Məhkəmə qərarları › İş №2(102)-5220/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5220/2022

29.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5220/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin istismarının qadağan edilməsi, qanunsuz məhv etdiyi əmlakın bərpa edilməsi və qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin istismarının qadağan edilməsi, qanunsuz məhv etdiyi əmlakın bərpa edilməsi və qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(105)-844/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Quba şəhəri, 22-ci məhəllə ünvanda yerləşən mağaza binası mülkiyyət hüququ əsasında İddiaçı (bundan sonra-iddiaçı) məxsusdur.

2. İddiaçıya məxsus Quba şəhəri, 22-ci məhəllə ünvanda yerləşən mağaza binasının tikintialtı sahəsi 268 kv.m, tikinti həcmi 1172 kub.m ibarətdir.

3. İddiaçının mülkiyyətində olan mağaza binası Cavabdeh (bundan sonracavabdeh) istifadə etdiyi metal konstruksiyalardan quraşdırılmış mağaza ilə qonşudur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz tikilinin mağazanın istismarının qadağan edilməsi və cavabdehin öz hesabına sökülməsi, məhv etdiyi əmlakının öz hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 236.5 kv.m olan mağaza binası Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin (indiki halda DƏDRX) 246 nömrəli 29 avqust 2002-ci il tarixdə 1 nömrəli reyestr kitabının 62 səhifəsində onun adına qeydə alınmışdır. Qeyri yaşayış binasının texniki pasportu avqust 2002-ci il də işlənib. Mülkiyyətində olan mağaza cavabdehin istifadə etdiyi metal konstruksiyalardan quraşdırılmış mağaza ilə qonşudur. Mülkiyyətində olan mağaza ilə cavabdehin istifadə etdiyi mağaza arasında Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun təhlükəsizliyin təmin edilməsi məqsədilə 60 sm-İik ara məsafəsi olub. O, dəfələrlə cavabdehə istifadəsində olan mağazanın əvvəlki formada rekonstruksiya etməsini, mağazanın divarın istifadə etməsinə son qoyulmasını, həmçinin məhv etdiyi əmlakının bərpa etməsini tələb etsə də etirazlarını saymır, qanunsuz tikilinin istismarını davam etdirir. Ona görə də hüquqlarının məhkəmə qaydasında müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hazırkı Diskə baxışdan da görünür ki, cavabdeh onun tərəfinə keçib, cavabdehin təqsiri üzündən mağazanın damı damır.

6. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, onun dükanı əvvəl atası tərəfindən tikilib, iddiaçının razılığı əsasında mağazanın damını bərpa etdirmişdir. İddianı əsassız hesab edib, təmin olunmamasını xahiş etmişdir.

7. Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2021-ci il tarixli 10/3149№li ekspert rəyinə əsasən iddiaçıya məxsus tikilinin dam hissəsinə baxış keçirilən zaman qonşu sahədə yerləşən, cavabdehin istifadəsində olan tikilinin taxta konstruksiyalardan və azbest dam örtüyündən ibarət damının sol hissəsinin İddiaçı istifadəsində olan qeyri yaşayış sahəsinin sağ divarının 25m-lik hissəsinin üzərində yerləşdiyi müəyyən olunmuşdur. İddiaçıya məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 430.00 manat məbləğində müəyyən olunmuşdur. Tədqiq olunan ü nvanda iş üzrə iddiaçı şəxs olan İddiaçı istifadəsində olan qeyri yaşayış sahəsinə baxış keçirilən zaman tikilinin mülki iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilən xx.xx.2002-ci il tarixli, 246 №li texniki pasport sənədində qeyd olunan ölçülərlə eynilik təşkil etdiyi müəyyən olunmuşdur.

8. Quba Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 28 dekabr 2021-ci il tarixli, 2(027)-1063/2021 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan mağazanın dam örtüyünün 25mlik hissəsinin cavabdehin hesabına sökülərək, əvvəlki vəziyyətə bərpa edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişd ir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2021-ci il tarixli 10/3149 №li ekspert rəyi ilə cavabdehin istifadəsində olan tikilinin taxta konstruksiyalardan və azbest dam örütüyündən ibarət damının sol hissəsinin iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin sağ divarının 25m-lik hissəsinin üzərində yerləşdiyi sübuta yetirilir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan qeyri yaşayış sahəsinin sağ divarının 25m-lik hissəsinin üzərində özbaşına tikinti işləri aparmaqla, iddiaçının mülkiyyət hüquqlarını pozması, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu və Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməli, iddiaçının pozulmuş hüquqlarının bərpası üçün iddia qismən təmin edilərək, iddiaçının mülkiyyətində olan mağazanın dam örtüyünün 25m-lik hissəsi cavabdehin hesabına sökülərək, əvvəlki vəziyyətə bərpa edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsinin qətnaməsi təmin olunmayan hissədə qanunsuz (maddi və prossesual hüququ normalarına ziddir) və əsasssızdır (iş materialları ilə təkzib edilir). Buna görə də, hazırki iddia ərizəsinin təmin edilməyən hissəsində mahiyyəti üzrə baxılmamış saxlanılmasıdır. Lakin işə mahiyyəti üzrə sübutlara əsasən baxılacağı halda hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Həmçinin cavabdeh iddianı bütövlükdə etiraf etmiş, lakin məhkəmə bu halı nəzərə almadan maddi hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-844/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qə tnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə geri qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə əsa sən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. İddiaçının məhkəməyə verdiyi iddia ərizəsində də göründüyü kimi cavabdehin tikdiyi tikilinin ona məxsus mağazanın divarına və damına bitişdirilməsinə etiraz etmiş və həmin tikililərin sökülməsini xahiş etmişdir. Məhkəmə tərəfindən 10 iyun 2021-ci il tarixli qərardadla ekspertiza təyin edilmiş, ekspertiza qarşısında iddiaçıya məxsus mağazanın hüdudlarından cavabdeh tərəfindən hər hansı bir müdaxilə olunmuşdurmu sualı qoyulmuş, məhkəmənin qərardadı əsasında rəy verən ekspert məhkəmənin suallına tam cavab verməmiş, yalnız mağazanın damında cavabdeh tərəfindən bitişdirilməsi qeyd edilmiş, lakin mağazamın divarının cavabdeh tərəfi ndən tikilmiş tikiliyə birləşdirilməsi barədə heç bir qeyd edilməmiş, ekspert bunu araşdırmamış, üzərindən keçmişdir. Məhkəmə isə yenidən ekspertiza təyin etməli olduğu halda, mülkiyyət hüququna müdaxilənin tam olaraq nədən ibarət olduğunu araşdırmalı olduğu halda bunu etməmişdir Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmadı. Tətbiq edilən hüquq Mülki Məcəllə

19. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

20. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllə

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqd im etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələn sin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. İddia tələbi cavabdeh tərəfindən qanunsuz tikilinin mağazanın istismarının qadağan edilməsi və cavabdehin öz hesabına sökülməsi, məhv edilmiş əmlakının bərpa edilməsi barədədir.

36. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları ilə cavabdehin istifadəsində olan tikilinin taxta konstruksiyalardan və az best dam örütüyündən ibarət damının sol hissəsinin İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinin sağ divarının 25m-lik hissəsinin üzərində yerləşməsi müəyyən edilmişdir. Məhkəmə bu nəticəyə ekspert rəyi əsasında gəlmişdir.

37. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. 3

8. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

39. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

40. İşdən görünür ki, ekspert rəyinin qeyri-mötəbərliyinin hər hansı sübutla təsdiq edilməmiş, ekspert rəyinin qiymətləndirilməsi zamanı hər hansı bir prosessual pozuntuya yol verməmişdir.

41. Ona görə də apellyasiya instansiya məhkəməsi tərəfindən gəlinən nəticə və tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

42. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən m addi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətlərinin dəlillərini əsassız sayır.

43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-844/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar