Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5217/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: boşdayanma dövründə ödənilən əmək haqqının məbləği) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı, onun vəkili X1 oğlunun və Cavabdeh MMC-nin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.03.2021-ci il tarixli, 2(103)1085/2021 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilm iş kassasiya şikayəti üzrə işə 19 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh MMC ilə bağlanmış 24.08.2009-cu il tarixli əmək müqaviləsinə əsasən müddətsiz və ödəniş forması vaxtamuzd olmaqla, reklam işləri üzrə Bölmə rəhbəri vəzifəsində çalışır.
2. Əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında bildirişə əsasən iddiaçının aylıq əmək haqqı 843.37 manatdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən əmək haqqı üzrə ümumilikdə 6.746,96 manat məbləğində borcun tutularaq o nun xeyrinə ödənilməsi, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla əmək müqaviləsində nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün cəmi səkkiz ay üçün 2024 manat məbləğdə kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi, cavabdehdən 7 il istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin, cəmi 5.903,59 manat məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2020-ci ilin yanvar ayından iddia verilən günədək ona əmək haqqı ödənilməmişdir. Əsas ödənişlər üzrə cavabdehin qeyd olunan müddət üçün borcu ümumilikdə 6.746,96 manat təşkil edir. Belə ki, işəgötürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrindən birini yerinə yetirmir. Bununla bağlı bir neçə dəfə cavabdehə müraciət etsə də, ona olan əmək haqqı borcu və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verilməmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4138/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-nin Azərbycan Respublikasındakı Nümayəndəliyindən 6.746,96 manat məbləğində ödənilməyən əmək haqqının tutularaq İddiaçı ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın Cavabdeh MMC-nin Azərbycan Respublikasındakı Nümayəndəliyi tərəfindən hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilm əmişdir.
6. Məhkəmə əmək haqqının ödənilmədiyinə görə gecikmə faizinin ödənilməsi hissəsində iddia tələbini əsassız hesab edərək, qeyd etmişdir ki, tərəflər arasında əmək mübahisəsi vardır. İddiaçı eyni zamanda 7 il ərzində istifadə edilməmiş məzuniyyətə görə 5.903,59 manat məbləğində pul tələb edir.
7. Məhkəmə qeyd etmişdir ki, əmək məzuniyyətinə görə ödənişlərin hesablanma qaydası qanunvericilikdə nəzərdə tutulub və iddiaçı tərəfindən həmin məbləğin məhz qanunvericiliyin tələbinə uyğun olaraq hesablandığına dair sübut olmadığına görə hesab etmişdir ki, iddiaçının istifadə etmədiyi əmək məznuniyyətinə görə kompensasiya hesablanaraq iddiaçıya ödənilməsi cavabdehə həvalə edilməlidir
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135, 140 və 172-ci maddələrinə istinadla əs aslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsinin əmək haqqının tutulması və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi hissəsində tamamilə ləğv edilməsi, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 4498 manat məbləğdə ödənilməyən əmək haqqının tutularaq İddiaçı ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən hesablanaraq İddiaçı ödənilməsi hissəsində təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişd ir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.03.2021-ci il tarixli, 2(103)1085/2021 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhər Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, əmək məzuniyyətinə görə ödənişlərin hesablanma qaydası qanunvericilikdə nəzərdə tutulub və iddiaçı tərəfindən həmin məbləğin məhz qanunvericiliyin tələbinə uyğun olaraq hesablandığına dair sübut olmadığına görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçın ın istifadə etmədiyi əmək məznuniyyətinə görə kompensasiya hesablanaraq iddiaçıya ödənilməsi cavabdehə həvalə edilməlidir.
12. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135, 156, 172 və 140-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 6.746,96 manat məbləğində ödənilməyən əmək haqqının tutularaq İddiaçı ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən hesablanaraq İddi açı ödənilməsi hissəsində təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinin heç birinə münasibət bildirməmiş, ancaq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135, 140, 156 və 172.5-ci maddələrini sadalamaqla kifayətlənmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sifarişləri olmadığına görə 2019-cu ilin dekabr ayında İddiaçı başqa işə keçməsi barədə təklif vermiş, lakin iddiaçı buna qazı olmamışdır. Nümayəndəliyin yeni sifarişləri olmadığına görə 2020-ci ilin yanvar ayından başlayaraq əmək haqqı ödənilməmiş, iş olmadığına görə təbii ki, iddiaçı tərəfindən əmək funksi yaları yerinə yetirilməmişdir. Üstəlik cari ilin mart ayından etibarən ölkədə COVİD-19 virusunun yayılması (pandemiya) ilə bağlı bir çox sahələr üzrə fəaliyyət dayandırılmış, o cümlədən cavabdeh olan Nümayəndəliyin yeganə fəaliyyəti olan reklam sahəsində fəaliyyət də dayandırılmışdır. Dövlət tərəfindən Nümayəndəliyə işçilərə əmək haqqının ödənilməsi üçün heç bir yardım göstərilməmişdir. Əmək Məcəlləsinin 233cü maddəsinin 5-ci hissəsinə əsasən, iş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Belə olan halda isə nümayəndəlik tərəfindən İddiaçı Əmək Məcəlləsinin 169 və 233-cü maddələrinin tələblərinə əsasən əmək haqqının üçdə iki hissəsi ödənilə bilərdi, deməli iddiaçıya əmək haqqı a şağıdakı qaydada hesablanaraq ödənilə bilərdi: Aylıq əmək haqqı - 843.37 manat 843 manatın 2/3 hissəsi - 562.25 manat, 562.25 manat * 8 ay = 4498 manat. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında Cavabdeh MMC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
17. Məhkəmə iclasında İddiaçı və vəkili X1 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Konstitusiyası Maddə
35. Əmək hüququ Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçki lik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə
37. İstirahət hüququ 37.1. Hər kəsin istirahət hüququ vardır. 37.2. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.
19. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə
3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar
16. Fərdi əmək mübahisəsi - əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. Madd ə
2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; Maddə
9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; Maddə
110. İşçilər in məzuniyyət hüququ 110.1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 110.3. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Maddə
113. Əmək məzuniyyəti və onun verildiyi iş ili 113.1. Əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. 113.3. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən b aşlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər. Maddə
135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi 135.1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. 135.2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmu ş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə
154. Əmək haqqı
1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə
156. Əməyinin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi
1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə
169. Boşdayanma vaxtı əməyin ödənilməsi
1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadi rə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Maddə
172. Əmək haqqının verilməsi müddətləri
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onlar ın prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi v ə prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı və vəkili X1 oğlunun, Cavabdeh MMC-nin vəkili Vəkil izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ödənilməyən əmək haqqının tutulmasına aid hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
26. Belə ki, məhkəmələr cavabdehin iddiaçıya ödənilməyən dövr üçün əmək haqqının ödənilməsi, habelə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməli öhdəliyinin olması barədə düzgün nəticəyə gəlmişdir.
27. Konstitusiyada bəyan edilərək təminat verilmiş əmək hüququ və istirahət hüququnun tərkib elementləri kimi əmək haqqı almaq və məzuniyyət hüququnun reallaşdırılması qaydaları Əmək Məcəlləsi ilə tənzimlənmişdir. Həmin Məcəllədə əmək haqqının on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməsi, əmək məzuniyyətinin isə hər il müvafiq iş ili üçün verilməsi nəzərdə tutulmuşdur. Əmək haqqının və əmək məzuniyyətinin verilməməsi yolverilməzdir. İşəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Əgər işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə edə bilməzsə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməlidir.
28. İddiaçının əmək məzuniyyətlərindən istifadə etməsi barədə kassatorun dəlilləri iş materiallarından müəyyən edilmədiyinə görə əsassızdır.
29. Lakin məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə gəldiyi nəticə ona əsaslanır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya ödənilməli olan əmək haqqının məbləği barədə cavabdehin dəlilləri araşdırılmamışdır. Çünki cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi barədə qanunun göstərişinə əsasən iddiaçıya 8 ay üçün ödənilməyən əmək haqqı 6.746,96 manat deyil, 4498 manat təşkil edir.
30. Həqiqətən də Əmək Məcəlləsinin 169-cu maddəsinə görə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
31. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilini araşdırmamış, pandemiya ilə əlaqədar və ya başqa səbəbdən iddiaçının işində boşdayanmanın olubolmamasını müəyyən etməmiş, ümumiyyətlə cavabdehin həmin dəlilinə münasibət bildirməmişdir. 32.Halbuki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 17-ci bəndinə görə kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
33. Mülki prosessual qanunvericiliyin tə ləbinə əsasən, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın ol madığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).
35. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdehin boşdayanmaya görə əməyin ödənilməsi qaydalarına istinadla irəli sürdüyü dəlilin nəzərə alınmaması prosessual və maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur. İşin bu halı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əmək haqqının ödənilməsinə (daha dəqiq desək əmək haqqının hesablanmış məbləğinə) aid hissədə ləğvi üçün əsasdır.
36. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla (boşdayanma ilə bağlı cavabdehin dəlillərini ətraflı araşdırıb h üquqi qiymət verməklə), yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.03.2021-ci il tarixli, 2(103)1085/2021 saylı qətnaməsi ödənilməyən əmək haqqının tutulmasına aid hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.