Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-521/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 46 saylı Notariat Kontoruna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: miras əmlaka payların müəyyən edilməsi, ər-arvadın ümumi birgə mülkiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-291/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətn aməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Rəhimov Bakir Əvəz oğlunun (bundan sonra – miras qoyan) Cavabdeh1 ilə rəsmi nikahından xx.xx.1996-cı il tarixdə Cavabdeh2 və xx.xx.1999-cu il tarixdə Cavabdeh3 doğulmuşdur. Miras qoyanın İddiaçı (bundan sonra – iddiaçı) ilə faktiki ər-arvad münasibətlərindən xx.xx.2005-ci il tarixdə Rəhimov Bakir Bakir oğlu və xx.xx.2012-ci il tarixdə X6 anadan olmuşdur. Miras qoyan xx.xx.2014-cü il tarixdə kəskin ağ ciyər, ürək çatışmazlığından ölmüşdür. xx.xx.2014-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, miras qoyanın vərəsələri Cavab deh1, Cavabdeh2 və Cavabdeh3 miras əmlakdan tam hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx xxxx 2014-cü il tarixli xx-xx-1684 saylı məktubuna əsasən 11000 manat sığorta ödənişindən ibarət olmuşdur. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vərəsəlik qaydasında ödənilmiş 11000 manat məbləğində sığorta ödənişinin 3000 manatı xx xxxxxx 2014-cü il tarixində iddiaçıya verilmişdir. xx.xx.2017-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, miras qoyanın vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhatədnamə verilən miras əmlak Azərbaycan Respublikası Müdafiə Nazirlyinin xx xxxxx 2017-ci il tarixli 12/1311 saylı məktubuna əsasən 12683.10 manat ödə nilməmiş məzuniyyət haqqından ibarət olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçının müraciətinə xx.xx.2017-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının mərhum həyat yoldaşının adına hərbi xidmət dövründə istifadə etmədiyi illər üçün məzuniyyət pulunun alınması məsələsinə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verildikdən sonra baxıla bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 46 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rəhimov Bakir Əvəz oğlundan miras qalmış əmlakın qəbul edilməsi müddətinin uzadılması, xx.xx.2005-ci il tarixdə anadan olmuş Rəhimov Bakir Bakir oğlunun və xx.xx.2012-ci il tarixdə anadan olmu ş X3 Rəhimov Bakir Əvəz oğlunun qanuni vərəsələri kimi tanınaraq onların payının müəyyən edilməsi, Bakı şəhəri 46 saylı Notariat Kontoru tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamədə dəyişiklik edilərək onların paylarına uyğun olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, mərhum həyat yoldaşından qalmış miras əmlakın bir hissəsini faktiki olaraq qəbul etmiş, bu barədə qəbz yazmışdır. Mərhum həyat yoldaşının adına yalnız birinci nikahdan olan uşaqlarının yaşadığı ev vardır. Bundan başqa onun hər hansı əmlakı olmadığı üçün ondan qalan əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə əlaqədar notariat kontoruna müraciət etməmişdir. Ondan yalnız vəfat e tməsi ilə əlaqədar 11000 manat məbləğində sığorta ödənişinin qaldığını bilib və bu ödənişlə əlaqədar cavabdehlərlə razılığa gələrək onun bir hissəsini götürüb. Mərhum həyat yoldaşından istifadə etmədiyi məzuniyyət illərinə görə 12683 manat məbləğində ödənilməmiş məzuniyyət pulunun qaldığını yalnız bu günlərdə bilib. Bundan sonra notariat kontoruna müraciət etsə də, ərizəsi təmin edilməmişdir. Ona görə də müddətin uzadılması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-1575/2018 nömrəli iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Qasımov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasın qəbulu üçün müraciət etməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mərhum Rəhimov Bakir Əvəz oğlunun birinci növbə vərəsələri hesab olunan Rəhimov Bakir Bakir oğlu və X3 qanuni nümayəndəsi kimi vərəsəlik açıldıqdan sonra mirasın qəbul edilməsi ilə bağlı 6 aylıq müddət ərzində mirasın qəbul edilməsi ilə əlaqədar öz hüquqlarından istifadə etməsi, miras əmlakı əldə etmək və almaq niyyətini ifadə etməsi və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirməsi iş materialları ilə təsdiq olunmur və beləliklə, onlar vərəsəlik hüquqlarını itirmişlər. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1243.2, 1246-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışd ır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-11326/2018 nömrəli iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Həsənov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə üzrə birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək xx xxxxxx 2014-cü il tarixdə 2V/43 saylı reyestrlə və xx xxxxx 2017-ci il tarixdə 2V/34 saylı reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilmiş, mərhum Rəhimov Bakir Əvəz oğlunun vərəsələri, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6 və Rəhimov Bakir Bakir oğlunun hər b irinə 1/5 hissədə pay hüququ müəyyən edilmiş, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 46 saylı Notariat Kontorunun üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mərhum Rəhimov Bakir Əvəz oğlunun ölümü ilə əlaqədar verilmiş 11000 manat məbləğində sığorta ödənişinin 3000 manatını xx xxxxxx 2014-cü il tarixdə miras qismində qəbul etdiyindən, o, mirasın bir hissəsinə sahiblik etməyə faktiki başlamış və mirası tamamilə qəbul etmiş hesab olunur. Belə olan halda isə iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Mərhum Rəhimov Bakir Əvəz oğlunun vərəsələri, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6 və Rəhimov Bakir Bakir oğlu müəyyən edildiyindən pay hüququ müəyyən edilməklə miras əmlakdan tam hissədə irs almalıdırlar. Belə olan halda Bakı şəhəri 46 saylı Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixdə 2V/43 saylı reyestrlə və xx xxxxx 2017-ci il tarixdə 2V/34 saylı reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, hər bir vərəsə üzrə 1/5 hissədə pay hüququ müəyyən edilməklə yeni vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ərizəsində tələb etdiyi “vərəsəlik hüququ haqqında şəhadətnamədə dəyişiklik edilməsi” barədə iddia ilə bağlı belə nəticəyə gəlmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamədə dəyişiklik edilməsi, həmin şəhadətnamədə ediləcək dəyişikliyin o nun hüquqi anlamda nəticə ilə etibarı ilə ləğvini ehtiva edir və məhkəmə tərəfindən iddia tələbinin həmin hissədə də təmin edilməsi qərara alındığından bu tələb mahiyyət etibarı ilə özündə vərəsəlik hüququ haqqında şəhadətnamədə dəyişikliyin edilməsini deyil, onun ləğv edilməsini ehtiva etdiyindən iddia tələblərinin qismən təmin edilməsi iddia tələblərindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 25.3, 1133.1, 1134.1, 1134.2, 1136, 1145, 1146, 1147.1, 1159.1.1, 1159.1.3, 1243, 1193, 1195, 1196, 1325-ci maddələrinə və MPMnin 9.1, 9.3, 88, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məh kəməsi) 2(102)-2099/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər – M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Ə.Rüstəmov) cavahdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə miras qoyan Rəhimov Bakir Əvəz oğlunun arvadı Cavabdeh1, onun digər vərəsələri olan uşaqları Cavabdeh2, Cavabdeh3, Taleh Rəhimov və Bakir Rəhimovla 1/5 hissədə pay hüququnu müəyyən etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, hazırda miras əmlak Rəhimov Bakir Əvəz oğlunun işlədiyi müddətdə istifadə etmədiyi məzuniyyət günlərinə gör ə hesablanmış 12683 manat puldur. Həmin pul mülkiyyət kimi qəbul edilməlidir. Kassasiya məhkəməsi Ailə Məcəlləsinin 32.1, 32.2, 32.2.1, Mülki Məcəllənin 225.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Belə olan halda mərhum Rəhimov Bakir Əvəz oğlundan miras qalmış 12683 manat pul mərhumun arvadı Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş əmlak sayılmalıdır. Apellyasiya instansiyası məhkəməsi bu halı diqqətdən qaçırmış, miras əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olmasına, 12683 manat pulun yarısına Cavabdeh1 hüququnun olmasına əhəmiyyət verməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-291/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia qismən təmin olunaraq, xx xxxxxx 2014-cü il tarixdə 2V/43 saylı reyestrlə və xx xxxxx 2017-ci il tarixdə 2V/34 saylı reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilmiş, mərhum Rəhimov Bakir Əvəz oğlunun vərəsələri, Cavabdeh1 6/10 hissədə, Cavabdeh2, Cavabdeh3, X6 və Rəhimov Bakir Bakir oğlunun hər birinə 1/10 hissədə pay hüququ müəyyən edilmiş, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 46 saylı Notariat Kontorunun üzərinə qoyulmuş, iddia qalan hissədə rədd olunmuşdur. Məhkəmə MPM-in 420-cı maddəsinə əsasən kassasiya ins tansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyi nəzərə alaraq, Ailə Məcəlləsinin 32.1, 32.2, 32.2.1, Mülki Məcəllənin 225.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, nikah dövründə ərarvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayıldığından, mərhum Rəhimov Bakir Əvəz oğlundan miras qalmış 12683 manat pul mərhumun arvadı Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş əmlak sayılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ap ellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini, o cümlədən 88, 217.1, 218.3-cü maddələrinin tələblərini kobud surətdə pozmuş, iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Kassasiya şikayətinə görə, apellyasiya instansiyası məhkəməsi, həmçinin Mülki Məcəllənin 1145, 1146, 1246, 1247.1, 1243.2, 1273-cü maddələrini pozmuş, iddiaçı tərəfindən mirasın qəbulu müddətinin buraxılmasına və faktiki olaraq mirası qəbul etməməsinə əhəmiyyət verməmişdir. Məhkəmənin faktiki qəbul kimi istinad etdiyi hal, yəni cavabdehlər tərəfindən iddiaçıya 3000 manat məbləğində pul verilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və cavabdehlərin həmin şəhadətnamə əsasında 11000 manat məbləğində pulu almalarından sonra baş verm işdir. Bu isə o deməkdir ki, miras faktiki olaraq qəbul edilməmişdir və edilə də bilməzdi. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, həmin pul iddiaçıya mirasdan pay olaraq verilməmişdir və o, həmin paya faktiki sahiblik etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, Bakı şəhəri 46 saylı Notaria t ofisi məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdehlər apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mira sı qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (maddə 1248.1). Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələ rin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir (maddə 1248.2). Ailə Məcəlləsi Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.1). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri daxildir (maddə 32.2 və 32.2.1). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, həmin dəlillər əvvəlki kassasiya baxışı zamanı yoxlanılmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən vərəsələrin dairəsi düzgün müəyyən edilmədiyinə görə deyil, onlar arasında paylar düzgün bölüşdürülmədiyi üçün iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bu baxımdan Kollegiya həmin dəlillərin yenidən yoxlanılmasına əsas görmür. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-291/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-521/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-521/2021
08.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver