Məhkəmə qərarları › İş №2(102)-5223/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5223/2021

01.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5223/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5223/21 (Açar sözlər: kredit müqaviləsinin etibarsız hesab edilməsi, hazırki iş üçün preyudisial xarakterli məhkəmə aktının olması, iddia müddəti ) Bakı şəhəri, 01 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" QSC-nin vəkili Sadıqov Şahin Bəxtiyar oğlunun iştirakı ilə, İddiaç ı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-960/2021 nömrəli, 12 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh "xxxx" QSC arasında 21.11.2007-ci il tarixdə 03L000000297 saylı kredit xətti müqaviləsi bağlanıb.

2. Kredit xətt müqaviləsi əsasında da 29.10.2015-ci il tarixli 03R********** saylı kredit razılaşmasına əsasən iddiaçıya 112 ay müddətinə, aylıq 1 faizlə 211800 ABŞ dolları məbləğində kredit verilmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13856/2016 saylı, 30.09.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı, X2 və X1 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 211800 ABŞ dolları məbləğində kredit borcu, 16970,14 ABŞ dolları məbləğində faiz borcu və 28,40 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 228798,54 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, borcun ipoteka predmetinə yönəldilməsi qət edilib.

4. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-72/2018 saylı, 17.07.2018-ci il tarxili qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 13856/2016 saylı, 30.09.2016-cı il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdehlər İddiaçı, X2 və X1 müştərək qaydada 211800 AB Ş dolları məbləğində kredit borcun, 16970,14 ABŞ dolları məbləğində faiz borcunun və 2181 ABŞ dollan məbləğində cərimə olmaqla, cəmi 230951 ABŞ dolları 14 sent məbləğində pulun ödəniləcək günə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın məzənnəsi nəzərə alınmaqla "xxxx" QSC-yə verilməsi qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 8355/2018 saylı, 24.12.2018-ci il taixli Qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-72/2018 saylı, 17.07.2018-ci il tarxili qətnaməsi dəyişdirilmədən saxlanmışdır. a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin Sumqayıt filialı ilə onun arasında bağlanmış 29.10.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməs i barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılıb ki, yuxarıda qeyd edilən məhkəmə qərarları iddiaçının ağır duruma düşməyi nəticəsində bağlamağa məcbur edildiyi 29 oktyabr 2915-ci il tarixli kredit müqaviləsi əsasında çıxarılıb.

8. Belə ki, iddiaçı ilə Cavabdeh QSC arasında müxtəlif dövrlərdə bir neçə kredit müqaviləsi bağlanmışdır. İddiaçı 2015-ci ilə qədər həmin müqavilələrin şərtlərini lazımınca yerinə yetirməyə çalışmışdır. Lakin 2015-ci ildə və daha sonra baş verən bir neçə devolvasiyadan sonra iddiaçı çətin vəziyyətlə üz-üzə qalmış və müqavilələrin baş vermiş iqtisadi problemlərlə bağlı ağırlaşmış şərtlərini ödəmək çətinləşmişdir. Bu zaman Bankın əməkdaşları iddiaçının ağır durumdan istifadə edərək iddiaçıya təklif etmişlər ki, əvvəlki müqavilələr üz rə yaranmış borcların bir araya toplanması və borcların ödənilməsi məqsədi ilə aralarında yeni müqavilə bağlansın və yeni müqavilədə göstərilən məbləğ ödənilməmiş qalan borcun ödənilməsinə yönəldilsin.

9. Bank bu vəziyyətdə güzəştə getmək istəməmiş və iddiaçının özündən asılı olmayaraq düşdüyü ağır durumdan istifadə edərək iddiaçıya psixoloji basqıları gücləndirməyə başlamışdır. 2015-ci ilin sonlarında Bank iddiaçı ilə bağladığı kredit müqavilələrinin bir müqavilədə birləşdirilməsini tələb etmişdir.

10. Yeni müqavilə layihəsi iddiaçının maraqlarına cavab vermədiyi, onsuz da ağır olan durumunu daha da ağırlaşdırdığı üçün razılıq vermək istəməmişdir. Lakin Bank iddiaçının əmlakını əlindən alacağı ilə təhdid edərək yeni müqaviləni imzalamağa razı salmış və iddiaçının iradəsinin əleyhinə ola raq cavabdehlə öncəki kredit müqavilələrinin birləşdirilərək bir sənəd formasına salınması nəticəsində Cavabdeh QSC-nin Sumqayıt Filialı arasında 29 oktyabr 2015-ci il tarixli Kredit müqaviləsi imzalanmışdır.

11. Buna baxmayaraq iddiaçı borcunu ödəyə bilməmişdir. Daha sonra Bank iddiaçıya və iddiaçının ailə üzvlərinə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə” iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və nəticədə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir.

12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337 və 339-cu maddələrinə istinad etmişdir.

13. Cavabdehin nümayəndəsi mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir.

14. Yasamal Rayon Məhkəməsinin 2(004)-2595/2020 say lı, 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Orxan Məmmədli)

15. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, o cümlədən məhkəmə qərarlarına istinadən müəyyən etmişdir ki, 29.10.2015-ci il tarixdə İddiaçıilə cavabdeh "xxxx" QSC arasında bağlanmış 03L000000297 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya 112 ay müddətinə 211800 ABŞ dolları məbləğində kredit verilmişdir. Qanuni qüvvə minmiş məhkəmə aktlarına əsasən həmin kredit müqaviləsi üzrə cavabdehdən pul tutulmuşdur.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi 03L000000297 saylı 29.10.2015-ci il tarixli kredit müqaviləsinə artıq başqa məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Həmin qətnamələ r məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir.

17. Birinci instansiya məhkəməsi həmçinin hesab edib ki, mübahisələndirilən əqd faktiki olaraq iddiaçının iradə ifadəsini əks etdirib, bunun əksini təsdiq edən hər hansı sübut da məhkəməyə təqdim edilməyib.

18. Bundan əlavə, birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı tərəfindən iddia müddəti də buraxılmışdır.

19. Məhkəmə mövqeyini Mülki Məcəllənin 337.1, 347.1, 354.2, 372.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

21. Apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılıb. Əlavə olaraq göstərilib ki, birinci instansiya məhkəmə si sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli, 2(103)-960/2021 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-2595/2020 saylı iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova, Rəşad Həsənov)

23. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və onun hüquqi əsaslandırılması ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, iddiaçının göstərdiyi əsaslarla müqavilənin ( sazişin, əqdin) etibarsız hesab edilməsi üçün iddiaçı sübut etməlidir ki, o, Bankın əməkdaşlarının onu aldatmaları və ona təsir etmələri nəticəsində müqaviləni bağlamışdır. Çünki MPM-nin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin sübut etmə yükü üzərinə düşən iddiaçı bu halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.

24. Apellyasiya instansiyası qeyd edib ki, əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmasın. Hazırki işdə isə tam fəaliyyət qabiliyyətli olan iddiaçı cavabdeh Bank ilə 29.10.2015-ci il tarixdə saziş bağlayarkən özünün sərbəst iradə ifadəsini nümayiş etdirmiş, sazişi imzalamışdır. Sazişin şərtləri kifayət qədər aydın və səlis şəkildə ifadə olunmuşdur.

25. Apellyasiya instansiyası hesab edib ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilənin (sazişin) etibarsız hesab edilməsi üçün əsas yoxdur.

26. Apellyasiya məhkəməsi əlavə olaraq Mülki Məcəllənin 339, 390.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini, işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılm ışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

29. Kassasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" QSC-nin vəkili Sadıqov Şahin Bəxtiyar oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi.

31. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin n ümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yaln ız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahis ələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardad ın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyas ı məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

36. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyas iya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

37. İddia tələbi kredit müqaviləsinin etibarsızlığı barədədir. İddiaçı tələbinin faktiki əsası kimi həmin müqavilə bağlanarkən onun ağır durum düşməsindən qarşı tərəfin istifadə etməsi, müqavilənin bağlanmasına məcbur edilməsinə istinad edib.

34. Kollegiya qeyd edir ki, belə olan halda, iddianın təmin olunması əsasını iddiaçının istinad etdiyi halların, yəni kredit müqaviləsi bağlanarkən onun ağır duruma düşməsindən qarşı tərəfin istifadə etməsi və müqavilənin bağlanmasına iddiaçının məcbur edilməsi halı müəyyən edilməlidir.

38. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları isə ondan ibarətdir ki, tam fəaliyyət qabiliyyətli olan iddiaçı cavabdeh Bank ilə 29.10.2015-ci il tarixdə saziş bağlayarkən özünün sərbəst iradə ifadəsini n ümayiş etdirmiş, sazişi imzalamışdır. Sazişin şərtləri kifayət qədər aydın və səlis şəkildə ifadə olunmuşdur. İddiaçının göstərdiyi əsaslarla müqavilənin (sazişin, əqdin) etibarsız hesab edilməsi üçün iddiaçı sübut təqdim etməmişdir. Üstəlik müəyyən edilib ki, həmin müqaviləyə başqa məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə hüquqi qiymət verilib, və iddia müddəti də ötüb.

39. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən düzgün nəticəyə gəlmişdir. Çünki işin müəyyən edilmiş halları həmin normaların dispozitiv şərtləri baxımından hazırki iddianın təmin edilməsini istisna etmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

41. Bu baxımdan, apellyasiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması barədə şikayətin dəlilləri əsasızdır.

42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

43. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli, 2(103)960/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar