Məhkəmə qərarları › İş №2(102)-5222/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5222/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5222/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC Hərrac Mərkəzi və Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-399/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Apelyasiya Məhkəməsinin 2(103)-570/2018 saylı, 02 avqust 2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-125/2015 saylı iş üzrə 12 mart 2015-ci il tarixli qətnaməsinin İddiaçı 1726 ABŞ dolları faiz borcunun tutulması, habelə "ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan X7 adından ipoteka müqaviləsini imzalamış etibarnaməyə əsasən nümayəndəsi X3 qaytarılması” hissələrində dəyişdirilməsi, İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan faiz borcu 1463,76 (min dörd yüz altmış üç dollar 76 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində müəyyənləşdirilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi İddiaçı, X3, X1, X5 X2 və X6 qaytarılması, qətnamə "ünvan 1 saylı evin 25 saylı mənzilinin açıq hərrac vasitəsilə satılmasından əldə olunan vəsaitin qalan hissəsinin X3 qaytarılmasına dair vəfat etmiş ipoteka qoyan X4 vərəsələri arasında mübahisə yarandığı təqdirdə, onlara məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi hissəsində ləğv olunması, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manatın 100 (yüz) ma natı İddiaçı 45 (qırx beş) manatı isə "xxxx" ASC-nə aid edilmişdir. Həmin qətnamə ilə ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi hissəsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 mart 2015-ci il tarixlı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hərracın keçirilməsi barədə "xxxx" MMC Hərrac Mərkəzi-nin 18.10.2019-cu il tarixli, 01 saylı, 01.11.2019-cu il tarixli, 01/2 saylı, 22.11.2019-cu il tarixli, 02 saylı bildirişlərin surətindən görünür ki, tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmiş, bildirişləri “Qarayev” soyadlı şəxs qəbul etmişdir. “Birja Yenilikləri” qəzetinin 18-24 oktyabr 2019-cu il tarixli, 01-07 noyabr 2019-cu il tarixli, 2228 noyabr 2019-cu il tarixli, buraxılışlarında ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzili "xxxx " MMC Hərrac Mərkəzi tərəfindən hərracın keçirilmə yeri və vaxtına dair elan yerləşdirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər “Külək” MMC Hərrac Mərkəzi və Nərimanov rayon icra və probasiya şöbəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzilin açıq hərracda satılması ilə bağlı "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən 18.10.2019-cu il tarixində keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı səhhətində yaranmış probləmlərlə bağlı müalicə olunduğundan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-570/2018 saylı 02 avqust 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti v erilməsi müddətini ötürmüş, kassasiya şikayəti verilməsi ilə bağlı ötürülmüş müddətin bərpasına dair müraciəti təmin edilməmişdir. Beləliklə həmin qətnamə icra olunması üçün Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə icra sənədi göndərilmişdir. Nərimanov Rayon İcra və Probasiya Şöbəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-570/2018 saylı 02 avqust 2018-ci il tarixli qətnaməsini icraatına başlayaraq ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzilin açıq hərracda satılmasının təmin edilməsi üçün "xxxx" MMC-yə 01.10.2019-cu il tarixli 12167-230694/18-15-5 saylı bildiriş göndərmişdir. Hesab edir ki, ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzilin qiymətləndirilməsinə dair ekspertiza keçirilmədiyindən həmin mənzilin ipoteka müqaviləsində qeyd edilmiş ilkin satış qiyməti ilə "xxxx" MMC hərrac mərkəzində açıq hərracda satışa çıxarılması qanunvericiliyin tələblərin ziddir. Həmin mübahisələndirilmə proseslərinin heç birində (nə birinci instansiyada nə də apellyasiya instansiyasında) ipoteka ilə yüklü edilmiş həmin mənzilin ilkin satış qiymətinin və hazırki bazar dəyərinin müəyyən edilməsinə dair qanunvericiliyin tələbinə müvafiq olaraq ekspertiza keçirilməmişdir. Nəzərə alınsa ki, ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi 2010-cu ildə baş vermişdir və həmin mənzilə ipotekanın-tutmanın yönləndirilməsi, mənzilin açıq hərracda satışa çıxarılması prosesi 2019-cu ildə başlamışdır, aradan 9 il kimi uzun bir vaxtın keçməsi faktını, bu illər ərzində əmlak bazarında yaranmış kəskin dəyər və dövriyyə qiymətlərinin fərqliliyinin yarandığını nəzərə alaraq iddia tələbi təmin edilməli və həmin mənzilin ilkin satış qiymətinin, hazırki bazar dəyərinin müəyyən edilməsinə dair qiymətləndirmə ekspertizası təyin edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 17 fevral 2020-ci il tarixli 2(005)-352/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlə məlumat verilmiş və onun tərəfindən bildirişlərin alınmasına dair xəbərnaməyə imza çəkilmişdir. Qiymətləndirici hərracın keçirildiyi tarixə daşınmaz əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan qiyməti qeyd etməklə, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini po zmamışdır. Əmlakın ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən mübahisələndirilə bilməz. Prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəmədə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas müəyyən etməmişdir. Qeyd edilənləri nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdeh "xxxx" MMC Hərrac Mərkəzi və Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41 5.1, 415.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)352/2020 saylı mülki iş üzrə qəbul etdiyi 17 fevral 2020-ci il tarixli qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və "xxxx" MMC tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli Ç-085 saylı qiymətləndirmə hesabatında qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzilin bazar qiyməti 75000 manat, likvid qiyməti 68000 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Cahangir Yusifov və Vüsalə Baxışova) 2(103)-399/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2020 saylı mülki iş üzrə qəbul etdiyi 17 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 02 avqust 2018-ci il tarixli 2(103)-570/2018 nömrəli qətnaməsi ilə ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi hissəsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 mart 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamə əsasında verilmiş icra sənədinə əsasən Cavabdeh2 tərəfindən icraata başlanılmışdır. İcra və probasiya şöbəsinin 01.10.2019-cu il tarixli sifariş məktubu əsasında “Külək” MMC Hərrac Mərkəzi tərəfindən ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzil 18.11.2019-cu il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə 18.10.2019-cu il tarixli 01 nömrəli bildiriş tərtib olunmuş, iddiaçının ünvanına göndərilmiş və 21.10.2019-cu il tarixdə sonuncuya imza etdirməklə şəxsən verilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin 18-24 oktyabr 2019-cu il tarixli 189 nömrəli buraxılışında dərc olunmuşdur. 18.10.2019-cu il tarixdə keçirilən ilkin hərracda əmlak 60.000 manata təklif olunmuş, lakin alıcı olmadığın a görə bu hərrac baş tutmamışdır. Buna görə 04.12.2019-cu il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə 51000 manata təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də 22.11.2019-cu il tarixli 02 nömrəli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin 22-28 noyabr 2019-cu il tarixli buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə ipoteka saxlayan ləğv prosesində olan "xxxx" ASC-yə və ipoteka qoyan İddiaçı 06.12.2019-cu il tarixli bildiriş göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymə tindən 25% az olmayan qiymətlə 38250 manata almağı təklif etmişdir. Mənzilinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmaması, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 06-12 dekabr 2019-cu il tarixli 196 nömrəli buraxılışında elan dərc edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyi ilə müəyyən olunan likvid qiymət ilə hərracda ilkin satış qiyməti arasında əhəmiyyətli fərq yoxdur. Bu baxımdan kollegiya hesab etmişdir ki, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci inst ansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1, 416.2, 398, 597-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-399/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iş tirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsi, hərracda ilkin satış qiyməti ilə ekspertiza rəyi arasında əhəmiyyətli fərq olmadığını qeyd edərək, İddiaçı tərəfindən verilən apellyasiya şikayətini təmin etməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza rəyində ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzilin bazar dəyərinin 75000 manat, likvid dəyərinin isə 68000 manat müəyyən edilməsi ilə "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən əmlakın 60.000 manata satışa çıxarılması arasında kəskin fərq vardır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərra cı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutma yö nəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilm ə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilm iş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məh kəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin qiyməti ipotekaya tutma yönəldilməsi barədə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 mart 2015-ci il tarixlı qətnaməsi ilə 60.000 manat müəyyən edilmiş, ipotekaqoyan şəxsin apellyasiya şikayəti əsasında qətnamə yoxlanılarkən ipotekanın satış qiyməti hissəsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, ipotekanın ilkin satış qiyməti 60.000 manat müəyyən edilməsi barədə qətnamə mövcud olduğu halda, həmin əmlakın yenidən qiymətləndirilməsi, habelə həmin qətnamədə müəyyən ediləndən fərqli qiymətin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya mə hkəməsi tərəfindən həmin əmlakın qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilməsinə zərurət olmamışdır. Lakin həmin ekspert rəyi ilə müəyyən olunan likvid qiymət ilə ipotekanın ilkin satış qiyməti arasında əhəmiyyətli fərq müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstər ilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(103)-399/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar