Məhkəmə qərarları › İş №2(102)-5248/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5248/2022

06.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5248/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik haqqında şəhadətnamənin etibarsızlığı, mülkiyyət hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin qismən etibarsız hesab edilməsi və miras əmlaka hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2726/2022 nömrəli, 10 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı (vəkili Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 06 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X23 ilə X12 xx.xx.1974-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.1976-cı il tarixdə X24 və xx.xx.1977-ci il tarixdə İddiaçı anadan olmuşdur.

2. X23 xx.xx.2018-ci il tarixdə, X16 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.

3. Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi ev 6a, mənzil 69 X8 mülkiyyətində olmuşdur. 4. 29.07.2021-ci il tarixdə Cavabdeh Bakı şəhəri 27 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə vəfat etmiş anası X8 adında qalmış miras əmlakları qəbul etdiyini bildirmişdir. Miras qoyanın AR MM-nin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin ol ub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edilmişdir. Göstərilən əmlaklardan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməyi xahiş etmişdir. Ondan başqa vərəsənin, mərhumun qızı X17 olduğu qeyd edilmişdir. 5. 29.07.2021-ci il tarixdə “qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə qeyd edilmişdir ki, xx.xx.2020-01 il tarixdə vəfat etmiş X8 vərəsəsi: Cavabdehdır (d/t:xx.xx.1976) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 6A, 69 saylı mənzildən ibarətdir. 6. 17.03.2021-ci il tarixdə X17 mərhum anasından qalmış miras əmlakdan bacısı Cavabdeh xeyrinə imtina etmişdir.

7. Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küç əsi ev 6a, mənzil 69 hazırda Cavabdeh mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 27 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli vərəsəlik hüququ haqqında (X8 ölümündən sonra Cavabdeh Bakı şəhəri Nərimanov rayonu Nazim Hacıyev küçəmi 6a saylı evin 69 saylı mənzilinə dair) şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat qismən etibarsız hesab edilməsi, iddiaçının həmin ünvanın 1/2 hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X16 onun anası olmuş, anasının üç övladı vardır: İddiaçı, Cavabdeh, Quliyeva Gü lnar. X28 22 dekkabr 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi ev 6a yerləşən evin 69 saylı mənzil anasının mülkiyyətində olmuşdur. O, uzun illərdir ki, X6 yaşayır. Anasının vəfatından sonra pandemiya ilə əlaqədar və yol məsafəsinin uzun olması ilə bağlı Azərbaycana gələ bilməmişdir. Lakin yas mərasimi üçün bibisi oğlu Elxan Əsədova 23 dekabr 2020-ci ildə 1500 ABŞ dolları Western Union vasitəsi ilə göndərmişdir. Eyi zamanda miras əmlakın rəsmiləşdirilməsi üçün X5 da olsa zəruri addımlar atmağa çalışmışdır. X1 verdiyi etibarnamə vasitəsi ilə vərəsəlik işlərinin həyata keçirilməsi üçün X15 etibarnamə vermişdir. Sonuncu ASAN xidmətə müraciət etmiş və ona zəruri sənədlərin surətlərinin siyahısı təqdim edilmişdir. Həmin sənədlərin əsas qismi Amerikada onda olduğundan və bir qismi onda olmadığından məsələ uzanmışdır. Nümayəndə təkrarən anasının ölüm haqqında şəhadətnaməsini ASAN xidmətdən 09 aprel 2021-ci ildə almışdır. Digər sənədləri ondan poçt vasitəsi ilə o, X5 göndərmək məcburiyyətində qalmışdır. Həmin sənədlər qaynatasının ünvanına göndərilmiş və yalnız 01 iyul 2021- ci ildə Bakı şəhərinə gəlib çatmışdır. Bununla yanaşı o, iddiaçı olaraq miras əmlakın bir qismini də faktiki olaraq qəbul etmək niyyəti olduğundan anasına məxsus qızıl əşyanı nümayəndə vasitəsi ilə götürmüş və o hal-hazırda ona çatdırılmışdır. Nümayəndəsi zəruri sənədləri yığdıqdan sonra isə məlum olmuşdur ki, cavabdeh artıq 27 saylı Notariat Kontorunda vərəsəliyi açdıraraq tam olaraq əmlakı öz adına rəsmiləşdirmişdir. Həmin notariat işini əldə etdikdən son ra isə məlum olmuşdur ki, cavabdeh onun vərəsə olmağını tamamilə gizlətmiş, notariat işinə kifayət qədər əsassız sənədlər alıb tikmişdir.

10. İddiaçı məhkəməyə ərizə verərək iddianın baxılmamış saxlanılmasını xahiş etmiş, Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir.

11. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, mübahisəli əmlakı o öz vəsaiti hesabına, lakin anasının adına almışdır. İddiaçı olan qardaşı 10 ildən çoxdur ki, ölkəni tərk etmiş və bir daha qayıtmamışdır. Anasının ölümündən sonra mirası özü qəbul etmiş, yas mərasiminin xərclərini də o şəxsən özü çəkmişdir. İddiaçı isə qanunla müəyyən olunmuş qaydada mirasın qəbulu müddətini ötürmüşdür.

12. Məhkəmə iclasında X9 şahid qismində ifadə verərək bildirmişdir ki, o, Cavabdeh dayısı qızıdır. X2 adına rəsmiləşdirilmiş əmlak - Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi ev 6a yerləşən evin 69 saylı mənzili qızı Cavabdeh tərəfindən onun öz vəsaii ilə 48.000 dollara alınmışdır. İddiaçı 10 ildən çoxdur ki, X6 yaşayır.

13. Məhkəmə iclasında X7 şahid qismində ifadə verərək bildirmişdir ki, Arzu onun dayısı qızıdır. Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi ev 6a yerləşən evin 69 saylı mənzilini Cavabdeh öz vəsaiti hesabına 48000 dollara almışdır, lakin anası X8 adına qeydiyyatdan keçirmişdir. İddiaçı 10 ildən çoxdur ki ölkədən getmiş və geri qayıtmamışdır. Anasının yas mərasimində də iştirak etməmişdir.

14. Məhkəmə iclasında X18 şahid qismində ifadə verərək bildirmişdir ki, hazırkı iş üzrə tərəflərin bibisi qızıdır. X2 adına rəsmiləşdirilmiş əmlak qızı Cavabdeh tərəfindən alınmışdır. On ildən çoxdur k i, İddiaçı xaricdə yaşayır.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(005)-358/2022 nömrəli iş üzrə 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırkı iş üzrə İddiaçı on ildən çoxdur ki, Azərbaycan Respublikasının ərazi hüdudlarını tərk etmiş və hazırda öz iddia ərizəsində də göstərdiyi kimi X6 yaşayır. Anası mərhum X16 22 dekabr 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. Onun vəfatından sonra vərəsəlik işi açılmış və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində Cavabdeh adına vərəsəlik şəhadətnaməsi verilmişdir.

17. Məhkəmənin mövqeyinə görə, iddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə qanunvericili klə müəyyən edilmiş mirasın qəbulu müddətini ötürmüşdür. Bu səbəbdən iddia əsassızdır və rədd edilməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1247, 1248.1, 1261, 1262, 1263, 1273-1, 1274, 1321, 1322, 1325-ci maddələri, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 41, 55, 59-cu maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsin in dəlilləri ilə eynilik təşkil etməklə tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işi baxılmamış saxlamalı olduğu halda bunu etməmişdir. Həmçinin, şahidlərin dindirilməsi ilə bağlı vəsatət verilsə də məhkəmə buna imkan verməmişdir.

21. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsinin verdiyi vəsatət əsasında şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, o, iddiaçının qaynatasıdır, iddiaçının anası vəfat etdikdən sonra yas mərasimində iştirak etmiş, dəfndən bir neçə gün sonra iddiaçının bacısı Cavabdeh ona mərhuma məxsus olan qızıl sepi verərək, iddiaçıya çatdırmasını xahiş etmiş, o da həmin qızıl əşyasını bir nəfər şəxs vasitəsilə iddiaçıya göndərmişdir. İddiaçı, mərhumun sağlığında ona neçə dəfə pul göndərmiş, anasının vəfatından sonra da yas mərasimi və baş daşı il ə bağlı maddi köməklik göstərmişdir. Əlavə olaraq bildirir ki, iddiaçı ona hələ 8 il əvvəl etibarnamə vermişdir ki, zərurət olsa burda olan işlərini həll edə bilsin. 2021-ci ilin aprel ayında iddiaçı ona zəng edərək X13 etibarnamə verməsini, həmçinin göndərdiyi sənədləri Nihal xanıma çatdırılmasını xahiş etmişdir. O, sənədlərin nədən ibarət olmasını, hansı məsələnin həlli üçün lazım olmasını, eləcə də vərəsəliklə bağlı problem olub-olmamasını bilməmiş, sadəcə iddiaçının tapşırığı ilə Nihal xanımın adına etibarnamə vermişdir.

22. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsinin verdiyi vəsatət əsasında şahid qismində ifadə vermiş X19 ifadəsində göstərmişdir ki, o, Vəkillər Kollegiyasının üzvü olmaqla iddiaçının 2021-ci ilin yanvar ayından başqa işlə bağlı hüquqi yardım nəticəsində tanım ışdır. 2021-ci ilin mart ayında iddiaçı ona zəng edərək anasının vəfat etdiyini bildirmiş, vərəsəliklə bağlı köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra, yəni aprel ayında ona etibarnamə verilmiş, ilkin olaraq şifahi qaydada notariusa müraciət etmiş, lakin ona müəyyən sənədlərin təqdim olunması bildirilmiş, bundan sonra sənədlərin toplanması həyata keçirilmiş, iddiaçı bəzi sənədləri yalnız 2021-ci ilin iyul ayında ona göndərmişdir. Sonradan notariusa müraciət etsə də, məlum olmuşdur ki, artıq miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2726/2022 nömrəli mülki iş üzrə 10 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən v ə məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilk dəfə X1 nümayəndə kimi X13 etibarnamə verilməsini tapşıran vaxtı (yəni, 2021-ci ilin aprel ayı) artıq mirasın qəbulu ilə bağlı qanunla nəzərdə tutulmuş 3 aylıq müddət keçmişdir. Bununla yanaşı, nümayəndə tərəfindən də mirasın qəbulu ilə bağlı dərhal notariat orqanına rəsmi qaydada müraciət olunmamışdır (şahid ifadəsində notariusa şifahi qaydada müraciət etməsini bildirsə də, bu istiqamətdə də hər hansı sübut təqdim olunmamışdır).

25. İddia ərizəsindən göründüyü kimi, iddiaçı birinci növbəli qanun üzrə vərəsə kimi, hələ miras qoyanın sağlığında xarici ölkəyə (X14) köçmüş, hazırda da orada yaşayır. Bununla yanaşı, iddiaçı anasının vəfatını dərhal bilmiş, bundan sonra qanunla müəyyən olunmuş müddət ərzində mirası nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməmiş, bununla da müddət keçmiş, o, miras əmlaka hüquqlarını itirmişdir. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı mürası faktiki qaydada qəbul etməsini bildirməklə, bunu mərhum anasına məxsus bir ədəd qızılzinət əşyasının onda olması ilə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi isə bu halı təkzib etmiş, həmçinin mirasın iddiaçı tərəfindən faktiki qəbul edilməməsini bildirmişdir.

26. Məhkəmə kollegiyası həmçinin, qeyd etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və s übut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

27. Bununla yanaşı, iddiaçının dəlillərinə görə o, miras açıldığı vaxtdan etibarən mirasın qəbulu üçün zəruri hərəkətləri yerinə yetirmiş, yəni bu məqsədlə qaynatası X4 vasitəsilə hüquqi xidmətlərin həyata keçirilməsi üçün hüquqşünas (vəkil) X13 etibarnamə vermiş, sonuncu ilə danışıqlar aparmış, sənədlərin toplanması həyata keçirilmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, miras əmlak iddiaçı tərəfindən qanunla müəyyən olunmuş müddətdə və qaydada qəbul olunmadığından və müddət ötürüldüyündən iddiaçının iddia tələbi təmin oluna bilməz.

29. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəl ləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1151.2, 1243.3, 1246, 1261, 1321.1, 1321.3, 1322-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Qətnamədən İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mirasın bir hissəsini qəbul etmişdir və bununla da mirasın qalan hissəsini qəbul etmiş sayılır. Məhkəmə iclasında dindirilən şahidlər və təqdim edilən sübutlarla da müəyyən edilir ki, iddiaçı anasından miras qalmış əmlakın bir qismini, qızıl sepi qəbul etmişdir və bununla da mirası qəbul etmişdir. Cavabdeh ümumiyyətlə iddiaçının vərəsə olmasını notariatdan gizlətmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

34. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

35. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ ol muş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

36. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

37. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

38. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

39. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda v ə bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

40. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

41. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.

42. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

43. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

44. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər n otariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qü vvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışını n hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

54. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

56. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

57. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi).

58. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, m iras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.

59. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).

60. Bu mənada kollegiya qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.

61. Məhkəmə kollegiyasının mövqeyinə görə, hazırki iş üzrə iddiaçı anasından miras qalmış qızıl sepi qəbul etdiyini iddia et sə də, bu hal iş materialları ilə sübuta yetirilməmişdir.

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, apelyasiya şikayətinin təmin edilməməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayəti nin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2726/2022 nömrəli, 10 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar