Məhkəmə qərarları › İş №2(102)-5227/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5227/2019

20.08.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5227/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı x oğlu, Cavabdeh2 x oğlu və vəkili X4 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli, 2(105)-1067/2019 saylı qətnaməsindən Cavabdeh2 x oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Quba rayon məhkəməsinin 21 avqust 2018-ci il tarixli, 2(027)-143/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim X.Q.Tağıyev) İddiaçı x oğlunun Cavabdeh2 x oğluna və digərlərinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi, miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi, miras əmlakdan vərəsəlik payının müəyyən edilməsi” barədə iddiası qismən təmin edilərək, Quba rayonu, 1-ci xxx kəndində yerləşən 0,1865 ha həyətyanı torpaq sahəsinin 5/6 hissəsinə, ümumi sahəsi 115,7 kv.metr olan fərdi yaşayış evinə bütövlükdə cavabdehin mülkiyyət hüququ tanınmaqla, onun adına verilmiş 05 dekabr 2017-ci il tarixli çıxarışın, eləcə də mərhum X1 miras qalmış İ xxx kəndində yerləşən 0,1865 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə dair verilmiş 22 noyabr 2017-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilməsi, həm in torpaq sahəsinin X1 miras qalmış 1/3 hissəsinin iddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməklə, Quba rayonu, İ xxx kəndində yerləşən 0,1865 ha həyətyanı torpaq sahəsinin 1/6 hissəsinə onun qanun üzrə vərəsəlik hüququnun tanınması və həmin miras əmlakda onun payının 1/6 hissədə müəyyən edilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli, 2(105)-1067/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, A.Ə.Abbasov və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Quba rayon məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia ərizəsi təmin edilmi ş, cavabdehin adına olan 05 dekabr 2017-ci il tarixli çıxarışın, eləcə də xxx oğlu və X2 vərəsəsi kimi cavabdehin adına verilmiş 22 noyabr 2017-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrin ləğv edilərək, mərhum xxx oğlu və X1 miras qalmış Quba rayonu, İ xxx kəndində yerləşən ümumi sahəsi 115.7 kv.metr olan fərdi yaşayış evi və 0,1865 ha həyətyanı torpaq sahəsinin iddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməklə, qeyd edilən yaşayış evində tərəflərin hər birinin payının 1/2 hissədə, 0,1865 ha torpaq sahəsində iddiaçının payının 1/3 hissədə, cavabdehin payının 2/3 hissədə müəyyən edilməsi qət olunub. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı “vərəsəlik hüququ haqqında şəh adətnamənin, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi, miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi, miras əmlakdan vərəsəlik payının müəyyən edilməsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, X8 02 noyabr 2006-cı ildə, anası xxx 31 dekabr 2013-cü ildə ölüblər və onlardan Quba rayonu, 1-ci xxx kəndində yerləşən yerləşən ümumi sahəsi 115,7 kv.metr olan fərdi yaşayış evi və 0,19 ha həyətyanı torpaq sahəsi miras qalıb. Sözügedən torpaq sahəsi “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasənxxx, xxx və xun birgə mülkiyyətində olub. Valideynlərinin ölmündən sonra cavabdeh ona məlumat vermədən miras əmlakı öz mülkiyyətinə keçirib. Halbuki, doğulduğu gündən hazırkı vaxtadək miras evdə yaşayır və evin həyətyanı torpaq sahəsindən istifadə edi r. Valideynlərinin ölümündən sonra iddiaçı, o və qardaşları Cavabdeh1 x oğlu və Cavabdeh3 x oğlu vərəsə qalmışlar. Miras əmlakın cavabdehin mülkiyyətinə keçməsindən digər vərəsələrin xəbəri olmayıb. Cavabdeh miras əmlaka dair adına 20 yanvar 2016-cı il tarixdə Çıxarış alıb. Halbuki, 20 Yanvar Azərbaycan Respublikasında ümumxalq hüzn günüdür. Miras əmlakı faktiki idarə etməyə başlamaqla mirası qəbul edib.Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə ed ilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh2 və vəkili x kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdehlər Cavabdeh4, Azərbaycan Respublikası Cavabdeh5 və üçüncü şəxslər Cavabdeh1, Cavabdeh3 mə hkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasi ya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edərkən, miras evin və həyətyanı torpaq sahəsinin tərəflərin valideynlərindən miras qalmasına, iddiaçının miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla mirasa yiyələnməsinə, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin işin müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1159.1, 1243-cü maddələrinin və digər maddi, prosessual hüq uq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, X6 xilə ailə qurub və onların ər-arvad münasibətlərindən x, x, x və x adlı dörd uşaqları olub. JN-1491F saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, Quba rayon AİK-nın 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı ilə Quba rayonu, İ xxx kəndində yerləşən 0,19 ha torpaq sahəsixxx və ailə üzvləri xxx və Cavabdeh2 birgə mülkiyyətinə verilib. Eləcə də 20 yanvar 2016-cı il tarixli çıxarışa əsasən Quba rayonu, İ xxx kəndində yerləşən ümumi sahəsi 115.7 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrəxxxun adına, 0,1865 ha həyətyanı torpaq sahəsi isə paylı mülkiyyət hüququ üzrəxxx, xxx və Cavabdeh2 adına qeydə alınıb. 02 noyabr 2006-cı ildəxxx, 31 dekabr 2013-cü ildə xxx ölüb. Bundan sonra cavabdeh ərizə ilə notariat orqanına müraciət edərək, mərhum valideynlərindən miras qalmış Quba rayonu, 1-ci xxx kəndində yerləşən fərdi yaşayış evinə və 0,1865 ha torpaq sahəsinə dair onun adına “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsini xahiş edib. 22 noyabr 2017-ci il tarixdə notariat orqanı tərəfindən mərhumxxx və xxxdan miras qalmış Quba rayonu, 1-ci xxx kəndində yerləşən ümumi sahəsi 115.7 kv.metr olan fərdi yaşayış evinə və 0,1865 ha həyətyanı torpaq sahəsindən mərhumxxx və xxxya düşən hissələrə dair cavabdehin adına “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr verilib. 05 dekabr 2017-ci il tarixli çıxarışa əsasən Quba rayonu, İ xxx kəndində yerləşən 0,1865 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 115.7 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. İddia ərizəsindən görünür ki, hazırda iddiaçı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi, miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi və miras əmlakdan vərəsəlik pa yının müəyyən edilməsi” barədə qətnamə çıxarılmasını iddia edir. Quba rayon məhkəməsinin 04 avqust 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh2 İddiaçı qarşı “evə köçürülmə” barədə iddiası təmin edilərək, Cavabdeh2 ailə üzvləri ilə birlikdə mülkiyyətində olan Quba rayonu, İ xxx kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilib. Eləcə də işə əlavə edilmiş ərizədən görünür ki, Cavabdeh3 valideynlərinin ölümündən sonra miras qalmış əmlakı qəbul etmədiyini və etmək fikrində olmadığını bildirib. Daha sonra işə əlavə edilmiş digər sübutlardan, o cümlədən Quba rayon İHB-nın İ xxx kənd İƏD üzrə nümayəndəsinin 07 iyun 2017-ci il tarixli arayışına görə iddiaçı ailə üzvləri ilə birlikdə Quba rayonu, İ xxx kəndində mərhum X8a məxsus olan evdə yaşayır. Birinci instansiya məhkəməsində işə baxıl arkən iştirak etmiş Cavabdeh1 izahatında göstərmişdir ki, hələ X8 sağlığında evi onun adına keçirtmək istəsə də, özü bunu istəməyib. Cavabdeh3 isə izahatında özünün evi olduğunu və miras əmlakla bağlı heç bir tələbinin olmadığını bildirib. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun mənasına görə, hüquqları qey də alınmamış şəxsin qanun və ya vəsiyyət üzrə vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında ilk öncə arayış verilir. Ölənin vərəsələri özlərinin vərəsəlik haqqında sənədləri ilə birgə həmin arayışı hüquqların dövlət qeydiyyatı orqanına təqdim etməli və yalnız bundan sonra müraciət müəllifinin hüquqları rəsmiləşdirilir. İşdən görünür ki, cavabdeh çıxarışı aldıqdan sonra vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat orqanına müraciət etmişdir. Halbuki, qanunun tələbinə görə, o, əvvəlcə vərəsəliyi təsdiq etdirməli və bundan sonra miras əmlaka dair ölənin deyil, özünün hüququnu qeydə aldırmalı idi. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri da şımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Qanunun mənasına görə, vəfat etmiş şəxsin ölümündən sonra mülkiyyət hüququ əldə etməsi qeyd olunan qanunvericiliyin tələbinə ziddir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini əsas tutub, işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd edib ki, ölmündən sonra mərhumxxxun adına 20 yanvar 2016-cı il tarixli çıxarışın qanunsuz verildiyi aydın olur. Bu fakt isə həmin çıxarışın ləğvi üçün əsasdır. Lakin həmin çıxarış mübahisələndirilməyib. İddiaçı həmin çıxarışı mübahisələndirsə də sonradan iddiasını dəqiqləşdirib ondan imtina edib. Başqa sözl ə, qeyd edilən çıxarış qüvvədədir. Ona görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd edib ki, miras əmlaka dair vərəsəlik həmin çıxarışa əsasən müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi işin tədqiq olunan faktiki hallarına əsasən düzgün olaraq qeyd edib ki, tərəflər biri-birini təkzib edən fərqli izahatlar versələr də, onlar miras əmlakı faktiki surətdə idarə etməklə, qanunvericilikdə nəzərdə tutulan müddətdə qəbul etmişlər. Belə olan halda miras əmlakın təkcə iş üzrə cavabdeh tərəfindən qəbul edilməsi və bu əsasla ona vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin əmlaka dair hüquqların dövlət reyestrində qeydiyyatı haqqında çıxarışın verilməsi əsaslı sayıla bilməz. Digər tərəfdən tərəflər arasında miras əmlaka dair məhkəmə mübahisəsinin olmasına baxmayaraq, cavabdeh bu faktı notariusdan gizlədərək, özündən başqa digər vərəsələrin olmamasını qeyd etmişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirası qəbul etmək vərəs ənin vəzifəsi yox, yalnız onun hüququdur. Başqa sözlə vərəsə bu hüquqdan istifadə edibetməmək seçiminə malikdir. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənm əsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu özünün 28 sentyabr 1979-cu il tarixli, 5 saylı qərarı nda göstərmişdir ki, vərəsə mirasa sahiblik, ondan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayəşinlərdən mənzil pulunu yığmışsa və b. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasına və ya mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Şəxs, miras qoyanın dəfn etmə xərclərini ödəmişsə, mirası qəbul etmiş vərəsələrdən çəkmiş olduğu xərcini ancaq pul şəklində tələb edə bilər, xərcinə görə miras əmlakın ona verilməsini tələb etmək hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini əsas tutub, apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmla kı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini, eləcə də cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan arqumentlərini araşdırıb müəyyən etmişdir ki, iddiaçı valideynlərindən miras qalmış fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini faktiki qəbul edərək idarə edib. O, evin maddi-məişət, kommunal xərclərini ödəyib. Hazırda da həmin ev onun və cavabdehin sahibliyində və istifadəsindədir. Başqa sözlə, daha öncə istinad olunan maddi hüquq normalarına əsasən o, qəbul etdiyi mübahisəli miras əmlakın açıldığı gündən mülkiyyətçisi hesab olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb haqlı olaraq qeyd edib ki, tərəflər miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul etdiklərini açıq-aşkar nümayiş etdirmişlər. Lakin notariat işindən görünür ki, notarius mirasqoyanın digər vərəsələri barədə məlumat olub-olmamasına əhəmiyyət vermədən, miras əmlaka dair yalnız cavabdehin adına “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verib. Halbuki, digər vərəsələrin olub-olmamasının axtarılması üçün müvafiq tədbirlərin görülməsi bilavasitə notariusun vəzifə borcu olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1318-ci maddəsinin tələblərinə görə, notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinin tələbinə görə, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vər əsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Ona görə də apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alıb haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iş üzrə yeni qətnamə qəbul etməklə iddia ərizəsini təmin etmiş və Quba rayonu, İ xxx kəndində yerləşən ümumi sahəsi 115.7 kv.metr olan fərdi yaşayış evi və 0,1865 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın iddiaçı tərəfindən faktiki qəbul edilməsini müəyyən etməklə, qeyd edilən yaşayış evində tərəflərin hər birinin payını ½ hissədə, 0,1865 ha həyətyanı torpaq sahəsində iddiaçının payını 1/3 hissədə, cavabdehin payını isə 2/3 hissədə müəyyən etmişdir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, iddiaçının mirası qəbul etməməsini və s air göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətini n mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Əksinə, işdən görünür ki, miras evə və həyətyanı torpaq sahəsinə vərəsəlik mərhumxxxa münasibətdə 2006-cı ildə, mərhum xxxya münasibətdə 2013-cü ildə açılmasına baxmayaraq, cavabdeh özü də mirasın qəbulu ilə bağlı notariusa yalnız 2017-ci ildə müraciət etmişdir. İddiaçının miras evdə yaşamaqla mirası faktiki idarə etməsi qanuni qüvvəyə minmiş Quba rayon məhkəməsinin 04 avqust 2016-cı il tarixli qətnaməsi ilə də müəyyən olunur. Belə ki, həmin qətnamədən görünür ki, miras evdə ailə üzvləri ilə birlikdə x yaşayır və sonuncu Cavabdeh2 evə buraxmadığı üçün o, məhkəmədə xa qarşı “evə kösürülmə” barədə iddia qaldırmış və iddiası təmin edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 x oğlunun kassasiya şikayətitəmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli, 2(105)-1067/2019 saylı qətnaməsi o nun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar