Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5242/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5242/22 (Açar sözlər: əşyanın əvvəlki vəziyyətə qaytarılması tələbi) Bakı şəhəri, 5 noyabr 2022-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-926/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 5 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abş eron Rayon İcra Hakimiyyəti Başçısının 206 saylı, 06 sentyabr 2002-ci il tarixli sərəncamı ilə Xırdalan qəsəbəsinin H.Aslanov küçəsində istixana binasının qabağında boş istifadəsiz ağac olmayan sahədə mövcud tikintisi yarımçıq qalmış bərbərxana binasının sol tərəfindən ona bitişik cizgiyə uyğun 10.0x6.0 metr ölçüdə torpaq sahəsi İddiaçı2 maşınlara texniki xidmət obyektinin tikintisinə ayrılmışdır, mövcud sol tərəfdəki mağaza və qeyd edilən obyket tikiləndən sonra qalan 35 metr torpaq sahəsi tikinti işləri aparılmamaq şərtilə abadlıq işləri aparılması üçün ərizəçiyə təhkim edilmişdir.
2. Abşeron rayonu texniki inventarlaşdırma və MHQİ tərəfindən verilmiş 12 avqust 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Aslanov küçəsindəki qeyri-yaşayış obynekti X 1 xüsusi mülkiyyətinə verilmişdir.
3. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 690 saylı, 08 noyabr 2013-cü il tarixli digər sərəncamı ilə isə Abşeron rayonunun X4 Fondunda saxlanılmış torpaqlardan tikinti məqsədilə 0,3265 hektar torpaq sahəsi 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında "xxxx" MMC-yə ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir.
4. Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən verilmiş icarəyə verilən torpaq sahəsinin 693 saylı, xx.xx.2013-cü il tarixli ayrıc aktına əsasən, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 693 saylı sərəncamı ilə "xxxx" MMC-nin direktoru X2 Xırdalan şəhəri, 27-ci məhəllədə ayrılmış 0,32 ha torpaq sahəsində 2 girişli, 16 mərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi məqsədilə ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilmişdir.
5. İddiaçı cavabdeh şirkətin ona məxsus olan obyekti sökərək yerində hündürmərtəbəli yaşayış evi inşa etməsini əsas tutaraq hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində yerləşən 12 avqust 2004-cü il tarixli 542 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı1 məxsus olan tikilinin yerində cavabdeh tərəfindən inşa edilmiş binanın sökülməsi, İddiaçı1 məxsus olmuş emalatxananın cavabdehin hesabına bərpa edilərək onun qanuni sahibliy inə qaytarılması, əldən çıxmış faydaya görə cavabdehdən 46200 manat alınaraq İddiaçı1 verilməsi, vurulmuş mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pul kompensasiyasının cavabdehdən alınaraq İddiaçı1 ödənilməsi, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 06 sentyabr 2002-ci il tarixli 206 saylı sərəncamına əsasən İddiaçı2 tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində yerləşən 10,0x6,0 metr ölçüdə maşınlara texniki xidmət obyektinin yerində cavabdeh tərəfindən tikilmiş binanın sökülməsi, İddiaçı2 məxsus maşınlara texniki xidmət obyektinin cavabdehin hesabına bərpa edilərək onun qanuni sahibliyinə qaytarılması, əldən çıxmış faydaya görə cavabdehdən 46200 manat alınaraq İddiaçı2 verilməsi, vurulmuş mənəvi zərərin əvəzi kimi 5000 manat məbləğində pul kompen sasiyasının cavabdehden alınaraq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində 62,4 kv.metr sahəsi olan qeyri-yaşayış binası (emalatxana) İddiaçı1 məxsusdur. Onun bina üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 12 avqust 2004cü il tarixdə 01 №-li reyestr kitabında 542 reyestr nömrəsi ilə qeydə alınmış və bu barədə ona 542 №-li qeydiyyat vəsiqəsi verilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 06 sentyabr 2002-ci il tarixli 206 saylı sərəncamı ilə İddiaçı2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində istixana binasının qabağında 10,0x6,0 metr ölçüdə torpaq sahəsi maşınlara texniki xidmət obyektinin tikintisi üçün ayrılmışdır. Həmin sərəncama uyğ un olaraq İddiaçı2 tərəfindən 60 kv.metr ölçüdə qeyri-yaşayış binası inşa edilmiş və maşınlara texniki xidmət üçün istifadə olunmuşdur. İddiaçı1 və İddiaçı2 14 iyun 1984-cü il tarixdə nikaha daxil olmuşlar. Yuxarıda qeyd edilən əmlaklar onların nikah dövründə əldə etdikləri ümumi əmlak olmaqla onların birgə mülkiyyətidir. Göstərilən qeyri-yaşayış sahələri avtomobil təmiri və texniki xidmət obyektləri kimi istifadə olunmuşdur. İddiaçı1 xx.xx.2003-cü il tarixdə azadlıqdan məhrum edilmiş, xx.xx.2015-ci il tarixdə cəza müddəti qurtararaq azad olunmuşdur. İddiaçı1 cəzaçəkmə müəssisəsində olduğu dövrdə yəni, 2007-ci ilin dekabrında "xxxx" MMC-nin işçiləri həmin əraziyə gələrək tikililərin söküləcəyini bildirərək emalatxanada işləyən şəxsləri məcburi olaraq oradan çıxarmış və tikililəri sökmüşd ür. 2008-ci ildən həmin qeyri-yaşayış binalarının yerində hündür mərtəbəli yaşayış binaları inşa edilmişdir. "xxxx" MMC qeyriyaşayış binalarının qanuni əsaslarla İddiaçı1 və İddiaçı2 məxsus olduğunu bildiyi halda, heç bir məhkəmə qərarı olmadan tamamilə qanunsuz olaraq onların mülkiyyətində olan binaları sökmüş, ərazini zəbt etmiş və ərazidə tikinti işləri aparmışdır. Bu qanunsuzluq nəticəsində iddiaçıların mülkiyyət hüququ kobud surətdə pozulmuş və onlar əmlak hüquqlarından məhrum olmuşdur.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin **********02 saylı, xx.xx.2017-ci il tarixli məktubuna əsasən, İddiaçı1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində sahəsi 62,4 kv.metr olan qeyr i- yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi ilə bağlı müayinə (inventarlaşdırma, çöl-ölçmə) keçirilmişdir. Müayinə zamanı məlum olmuşdur ki, İddiaçı1 məxsus qeyri-yaşayış sahəsi naturada istinad nöqtələri olmadığına və eyni zamanda ərazidə söküntü işləri getdiyi üçün qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. 9. "xxxx" MMC tərəfindən verilmiş 03 saylı, 17 yanvar 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən, xx.xx.2004-cü il tarixli 542 nömrəli qeydiyyat vəsiqəsinə və texniki pasporta əsasən İddiaçı1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində sahəsi 62,4 kv.metr olan qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin koordinatları naturada üst-üstə düşür. Abşeron Rayon İ cra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 206 saylı sərəncamı ilə İddiaçı2 ayrılmış üzərində tikili mövcud olmuş 10,0x6,0 torpaq sahəsinin koordinatları (döngə nöqtələri) naturada üst-üstə düşür.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2018-ci il tarixli, 17763 saylı ekspert rəyindən görünür ki, xx.xx.2004-cü il tarixli, 542 nömrəli qeydiyyat vəsiqəsinə və texniki pasporta əsasən İddiaçı1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində sahəsi 62.4 kv.metr olan qeyri-yaşayış binası göstərilən torpaq sahəsində aşkar olunmamışdır, yerində çoxmərtəbəli çoxmənzilli yaşayış binası tikilmişdir və həmin binada hazırda yaşayış mövcuddur. Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində yerləşən xx.xx.2004-cü il tarixdə İddiaçı1 adına qeydiyyat vəsiqəsi verilmiş qeyri-yaşayış binası aşkar olunmadığından, mövcud ünvanla naturada təyin etmək mümkün olmadığı üçün və qeyri-yaşayış binasının texniki pasportunda yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları olmadığı üçün sözügedən qeydiyyat vəsiqəsinin həmin sahəyə aid olub-olmamasını təyin etmək mümkün olmamışdır. "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 17 yanvar 2018-ci il tarixli 03 saylı məktubla göndərilmiş, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, xx.xx.2004-cü il tarixli 542 nömrəli qeydiyyat vəsiqəsinə və texniki pasporta əsasən İddiaçı1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində sahəsi 64.4 kv.metr olan qeyri-yaşayış sahəs inin yerləşdiyi torpaq sahəsinin koordinatları naturada üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fərid Bağırovun imzası ilə təsdiq edilmiş 09 oktyabr 2018-ci il tarixli **********42 saylı məktubuna əsasən, Abşeron RİHB-in xx.xx.2002-ci il tarixli, 206 saylı sərəncamı ilə İddiaçı2 ayrılmış üzərində tikili mövcud olmuş 10.0 x 6.0 metr torpaq sahəsi Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyatdan keçmədiyi üçün koordinatların naturada üst-üstə düşməsini təyin etmək mümkün olmamışdır."xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 17 yanvar 2018-ci il tarixli 03 saylı məktubla göndərilmiş, "xxxx"-MMC-nin mütə xəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 206 saylı sərəncamı ilə İddiaçı2 ayrılmış üzərində tikili mövcud olmuş 10.0 x 6.0 metr torpaq sahəsinin koordinatları (döngə nöqtələri) naturada üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fərid Bağırovun imzası ilə təsdiq edilmiş 09 oktyabr 2018-ci il tarixli **********42 saylı məktubuna əsasən, iddiaçılar İddiaçı1 adına qeydiyyat vəsiqəsi verilmiş qeyri-yaşayış binası aşkar olunmadığından, mövcud ünvanla naturada təyin etmək mümkün olmadığı üçün və qeyri-yaşayış binasının texniki pasportunda yerləşdiyi torpaq sahəsini n döngə nöqtələrinin koordinatları olmadığı üçün və İddiaçı2 Abşeron RİHB-in xx.xx.2002-ci il tarixli, 206 saylı sərəncamı ilə ayrılmış üzərində tikili mövcud olmuş 10.0 x 6.0 metr torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyatdan keçmədiyi üçün müdaxilə olub-olmadığını təyin etmək mümkün olmamışdır.
11. Abşeron Rayon Məhkəməsinin (hakim S.Quliyeva) 26 dekabr 2018-ci il tarixli, 2(012)-1613/2018 qətnaməsi ilə iddia rədd edilmişdir.
12. Məhkəmə bildirmişdir ki, cavabdeh ona ayrılmış torpaq sahəsində lazımi icazələr almaqla qanunvericiliyin tələblərinə müvafiq olaraq tikinti işləri aparmışdır. Yəni, cavabdeh tərəfindən aparılmış bina özbaşına tikili hesab edilə bilməz. Eyni zamanda Məhkəmə qeyd etmişdir ki, iddiaçıların onlara məxsus olan daşınmaz əmlakların cavabdeh tərəfindən qanunsuz sökülməsi etdikləri sübutlar əsasında, həmçinin məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır
13. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 152 və 157-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin "Mahmudov Rusiya Federasiyasına qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 6 mart 208-ci il tarixli qərarlarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun və digər iddiaçının mülkiyyət hüquqlarının pozulmasına əhəmiyyət verməmişdir. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində 62.4 kv.metrlik emalatxana ona məxsusdur. Eyni ünvanda 60 kv. metrlik torpaq sahəsi də avtomobillərə texniki xidmət obyektinin tikilməsi üçün Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 6 sentyabr 2002-ci il tarixli, 206 saylı qərarı ilə digər İddiaçı2 ayrılmışdır. İddiaçı2 ayrılmış torpaq sahəsində avtomobillərin təmiri üçün emalatxana inşa edilmiş və fəaliyyət göstərmişdir. 2007-ci ildə cavabdeh şirkətin əməkdaşları emalatxanaların yerləşdiyi əraziyə gəlib onlara məxsus tikililərin söküləcəyini bildirmiş, emalatxananın işçilərini oradan qovmuş, tikililəri sökmüşlər. 2008-ci ildən isə həmin tikililərin yerində hündür mərtəbəli bina tikməyə başlamışlar. Hazırda orada 16 mərtəbəli bina vardır. Cavabdeh şirkət onların mülkiyyətində olan torpaq sahəs ini zəbt etmiş, orada onlara məxsus əmlakları məhv etməklə onların mülkiyyət hüquqlarını pozmuşdur.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və T.Q.Məmmədov) 2(105)-1784/2019 nömrəli, 7 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1613/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarına, o cümlədən ekspert rəyinə istinadən cavabdeh tərəfindən inşa edilmiş binanın iddiaçılara məxsus olmuş daşınmaz əmlakların sökülərək, həmin obyektlərin yerində inşa edilməsinin sübuta yetirilməməsini müəyyən edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni də MPM-nin 77.1-ci maddəsi ilə əsaslandırmışdır. İddiaçılara məxsus torpaq sahələri və üzərindəki tikililərin cavabdeh şirkət tərəfindən zəbt edilməsi və sökülməsi ekspert rəyi ilə təsdiq edilməmişdir. Başqa sözlə, iddiaçıların iddia tələbi sübuta yetirilməmişdir. Hazırki işdə isə iddiaçılar mülkiyyət və istifadələrində olan torpaq sahələri və tikililərin cavabdeh tərəfindən zəbt edilməsi və sökülməsini sübut edə bilmədiyi və əksinə, bu hal ekspert rəyi ilə təkzib edildiyi üçün iddiaçıların iddia tələbinin əsası kimi istinad etdiyi Mülki Məcəllənin 157.2, 158.1.2 və 158.4-cü maddələri hazırki mübahisəyə tətbiq edə bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Qətnamədən cavabdeh İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidə n baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi ilə iddiaçıların həm əmlaklarını olması təsdiq edilir, həm də onların yerlərinin müəyyən edilməsinin qeyrimümkünlüyü qeyd olunur. Lakin müasir texniki vasitələr bunun əksinə iddiaçıların əmlaklarının nəinki yerlərini müəyyən edir, hətta onların sputnikdən çəkilmiş fotoşəkillərini göstərir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iddiaçıların əmlaklarının mövcud yerlərinin müəyyən edilməməsinin mümkün olmaması olmuş, iddiaçıların pozulmuş hüquqlarını bərpasına səy göstərilməmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən – məruzəçi hakim Q.Əsgərov, hakimlər E.Vəliyev a və S.Hacıyev) 23 oktyabr 2019-cu il tarixli, 2(102)-6759/19 qərarı ilə İddiaçı1 kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların mülkiyyət və istifadələrində olan torpaq sahələri və tikililərin cavabdeh tərəfindən zəbt edilməsi və sökülməsini sübut edə bilmədiyi nəticəsinə gələrkən bu halın ekspert rəyi ilə təkzib edilməsinə istinad edərkən ilk əvvəl rəyə işin digər sübutları ilə yanaşı və rəydə əksini tapmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fərid Bağırovun imzası ilə təsdiq edilmiş 09 oktyabr 2018-ci il tarixli **********42 saylı, eləcə də iş materiallarında olan **********02 saylı, xx.xx.2017-ci il tarixli məktublarının məzmununda göstərilənlərə hüquqi qiymət verməmişdir.
22. Belə ki, qanunvericiliyə əsasən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında t ədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların mülkiyyət sənədinin hazırda qüvvədə olub-olmaması, ləğv və ya etibarsız hesab edilib-edilməməsini aydınlaşdırmamış, mülkiyyət sənədi qüvvədə olduğu təqdirdə isə iddia tələblərinin əsaslandığı sübutlar, dəlillər düzgün qiymətləndirilməmişdir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən xx.xx.2004-cü il tarixli 542 nömrəli qeydiyyat vəsiqəsinə və texniki pasporta əsasən İddiaçı1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində sahəsi 64.4 kv.metr olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin koordinatları naturada üst-üstə düşdüyü halda, apellya siya instansiyası məhkəməsi həm bu, həm də ekspertiza rəylərinə düzgün hüquqi qiymət verməmiş, cavabdehin ona ayrılmış torpaq sahəsində hansı tikinti işlərinin aparılmasını aydınlaşdırmamış (ekspertiza təyin etmək yolu ilə), hazırki mübahisənin tam, hərtərəfli və obyetktiv araşdırılması ilə bağlı ərazi üzrə İcra Hakimiyyəti, bələdiyyəni cəlb etməmiş, iddiaçının mövcud olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsini məhkumluğundan əvvəl istifadə edib-etməməsini, vergi orqanlarında qeydiyyatda olub-olmamasını, məhkum həyatı yaşadığı dövrdə həmin sahədən təyinatı üzrə istifadə edilib edilməməsini araşdırmamışdır.
25. Kassasiya kollegiyası onu da qeyd etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya mü əyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
26. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 157.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 88 və 106-cı maddələrinə istinad etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki iki nci icraat
27. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2020-ci il tarixli, 2(105)-546/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli 10/3602 №li rəyə və istərsə də "xxxx" MMC-nin xx.xx.2021ci il tarixli mütəxəssis rəyində xx.xx.2004-cü il tarixli 542 nömrəli qeydiyyat vəsiqəsinə və texniki pasporta əsasən İddiaçı1 ayrılmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində sahəsi 64,4 kv.m. olan qeyri-yaşayış sahəsində cavabdeh “Vites Ekspres” tərəfindən yeni inşa edilmiş çoxmərtəbəli, çox mənzilli yaşayış binasının tikinti işləri aparılması müəyyən edilmişdir.
28. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Z.Məmmədov və E.Əhmədov) 05 may 2021-ci il tarixli, 2(105)-104/2021 nömrəli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli 2(012)-1613/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
29. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin koordinatları naturada üst-üstə düşdüyü və cavabdeh tərəfindən inşa edilmiş hündürmərtəbəli çoxmənzilli yaşayış binası iddiaçıya ayrılmış qeyri-yaşayış sahəsində yerləşmiş olsa da, lakin həmin qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən sökülməsi işdə olan sənədlərlə öz təsdiqini tapmamışdır.
30. Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 690 sayl ı, 08 noyabr 2013-cü il tarixli sərəncamından, Memarlıq və Tikinti Şöbəsinin icarəyə verilən torpaq sahəsinin 693 saylı, xx.xx.2013-cü il tarixli ayrıca aktından, FHN-nin DYNX-nin xx.xx.2014-cü il tarixli razılaşdırılmış rəyindən və Xırdalan şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2014-cü il tarixli məktubdan müəyyən edilir ki, həmin ərazidə tikinti işlərinin aparılması üçün torpaq sahəsi cavabdehə 2013-cü ilin noyabr ayının 08-də ayrılmışdır. Lakin iddiaçıya məxsus qeyriyaşayış sahəsi isə xx.xx.2008-ci il tarixli görüntülərdə artıq mövcud olmamış, yəni sökülmüşdür. Bu əvvəlki məhkəmə baxışı zamanı keçirilmiş Hüquq və Torpaq Məsələləri” MMC-nin 03 saylı, xx.xx.2018-ci il tarixli mütəxəssis rəyindən də öz təsdiqini tapmışdır.
31. Apellyasiya məhkəməsi həmçinin nəzərə almışdır ki, "xxxx" MMC-nin nizamnaməsinə əsasən bu cəmiyyət xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmişdir, başqa sözlə cəmiyyət yaradılarkən iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsi artıq sökülmüşdür.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sübut etmək yükü üzərinə düşən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərinə əməl etməyərək, heç bir araşdırma aparmadan nə zərə almamışdır ki, iş üzrə icra hakimiyyətinin bələdiyyənin və digər dövlət orqanlarının səlahiyyətli nümayəndələrini məhkəməyə dəvət etməyərək əsassız qətnamə çıxarmışdır. Məhkəmə baxışında sübut kimi “29” yanvar 2021-ci il tarixli “11”səhifədən ibarət olan ekspert rəyi məhkəməyə təqdim edilsə də, məhkəmə həmin sübutu qəbul etməyərək, işdə olan ziddiyyətli ekspertiza rəylərini yenidən təhlil edərək nəzərə almamışdır ki, həmin ziddiyyətli ekspertiza rəyləri üzrə Ali Məhkəmənin birbaşa göstərişi olduğu halda və həmçinin də Abşeron rayonu Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron rayon Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsini məhkəməyə dəvət etməyərək və həmin idarə tərəfindən verilmiş texniki pasportu və qeydiyyat vəsiqəsini şübhə altına alaraq heç bir araşdırma aparmamı şdır.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən – məruzəçi hakim İ.K.Xəlilov, hakimlər Ə.Ə.Əliyev və M.T.Əhmədova) 14 yanvar 2022-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-728/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
36. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya məhkəməsində birinci icraat zamanı məhkəmə kollegiyasının qərarındakı göstərişlərdən biri müvafiq İcra Hakimiyyətinin işə cəlb olunması olmuşdur. Apellyasiya Məhkəməsi İcra Hakimiyyətinə iki dəfə bildiriş ünvanlamış, lakin səlahiyyətli nümayəndənin iştirakı İcra Hakimiyyəti tərəfindən təmin olunmamış, nəticədə kassasiya instansiyası məhkəməsinin göstərişi real olaraq icra olunmamışdır.
37. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin əvvəlki mövqeyini təkrarlayaraq hesab edir ki, iş üzrə qanuni və ədalətli nəticəyə gəlmək üçün İcra Hakimiyyətinin iştirakı təmin edilməlidir. Bu ona görə zəruridir ki, üzərində iddiaçının xüsusi mülkiyyəti olan torpaq sahəsini hündürmərtəbəli yaşayış evi inşa etmək üçün ayıran orqan Abşeron rayon İH-dir. Cavabdeh şirkətin etirazları onunla bağlıdır ki. ona torpaq sahəsi ayrılarkən həmin sahədə heç bir tikili mövcud olmamışdır. Apellyasiya məhkəməsi də iddia tələbini məhz bu əsasla rədd etmişdir. Amma, iddianın bu əsasla rədd edilməsi gələcəkdə müvafiq icra hakimiyətinə qarşı iddiaçılar tərəfindən tələb irəli sürülməsini istisna etmir və hazırkı iş üzrə qəbul ediləcək qərar tikilinin şirkət tərəfindən sökülməməsi ilə bağlı hissədə preyudisal əhəmiyyət kəsb edəcək.
38. Ona görə işə baxan məhkəmə müvafiq İH-nin işə cəlb edilməsi ilə bağlı kassasiya instansiyası məhkəməsinin göstərişlərini real olaraq təmin edilməsi üçün tədbirlər görməlidir. Bu həm də müvafiq icra hakimiyyəti orqanını gələcəkdə ona qarşı yönələ bilən iddia tələbindən vaxtında qorunmağa şərait yaratmış olur.
39. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 206 nömrəli Sərəncamının məzmunundan və iddiaçı tərəfindən əlavə olunmuş fotoşəkildən (mülki iş, İ cild, səhifə 12) göründüyü kimi, torpaq sahəsində digər qeyri-yaşayış sahələrinin (bərbərxana, dərzi, qadın salonu) mövcud olması işin mübahisəsiz halıdır. Eyni zamanda sonuncu məhkəmə qərarı ilə müəyyən edi lmiş hal ondan ibarətdir ki, cavabdeh şirkətin inşa etdiyi yaşayış binası iddiaçıya məxsus olan obyektin yerləşdiyi torpaq sahəsinin hüdullarında inşa edilmişdir. Hazırkı işin yeganə mübahisəli halı iddiaçılara məxsus olan əmlakların kimin tərəfindən sökülməsi ilə bağlıdır. Hündürmərtəbəli yaşayış evinin inşası üçün torpaq sahəsi ayıran müvafiq icra hakimiyyəti orqanı həmin əmlakların müqəddəratı ilə bağlı məsələləri öz qərarında həll etməli idi, bu onun vəzifəsindən irəli gəlirdi.
40. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının ona məxsus olan əmlakın cavabdeh şirkət tərəfindən sökülməsi halını sübutetmə yükünün iddiaçının üzərinə qoyulması MPM-nin qanunvericiliyin sübutetmənin bölüşdürülməsinə dair normaların tələblərinə ziddir. Həmin ərazidə iddiaçıdan başqa digər şəxslərə məxsu s sahibkarlıq fəaliyyəti ilə məşğul olan daşınmaz əmlaklar mövcud olmuşdur. Qeyd olunan əmlakların mülkiyyətçilərin özləri tərəfindən sökülməsi qənaətinə gəlmək həm məntiqsiz və həm də ağlabatan deyil. Ona görə cavabdeh tərəf sübuta yetirməlidir ki, həmin əmlaklar evin inşası üçün torpaq sahəsi ayrılmamışdan əvvəl sökülmüşdür. Bundan başqa, İddiaçı1 xx.xx.2003-cü il tarixdən xx.xx.2015-ci il tarixədək cəzaçəkmə müəssisəsində cəzasını çəkdiyindən onun mülkiyyətində olan obyektin cavabdeh tərəfindən sökülməsini təsdiq edən sübutları toplamaq fiziki cəhətdən imkanı xaricində olmuşdur.
41. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1. maddəsinə əsasən tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Həmin Məc əllənin 75.1-ci maddəsinə əsasən, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Eyni zamanda Məcəllənin 75.3-cü maddəsinə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə müvafiq sənədlər əlavə olunur.
42. Cavabdeh tərəf tikinti aparılmasına icazə verilməsiylə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etməmiş, müvafiq icra hakimiyyəti orqanı prosesə cəlb edilmədiyi üçün torpaq sahəsini ayıran orqanın ayrılmadan əvvəl həmin ərazinin müfəssəl planı barədə məlumatı yoxlamaq mümkün olmamışdır. Qeyd olunan sənədlərin təqdim edilməsi, onu özündə saxlayan orqanın, hazırkı halda cavabdehin və müvafiq icra hakimiyyəti orqanının üzərində düşür. Həmin sənədlər torpaq sahəsinin tikinti işləri başlayana qədərki vəziyyətini müəyyən etməyə şərait yaratmış olardı.
43. Apellyasiya instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən qeyd olunan hallar araşdırılmaqla, iş üzrə mötəbər, biri digərini təkzib etməyən sübutlara əsaslana n qətnamə qəbul edilməlidir.
44. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 21, 152 və 157-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217, 416, 417 və 420-ci maddələrinə istinad etmişdir. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
45. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) 31 may 2021-ci il tarixli, 2(105)-926/2022 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(012)-1613/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır.
46. Apelyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə kollegiyasının iclasında üçü ncü şəxs kimi cəlb edilmiş Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı təmin edilmiş və o, bildirmişdir ki, həmin ərazidə obyektlər olub. Amma həmin obyektlərin cavabdehin tikinti apardığı ərazi ilə üst-üstə düşüb-düşməməsi məsələsi mübahisəlidir.
47. Cavabdeh və üçüncü şəxs tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş sənədlərdən surətindən görünür ki, cavabdeh tərəfindən mübahisəli sahədə qanunvericiliyin tələblərinə əsasən tikinti işləri aparılmışdır.
48. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2012-ci il tarixli məktubundan görünür ki, komitə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Qalubiyyə küçəsində yerləşən qazanxana binasının ərazisində yeni uşaq bağçası-körpələr evinin inşa edi ləcəyi nəzərə alınaraq qeyd olunan qazanxana binasının "xxxx" ASC-nin razılığı əsasında mövcud qanunvericiliyə uyğun Abşeron Rayon İcra hakimiyyətinin balansına verilməsinə etiraz etmir. 49. "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, Xırdalan şəhərində istilik təchizatı sistemlərinin bərpası və yenidənqurulması layihələrinin icrası üçün müvafiq sahələr ayrılmaqla ləğv edilmiş mərkəzi qazanxananın ərazisindən Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında müəyyən edilmiş qaydada şəhərin sosial iqtisadi inkişaf proqamına uyğun olaraq təyinatı üzrə istifadə olunmasına etiraz edilmir.
50. Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin "xxxx" MMC-nin müraciətinə əsasən sahibkarlıq tikinti məqsədilə torpaq sahəsinin ayrılmasına dair 252 saylı, 0 1 noyabr 2013-cü il tarixli rəyindən görünür ki, göstərilən şərtlər daxilində təqdim olunmuş mövqe planına uyğun olaraq Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən, istismara yararsız vəziyyətdə olduğu üçün "xxxx" ASC tərəfindən sökülmüş qazanxananın yerləşdiyi 0,32 ha torpaq sahəsinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə uyğun sahibkarlıq-tikinti məqsədi ilə "xxxx" MMC-yə icarə qaydasında ayrılmasına etiraz edilmir.
51. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçısının 690 saylı, xx.xx.2013-cü il tarixli sərəncamından görünür ki, "xxxx" MMC-nin rəhbərliyi X3 saxlanılmış torpaqdan tikinti məqsədilə 0,3265 ha torpaq sahəsi ayrılması üçün Abşeron rayon İHB-na müraciət etmişdir. Komissiya vasitəsilə istənilən torpağa baxış keçirilərkən sözügedən torpaq sahəsinin Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci Qalubiyyə küçəsində yerləşən "xxxx" ASCnin bilavasitə istifadəsində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin xx.xx.2012-ci il tarixli məktubu ilə Abşeon rayonu, Xırdaln şəhəri, 27-ci məhəllə, Qalubiyyə küçəsində yerləşən qazanxana binasının ərazisində yeri uşaq bağçası-körpələr evinin inşa ediləcəyini nəzərə alaraq Azəpbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 586 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı» və qüvvədə olan digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada müraciətdə qeyd olunan qazaxana binasının "xxxx" ASC-nin razılığı əsasında mövcud qanunvericiliyə uyğun olaraq Abşeron rayon İcra hakimiyy ətinn balansına verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Qeyd edilənlərə əsasən Abşeron rayonunun X4 Fondunda saxanılmış torpaqlardan tikinti məqsədilə 0,3265 ha torpaq sahəsinin 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında "xxxx" MMC-y ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmiş, hüquqi şəxsə torpaq üzərində hüququn qeyd alınmasını Azərbaycan Respublkasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Abşeron ərazi idarəsi vasitəsilə təmin edilməsi tapşırılmışdır.
52. Bundan başqa Abşeron rayonu, İHB-nın xx.xx.2014-cü il tarixli, 250 saylı sərəncamına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ərazisində tikintisi nəzərdə tutulmuş 2 girişli, 16 mərtəbəli yaşayış binasının inşa at pasportu tərtib edilmişdir. xx.xx.2013-cü il tarixli ayrıca aktı tərtib edilmiş, müvafiq orqanların razılığı alınmışdır. Beləliklə qeyd olunan sənədlərdən müəyyən olunur ki, cavabdeh mübahisəli torpaq sahəsini qanunla müəyyən olunmuş qaydada və sənədlər əsasında əldə edərək orada tikinti işləri aparmışdır. İddiaçı ona məxsus obyektlərin cavabdeh tərəfindən söküldüyünü bildirsə də bu, iş materialları ilə təkzib olunur. Belə ki, məhkəmə kollegiyasının iclasında iddiaçı ona məxsus obyektin 2007-ci ildə söküldüyünü iddia etmiş, cavabdehə isə torpaq sahəsi 2013-cü ildə icarəyə verilmişdir. Yəni cavabdehin 2013-cü ildə ona verilmiş torpaq sahəsində 2007-ci ildə söküntü işləri aparması məntiqə uyğun deyil.
53. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində inşa edilmiş binanın sökülməsini, emalatxananın və maşınlara texniki xidmət obyektinin cavabdehin hesabına bərpa edilərək qanuni sahibliyinə qaytarılması, əldən çıxmış faydaya görə və mənəvi zərərin əvəzi kimi pul kompensasiyasının ödənilməsini xahiş etsə də cavabdehə torpaq sahəsinin ayrılmasına dair sənədləri mübahisələndirməmişdir və həmin sənədlər hazırda qüvvədədir.
54. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində göstərdiyi halları sübuta yetirə bilməmiş, buna dair hər hansı sübutları təqdim etməmişdir.
55. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Prosessual Məcəllənin 14.2., 77.1., 76.1., 76.2., 80, 81 və 217.4.-cü maddələrinə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarına, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
56. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək q ətnamənin ləğv edilib, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
57. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş xx.xx.2004-cü il tarixli, 542 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport qüvvədədir və həmin qeydiyyat vəsiqəsi ləğv olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi öz qətnaməsində Mülki Məcəllənin 140-cı maddəsinin tələbini pozmaqla iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnu pozmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2018-ci il tarixli 17763 saylı rəyinə toxunsa da, iş materiallarında öz əksini tapan və iş üçün çox əhəmiyyət kəsb edən Azərbaycan Respubli kası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2021-ci il tarixli 10/3602 saylı rəyini nəzərə almamış və ona hüquqi qiymət verməmişdir. Həmin rəydən və istərsə də "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı1 ayrılmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində sahəsi 64,4 kv.m olan qeyriyaşayış sahəsində cavabdeh "xxxx" MMC tərəfindən yeni inşa edilmiş çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının tikinti işlərinin aparılması müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi nədənsə ekspert rəyinə ümumiyyətlə öz qətnaməsində toxunmamaqla obyektiv olmadığını göstərmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi işdə olan 2 sayda Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarındakı məcburi göstərişləri nəzərə almamışdır. Belə ki, Ali Məhkə mənin sonuncu xx.xx.2022-ci il tarixli 2(102)-212/2022 saylı Qərarında kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilənlər apellyasiya instansiyası məhkəməsi üçün məcburidir normasını nəzərə almayan Sumqayıt Apellyasiya Məhkəməsi heç bir araşdırma aparmamışdır. Belə ki, Ali Məhkəmənin Qərarında göstərilmişdir ki, sərəncamın məzmunundan və iddiaçı tərəfindən əlavə olunmuş fotoşəkillərdən göründüyü kimi, torpaq sahəsində digər qeyri-yaşayış sahələrinin (bərbərxana, dərzi, qadın salonu) mövcud olması işin mübahisəsiz halıdır. Eyni zamanda sonuncu məhkəmə qərarı ilə müəyyən edilmiş hal ondan ibarətdir ki, cavabdeh şirkətin inşa etdiyi bina iddiaçıya məxsus olan obyektin yerləşdiyi torpaq sahələrinin hüdudlarında inşa edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi isə xx.xx.2022- ci il tarixli qətnaməsində 2(105)-926/2022 saylı qətnaməsində isə iddiaçının bu hala dair hər hansı bir sübut təqdim etməməsinə əsaslanan məhkəmə yenə də işdə olan sübutlara və məcburi göstərişlərə əməl etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
58. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
59. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
60. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
61. Maddə. 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
62. Maddə. 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Mülki Prosessual Məcəllə
63. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutla ra tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
68. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi ndən, məhkəmə aktının qanuniliyi bütövlükdə yoxlanılır.
69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq o lunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. Belə ki, işə mahiyyəti üzrə baxmış məhkəmə tərəfindən tam və hərtərəfli araşdırma aparılmış, tərəflərin təqdim etdikləri sübutlar qiymətləndirilmiş, mübahisəli hallar üzrə sübutetmə yükü baxımından bu qənaətə gəlinmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmə bilməmişdir. Eyni zamanda cavabdehə torpaq sahəsinin ayrılması və tikilinin inşasına dair aktlar hazırda qüvvədədir.
72. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkə məsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
74. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
75. Göstərilənlərə əsasən v ə MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-926/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.