Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5240/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “behin qaytarılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, maddi ziyan, mənəvi ziyan, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)1080/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfind ən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 yaşayış sahəsinin cənub hissəsində 0,06 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh tərəfindən yazılmış xx xxxxxx 2019-cu il tarixli qəbzə əsasən o, İddiaçı 33 metr, 1 metr 60 manatdan olmaqla perila (məhəccər) hazırlanmasına görə sifarişi qəbul etmiş, bununla bağlı İddiaçı ilə 1960 manata razılaşmış, ilkin olaraq 980 manat pul almışdır. İddiaçı xx xxxx 2019-cu il tarixdə Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə şikayət edərək göstərmişdir ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə ondan ümumi uzunluğu 33 metr olmaqla dəmir məhəccərlərin hazırlanması və yerinə quraşdırılması barədə sifariş qəbul etməs inə və buna görə qabaqcadan beh olaraq ondan 980 manat pul almasına baxmayaraq, nə sifarişi yerinə yetirməmiş, nə də ki, aldığı pulu qaytarmamışdır. Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin tədqiqatçısı tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx xxxxx 2019-cu il tarixli qərara əsasən İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1960 manat (980 manat beh + 980 manat) manat pulun, bu pulun qaytarılmaması ilə bağlı dəymiş 2000 manat maddi və 2000 manat mənəvi zərər olmaq la, cəmi 5960 manat məbləğində pulun, habelə 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1ə fərdi yaşayış evi tikdirmişdir. Həmin ev üçün 2 balkon və 2 pilləkənə dəmir məhəccərlərin quraşdırılması üçün xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh müraciət etmişdir. Cavabdeh onun evinə gələrək, yerində ölçmə işləri aparmış, 33 metr uzunluğunda məhəccərin lazım olduğunu və 1960 manata məhəccərləri hazırlayıb yerinə quraşdıra biləcəyini demişdir. İddiaçı cavabdehlə razılığa gələrək, lazım olan dəmir məhəccərlərin hazırlanması və yerinə quraşdırılmasını ona sifariş etmiş və bu məqsədlə ona 980 manat beh vermişdir. Razılaşmaya əsasən cavabdeh yanvar ayının sonunadək məhəccərl əri hazırlayıb yerinə quraşdırmalı, o da qalan 1000 manatı cavabdehə verməli idi. Cavabdeh ondan 980 manat beh alması barədə xx xxxxxx 2019-cu il tarixli yazılı qəbz vermişdir. Müddətin keçməsinə baxmayaraq cavabdeh öhdəliyinə əməl etməmişdir. Razılaşdırılmış vaxtda öhdəliyini yerinə yetirmədiyini görüb, iddiaçı dəfələrlə telefonla cavabdehlə danışmış və yanına gedərək sifarişin yerinə yetirilməsini tələb etmişdir. Hər dəfə cavabdeh onu aldadaraq yaxın vaxtda sifarişi yerinə yetirəcəyini bildirsə də vədinə əməl etməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirmiş nəticədə ona 2000 manat dəyərində mənəvi ziyan dəymişdir. Bundan başqa cavabdeh tərəfindən aldadıldığı üçün dəfələrlə Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə və cavabdehin iş yerinə getm iş, mobil telefonundan istifadə etmiş, iddianın hazırlanması üçün müvafiq sənədlərin toplanılması üçün maddi vəsait sərf etmişdir. Nəticədə ona həm də 2000 manat məbləğində maddi ziyan dəymişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(035)-737/2019 nömrəli qətnaməsi ilə (hakim T.M.Qubadov) iddia qismən təmin edilmiş, Cavabdeh behə görə 1960 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 1990 manat pulun alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında mövcud hüquq münasibəti podrat müqaviləsi olmaqla, həm də behlə bağlıdır. İddiaçı tərəfindən sifariş verilən məhəccərlərin cavabdeh tərəfindən naturada hazırlanması məhkəmə iclasında müəyyən olunmamışdır. Əksinə cavabdehin məhk əmə iclasında verdiyi izahatında müəyyən olunmuşdur ki, artıq fevral ayında iddiaçı müqavilədən, yəni sifarişdən imtina etmişdir. Həmin vaxt isə sifariş verilən məhəccərlər hazır olmamışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin sifarişin icrasından yayındığını görüb, məhəccərlərin hazırlanıb quraşdırılmasını başqasına tapşırmış və onun cavabdehin işinə hansısa marağı qalmamışdır. Belə olan təqrirdə iddiaçı cavabdehə beh olaraq vermiş olduğu pulu iki mislini geri tələb etməkdə haqlıdır. Məhkəmə iddianın maddi və mənəvi ziyana görə pul tələbinə dair hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia həmin hissələrdə əsaslandırılmamışdır. İddiaçı behin qaytarılması ilə bağlı ona 2000 manat məbləğində maddi ziyan dəydiyini iddia etsə də, iddiasını məhkəmədə sübuta yetirə bilməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, tərəflərin arasındakı hazırki münasibət iqtisadi məzmunda olan münasibətdir və həmin münasibətlə bağlı iddiaçının şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsi ilə müşayiət edilən hər hansı bir hal müəyyən edilməmiş, məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir. Ona görə də, mənəvi ziyana görə 2000 manat tələbi əsaslı deyildir. b) Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apelyasiya şikayəti verərək, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(035)-737/2019 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və iddianın iddiaçıya vurulmuş maddi və mənəvi zərərin tutulması hissəsində də tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)1080/2020 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(035)-737/2019 nömrəli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apelyasiya şikayəti ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı behin iki mislinin qaytarılması ilə yanaşı, maddi və mənəvi ziyan tələbi irəli sürmüşdür ki, iddianın həmin hissəsi alınmış behin müqabilində cavabdehin razılaşmış olduğu işi icra etməməsi ilə əlaqədar müqavilə şərtlərini pozması olmuşdur. Hansı ki, qanunun birmənalı mənasına görə tərəflərin razılaşdıqları müddətdə müqavilənin, beh almış tərəfdən icra edilməməsi iddiaçı tərəfə behin iki mislini almaq hüququ verirdi. İddiaçının iddiasının əsası kimi, iddiasını (behlə bağlı), razılaşdıqları müddət bitdikdən sonra aidiyyəti məhkəməyə yox, uzun müddət sonra digər məhkəmələrə verməsi, cavabdehin barəsində X2 müraciət etməsi cavabdehin günahi kimi qiymətləndirilə bilməz və ondan maddi və mənəvi ziyanın tutulması qanuna uyğun olmaz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-1080/2020 nömrəli qətnaməsinin qismən, yəni iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallar və sübutlar əsa sında iddianın maddi və mənəvi zərərin, habelə apelyasiya və kasasiya instansiyası məhkəmələrinə ödədiyi 30 manat dövlət rüsumunun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları səhv təfsir edilmiş, iddiaçının təqdim etdiyi sübutlara hüquqi qiymət verilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlm əmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları ar aşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiyası məhkəməsinin qətnaməsi ilə iddiaçının cavabdehə verdiyi pul vəsaitinə beh kimi hüquqi qiymət verilərək, iddia qismən təmin olunsa da, cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Apelyasiya şikayətini iddiaçı vermiş və iddianın təmin olunmamış (maddi və mənəvi ziyanla bağlı tələblərinin) hissəsini mübahisələndirmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və iddiaçı kasasiya şikayəti verdiyi üçün hazırki kasasiya baxışının həd lərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində f iziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödə mək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəl mə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zərur idir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, İnsan Hüquqları və X1 haqqında Konvensiyanın, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı tö rədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyr i-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası ilk olaraq kasasiya şikayətinin maddi ziyanın tutulması hissəsi üzrə qeyd edir ki, iddiaya baxan məhkəmələr səlahiyyətləri çərçivəsində iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərək, onları iddianın həmin hissədə təmin olunması üçün kifayət edici hesab etməmişlər. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: 1. zərərin mövcud olması, 2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3. zərərlə qanunsuz hərə kət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, 4. zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Digər tərəfdən birinci instansiyası məhkəməsi tərəfindən iddiaçının tələbini behin ikiqat hissəsində tutulması hissəsində təmin olunmuş və qətnamə həmin hissədə mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.2-ci maddəsinin mənasına görə beh almış şəxsin müqavilənin icra etməməsi nəticəsində ödədiyi behin iki misli zərəri də əhatə edir. Qarşı tərəf yalnız beh məbləğindən artıq olan zərərin əvəzini tələb etmək hüququna malikdir. Lakin cavabdehin podrat müqaviləsi üzrə öhdəliklərinin icra etməməsi nəticəsində iddiaçıya maddi zərər vurulması, həmin zərərin nədən ibarət olması və məbləği, o cümlədən zərərin 980 manatdan artıq olması barədə məhkəmələrə hər hansı sübut təqdim olunmamışdır. Mənəvi zərərlə bağlı kasasiya şikayətinin dəlilləri ilə də məhkəmə kollegiyası razılaşmır. Belə ki, birinci instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında icra etməsə də, iddiaçı qısa müddət ərzində işlərin görülməsini başqa şəxsə tapşırmışdır. İddiaçı ərizəsində mənəvi zərərin nədə ifadə olunduğunu, hansı mənəvi sarsıntı və iztirablar keçirdiyini göstərməmişdir. Eyni zamanda, iddiaçı ona mənəvi zərər dəyməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Odur ki, məhkəmələr tərəfindən əsaslı olaraq iddia mənəvi ziyanla bağlı hissədə də təmin edilməməlidir. Odur ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi n əticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)1080/2020 nömrəli dəyişdirilmədən saxlanılsın. Qərar qə
Məhkəmə qərarları › İş №2(102)-5240/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5240/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver