Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5220/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Xələfov İlqar Rəhim oğlundan, İbayev Vafəddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinov Eldar Şirinağa oğlunun iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli, 2(103)-9369/2018 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(011)3550/2018 saylı qətnaməsi ilə (hakim L.Talıbova) iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında 16.07.2014-cü-ci il tarixdə bağlanmış “xxxxnin” ləğv edilməsini, həm in müqavilə üzrə yaranmış əsas məbləğin ödənilməsi məqsədi ilə 7.573,11 manat, lizinq mükafatının ödənilməsi məqsədi ilə 2.752,99 manat, öhdəliyin icra edilməməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) məbləğinin azaldılması və azaldılmış cərimə (dəbbə) məbləğinin ödənilməsi məqsədi ilə 100 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədi ilə 30 manat məbləğində pulun cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulması, lizinq obyekti olan avtomobilin cavabdehdən alınaraq iddiaçı ASC-ya qaytarılması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli, 2(103)-9369/2018 saylı qətnaməsi ilə (hakimlər: M.Məmmədov, X.Mərdanova və X.Sarıyev) Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(011)3550/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli, 2(103)-9369/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək onunla lizinqalan olan cavabdeh arasında bağlanmış 16.07.2014-cü il tarixli, AL-1004 №-li “xxxxnin” ləğv edilməsi, “xxxx” üzrə cavabdehin onun qarşısında üzərinə götürdüyü öhdəliklərin icra edilməməsi səbəbindən 03.02.2018-ci il tarixə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 7.573,11 manat, lizinq mükafatının ödənilməsi məqsədi ilə 2.752,99 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 9.518,99 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, lizinq obyekti olan “xxxx” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona (ASC-yə) qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 16.07.2014-cü il tarixdə bağlanmış “xxxx” əsasında ASC, özünə məxsus və iddia ərizəsində qeyd edilən avtomobili cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Bunun müqabilində isə cavabdeh həmin avtomobilin dəyərini hissə-hissə ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh iddiaçı ASC qarşısında üzərinə götürd üyü öhdəlikləri icra etməmiş və nəticədə, onun ASC-yə 7.573,11 manat məbləğində əsas borcu yaranmışdır. Borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı ASC qeyd edilən müqavilənin şərtlərinə əsaslanaraq cavabdehə cərimə (dəbbə) tətbiq etmişdir ki, həmin cərimənin məbləği 9.518,99 manat təşkil edir. Bundan başqa, ASC tərəfindən cavabdehə 2.752,99 manat lizinq mükafatı hesablanmışdır ki, həmin məbləğ də, cavabdehdən tutularaq ASC-yə ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2018ci il tarixli, 2(103)-9369/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan ASC ilə cavabdeh arasında 16.07.2014-cü il tarixdə bağlanmış AL1004 №-li “xxxxndən” görünür ki, həmin müqaviləyə əsasən avtomobil iddiaçı ASC tərəfindən cavabdehin istifadəsi və sahibliyinə verilmişdir. Bunun müqabilində isə cava bdeh lizinq obyektinin dəyərini 48 ay müddətində ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında razılaşdırılmışdır ki, avtomobilin dəyəri 10.200 manat, lizinq üzrə ümumi ödəniş isə 14.131,32 manat təşkil edir. Lizinq mükafatının məbləği 2.752,99 manatdır. İddiaçı ASC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş sənədlərdən, habelə apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh, yuxarıda qeyd edilən müqavilə üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və bununla da onun ASC-yə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş hesablamalardan görünür ki, öhdəliyin icra edilməməsi səbəbindən cavabdehin 03.02.2018-ci il tarixə yaranmış əsas borcunun məbləği 7.573,11 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (d əbbənin) məbləği isə 9.518,99 manatdır. İşdə olan “xxxx” görünür ki, iddianın verilməsi üçün ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, ASC ilə cavabdeh arasında bağlanmış “xxxxnin” 15.1 və 15.1.4-cü maddələrinə görə, lizinqalan, lizinq ödənişlərini Müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinqalana hər hansı bir zərərin əvəzi ödənilmədən ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1.). Tərəflərdən birinin tələbi ilə müqav ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2.). Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya Mülki Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (maddə 421.3.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şə kildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (maddə 427.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Qeyd edilən maddi hüquq normalarının tələblərini mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış “xxxxnin” ləğv edilməsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının vaxtından əvvəl tələb edilməsi barədə ASC-nin iddia tələbi və bu tələbin təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. Çünki, yuxarıda qeyd edildiyi kimi, lizinqalan olan cavabdehin “xxxx” üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməməsi iş üzrə tərəflər arasında mübahisə doğurmur. Mülki Məcəllənin 747-ci maddəsinə görə, lizinq müqaviləsinə görə lizinq verən müəyyə n əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1.). Lizinq müqaviləsinə görə lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır (maddə 747.3.). Həmin Məcəllənin 747-2 maddəsinə görə, lizinqin obyekti Azərbaycan R espublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Məcəllənin 748-1.12.4. maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir. Məcəllənin 748-2.5. maddəsinə görə, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl li zinq alana keçir. Məcəllənin 748-7.1. maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məcəllənin 748-10-ci maddəsinə görə, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir (maddə 748-10.1.). Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq o byektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir (maddə 748-10.4.). Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır Maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən maddi hüquq normalarının işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, tərəflər arasında bağlanmış və şərtləri ASC tərəfindən icra edilmiş “xxxx” üzrə cavabdehin ASC qarşısında icra edilməmiş öhdəliyi mövcuddur və həmin öhdəlik bir mənalı olaraq icra edilməli – borc cavabdeh tərəfindən ASC-yə ödənilməlidi r. Yuxarıda artıq qeyd edildiyi kimi, lizinq mükafatının məbləği 2.752,99 manatdır. Öhdəliyin icra edilməməsi səbəbindən cavabdehin 03.02.2018-ci il tarixə yaranmış əsas borcunun məbləği 7.573,11 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) məbləği isə 9.518,99 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasənhər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 7.573,11 manat, lizinq mükafatının ödənilməsi məqsədi ilə 2.752,99 manat, cərimənin (dəbbə) ödənilməsi məqsədi 100 manat, cəmi isə 19.845,09 manat məbləğində pulun cavabdehdən tutularaq ASC-yə ödənilməs ini qət etməkdə haqlı olmuşdur. Cavabdehin kassasiya şikayətinin dəlili də ondan ibarətdir ki, müqavilə bağlandıqdan sonra ilk 10 ay lizinq ödənişlərini vaxtlı-vaxtında aparmış, lakin sonradan maddi vəziyyətinin ağırlaşması ödənişləri qeyri-mümkün etmişdir. Cavabdehin bu dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış “xxxxndə” yuxarıda qeyd olunan halla bağlı lizinqalanın mülki məsuliyyətini hər hansı bir qaydada yüngülləşdirə biləcək şərt nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış “xxxxnin” 16.1-ci maddəsinin tələbinə görə, lizinq alan bu müqavilənin tələblərinə (o cümlədən lizinq ödənişlərinə aid tələblər) əməl etmədikdə, lizinq verənin tələbi ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyindən alınaraq mübahisəsiz qaydada lizinq ve rənə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, avtomobilin ASC-yə qaytarılması iş materialları ilə təsdiq edilmir. Cavabdeh özü də bununla bağlı hər hansı sübutu, o cümlədən müqavilənin 16.3-cü maddəsində qeyd olunmuş “Qaytarılma aktını” məhkəmələrə təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, avtomobil hələ də cavabdehin sahibliyindədir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, lizinq obyekti olan avtomobilin cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçı ASC-yə qaytarılması barədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, k assasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli, 2(103)-9369/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5220/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5220/2019
22.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver