Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5209/2019 31.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli 2(103)958/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev, iş № 2(004)-555/2018) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilərək N saylı fərdi yaşayış evinin texniki pasportunda həyətyanı sahə kimi göstərilmiş hissədə inşa edilmiş texniki pasportda göstərilməyən özbaşına tikililərin Cavabdeh hesabına sökülməsi, iddiaçıya məxsus evə tərəf olan divarda yerləşən qanunsuz hörülmüş pəncərələrin cavabdehin hesabına açılaraq texniki pasporta uyğun bərpa edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov, Ş.A.Məmmədova və N.Ş.Cəfərov) Bakı şəhəri Yasamal rayon məhkəməsinin 11 iyul 2018-ci il tarixli qətnaməsi qismən – “Bakı şəhəri, T.Şahbazi küçəsi, 85 saylı fərdi yaşayış evinin texniki pasportunda həyətyanı sahə kimi göstərilmiş hissədə inşa edilmiş, texniki pasportda göstərilməyən özbaşına tikililərin cavabdehin hesabına sökülməsi” hissəsi ndə ləğv edilərək həmin hissədə iddia təmin edilərək inşa edilmiş 4,8 kv.metr və 10,8 kv.metr ölçülü otaqlardan ibarət olan bir mərtəbəli tikililərin cavabdehin hesabına sökülməsi, qətnamənin cavabdehə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı N-də yerləşən fərdi yaşayış evinin, Cavabdeh isə N-də yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləridir. 2017-ci ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 85 saylı fərdi yaşayış evinin texniki pasportunda həyətyanı sahə kimi göstərilən hissədə qanunsuz 7, 8 və 9 saylı tikililər inşa etdirməklə evinin pəncərələrini hörməsini və cavabdehin həmin hərəkətləri nəticəsində onun mülkiyyət hüququnun pozulmasını əsas göstərməklə cavabdehin hesabına həmin qanunsuz ti kililərin sökülməsi və pəncərələrin açılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəfindən 81 saylı fərdi yaşayış evinin “Q” literli tikilisinin qarşısındakı boş sahədə 4,8 kv.metr (2,0x2,4 m) və 10,8 kv.metr (3,0 x 3,6 m) ölçülərdə özbaşına tikililər inşa olunmuş, 81 saylı evin “Q” literli tikilisinin, 7, 8 və 9 saylı otaqlarını 85 saylı evlə ayıran divardakı pəncərələr daşla hörülmüşdür. Həmin tikililər 85 saylı evin texniki pasportunda öz əksini tapmama qla iddiaçının öz mülkiyyətindən istədiyi kimi istifadə etməsinə mane olduğundan, eləcə də pəncərələrin hörülməsi otaqların sərbəst hava axını və günəş işığı ilə təmin olunmasının qarşısını aldığından, kollegiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 və 180-ci maddələrinə əsaslanaraq qanunsuz otaqların sökülməsini və pəncərələrin açılmasının cavabdehin hesabına həyata keçirilməsi barədə nəticəyə gəlmişdir. Həmin nəticəyə gələrkən kollegiya başlıca sübut kimi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2019-cu il tarixli rəyinə əsaslanmışdır. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun əsaslandırıldığından kassasiya şi kayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5209/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5209/2019
31.07.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver