Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-525/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı XXnın, vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlunun, Cavabdeh2 və vəkili Zeynalova Elnurə Salman qızının iştirakları ilə, iddiaçı XXnın və vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlunun Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli, 2(105)2032/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən e tdi: Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2(060)-250/2019 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddiaçı XXnın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli, 2(105)-2032/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi E.G.Rəhimov, G.F.Tağızadə və T.O.Quliyev) iddiaçı XX apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2(060)-250/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı XX məhkəmədə iddia qaldıraraq, onunla Cavabdeh2 arasında Sumqayıt şəhəri, 8-ci mkr., 31 saylı evin 5 sa ylı mənzilinə dair 17 may 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair Cavabdeh2 adına tərtib edilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 arasında Sumqayıt şəhəri, 8ci mkr., 31 saylı evin 5 saylı mənzili ona məxsus olmuşdur. İşlədiyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi tərəfindən əvvəlcə ona Sumqayıt şəhəri, 6-cı mikrorayonda mənzil verilmiş, həmin mənzili sataraq ünvan 1 ünvanını 1997-ci ildə almışdır. Bu mənzildə ailə üzvləri ilə birlikdə yaşamışdır. Həyat yoldaşı Cavabdeh1 və ev alqı-satqısı ilə məsğul olan dəllal X2 onun xəstəliyindən istifadə edərək mülkiyyətçisi olduğu mənzili 43.000 ABŞ dollarına Cavabdeh2 2010-cu ildə satmışlar. O, məcburiyyət q arşısında qalaraq mənzilin satılmasına razı olmuşdur. Mənzil satılarkən xəstə olmuşdur. Xəstəliyindən istifadə edən əri Cavabdeh1 onu aldatmış, hədə-qorxu gələrək məcburən evin satılmasına onu razı salmışdır. İddiaçı evi real dəyərindən 10.000 ABŞ dolları ucuz satmışdır. Onun mənzili tam təmirli olmuşdur. 2010-cu ildə onun mənzilinin dəyəri 50-55 min ABŞ dolları arasında olmuşdur. Mənzilin satılmasına onu Cavabdeh1 məcbur etmişdir. Onu aldadaraq demişdir ki, mənzil polis nəzarətindədir, ev əşyaları siyahıya alınmışdır. Cavabdeh1 mənzil satılarkən iddiaçının xəstə olduğunu bilmişdir. 2010-cu ildən sonra iddiaçı mütəmadi olaraq qan təzyiqi, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, xərçəng xəstəliyi, klinik boyun osteoxondrozu və s. xəstəliklərdən əziyyət çəkmiş və mütəmadi olar aq müalicə olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçı XX həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı XX və vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə k ollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmamışdır. İddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, 2010-2019-cu illər ərzində ağır xəstəliklərdən mütəmadi müalicə almış, yataq xəstəsi olmuşdur. Bu hallar isə Mülki Məcəllənin 382-ci maddəsinin tələbinə görə iddia müddətinin ötürülməsində üzrlü səbəb sayılmalıdır. Bundan başqa, məhkəmə qətnamə çıxararkən Mülki Məcəllənin 375-ci maddəsinin tələblərini də pozmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı XX və vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını mə hkəmə kollegiyasından xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh2 və vəkili Zeynalova Elnurə Salman qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh1 teleqramla müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçı XXnın, vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlunun, Cavabdeh2 və vəkili Zeynalova Elnurə Salman qızının izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı XXnın kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyas ı məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan arayışlardan görünür ki, iddiaçı XX və Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İşdə olan ünvan 3, Cavabdeh2 ünvan 1 ünvanın sahibidir. İşdə olan Sumqayıt şəhər Səhiyyə şöbəsi 1 nömrəli Şəhər Poliklinikasının məktubunda göstərilmişdir ki, iddiaçı 2010-cu ilə qədər poliklinikada qeydiyyatda olub. 2010 - cu ildə “Sağ böyrəyin daşı” diaqnozu ilə 1 nömrəli Sumqayıt şəhər xəstəxanasında stasionar müalicə alıb. 2011 - ci ildə “Kəskin konyuktivit” diaqnozu ilə göz həkiminin, 2012 - 2013 - cü ildə “Sol tərəfli kəskin otit” diaqnozu ilə həkim - otolorinqoloqun baxışında olmuş və ambulator müalicələr almışdır. 2012 -ci ildə Milli Onko logiya Mərkəzində “Diffuz kolpit, iltihab mənşəli ektopiya” diaqnozu ilə müalicədə olmuş və kolposkopiya müayinəsindən keçmiş və tövsiyyələr verilmişdir. 2014 - 2015 - 2016 - 2017 - ci illərdə “Kliniki boyun osteoxondrozu, servikokranialgiya. Hipertoniya xəstəliyi İİ mərhələ” diaqnozu ilə 1 nömrəli xəstəxanada stasionar müalicədə olub. 13.02.2018 - 02.03.2018 ci il tarixlərində Sumqayıt şəhər X4 Xəstəxanasında “Sağ bazu oynağının artriti, Boyun osteoxandrozu” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Poliklinikada aşağıda qeyd edilən diaqnozla dispanser qeydiyyatındadır: Sağ bazu oynağının artriti. Boyun fəqərələrinin osteoxandrozu. Sol tərəfli xroniki pielonefrit. Sol tərəfli böyrək sancısı. Sağ böyrəyin daşı. Kəskin konyuktivit. Zəif dərəcəli miopiya. Xarici qulaq köçəcəyinin diffuz ilt ihabı. Fibroz - kistoz masteopatiya. Fibromatoz uşaqlıq. Arterial hipertenziya İİ dərəcə, əlavə risk
3. Xroniki anemiya. İş materiallarında olan xəstənin tibbi kartasından çıxarışından görünür ki, iddiaçının 04.03.2015-ci il tarixində qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi, burun sümüyünün sınığı, alın nahiyyəsinin dərialtı hematoması, burun əziyi ilə X4 xəstəxanasına daxil olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 18 yanvar 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 31 ünvanında yerləşən 5 nömrəli mənzil Sumqayıt şəhəri, 1 nömrəli Dövlət Notariat Kontorunun təsdiq etdiyi 02.02. 1993-ci il tarixli, 1L-236 reyestr nömrəli mənzilin əvəzsiz bağışlanma müqaviləsi əsasında X1 adına qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 6 saylı Dövlət Notariat Kontorunun təsdiq etdiyi 07.09.1998-ci il tarixli, 3M-4/478 nömrəli alqı-satqı müqaviləsi əsasında, mənzil üzərində XXnın hüquqları qeydiyyata alınmış, 6063 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhəri 5 saylı Notariat Kontorunun təsdiq etdiyi 17.05.2011-ci il tarixli, 4Ə-1/134 nömrəli alqı-satqı müqaviləsi əsasında, mənzil üzərində Cavabdeh2 hüquqları qeydiyyata alınmış və 10.06.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan 17 may 2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, mübahisəli mənzil iddiaçı tərəfindən Cavabdeh2 32.30 8 manata satılmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli reyestrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 8-ci mkr., 31 saylı evin 5 saylı mənzili Cavabdeh2 mülkiyyətindədir. Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia müddətinin keçməsi ilə əlaqədar iddianın təmin edilməməsini xahiş etmişdir. İşdən görünür ki, mübahisəli mənzilin satılmasına dair müqavilə 17 may 2011-ci ildə bağlanmış, onun etibarsızlığı barədə hazırkı iddia isə 2018-ci ilin dekabr ayında qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasın a əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər -373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksin i tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr ba xımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XX tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli, 2(105)-2032/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.