Məhkəmə qərarları › İş №2(102)-5213/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5213/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5213/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5213/21 (Açar sözlər: aliment sazişinin ləğvi, pul tələbi,) Bakı şəhəri, 01 notyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sazişin ləğvi və pul tələbinə” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( 103)-4145/2021 nömrəli, 02 iyun 2021-ci il tarixli, qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 23.03.2010-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olublar. Birgə nikahdan tərəflərin 11.01.2011-ci il təvəllüdlü X4 və 30.06.2014-cü il təvəllüdlü Əmiraslanov Həsən Söhrab oğlu adlı iki uşaqları var.

2. Tərəflərin nikahı Nərimanov rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli, 2(005)3590/2017 saylı qətnaməsi ilə pozulmuşdur. 17.04.2017-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında aliment sazişi bağlanmışdır. Sazişə əsasən cavabdeh aliment qismində 50000 manat məbləğində pul vəsaiti ödəyir. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında 17 aprel 2017-ci il tarixdə bağlanmış sazişin ləğv edilməsi, həmin sazişdə nəzərdə tutulmuş 50000 manat məbləğində aliment ödənişinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçının cavabdehlə bağladığı 17.04.2017-ci il tarixli sazişdə cavabdehin aliment qismində 50000 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməsi nəzərdə tutulsa da, cavabdeh həmin məbləği iddiaçıya ödəməmişdir. Cavabdeh bu barədə öhdəlik götürmüş, lakin yerinə yetirməmişdir.

5. İddiaçı aliment sazişində nəzərdə tutulmuş pul məbləğinin ödənilməsi üçün dəfələrlə cavabdehə şifahi müraciət etmişdir. Hər dəfə cavabdeh pul məbləğini ödəyəcəyinə söz versə də, sözünün üstünd ə durmamış və öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı 18.11.2020-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərmişdir. Cavabdeh xəbərdarlığı rəsmi şəkildə qəbul etsə də, indiyə kimi aliment sazişinə əsasən ödənilməsi nəzərdə tutulmuş 50.000 manat məbləğində pulu ödəməmişdir. Bu da iddiaçının mülki qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını pozur. Valideynlər uşaqların saxlanılmasında bərabər hüquq və vəzifərələ malikdir. Lakin cavabdeh uşaqlarının tərbiyəsində iştirak etmir, aliment sazişində qeyd olunan məbləği ödəməkdən imtina edir.

6. Aliment məbləğinin ödənilməsinə dair müqavilə mövcuddur və hazırda da qüvvədədir. Lakin müqavilədə (sazişdə) qeyd olunan məbləğin ödənilməsi ilə əlaqədar heç bir sübut yoxdur. Vəkil sorğusuna Bakı şəhəri 50 saylı notariat kontorundan v erilmiş cavabdan bəlli olur ki, 17.04.2017-ci il tarixli sazişə əsasən ödənilməli olan pul vəsaiti notariusun depozit hesabı vasitəsilə ödənilməmiş və həmin pul vəsaitinin ödənilməsi ilə bağlı notariat işinə heç bir rəsmi sənəd əlavə edilməmişdir. Saziş bağlansa da heç bir pul məbləği iddiaçıya ödənilməmişdir.

7. Sazişdə icra müddəti müəyyənləşdirilməyib, həmçinin ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil oluna bilməz.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 377.3, 385.1, 386.1, 442 və Ailə Məcəlləsinin 99-ci maddələrinə istinad etmişdir.

9. Cavabdeh iddiaya etiraz vermişdir. Etirazın dəlilləri: -boşanma zamanı tərəflər arasında saziş bağlanmış və pul həmin an verilmişdir. Notariat orqanında saziş təsdiq olunmuşdur; - nikahın pozulması tələbinə dair i ddia ərizəsi Nərimanov rayon Məhkəməsində olduğu vaxt 17.04.2017-ci il tarixdə iddiaçı ilə cavabeh arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş sazişə əsasən 11.01.2011-ci il təvəllüdlü X1 və 30.06.2014-cü il təvəllüdlü Əmiraslanov Həsən Söhbət oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh aliment qismində birdəfəlik 50.000 manat pulu iddiaçıya vermiş və iddiaçı da həmin məbləğdə pulu qəbul etmişdir; - iddiaçı nikahın pozulması işi üzrə 18.05.2017-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması ilə bağlı məsələni öz aralarında saziş bağlamaqla həll etmişlər və cavabdehə qarşı aliment tələbi ilə bağlı heç bir iddiası yoxdur; - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli 2(005)3590/2017 nömrəli qə tnaməsinin 2-ci vərəqinin 4-cü abzasında göstərilmişdir ki, Cavabdeh ilə X5 arasında 17.04.2017-ci il tarixdə bağlanmış və notariat qaydada təsdiq edilmiş sazişə əsasən Cavabdeh rəsmi nikahda olduğu X3 birgə nikahlarından olmuş yetkinlik yaşına çatmayan uşaqları 11.01.2011-ci il təvəllüdlü X2 və 30.06.2014-cü il təvəllüdlü Əmiraslanov Həsən Söhrab oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün aliment qismində birdəfəlik olaraq 50.000 manat məbləğində nəğd pul vəsaiti vermiş, X5 isə həmin məbləğdə pulu qəbul etmiş və Cavabdeh qarşı aliment tələbi ilə bağlı heç bir iddiasının olmadığını bildirmişdir; - eyni zamanda həmin qətnamənin 1-ci vərəqənin 4-cü abzasından və 3-cü vərəqənin 2- ci abzasından görünür ki, Məmmədova (Əmiraslanova) Azadə Azər qızı uşaqların yetkinlik yaşına çatanadək s axlanması üçün Cavabdeh aliment tələb etmir, alimentin ödənilməsi ilə bağlı məsələ tərəflər arasında bağlanmış sazişlə həll edilmişdir; - bununla da Nərimanov rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli 2(005)3590/2017 saylı qətnaməsinin təsviri və əsaslandırıcı hissəsində də 11.01.2011-ci il təvəllüdlü X1 və 30.06.2014-cü il təvəllüdlü Əmiraslanov Həsən Söhrab oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün aliment qismində birdəfəlik Əmiraslanova (Məmmədova) Azadə Azər qızının 50.000 manat pulu cavabdehdən alması və alimentlə bağlı iddiasının olmaması öz əksini tapmışdır. Buna görə də 17.04.2017-ci il tarixli sazişdə nəzərdə tutulmuş 50.000 manat məbləğində alimentin ödənilməsinin mübahisləndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir; - iddiaçı 21.10.2020-ci il tarixdə cavabdeh ə qarşı aliment tələbi ilə bağlı Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2(009)-2337/2020 saylı qətnaməsinə əsasən İddiaçı aliment tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir; - saziş cavabdeh tərəfindən pozulmamış, Əmiraslanova (Məmmədova) Azadə Azər qızı ilə 17.04.2017-ci il tarixli saziş bağlanarkən aliment qismində 50.000 manat əldə edəcəyinə ümid etmiş və bu vəsait ona ödənilmişdir; - cavabdeh iddiaçıya onun maşınında 50.000 manatı şəxsən sayıb özünə vermiş, bundan sonra iddiaçı girib notariusda sazişə imza etmiş, əks halda iddiaçı sazişə qol çəkməzdi.

10. Səbail Rayon Məhkəməsinin 2(009)-461/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ilə Əmiraslanova (Məmmədova) Az adə Azər qızı arasında bağlanılmış və 17 aprel 2017-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş saziş ləğv edilmiş və 17 aprel 2017-ci il tarixli Saziş üzrə nəzərdə tutulmuş 50.000 (əlli min) manat məbləğində aliment ödənişinin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. (hakim Şahin Abdullayev)

11. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, tərəflər arasında 23.03.2010-cu il tarixdə rəsmi nikah bağlanılmış və onların birgə nikadan 11.01.2011-ci il təvəllüdlü Ayan adlı və 30.06.2014-cü il təvəllüdlü Həsən adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında münasibətlər pozulduğu üçün Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair Nərimanov rayon Məhkəməsində iddia qaldırmışdır. Nəriman rayon Məhkəməsin in 18.05.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahından olan uşaqlar iddiaçının yanında saxlanmışlar. Nikahın pozulması ilə bağlı iş məhkəmə icraatında olduğu zaman tərəflər arasında notarial qaydada 17.04.2017-ci il tarixdə saziş bağlanmışdır. Həmin Sazişə əsasən Cavabdeh rəsmi nikahda olduğu X3 birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment qismində birdəfəlik olaraq 50.000 manat məbləğində nağd pul vəsaiti verir, X5 isə həmin vəsaiti qəbul edərək Cavabdeh qarşı aliment tələbi ilə bağlı heç bir iddiasının olmadığını bildirir.

12. Birinci instansiya məhkəməsi qeyd edib ki, tərəflər arasında bağlanmış 17.04.2017-ci il tarixli Saziş üzrə ödənilməli olan 50.000 manatla bağlı tərəflər arasında mübahisə var, iddiaçı həmin pulun cavabdeh tərəfindən ödənilməməsini, cavabdeh isə öz növbəsində Saziş üzrə pulun tam ödənilməsini və bu halın Nərimanov rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli qətnaməsi ilə tam təsdiq olunduğunu iddia edir.

13. Birinci instansiya məhkəməsi mübahisəli Sazişin ləğv edilməsi ilə bağlı tələbə hüquqi qiymət verməmişdən əvvəl məhkəmə aktlarının preyudisiallığı ilə bağlı prosessual qanunvericliyə və Konstiutsiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd edib ki, Nərimanov rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli qətnaməsi forma baxımından hazırki iş üzrə baxılan mübahisədən fərqlidir və hazırki işlə hər hansı eyniliyi yoxdur. Hazırki iş üzər mübahisə predmeti Saziş üzrə ödənilməli olan pul məbləğinin tələb edilməsidir. Məzmun bax ımından hazırki mübahisə üzrə Nərimanov rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli qətnaməsinin preyudisial əhəmiyyəti o halda məcburi hesab edilə bilər ki, həmin qətnamədə müəyyən olunmuş maddi-hüquqi faktlar konkret müəyyən olunmuş, yaxud təsdiq edilmiş olsun. Yəni Nərimanov rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı 17.04.2017-ci il tarixli Saziş üzrə Cavabdeh 50.000 manat pulun alması faktı təkzibedilməz olmalı və konkret olmalıdır. Lakin Nərimanov rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəflər arasında bağlanmış Sazişə istinad edərək onlar arasında alimentlə bağlı mübahisənin olmamasını və bu səbəbdən nikah pozulduqdan sonra alimentlə bağlı məsələnin həll edilməsninə zərurət olmadığını qeyd etmişdir. Məhkəmə Cavabdeh tərə findən İddiaçı Saziş üzrə 50.000 manat məbləğində pulun verilməsini təsdiq etməmiş və həmin halın müəyyən edilməsi üçün hər hansı araşdırma aparmamışdır. Məhkəmə yalnız tərəflər arasında bağlanmış Sazişə istinad edərək və İddiaçı Cavabdeh aliment tələbinin olmamasını əsas tutaraq birgə nikahdan olan uşaqların saxlanılması üçün alimentin tutulması məsələsini həll etməmişdir. Digər tərəfdən məhkəməyə təqdim edilmiş məhkəmə iclas protokolunun kserosurətindən görünür ki, Cavabdeh verilən suala cavab olaraq 50.000 manat məbləğində pulun İddiaçı verilməsini qeyd etsə də, nə məhkəmə iclas protokolunda, nə məhkəmə qətnaməsində İddiaçı tərəfindən həmin pulun alınması etiraf olunmur. Əksinə, onun tərəfindən alimentlə bağlı məsələnin Sazişlə həll edilməsi, Sazişdə isə pulun imperativ qaydada verilməs i müəyyən edilmir.

14. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab edib ki, Nərimanov rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli qətnaməsi hazırki işə baxılarkən Saziş üzrə pulun verilməsi faktını təsdiq edən sübut hesab edilə bilməz və bu səbəbdən də həmin qətnamənin hazırki işə baxılarkən preyudisial əhəmiyyəti yoxdur. Lakin Nərimanov rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli qətnaməsi hazırki işə baxılarkən Saziş üzrə 50.000 manat pulun verilməsini təsdiq edən və preyudisial əhəmiyyətə malik olan qərar hesab edilməsə də, bu qətnamə Saziş üzrə pulun Cavabdeh tərəfindən İddiaçı verilməməsini də təsdiq etmir və bununla bağlı da məhkəmə qətnaməsinin hər hansı preyudisial əhəmiyyəti yoxdur. Bu baxımdan, hazırki mübahisənin predmeti təqdim edilmiş sübutlar əsasında qiymətləndirilməli və toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verilməlidir.

15. Birinci instansiya məhkəməsi saziş üzrə pulun real olaraq verilməsi ilə bağlı qeyd edib ki, tərəflərin bağladıqları Sazişin predmeti Cavabdeh tərəfindən Əmiraslanova (Məmmədova) Azadə Azər qızına iki uşağın saxlanılması üçün aliment qismində birdəfəlik 50.000 manat nağd pul vəsaitinin verilməsidir. Tərəflər arasında bağlanmış müqavilə konsesual müqavilə olsa da və bağlandığı andan qüvvəyə minməsə də, bu hal müqavilə tərəfi olan Cavabdeh Azadə Əmiraslanovaya 50.000 manat pulun verilməsini təsdiq etmir. Müqavilə notariat qaydada təsdiq olunsa da, pulun verilməsi ilə bağlı notariusun depozit hesabına hər hansı məbləğ Cavabdeh tərəfindən mədaxil edilməmişdir. Digər tərəfdən Sazişdə qeyd edilmişdir ki, “Cavabdeh 50.000 manat ver ir”, digər tərəf isə “həmin pulu qəbul edir”. Yəni Sazişdə pulun onun bağlandığı vaxtdan əvvəl və ya sonra verilməsi və ya müqavilə bağlanan vaxt və ya sonra qəbul edilməsi müəyyən olunmur. Tərəflər arasında münasibətlərin pozulması və mübahisə olduğu üçün alimentlə bağlı aralarında notarial qaydada Sazişin bağlanması onu göstərir ki, tərəflər arasında bir-birinə qarşı qarşılıqlı inam olmamışdır. Alimentlə bağlı mübahisənin Saziş bağlanması yolu ilə rəsmiləşdirilməsi, lakin Sazişlə verilməli olan külli miqdarda pulla bağlı hər hansı sənəd tərtib edilməməsi onu təsdiq edir ki, cavabdeh tərəfindən iddiaçıya həmin pul verilməmişdir. Nərimanov rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli qətnaməsindən də göründüyü kimi, məhkəmə iclasında izahat verən İddiaçı pulun ona verilməsini deyil, alime ntlə bağlı mübahisənin Saziş bağlanması yolu ilə həll edilməsini göstərmişdir.

16. Cavabdeh tərəfindən iddiaçıya Saziş üzrə pulun verilməsi şübhə doğurduğu üçün və pulun verilməsi halının mövcudluğu hər hansı təkzibolunmaz sübutla təsdiq olunmadığı üçün, birinci instansiya məhkəməsi hesab edib ki, cavabdeh Saziş üzrə iddiaçıya hər hansı pul məbləği ödəməmişdir

17. Birinci instansiya məhkəməsinin mövqeyinə görə tərəflər arasında bağlanmış Saziş üzrə cavabdeh tərəfindən iddiaçıya 50.000 manat məbləğində pulun ödənilməsi faktı öz təsdiqini tapmadığından, iddiaçı cavabdehlə bağlanmış sazişin ləğv edilməsi və birdəfəlik qaydada cavabdeh tərəfindən ödənilməli olan pulun tutulması barədə iddia qaldırmaqda tam haqlıdır. İddiaçı Sazişin ləğv edilməsi və Saziş üzrə 50.000 manat pulun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bununla bağlı hər hansı hərəkət etməmişdir.

18. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 421.1 və 421.2-ci maddələrinə əsasən belə nəticəyə gəlib ki, tərəflər arasında bağlanmış Saziş cavabdeh tərəfindən yerinə yetirilmədiyi üçün, yəni cavabdeh həmin saziş üzrə iddiaçıya 50.000 manat ödəməsini öhdəsinə götürsə də, həmin öhdəliyi icra etmədiyi üçün, tərəflər arasında bağlanmış Saziş ləğv edilməli və cavabdeh tərəfindən iddiaçıya 50.000 manat məbləğində pul ödənilməlidir

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 386.1, 421.1, 421.2, 424.5, Mülki Prosessual Məcəllənin 82.3 və 233.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti hazırkı qərarın 9-cu bəndində əks edilən iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırılıb və şikayətdə həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymət verilməməsinə istinad edilib.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4145/2021 nömrəli, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(009)-461/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Emin Mehdiyev)

23. Apellyasiya məhkəməsi qeyd edib ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtləri nə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdehin isə üzərinə etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi düşür. Cavabdeh 17.04.2017-ci il tarixdə mübahisə predmeti olan sazişi bağlamamışdan əvvəl avtomobildə sazişdə nəzərdə tutulan məbləği həqiqətən iddiaçıya tam olaraq verdiyini bəyan edirsə, bunu özü sübut etməlidir, lakin cavabdeh bu halları sübut edə bilmir.

24. Hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq, yaxud ailə hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini təsdiql əmək, yaxud gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn, uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi, ailə münasibətlərinin pozulması, ailə münasibətləri pozulduqdan sonra da birgə nikahdan doğulmuş uşaqların saxlanması ilə əlaqədar aralarında yaranmış mübahisələrlə bağlı birbirinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyət lərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə (sazişə) əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf buna etiraz edərək qarşı tərəfə hər hansı məbləğdə pul ödəməli olmadığını, yaxud hazırki işdə olduğu kimi saziş üzrə nəzərdə tutulan məbləği ödədiyini bəyan edirsə, belə vəziyyətdə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir.

25. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə qeyd edib ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında yetkinlik yaşına çatmayan uşaql arının saxlanılması ilə əlaqədar həqiqətən alimentlə bağlı saziş bağlansa da, cavabdeh həmin sazişdə nəzərdə tutulan aliment məbləğini ödədiyini bəyan edir. Lakin cavabdehin mövqeyini əsaslı hesab etmək olmaz. Çünki notariat qaydasında alimentə dair bağlanmış saziş üzrə nəzərdə tutulan məbləği iddiaçıya həqiqətən real ödədiyini sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin bu barədə şikayətinin dəlilləri isə iş materiallarında olan digər mötəbər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Cavabdeh həqiqətən də uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sazişdə nəzərdə tutulan məbləği ödəmişdirsə, bu barədə sazişdə, yaxud hansısa yazlı sənəddə buna dair qeyd də apara bilərdi. Bu daha mötəbər sübut olardı.

26. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə tərəflər arasında bağlanmış sazişdə nəzərdə tutulan məbləğin bilavasitə notariusun yanında ödənilmədiyi, yaxud notariusun depozit hesabına qoyulmadığı işin mübahisəsiz halıdır. Başqa sözlə tərəflər də bunu mübahisələndirmir. Mübahisəli hal saziş bağlanan gün, notariat orqanının qarşısında avtomobilin içərisində göstərilən məbləğin birdəfəyə cavabdehin iddiaçıya həqiqətən verib-verməməsi ilə bağlıdır. Bu halı sübut etmə yükü artıq cavabdehin üzərinə düşür, o, bu halı sübut etməlidir, yəni buna dair mötəbər sübut təqdim etməlidir. Ancaq bu hal birmənalı, ziddiyyətsiz sübutlarla təsdiq olunmur. Sazişdə qeyd edilən müddəalar, yəni Cavabdeh rəsmi nikahda olduğu Əmiraslanova Azadə Azər qızına... alime nt qismində birdəfəlik olaraq 50000(əlli min) manat məbləğində “nağd pul vəsaiti verir” və sonuncunun həmin “nağd pul vəsaitini qəbul edir” sözləri qeyd olunan məbləğin həqiqətən iddiaçı tərəfindən alındığını təsdiq edən şərt kimi qəbul edilə bilməz. Çünki, “verir” və “qəbul edir” sözləri sazişin icra olunduğunu, yaxud həmin məbləğin verildiyini birbaşa təsdiq etmir.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin 17.04.2017-ci il tarixli saziş əsasında cavabdeh tərəfindən iddiaçıya 50.000 manatın tam ödənilməsinin Nərimanov Rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli 2(005)-3590/2017 saylı qətnaməsində öz təsdiqini tapmadığı barədə gəldiyi qənaətlə də razılaşıb və göstərib ki, nə qeyd olunan qətnamədə, nə də həmin işin iclas protokolunda hazırki iş üzrə iddiaçı qeyd olunan məbləği həqiqətən aldığını göstərməmişdir. Ona görə də həmin qətnamənin hazırki iş üzrə preyudisiallığından ümumiyyətlə bəhs etmək olmaz.

28. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışı zamanı cavabdehin təqdim etdiyi 17.04.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən qeyd edib ki, bu müqavilə də eyni gündə, eyni notariat kontorunda, sazişdən 8 dəqiqə fərqlə təsdiq olunmuşdur. Düzdür, bu mümkün olmayan hal deyil. Amma eyni gündə, eyni vaxtda cavabdehin iddiaçı ilə 50000 manat aliment ödənilməsini nəzərdə tutan sazişin təsdiqlənməsi və həmin məbləği elə həmin gün ödəməsi, həmçinin iddiaçının atasına paylı mülkiyyətində olan mənzilin 34.6 kv.m. olan 2 otağını bağışlaması inandırıcı və ağlabatan, o cümlədən motivsiz görünmür. Əlbəttə, bunun əsl səbəbl ərini tərəflər bilirlər, lakin nədənsə məhkəmənin diqqətinə çatdırmaq istəmirlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (Vəkil2) qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırlıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

31. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

33. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddia çı vəkili Vəkil1 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündürhttp://eqanun.az/framework/46944 Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur Azərbaycan Respublikasını n Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır.” Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə”qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yox dur. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquq i məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nə ticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instan siyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanması nəticəsinə gələrkən səhvə yol vermişdir.

37. İddia tələbi iddiaçı ilə cavabdeh arasında bağlanmış aliment sazişinin ləğvi və həmin saziş əsasında 50000 manat aliment məbləğinin cavabdehdən tutulması barədədir. İddiaçı tələbinin əsası kimi ona istinad edib ki, aliment sazişində nəzərdə tutulmuş pul məbləğinin ödənilməsi üçün dəfələrlə cavabdehə şifahi, 18.11.2020-ci il tarixdə isə xəbərdarlıq məktubu ilə müraciət edib, lakin cavabdeh öhdəliyini yerinə yetirməyib.

38. Birinci instansiya məhkəməsi də iddianı Mülki Məcəllənin 421.1 və 421.2-ci maddələrinə əsasən təmin edərkən ona istinad edib ki, tərəflər arasında bağlanmış m üqavilə konsesual müqavilədir və bağlandığı andan qüvvəyə minməyib, müqavilə tərəfi olan Cavabdeh Azadə Əmiraslanovaya 50.000 manat pul verməsi təsdiq edilmir. Müqavilə notariat qaydada təsdiq olunsa da, pulun verilməsi ilə bağlı notariusun depozit hesabına hər hansı məbləğ Cavabdeh tərəfindən mədaxil edilməmişdir. Digər tərəfdən Sazişdə qeyd edilmişdir ki, “Cavabdeh 50.000 manat verir”, digər tərəf isə “həmin pulu qəbul edir”. Yəni Sazişdə pulun onun bağlandığı vaxtdan əvvəl və ya sonra verilməsi və ya müqavilə bağlanan vaxt və ya sonra qəbul edilməsi müəyyən olunmur. İddiaçı Sazişin ləğv edilməsi və Saziş üzrə 50.000 manat pulun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bununla bağlı hər hansı hərəkət etməmişdir.

39. Apellyasiya məhkəməsi də eyni mövqedən çıxış etmişdir. 4

0. Məhkəmə kollegiyası sazişdə ”Cavabdeh 50.000 manat verir”, digər tərəf isə “həmin pulu qəbul edir” ifadələrinin pulun verilməməsi anlamına gəlməsi barədə gəlinən nəticəni həmin ifadələrin Mülki Məcəllənin müqavilənin təfsiri ilə bağlı 404-cü maddəsinin tələbləri baxımından qiymətləndirilmədiyi üçün əsaslı saymır.

41. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

42. Göründüyü kimi qanunvericilik tələb edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə yalnız müqavilədəki söz və ifadələrin hərfi mənası ilə məhdudlaşmamalı, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır. Üstəlik, müqaviləyə qədərki danışıqlar və tərəflərin sonrakı hərəkətləri də nəzərə alınmalıdır.

43. İşdən isə görünür ki, birinci instansiya məhkəməsi, həmçinin apellyasiya məhkəməsi qeyd edilən sazişdəki ”Cavabdeh 50.000 manat verir”, digər tərəf isə “həmin pulu qəbul edir” ifadələrini təfsir edərkən Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin tələblərinə əməl etməmiş, həmin ifadələrin yalnız hərfi mənasına üstünlük vermişlər. Məhz bu na görə də sonda da belə qənaətə gəlinib ki, sazişdə pulun onun bağlandığı vaxtdan əvvəl və ya sonra verilməsi və ya müqavilə bağlanan vaxt və ya sonra qəbul edilməsi müəyyən olunmur. Halbuki sazişin şərtləri qanunvericiliyin tələbinə uyğun təfsir edilsəydi, pulun verilib-verilməməsi əsaslı şəkildə, hər hansı şübhədən kənar qaydada müəyyən edilə bilərdi.

44. Bundan əlavə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli 2(005)-3590/2017 nömrəli qətnaməsinin (i.v.15) hazırki iş üzrə preyudisial xarakterli olması qeyd edilsə də, qətnamənin 2-ci vərəqinin 4-cü abzasında “Cavabdeh ilə X5 arasında 17.04.2017-ci il tarixdə bağlanmış və notariat qaydada təsdiq edilmiş sazişə əsasən Cavabdeh rəsmi nikahda olduğu X3 birgə nikahlarından olmuş yetkinlik yaşına çatmayan uşaqları 11.01.2011-ci il təvəllüdlü X2 və 30.06.2014-cü il təvəllüdlü Əmiraslanov Həsən Söhrab oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün aliment qismində birdəfəlik olaraq 50.000 manat məbləğində nəğd pul vəsaiti vermiş, X5 isə həmin məbləğdə pulu qəbul etmiş və Cavabdeh qarşı aliment tələbi ilə bağlı heç bir iddiasının olmadığını bildirmişdir” cümləsinə preyudisiallıq baxımından qiymət verilmədiyi üçün bu hissədə gəlinən nəticə də əsaslı sayıla bilməz.

45. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı bir tərəfdən aliment sazişinin ləğvini, digər tərəfdən də həmin saziş üzrə cavabdehin öhdəliyini icra etməsini tələb etmiş, birinci instansiya məhkəməsi də cavabdehin müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmasına istinadən hər iki tələbi təmin etmişdir.

46. Mülki Məcəllənin 424.2-ci madd əsinə görə isə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

47. Müqavilənin ləğv edilməsi ilə tərəflərin öhdəliklərinə xitam verildiyi halda, cavabdehdən ləğv edilmiş aliment sazişi üzrə pul tutulması barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə ziddiyyətli olmuş, apellyasiya məhkəməsi də buna diqqət yetirməmişdir.

48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normaların ı tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

49. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Həbib oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4145/2021 nömrəli, 02 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar