Məhkəmə qərarları › İş №2(102)-5237/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5237/2022

31.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5237/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, X16, X37, X32 və X17 qarşı ilkin, X33, X25 və X13 iddiaçı X14 qarşı müstəqil iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: miras payının bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, X16, X37, X32 və X17 qarşı miras əmlakın onun mülkiyyəti hesab edilməsi tələbinə dair ilkin; X33, X25 və X13 X14 qarşı “miras əmlakın onların mül kiyyətinə verilməsi” barədə müstəqil iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1007/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (iş materiallarında bəzi sənədlərdə “X21” kimi qeyd edilmişdir) cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, X16, X37, X32 və X17 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin (bundan sonra – mübahisəli ev) X2 miras q almış 2/6 hissəsinin onun miras payına əlavə edilərək, onun mülkiyyəti hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İşə baxılması zamanı X47, X40 və X1 Heyran Tarverdi qızına qarşı müstəqil tələb irəli sürərək mübahisəli evin evinin X2 miras qalmış 1/6 hissəsinin miras əmlak kimi onların mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, mübahisəli ev atasına məxsus olmuş və onun atası hələ sağlığında bütün övladlarını həmçinin, qardaşı İlham Ağayevi evlə təmin etmişdir. Otuz ildir orada ev tikib yaşayır, atası X18 xx.xx.1996-cı ildə vəfat etmişdir. Miras açıldıqdan sonra birinci dərəcəli vərəsələrdən – özü, X41, X19, Cavabdeh4 və Cavabdeh3 2003-cü ilin sentyabr ayında ər izə ilə Bakı şəhəri 37 saylı Notariat kontoruna müraciət etmiş və notariat kontorunda vərəsəlik işi açılaraq onların hər birinə miras əmlaka dair 1/7 hissədə pay verilmişdir. Həmin dövrədək, vərəsələrdən X22 29 sentyabr 2002-ci ildə və X34 05 mart 2003-cü ildə ölmüş, onların heç bir vərəsəsi olmamışdır. Digər vərəsələrdən X35 və X27 vərəsəliyə gəlməmiş, onlar mirası faktiki qəbul etməmiş, mirası rəsmi qəbul etmək üçün notariat ofisinə müraciət etməmişlər. X35 ona məxsus miras paya görə pul almış, ona çatası olan miras paydan onun xeyrinə imtina edəcəyini bildirmişdir. Buna baxmayaraq o, bu imtinasını da rəsmiləşdirmək üçün notariat ofisinə gəlməmişdir. Qardaşı İlham və onun ailə üzvləri 30 ildən çoxdur ki, başqa ünvanda yaşayır və vərəsəliyə çağırılan zaman da gəlməmişlər. Buna görə də haz ırda atası X7 məxsus açıq qalmış 2/6 hissə payı vərəsə kimi ona verilməlidir.

4. Cavabdeh4 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, atası X7 məxsus olan 2/6 hissədə açıq qalan hissədən öz payını tələb edir.

5. X40 izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, müstəqil tələbini müdafiə edərək bildirmişdir ki, nənəsi X41 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Nənəsi öldükdən sonra Bakı şəhəri 10 saylı Notariat Ofisinə ünvan 1 ünvanında yerləşən yaşayış evinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə ilə müraciət olunmuş və verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasında çıxarış əldə edilmişdir. İddiaçının ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, o mübahisəl i evə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün 2003-cü ildə Bakı şəhəri 37 saylı Notariat kontoruna müraciət edildiyini nənəsi öldükdən sonra vərəsəlik işi açıldığı zaman öyrənmişdir. Həmin vaxta qədər evin tam mülkiyyət payı ilə nənəsinə məxsus olduğunu bilmişdir. Onun atasının 2003-cü ildə Bakı şəhəri 37 saylı Notariat kontoruna müraciət edilməsi barədə məlumatı olmamış və həmin Notariat Kontoruna çağırılmamışdır. Yalnız nənəsi öldükdən sonra Bakı şəhəri 10 saylı Notariat Ofisində vərəsəlik işi açıldığı vaxt 2003-cü ildə Bakı şəhəri 37 saylı Notariat kontorunda da vərəsəlik işinin açıldığı ona məlum olmuşdur. Bundan sonra dəfələrlə mərhum atasına çatası paya onun vərəsəsi olması və həmin paya dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün Bakı şəhəri 37 saylı Notariat ko ntoruna müraciət etmişdir. Lakin notarius ona hər dəfə müxtəlif sənədlər üçün göndərmiş və bu vaxta qədər onlara nə imtina məktubu, nə də qanun üzrə vərəsəlik şəhadətnaməsi verməmişdir. Göründüyü kimi X6nun və bibisi X8 miras paylarını almadıqlarına görə 2/6 hissədə miras payı açıq qalmışdır. X6 1993-cü il tarixdən həmin evdən köçüb getmiş və onlar başqa evdə yaşamışlar. Lakin onun atası ölən günə kimi, yəni 2009-cu ilə kimi mübahisəli evdə qeydiyyatda qalmışdır. Hazırda iddiaçının həmin həyətdə tikdiyi evdən pay istəmir. O yalnız həyətyanı torpaq sahəsindən pay tələb edir ki, orada tikinti işləri aparsın.

6. Cavabdeh X28 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 1978-ci ildə həmin mübahisəli evə gəlin gəlmiş və 13-14 il ərzində həmin evə yaşamışdır. X18 onun qaynatası, X41 isə qay nanasıdır. Qaynanası digər oğlunu evləndirmək istədiyindən onlardan xahiş etmişdir ki, evdən çıxsınlar. Buna görə də həyat yoldaşı X35 evdən çıxaraq Yeni Suraxanı ərazisində ev tikdirmişdir. Yoldaşı həmin həyətdə ev tikmək istəsə də, vəsait olmadığından evi tikə bilməyib və anasından qabaq vəfat edib. Onun baldızları ev tikib satmaqla məşğuldurlar, lakin həyat yoldaşı İlham onları həmin həyətdə ev tikib satmağa qoymamışdır. Onun qaynanası vəfat etdikdən sonra aralarında problemlər yaranmağa başlayıb. İddiaçının Bakı şəhərinin müxtəlif yerlərində bir neçə mənzili olmasına baxmayaraq, Heyran yenə də onun həyat yoldaşına məxsus olan miras əmlakı da almaq istəyir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(010)-4701/2021 saylı, 14 oktyabr 2021- ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova) ilkin iddia və müstəqil tələb təmin edilməmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli ev X7 məxsus olmuş, o, xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Miras açıldıqdan sonra birinci dərəcəli vərəsələrdən X41, X19, Cavabdeh4, İddiaçı və Cavabdeh3 2003-cü ilin sentyabr ayında ərizə ilə Bakı şəhəri 37 saylı Notariat kontoruna müraciət etmiş və notariat kontorunda vərəsəlik işi açılaraq onların hər birinə miras əmlaka dair 1/7 hissədə pay verilmişdir. Həmin dövrədək, vərəsələrdən X22 29 sentyabr 2002-ci ildə, X34 isə 05 mart 2003-cü ildə vəfat etmişlər. Digər vərəsələrdən X35 və X23 vərəsəliyə cağrılmamışlar və mirası faktiki qəbul etməmişlər. Tərəflərin izahatından müəyyən olunmuşdur ki, vərəsə X35 1993-cü ildən həmin evdən ailəsi ilə birgə köçüb getmiş və atasının vəfatından sonra mübahisəli fərdi yaşayış evində yaşamamış, mirası nə faktiki, nə də notariat orqanına rəsmi qaydada müraciət edərək qəbul etməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci, 555-ci, 556-cı, 557-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin onun iddiasına aid hissədə ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1007/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ilkin iddianın rədd edildiyi hissədə ləğv edilmiş və ilkin iddia qismən təmin edilmişdir. Qətnamə ilə mərhum X9 miras qalmış mübahisəli evin açıq qalmış 2/6 hissəsinin ¾ hissəsinə (ümumilikdə miras əmlakın 10/24 hissəsi) iddiaçının, ¼ hissəsinə (ümumilikdə miras əmlakın 6/24 hissəsi) isə Cavabdeh3 Tarverdi qızının miras payının tanınması qət edilmiş. qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə nəzərə almışdır ki, hazırda işdə olan daşınmaz əmlakın Dövlət reyestrinin 20 may 2021-ci ilə olan son məlumatına görə mübahisəli ev üzərində hüquq sahibl əri- X29 3/24 hissə açıq qalır, 1/6 hissə Cavabdeh4, 1/6 hissə Cavabdeh3, 2/6 hissə X3, 1/6 hissə İddiaçı və 1/24 hissə X33 payları mövcuddur. Hazırkı iddianın və icraatın predmeti iddiaçının miras qoyan X3 adında açıq qalmış 2/6 hissəyə miras payının müəyyən edilməsidir. Miras qoyan Tarverən Ağayevin qanun üzrə vərəsəsi olan Leyla Ağayeva da xx.xx.2020-ci ildə öldüyündən mübahisəli miras əmlakın ona aid 1/6 hissəsinə də vərəsəlik işi açılmış, qeyd olunduğu kimi həmin 1/6 hissənin 1/24 hissəsinə X33 miras payı tanınmış, 3/24 hissəsinin isə açıq qaldığı görünür. Ancaq hazırkı işdə Leyla Ağayevadan miras qalmış həmin hissə üzrə mübahisəyə baxılmır.

14. Miras qoyan X3 adında açıq qalmış miras əmlakın 2/6 hissəsini X35 və X23 nə faktiki, nə də notariat orqanına müraciət etməklə qəbul etməmiş lər. Buna görə də İlham Ağayevin övladlarının müstəqil tələb irəli sürən üçüncü şəxslər kimi iddiaları təmin edilməmiş və onlar qətnamənin bu hissəsini mübahisələndirməyiblər. Hətta mərhum İlham Ağayevin arvadı Nəzakət Ağayeva və övladları Tarverən Ağayevdən miras qalmış fərdi yaşayış evinin 1/6 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi müddətin bərpa edilməsi və həmin hissə üzrə bərabər payların müəyyən edilməsi barədə ayrıca iddia ilə məhkəməyə müraciət etsələr də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2(010)-397/2022 nömrəli qətnaməsi ilə iddiaları təmin edilməmiş və qətnamə qüvvəsini almışdır. Buna baxmayaraq, mərhum Ağayeva(Səfərova) Reyhan Tarverən qızının övladları(vərəsələri) - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ərizə i lə məhkəməyə müraciət edərək göstərmişlər ki, miras qoyan Tarverən Ağayedən anaları Reyhan Ağayevanın xeyrinə açıq qalmış miras əmlakın iddiaçı X10 miras payına əlavə edib onun mülkiyyətinə verilməsini xahiş edirlər, çünki, mərhum anaları sağlığından həmin miras payı bacısı Heyran Ağayevaya verdiyini bildirmiş, heç zaman həmin payı tələb etməmiş, payın qəbul edilməsi üçün notariat ofisinə müraciət etməmişdir. Bundan başqa, Cavabdeh4 da notarial qaydada təsdiq edilmiş ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək iddianı qəbul etdiyini, X35 və X15 məxsus açıq qalmış miras paya heç bir iddiası və tələbi olmadığını, bundan sonra da həmin paya görə heç bir orqana və məhkəməyə müraciət etməyəcəyini bildirmiş, ona görə də həmin hissənin miras əmlak kimi X10 miras payına əlavə ed ilərək mülkiyyətinə verilməsini xahiş edir. Bunlarla yanaşı, miras açılan zaman birinci dərəcəli vərəsələrdən olmuş, mərhum X4 apellyasiya baxışı zamanı üçüncü şəxs kimi cəlb edilmiş arvadı X24, oğlu X30, qızı X11 da notarial qaydada ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etdiklərini, X4 miras əmlakı qəbul etdikdən sonra naturada ayıraraq satdığını, mirasın açıq qalan hissəsinin Heyran Ağayevaya məxsus olduğunu onlara bildirdiyini, həmin payı heç zaman tələb etmədiyini və notariat ofisinə müraciət etmədiyini, onların da X35 və X15 məxsus açıq qalmış miras paya heç bir iddiası və tələbi olmadıqlarını, bundan sonra da həmin paya görə heç bir orqana və məhkəməyə müraciət etməyəcəklərini, ona görə də həmin hissənin miras əmlak kimi İddiaçı miras payına əlavə edilərək onun mülkiyyəti nə verilməsini xahiş edirlər. Göründüyü kimi, iddiaçının tələbi qismən əsaslı olsa da birinci instansiya məhkəməsi bu hissədə iddianı ümumiyyətlə tam rədd etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Çünki, iddiaçının mirasın bir hissəsini qəbul etməsi və miras evin paylı mülkiyyətçisi olması işini mübahisəsiz halıdır. Mirasın açıq qalmış hissəsinin isə, açıq saxlanıldığı şəxslər tərəfindən nə faktiki, nədə notariat orqanına müraciət edərək qəbul etmədiklərini məhkəmə müəyyən etmişdir. Bu cür vəziyyətdə açıq qalmış hissəyə iddiaçının və hüququ olan digər vərəsələrin payının müəyyən edilməməsi düzgün nəticə olmamışdır. Göründüyü kimi, ümumən həm iddiaçı, həm də cavabdehlər Cavabdeh4 və Cavabdeh3, həmçinin mərhum Məhəmməd Ağayevin miras evi qəbul etmələri müəyyən edi lsə də birinci instansiya məhkəməsi maddi hüquq normalarına uyğun qətnamə çıxarmaq əvəzinə, əvvəlki və hazırda qüvvədə olan Mülki Məcəllənin vərəsəliklə bağlı normalarının tələblərini pozmuşdur. Ona görə də miras qoyan X3 adında açıq qalmış miras əmlakın 2/6 hissəsinin həm iddiaçı, həm də digər vərəsələr arasında bölünməli idi. Qeyd olunduğu kimi vərəsələrdən Cavabdeh4 və Məhəmməd Ağayevin vərəsələri (arvadı və iki övladı), eləcə də vərəsəliyi qəbul etməsə də Ağayeva (Səfərova) Reyhan Tarverən qızının övladları (vərəsələri) - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək miras paydan iddiaçının xeyrinə imtina etdiklərini və həmin hissənin onun mülkiyyət payına əlavə edilməsini xahiş edirlər. Lakin vərəsələrdən Cavabdeh3 açıq qalmış h issə üzrə miras paydan imtinası olmamışdır. Demək ki, miras qoyan X3 adında açıq qalmış miras əmlakın 2/6 hissəsinin digər vərəsələrin iddiaçının xeyrinə imtina etməsi nəzərə alınmaqla ¾ hissəyə iddiaçı Heyran Ağayevanın, ¼ hissəsinə isə Cavabdeh3 miras payı tanınmaqla ona əlavə edilməlidir.

15. Məhkəmə öz mövqeyini 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 552-ci, 1133.1-ci, 1133-cü, 1159.1-ci, 1243-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə ye ni qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən miras əmlakın açıq qalmış 2/6 pay hissəsinin Cavabdeh3 tərəfindən faktiki qəbul edilməsini nəzərə almamaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin tələblərini pozmuşdur. Apellyasiya məhkəməsi iş üzrə iddiaçı və cavabdehlərdən Cavabdeh4 və Cavabdeh3 və həmçinin mərhum Məhəmməd Ağayevin miras evi qəbul etmələrini müəyyən etsə də, X3 adında açıq qalmış miras əmlakın 2/6 hissəsinin həmçinin Cavabdeh3 tərəfindən faktiki qəbul edildiyini nəzərə almamışdır. Qeyd edim ki, Cavabdeh3 açıq qalmış hissə üzrə miras paydan imtinası olmamışdır. Cavabdeh3 miras açıldığı gündən X35 və X5 açıq qalmış 2/6 paya faktiki sahiblik etmiş və açıq qalmış miras əmlakı faktiki qəbul etmişdir. X8 miras əmlak payını qəbul etmədiyini nəzərə alsaq, hesab edirəm ki, onun övladları tərəfindən açıq qalmış miras payından X12 xeyrinə imtina etməsi və məhkəmənin bu cür imtinanı qəbul etməsi əsassızdır. Miras əmlakdan açıq qalmış 2/6 payı Cavabdeh3 digər vərəsələrlə birlikdə faktiki qəbul etmişdir və həmin açıq pay payı qəbul etmiş vərəsələr arasında bərabər qaydada bölünməlidir. Digər vərəsələrin X12 iddiasını qəbul etmələri barədə məhkəməyə ərizə təqdim etmələri onların həmin paydan imtinası kimi qəbul edilə bilməz.

18. Şikayətin əsası kimi, Mülki Məcəllənin 1243-cü maddəsinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə yazılı etiraz dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. təqdim edərək, qət namənin Kassasiya baxışının hədləri

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Tətbiq edilən hüquq 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcədə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətinə edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 01 sentyabr 2000- ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

24. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

25. Maddə 1159.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar.

26. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə v ə ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

27. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurət indən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

32. Nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi məhz Cavabdeh3 miras əmlakı faktiki qəbul etdiyini və mirasdan imtina etmədiyini nəzərə alaraq miras qoyanın adına olmuş və açıq saxlanılmış payı onunla iddiaçı arasında bölmüşdür.

33. Məhkəmə açıq qalmış miras əmlak üzərində payları müəyyən edərkən mirası qəbul etmiş vərəsələrin və ya onların vərəsələrinin həmin paydan iddiaçının xeyrinə imtina etdikləri ilə yanaşı, həmin şəxslərin, o cümlədən iş üzrə cavabdeh olan digər şəxslərin iddianı qəbul etmək barədə yazılı ərizələrini nəzərə almışdır.

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh3 kassasiya şikayəti verdiyini də nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1007/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar