Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5210/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək fəaliyyəti ilə bağlı pulun ödənilməsi, gecikdirilmiş əmək haqqı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “gecikdirilmiş əmək haqqına görə pulun, maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-729/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikay ətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 16 dekabr 2016-cı il tarixli əmək müqaviləsi ilə İddiaçı layihə rəhbəri vəzifəsinə işə qəbul edilmiş, 03 dekabr 2018-ci il tarixdən işə başlamış, «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 27 noyabr 2020-ci il tarixli, 49 saylı əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmiş və qanunvericiliyə uyğun olaraq son haqq-hesab verilməsi qeyd edilmişdir. 2. 03.05.2021-ci il tarixli ödəniş tapşırığına əsasən, hüquqi xidmət göstərilməsinə görə “Pro Bono” Vəkil Bürosunun bank hesabına 3.750 manat məbləğində pul köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə akt ları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin oktyabr ayı üçün 3.435,41 manat, 2020-ci ilin noyabr ayı üçün 3.263,63 manat olmaqla cəmi 6.699,04 (altı min altı yüz doxsan doqquz manat, 04 qəpik) manat məbləğində əmək haqqının, 27 noyabr 2020-ci il tarixədək istifadə edilməmiş 60 günlük əsas əmək məzuniyyətinə görə 6.780,41 (altı min yeddi yüz səksən manat, 41 qəpik) manat pul əvəzinin, vəkilə ödənilmiş 3.750.00 (üç min yeddi yüz əlli) manatın, işlədiyi müddətdə ərzində cavabdeh tərəfindən əmək haqqının ödənilməsində onun təqsiri üzündən gecikmələrin baş verməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinə (imperativ norma) əsasən hesablanmış günlük 1% olmaqla, cəmi 10.373,70 (on min üç yüz y etmiş üç manat, 70 qəpik) manat ödəncin, 09 noyabr 2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 3.435,41 manat məbləğində əmək haqqının (oktyabr 2020-ci il üçün əmək haqqı) 1%-i məbləğində (günlük 34.35 manat) ödəncin, 27 noyabr 2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 3.263,63 manat məbləğində əmək haqqının (noyabr 2020-ci il üçün əmək haqqı) 1%-i (günlük 32.63 manat) məbləğində ödəncin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə qanunvericiliyə uyğun olaraq ona son haqq-hesabın verilməsi qeyd olunmasına və dəfələrlə şifahi və yazılı xəbərdarlığına baxmayaraq işəgötürən ona ödəniş etməmişdir. Bundan əlavə, işlədiyi müddət ərzində xəbərdarlıqlarına baxmayaraq, cavabdeh tərəfindən əmək haqqının ödənilməsində dəfələrlə gecikmələr baş vermişdir. Bunun nəticəsində də o, həmin vəsaitlərdən zamanında faydalana bilməmişdir. Halbuki, cavabdeh məhsul istehsalı və satışı, tikinti-quraşdırma fəaliyyəti ilə məşğul olduğu üçün həmin dövrlərdə onun hesabında kifayət qədər pul vəsaiti olmuşdur.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək, eyni zamanda məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq iddiaçının əmək qanunvericiliyinə uyğun olaraq fərdi əmək mübahisələri üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin ötürdüyünü bildirərək iddia müddətinin tətbiq edilməsini v ə iddiadan imtina edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2929/2021 nömrəli, 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia qismən təmin edilmiş, cavabdehdən 2020-ci ilin oktyabr ayı üçün 3.435.41 manat və 2020-ci ilin noyabr ayı üçün 3.263.63 manat olmaqla cəmi 6.699.04 (altı min altı yüz doxsan doqquz manat, dörd qəpik) manat məbləğində əmək haqqının tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 27 noyabr 2020-ci il tarixədək istifadə edilməmiş 60 günlük əsas əmək məzuniyyətinə görə pul əvəzinin hesablanaraq iddiaçıya ödənilməsi, hüquqi yardıma görə ödənilmiş 3,750 (üç min yeddi yüz əlli) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə cəmi 707 6,70 manat (yeddi min yetmiş altı manat, yetmiş qəpik) manat ödəncin tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 09 noyabr 2020-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3,435.41 manat məbləğində əmək haqqının 1%-i məbləğində, günlük 34.35 manat ödəncin, 27 noyabr 2020-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3.263.63 manat məbləğində əmək haqqının 1%-i məbləğində, günlük 32.63 manat məbləğində ödəncin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən ə mək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırkı iş materiallarında iddiaçının oktyabr və noyabr ayları üzrə əmək haqqının ödənilməməsi, mart, aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üzrə isə əmək haqqının gecikmələrlə ödənilməsi iddiasına qarşı cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
8. Məhkəmə hesab etmişdir ki, əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsi hissəsində iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdehdən 7076,7 manat məbləğində ödənc tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı 2021-ci ilin may ayında məhkəməyə müraciət etmiş, mart və aprel ayları üzrə 1 illik iddia müddəti ötürülmüşdür. Əlavə olaraq məhkəmə onu da qeyd etmişdir ki, iddia tələbi 09 noyabr 2020-ci il və 27 noyabr 2020-ci il tarixindən ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün müvafiq olaraq günlük 34,35 manat və 32,63 manat məbləğində ödəncin tutulması hissəsində də əsaslıdır. Deyilənlərlə yanaşı məhkəmə işin hallarını və bank hesabından çıxarışı əsas götürərək hesab etmişdir ki, iddia tələbi oktyabr ayı və noyabr ayları üçün cəmi 6699,04 manat ödənilməmiş əmək haqqının tutulması hissəsində də əsaslıdır.
9. Məhkəmə iddia tələbinin istifadə olunmamış məzuniyyət pulunun ödənilməsi hissəsinə münasibətdə qeyd etməyi zərur i hesab etmişdir ki, hazırkı əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Bu səbəbdən də, məhkəmə iddia tələbini həmin hissədə qismən əsaslı hesab edərək, məhkəmənin məzuniyyət haqqının hesablanması üzrə ixtisaslı vərdişləri (vasitələri) olmadığından, habelə hesablamalarla əlaqədar digər sübutlar təqdim edilmədiyindən, sadəcə 60 günlük müddət üçün məzuniyyətə görə ödənilməli pulun hesablanaraq tutulması ilə kifayətlənmişdir.
6. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin iddiaçıya oktyabr və noyabr aylarına görə ödənilməmiş əmək haqqının ödənilməsi və gecikdirilmə lərə görə ödənişin verilməsi barədə qənaəti tam əsassız və qanunsuzdur. Belə ki, iddiaçı "xxxx" ASC-nin layihə rəhbəri vəzifəsində çalışıb və əmək haqlarının vaxtı-vaxtında verilməməsinə və gecikdirilməsinə görə birbaşa cavabdeh şəxsdir. Ona görə də, məhkəmənin əmək haqqının ödənilməsi və gecikdirilməsinə görə ödənişin verilməsi barədə gəldiyi nəticə tam əsassızdır.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11414/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası, 2(103)729/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qərardadı ilə isə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə 9/2028 nömrəli, 04 aprel 2 022-ci il tarixli rəyinə əsasən, İddiaçı cavabdeh "xxxx" ASC-də layihə rəhbəri vəzifəsində işlədiyi müddətdə 2020-ci ilin oktyabr ayı üzrə 3435,41 manat və noyabr ayı üzrə 3271,82 manat olmaqla, ödənilməli olan əmək haqqının məbləğinin ümumilikdə 6.707,23 manat olduğu; 2020-ci ilin oktyabr və noyabr ayları üçün ödənilməli olan əmək haqqının gecikdirilməsinə görə 2020-ci ilin oktyabr ayı üzrə xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün həmin məbləğin gündəlik 1 faizinin 34,35 manat olduğu, 2020-ci ilin noyabr ayı üzrə xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün həmin məbləğin gündəlik 1 faizinin 32,71 manat olduğu; "xxxx" ASC tərəfindən İddi açı istifadə edilməmiş əmək məzuniyyətinə görə 27 noyabr 2020-ci il tarixədək ödənilməli olan məzuniyyət haqqının 6780,41 manat məbləğində olduğu; İddiaçı "xxxx" ASC-də layihə rəhbəri işlədiyi müddətdə 2020-ci ilin yanvar ayından həmin ayın sentyabr ayınadək olan dövrdə ödənilmiş əmək haqqının gecikdirilməsinə görə gecikmə günlərinin sayı nəzərə alınmaqla, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən 1% ödəncin məbləğinin ümumilikdə 14.325,62 manat olduğu müəyyən edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 may 2022-ci il tarixli, 2(103)-729/2022 nömrəli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi miqdarının müəyyən edilməməsi və hüquqi yardıma görə tutulmuş pul əvəzinin məbləği hissəsində dəyişdirilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin məbləğinin 6780,41 (altı min yeddi yüz səksən manat qırx bir qəpik) manat, hüquqi yardıma görə ödənilməli məbləğ isə 1000 (min) manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin şikayətində göstərdiyi, yəni məhkəmənin iddiaçıya oktyabr və noyabr aylarına görə ödənilməmiş əmək haqqının ödənilməsi və gecikdirilmələrə görə ödənişin verilməsi barədə qənaətinin tam əsassız və qanunsuz olması barədə dəlillərin özü yalnız şikayət xatirinə istifadə olunan ziddiyyət li fikirlərdir. Çünki, iddiaçıya 2020-ci ilin oktyabr və noyabr ayı üzrə əmək haqqını ödəmədiyini cavabdeh özü məhkəmə sorğusuna cavabında etiraf edir, ancaq əmək haqqı ödənişinin gecikmə səbəbini cavabdehin təqsiri ucbatından deyil, dünyada elan olunmuş Covid-19 pandemiyası ilə əlaqədar yaranmış maliyyə çətinliyi ilə bağlı olduğunu göstərir. Buna baxmayaraq, iş üzrə keçirilmiş ilkin və əlavə məhkəmə mühasibatlıq ekspertizalarının rəyi ilə də cavabdehin iddiaçıya 2020-ci ilin oktyabr ayı üzrə 3435,41 manat, noyabr ayı üzrə 3271,82 manat, cəmi 6707,23 manat əmək haqqını ödəməməsi öz təsdiqini tapır, baxmayaraq ki, iddiaçı noyabr ayı üzrə əmək haqqını daha az- 3263,63 manat tələb etmişdir. Bundan başqa, cavabdehin qənaətinə görə məhkəmə iddia tələbini həm də ona görə rədd etməli idi ki, iddi açı "xxxx" ASC-nin layihə rəhbəri vəzifəsində çalışmış və əmək haqlarının vaxtı-vaxtında verilməməsinə və gecikdirilməsinə görə birbaşa cavabdeh şəxs olmuş, ona görə də məhkəmənin əmək haqqının ödənilməsi və gecikdirilməsinə görə ödənişin verilməsi barədə gəldiyi nəticə tam əsassızdır. Ancaq iddiaçının layihə rəhbəri vəzifəsində çalışması o demək deyil ki, məhz bu vəzifədə işləməsi iddianın əsassızlığına dəlalət etməlidir. İddiaçının əmək funksiyasının qeyd olunanlardan ibarət olması cavabdeh tərəfə iddianın əsassız olmasını sübuta yetirməkdə heç bir maneə yaratmırdı. Əksinə, iddiaçının gətirdiyi dəlillər işin hallarına uyğundur və iddianın əsaslı olmasını daha da təsdiq etmiş olur.
15. Bundan əlavə, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgöt ürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri bölməsində nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, qeyd olunan maddəyə əsasən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi hissəsində məhkəmənin gəldiyi qənaət düzgün olmuşdur. Çünki, əmək haqqının gecikdirilməsi tərəflər arasında fərdi əmək mübahisəsi yaratmamışdır. Başqa sözlə, cavabdeh bu gecikdirməni özünün təqsiri ucbatından deyil, dünyada elan olunmuş Covid-19 pandemiyası ilə əlaqədar yaranmış maliyyə çətinliyi ilə bağlı olması ilə əlaqələndirmişdir. Bu cür vəziyyətdə məh kəmənin iddiaçıya Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsini təmin etməsi tam əsaslı olmuşdur.
16. Kollegiya qeyd etmişdir ki, iddiaçı cavabdeh "xxxx" ASC-dən 27 noyabr 2020-ci il tarixədək istifadə edilməmiş 60 günlük əsas əmək məzuniyyətinə görə 6780.41 manat pul əvəzinin hesablanaraq ona ödənilməsini tələb etməsinə baxmayaraq birinci instansiya məhkəməsi iddianın bu hissəsini təmin etsə də ödənilməli olan məbləği göstərməmişdir. Cavabdeh bu məbləğin 6766,73 manat təşkil etdiyini göstərsə də, ilkin ekspertizanın rəyində bu məbləğ 7684,46 manat, əlavə məhkəmə mühasibatlıq ekspertizasının rəyində bu məbləğin 6780,41 manat olduğu təsdiq olunmuşdur. Ona görə də, iddiaçının tələb etdiyi bu məbləğ cavabdehin və əlavə məhkə mə mühasibatlıq ekspertizasının rəyinə uyğun olduğundan əsas götürülməlidir.
17. Kollegiyanın mövqeyinə görə iddiaçı hüquqi yardıma görə ödənilmiş 3,750.00 (üç min yeddi yüz əlli) manatın cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsini tələb etmiş, məhkəmə də bu məbləği tam təmin etmişdir. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır(MPM.m.121.1). Apellyasiya instansiyası məhkəməsi vəkilin hazırki iş üzrə göstərdiyi hüquqi yardıma görə tələb etdiyi xərcin işin halları və həcmi baxımından ağlabatan məbləğ hesab etməmiş və bunun tam təmin edilməsini əsaslı hesab etməmişdir. Çünki, cavabdehin də əmlak mənafeləri nəzərə alınmalı və onun həddindən artıq maliyyə məsuliyyətinə cəlb olunması da yolverilməzdir. Buna görə hüquqi yardıma görə xərcin əvəzinin 1000(min) manatadək azaldılması mümkün hesab edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, onun nümayəndəsinin iştirakı təmin edilmədiyindən qanunvericiliyin mülki hüquqların məhkəmə müdafiəsi prinsipi pozulmuş və ədalətsiz məhkəmə qərarını qəbul edilməsinə səbəb olmuşdur. Nərimanov Rayon Məhkəməsində işə baxan hakim tərəfindən iş üzrə məsələyə münasibət bildirilərkən Əmək Məcəlləsinin tələblərinə zidd olan ekspertiza mərkəzlərinin rəyl əri nəzərə alınmış və sübutlar tam araşdırılmamış, ancaq 1% cərimələrin tətbiq olunmalı və ya olunmamasına dair heç bir fikir bildirməmişdir və bildirməməlidir. Hesab edir ki, tərəflər arasında əmək mübahisəsi yarandığından bu gecikmə faizlərinin tətbiqi ümumiyyətlə yanlışdır. Ali Məhkəmə analoji digər əmək mübahisəsində birmənalı mövqeyini bildirərək məsələyə hüquqi münasibət bildirmiş və tərəflər arasında əmək mübahisəsi yarandığından əmək haqqının gecikmə faizlərini tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 20. 9-cu maddəsinin “d” bən dinə əsasən əmək müqaviləsi üzrə işçinin qanunvericilikdə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. 21. 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 22. 135-ci maddəsini 2-ci hissəsinə və 144-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 23. 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 24. 157-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödən ilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 25. 157-ci maddəsinin 3-cü hissəsinə görə əmək haqqının tərkibinə aylıq tarif(vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 26. 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. 27. 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələribölməsində nəzərdə tutulan qaydada həll edilir. 28. 195-ci maddəsinin “d” bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə i ş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallar a yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 32.
33. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində məhkəmə aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Qeyd edilməlidir ki, cavabdeh kassasiya şikayətində göstərir ki, tutulan məbləğlər işin hallarına uyğun olmamış, keçirilmiş ekspertizanın nəticəsinə görə verilən rəy əsassız olmuş, fərdi əmək mübahisəsi yarandığından faizin tutulması istinad olunan normaların tələbinə uyğun olmamışdır.
41. İlkin olaraq qeyd edilməlidir ki, baxılan iş üzrə birinci instansiya məhkəməsində ekspertiza təyin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə işdə olan sübutlar əsasında ekspertiza keçirilməsini zəruri bilmiş, cavabdeh buna etiraz etməmişdir. Hazırda isə cavabdeh ekspertiza rəyi ilə razılaşmasa da bunun hansı sübutlar əsasında təsdiq edildiyinə istinad etmir. Qeyd edilməlidir ki, cavabdeh özü qəbul edir ki, iddiaçıya ödənilməli olan əmək haqqı məbləği hesablansa da, ölkədə baş vermiş pandemiya ilə bağlı olaraq ödənilməsi mümkün olmamışdır.
42. Bununla bağlı isə qeyd edilməlidir ki, göstərilən qaydada əm ək haqqının tələb olunması halında fərdi əmək mübahisəsi yaranmış hesab edilmir. Digər tərəfdən məhz əmək haqqının ödənilməməsinin pandemiya ilə bağlı olmasını göstərsə də bununla bağlı hər hansı sübutlara istinad etmir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə münasibətdə qeyd etmişdir ki, həmin dəlillər əsassız olmaqla ziddiyyətlidir. İş materialları ilə müəyyən olunur ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə məlumat verilmiş, lakin hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
44. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
43. Qərara aldı: Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-729/2022 nömrəli iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.