mənzilin sahəsinə və şəraitinə uyğun, alğı-satqı müqaviləsində göstərilən qiymətə başqa mənzil alması qeyri-mümkündür. Yəni iddiaçı həmin mənzili sataraq əldə etdiyi pulun müqabilində ən azı əvvəlki mənzilə xas olan şəraitə və sahəyə başqa mənzil alması qeyri-mümkün olduğu üçün, onun mənzili satmaq la bağlı həqiqi iradə ifadəsinin olması inandırıcı və ağlabatan deyil. Bu fakt isə onu göstərir ki, iddiaçının mənzili satmağa iradə ifadəsi olmamışdır və o, aldatma nəticəsində həqiqi iradəsinə zidd əqd bağlamışdır. Bu hal hamıya məlum olan fakt olduğu üçün sübut edilməsindən azaddır.
11. Məhkəmə digər tərəfdən, cavabdehin evə görə ilkin olaraq 10.000 manat pul verdiyini, digər paylı mülkiyyətçinin Bakı şəhərində olmama əsası ilə bu münasibəti vəsiyyətnamə ilə rəsmiləşdirilməsi, paylı mülkiyyətçinin Bakı şəhərinə qayıtdıqdan sonra alğı-satqının həyata keçirilməsi barədə dəlilləri üzrə qeyd edir ki, alınacaq əmlaka görə ilkin ödənişin həyata keçirilməsi qanunvericilikdə beh müqaviləsi və ya ilkin müqavilə ilə rəsmiləşdirilə bilərdi. İlkin alğı-satqı üçün 10.000 manat pulun verilməsini vəsi yyətnamə verilməklə rəsmiləşdirilməsini məhkəmə ağlabatan və inandırıcı hesab etmir. Eyni zamanda cavabdehin ev almaq üçün razılaşdırılmış 21.000 manat pul məbləği alğı-satqı müqaviləsində də öz əksini tapmamışdır.
12. Eyni zamanda, iddiaçı tərəfindən mənzilə dair vəsiyyətnamə verərək sonradan alğı-satqı müqaviləsi bağlanması və alğı-satqıdan sonra vəsiyyətnaməni ləğv etməməsi, alğı-satqısından sonra da həmin mənzildə yaşamağa davam etməsi, alğı-satqı müqaviləsində mənzilin 3 ay ərzində təhvil verilməsinin göstərilməməsi, iddiaçının mənzili alsa da, hazırda həmin həyətdə kirayədə yaşaması onu göstərir ki, iddiaçının mənzili satmaq niyyəti olmamışdır. O bunu məhz özünün tənha olması və başqa şəxsin qulluğuna olan ehtiyaclarının qarşılanması müqabilində etmişdir. Lakin tərəflər alğı-satqı mü qaviləsini bağladıqdan sonra cavabdeh vədini yerinə yetirmədiyi üçün, o, alğı-satqı müqaviləsini bağlayan zaman aldatma ilə hərəkət etməsi təsdiq etmişdir. Yəni, cavabdehin alğı-satqı müqaviləsini bağlayarkən aldatma ilə hərəkət etməsi açıq və aşkar göründüyü üçün, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
13. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə cavabdeh aldatma ilə hərəkət etdiyi üçün və bu hallar iddiaçıya alğı-satqı müqaviləsi bağlanıldıqdan sonra məlum olduğu üçün, irəli sürülmüş iddia tələbi əsaslı hesab edilməli və tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi etib arsız hesab edildiyi üçün, onun hüquqi nəticələri də ləğv edilməli və mənzil üzərində iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Yəni alğı-satqı müqaviləsi əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməli və iddiaçının mənzil üzərində mülkiyyət hüquqları bərpa edilməlidir.
14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.2, 339.2, 339.3-cü, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunları na uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinı, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsini qeyd etsə də, bu müqavilənin formal xarakterli bir müqavilə olduğunu qeyd etmişdir. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin formal xarakter daşıdığını bildirsə də, hansı sübuta əsasən forma l xarakter daşıdığını göstərməmiş, tərəflər arasında olan münasibətləri tam olaraq araşdırmamış, işin faktiki hallarına hüquqi qiymət verməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsi əsasında cavabdehin iddiaçıya pul vəsaiti ödəməsini araşdırmamış, həmin hala hüquqi qiymət verməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəflər arasında cavabdehin iddiaçıya ömrünün axırına qədər baxacağının qarşılığından mülkiyyətindəki mənzili cavabdehə verilməsi barədə razılaşmanın mövcud olduğunu təsdiq edən sübut göstərməmiş, işin bu halını aydınlaşdırmamışdır.
17. Apellyasiya instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi məhkəməyə iddiaçının ölüm haqqında şəhadətnaməsini təqdim etmişdir. Növbəti məhkəmə iclasında X5, X4, X7, X3 və X8 iddiaçının prosessua l hüquqi varisləri kimi işə cəlb edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsinin 18 may 2022-ci il tarixli iclasında cavabdehin vəkili izahatında bildirmişdir ki, daşınmaz əmlaka dair tərəflər arasındakı müqavilə qanunda göstərilən qaydalara uyğun olaraq bağlanmışdır. Müqavilənin etibarsızlığı üçün əsas yoxdur. Belə ki, iddiaçı tələbində cavabdeh tərəfindən aldadıldığını qeyd etsə də, həmin aldatmanın nədən ibarət olmasını qətnamədə əsaslandırılmamışdır. Məhkəmə mənzilin cavabdehin ona qulluq edib baxacağı qarşılığında verdiyini qeyd etsə də həmin hallar nə alqı-satqı müqaviləsində, nədə vəsiyyatnamədə öz əksini tapmamışdır. Bundan başqa, cavabdeh alqı-satqı zamanı notariusun depozitinə mənzilin dəyəri olan pul vəsaiti qoymuşdur və müqavilə etibarsızdırsa həmin pulun kim tərəfindən göt ürülməli olası aydınlaşdırılmamışdır.
19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, hazırda mübahisələndirilən müqavilə notariat kontorunda təsdiq edilmiş, müqavilə bağlanan zaman isə notarius tərəfindən iddiaçıya hüquqları izah edilmişdir. Əgər iddiaçı şərtə əsaslanaraq müqaviləni bağlamışsa bu zaman alqı-satqı müqaviləsi deyil, başqa bir müqavilə bağlaya bilərdi və ya iddia etdiyi şərti müqaviləyə əlavə edə bilərdi. Bundan başqa, iddiaçının tələbi onun üçün əsassızdır ki, iddiaçının apellyasiya baxışı zamanı prosessual hüquq varisləri işə cəlb edilmişdir, buradan belə aydın olur ki, iddiaçının qulluğunda durmaq üçün yaxın qohumları olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının evdən çıxarılmasını tələb etmək cavabdeh in hüququ olmuşdur və cavabdeh uyğun bir vaxtda iddiaçının mənzildən çıxarılmasını xahiş edəcəkdi.
20. Məhkəmə iclasında iddiaçının prosessual hüquqi varisi X5 izahatında bildirmişdir ki, işlədiyinə görə iddiaçıya baxa bilməmiş, iddiaçı isə cavabdehlə razılığa gəlsə də, sonradan cavabdeh iddiaçıya baxmadığına görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Alqı-satqı müqaviləsi zamanı iddiaçıya hər hansı məbləğdə pul verilməmişdir, pul verilmiş olsa idi, iddiaçı müalicəyə gedərdi. Həmçinin həmin ərəfədə kredit götürməzdi və qabaqcadan nisyə aldığı məişət texnikasının dəyərini ödəyərdi. Belə ki, həmin ödənişləri iddiaçı vəfat etdikdən sonra onlar ödəmişlər.
21. X5 məhkəməyə 8 iyun 2021-ci il tarixli, BL584304 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavə təqdim etmiş, müqaviləyə ə sasən, İddiaçı "xxxx" MMC-dən 689 manat dəyərində məişət avadanlığı almışdır. 05 noyabr 2021-ci il tarixli BPM**********92 nömrəli kredit müqaviləsinin ödəniş cədvəlindən, eləcə də məxaric orderindən görünür ki, İddiaçı "xxxx" ASC-dən illik faiz dərəcəsi 18 faiz olmaqla 12 ay müddətinə 500 AZN məbləğində kredit götürmüşdür. Bundan başqa təqdim edilmiş mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən həmin müqaviləyə uyğun olaraq aylıq 45 AZN məbləğində ödənişlər etmişdir.
22. Məhkəmə iclasında iştirak edən iddiaçının prosessual hüquqi varisi X4 bildirmişdir ki, iddiaçı evi satması barədə ona bir söz deməmişdir. Lakin iddiaçı cavabdehin ona baxdığını sonradan isə baxmadığını bildirmişdir. Hesab edir ki, cavabdeh tərəfindən alqı-satqı ilə bağlı iddiaçıya pul ödənilsə idi, iddiaçı müalicəy ə gedərdi.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2738/2022 nömrəli iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizə xarakteri daşımaqla, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil.
25. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, işin qeyd olunan halları ilə cavabdehin alğı-satqı müqaviləsini bağlayarkən aldatma ilə hərəkət etməsi müəyyən edilmişdir, həmçinin cavabdehin həqiqətən müqavilədə göstərilən pulun iddiaçıya verilməsini təsdiq edə bilməmişdir. Bundan başqa, cavabdeh qeyd edir ki, müqavilə bağlanana qədər 10000 manat pul ödəmişdir, lakin bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Tərəflər arasında olan müqavilədən görünür ki, mənzil 1 ay müddətinə cavabdehə təqdim edilməlidir, lakin müqavilə 2021-ci ilin aprel ayında bağlansa da, göstərilən müddət keçdikdən sonra belə cavabdeh, iddiaçının mənzildən çıxarılmasını tələb etməmiş, bununla bağlı hər hansı hərəkət etməmişdir.
26. Həmçinin, alqı-satqı müqaviləsi bağlandığı tarixdən sonrakı dövr ərzində İddiaçı kredit müqaviləsi bağlamış, həmçinin ni syə satış müqaviləsi ilə məişət avadanlığı almışdır. Belə olan halda məhkəmə kollegiyası, cavabdeh tərəfindən müqavilədə göstərilən məbləğin İddiaçı ödənməsi barədə cavabdehin dəlillərini inandırıcı qəbul etmir. Çünki həmin məbləğin İddiaçı ödənməsi halında sonuncunun yuxarıda göstərilən kredit müqaviləsi və məişət avadanlığını əldə etməsi üçün nisyə alğı-satqı müqaviləsi bağlaması ağlabatan deyil.
27. Cavabdehin qeyd olunan yanakı hərəkətləri ilə müəyyən edilir ki, tərəflərin mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanması barədə niyyəti olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Şikayət belə əsaslandırılmışdır ki, Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, işə baxan məhkəmə iddiaçının hüquqları ilə yanaşı cavabdehin də hüquqlarının qorunmasına məsul olsa da, bunu etməmiş, mübahisəyə birtərəfli yanaşmışdır. Məhkəmə tərəflər arasında notarial qaydada bağlanmış müqaviləyə deyil, iddiaçı tərəfin sözlə ifadə etdikləri fikirlərə əsaslanaraq, qanunun tələbini pozmuşdur. Belə ki, məhkəmə qeyd edir ki, mübahisə üzrə tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının mənzilin alğı-satqısı ilə bağlı iradə ifadəsi zədələnmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən iddiaçının iradə ifadəsinin zədələnməsi barədə hər-hansı bir sübutun iş materiallarında olmasını göstərməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).
32. Maddə 337.
1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
34. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
35. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Ba rəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
36. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
37. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstə rişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
38. Maddə 359.3 Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiy a instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlü kdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
48. Qeyd olunur ki, işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması hazırkı icraatın baxış predmeti ola bilməz. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır.
49. Alqı-satqı müqaviləsi bağlanarkən pulun verilib-verilməməsi, depozit hesabına köçürülmüş pulun kimin tərəfindən götürülməsi və.s. bununla bağlı halların ətraflı araşdırılmaması işin faktiki hallarına aid məsələlərdir.
50. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ay dınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
51. Cavabdeh şikayətində ona istinad edir ki, tərəflər arasında notariusda təsdiq olunan alqı-satqı müqaviləsi olduğu halda məhkəmələr kifayət qədər mötəbər sübutlar olmadan əqdi etibarsız saymışlar.
52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləki, məhkəmələr müəyyən etmişlər ki, iddiaçı tənha və yaşlı qadın olmuşdur. Yaşadığı mənzil onun yeganə yaşayış yeri olmuşdur. Başqa yerdə mənzil almağı planlaşdırmamışdır. Cavabdeh mənzilin yerləşdiyi ünvanda qonşuluqda kirayədə yaşamış və alqı-satqı müqaviləsindən sonra da orada yaşamaqda, iddiaçı isə öz mənzi lində yaşamaqda davam etmişdir. Cavabdeh iddiaçıya tənha olması ilə bağlı müəyyən xidmətlər göstərmişdir. İddiaçının başqa ünvanda özünə yaşayış yeri seçməsinə dair sübutlar olmamışdır. Alqısatqı müqaviləsində nəzərdə tutulan məbləğin, o cümlədən hər-hansı başqa məbləğin iddiaçıya real olaraq verilməsinə dair heç bir sübut aşkar edilməmişdir. Əksinə, müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsi bağlandığı tarixdən sonrakı dövr ərzində İddiaçı kredit müqaviləsi bağlamış, 500 manat kredit götürmüş, həmçinin nisyə satış müqaviləsi ilə məişət avadanlığı almışdır. Həmin kredit borcunu isə İddiaçı vəfatından sonra vərəsələri ödəmişdir.
53. İşə baxan məhkəmələr toplanmış sübutlara və işin qeyd olunan faktiki hallarına MPM-in 88-ci maddəsinə uyğun olaraq qiymət verərək belə qənaətə gəlmişlər ki, t ərəflər arasında bağlanmış müqavilə real müqavilə olmamışdır. Həmin müqavilə cavabdehin iddiaçını ömürlük saxlaması məqsədi ilə bağlanmış, sonradan cavabdeh vədinə əməl etmədiyi üçün iddiaçı onun adına vermiş olduğu vəsiyyətnaməni ləğv etdirmiş və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə hazırkı iddianı irəli sürmüşdür.
54. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (20-21&).
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
56. Hazırkı işdə mənzilin mülkiyyətçisinin iradə ifadəsi mənzilin real olaraq alqısatqısına yönəlməmi şdir. Cavabdehin onu ömürlük saxlayacağı vədinə inanaraq qeyd olunan əqdi bağlamışdır. Bu isə əqdin etibarsızlığına dəlalət edən şərtdir. 57. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
58. Qeyd olunanla rı nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisəni həll edərkən maddi və prosessal hüquq normalarını düzgün tətbiq etmişdir.
59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2738/2022 nömrəli mülki iş üzrə 25 may 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.