Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5251/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat Ofisinə (müstəqil təl əb irəli sürməyən üçüncü şəxslər X17 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3350/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. X13 7 sentyabr 1978-ci ildə Laçın rayonunda anadan olmuş, atası X15, anası X5r.
2. X17 ilə X13 arasında 26 iyun 2004-cü il tarixdə nikah bağlanılmışdır. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir.
3. X15 ilə X10 arasında 26 sentyabr 2014-cü il t arixdə nikah bağlanılmışdır. Nikahdan sonra arvada Kərimova soyadı verilmişdir.
4. X15 tərəfindən 2 iyun 2016-cı il tarixdə Bakı şəhəri 43 saylı notariat kontorunda tərtib edilmiş vəsiyyətnaməyə əsasən, özünə məxsus olan bütün əmlakını qızı Cavabdeh1 vəsiyyət etmişdir.
5. X15 11 iyul 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.
6. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-FF-*** qeydiyyat nişanlı «Volvo-850 GTL» minik markalı nəqliyyat vasitəsi X9 adına 16 sentyabr 1998-ci il tarixli qeydiyyata alınmışdır.
7. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-VN-*** qeydiyyat nişanlı «Mitsubishi Pajero» minik markalı nəqliyyat vasitəsi X9 adına 8 avqust 2007-ci il tarixdə qeydiyyata alınmışdır. 8. "xxxx" MMC-nin nizamnaməsinə əsasən X9 adına 50 faiz 3 manat 2 pa y pul şəklində qeydiyyata alınmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3394/2014 nömrəli 7 avqust 2014-cü il tarixli icra vərəqəsinə əsasən X6 X11 ödənilməsi 45000 manat məbləğində borcu X6 "xxxx" MMC-nin nizamnamə kapitalındakı 40 faiz payın yönəldilməsi, bu qətnamə X6 "xxxx" MMC-də nizamnamə kapitalında 40 faiz payının X2 üçün əsas olması qət edilmişdir.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində yerləşən 123G saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 adına 3 aprel 2018-ci il tarixdə qeydiyyata alınmışdır.
11. Bakı şəhər İH Bakı şəhər MKTD- nin 116 saylı MKİS tərəfindən verilmiş 762 nömrəli 4 noyabr 2020-ci il tarixli arayışa əsasən X12 Bakı şəhəri, Ağa Neymətulla küçəsi, ev 82, mənzil 37-də pasport qeydiyyatda olmaqla yaşamışdır. Ondan başqa heç kim qeydiyyat olmamışdır.
12. Cavabdeh1 tərəfindən notarial qaydada yazılmış **********700 nömrəli 19 noyabr 2020-ci il tarixli ərizəyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X7 miras qalmış əmlakı qəbul etmişdir. Miras əmlak – «Volvo-850 GLT» minik markalı, 10FF008 qeydiyyat nişanlı, «Mitsubishi Pajero» minik markalı, 10VN108 qeydiyyat nişanlı nəqliyyat vasitələrindən və "xxxx" MMC-də olan 50 faiz 3 manat 2 paydan (pul şəklində) ibarət olmuşdur. Miras qoyanın MM-in 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməsi zəruriliyi not arius tərəfindən ona izah edilmişdir. Ondan başqa vərəsələri olmamışdır. Göstərilən əmlakdan ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş etmişdir.
13. Cavabdeh1 tərəfindən notarial qaydada yazılmış **********711 nömrəli 19 noyabr 2020-ci il tarixli ərizəyə əsasən xx.xx.2020-ci il tarixdə ölmüş atası X7 miras qalmış əmlakı qəbul etmişdir. Gələcəkdə digər vərəsələr çıxarsa ona pay verməsi üzərinə götürmüşdür.
14. Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 2V-118 reyestr nömrəli, 19 noyabr 2020-ci il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq edilən və reyestrdə 2V-55 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tar ixdə vəfat etmiş X9 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi qızı Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, qeydiyyat №-si ********** olan nizamnaməsinə əsasən cəmiyyətin nizami kapitalından X11 məxsus 50 faiz, 3 manat, 2 paydan (pul şəkilində) ibarət olmuşdur.
15. Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 2V-119 reyestr nömrəli 19 noyabr 2020-ci il tarixli Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş şəhadətnaməyə əsasən Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq edən və reyestrdə 2V-55 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi qızı Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli AA160624 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi YV1LS5502S2184204, mühərrikin nömrəsi 326730 və buraxılış ili 1994-cü il olan «Volvo» minik markalı, 10FF008 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət olmuşdur.
16. Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 2V-120 reyestr nömrəli, 19 noyabr 2020-ci il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə təsdiq edən və reyestrdə 2V-55 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 vəsiyyətnamədə göstərilən əmlakının vərəs əsi qızı Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AB024108 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JMYLRV93W7J720214, mühərrikin nömrəsi 6G72TC0623 və buraxılış ili 2007-ci il olan «Mitsubishi Pajero» minik markalı, 10VN108 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət olmuşdur.
17. Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 7E-22180 reyestr üzrə qeydə alınmış 19 dekabr 2020-ci il tarixli etibarnaməyə əsasən İddiaçı tərəfindən X16 bütün əmlakı üzərində sərəncam verməklə bağlı etibarnamə verilmişdir. Etibarnamənin müddəti 19 dekabr 2023-cü il tarixədək müəyyən edilmişdir.
18. İddiaçı tərəfindən notarial qaydada yazılmış **********560 nömrəli 1 9 dekabr 2020-ci il tarixli ərizəyə əsasən o, Cavabdeh1 27000 manat pul almış və bunun müqabilində xx.xx.2020-ci il tarixdə 3M-2310 reyestrlə qeydə alınmış ilkin alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evini həmin pula 21500 manata almışdır.
19. Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 2V-12 reyestr nömrəli, 14 yanvar 2021-ci il tarixli Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 vərəsələri - qızı Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X11 verilmiş **********18-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 1 23G ünvanında yerləşən ümumi sahəsi 116,6 kv metr olan fərdi yaşayış evindən ibarət olmuşdur.
20. «Elektron notariat» X1 Çıxarışa əsasən Bakı şəhəri 43 saylı notarial ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 7E-22180 reyestr nömrəli etibarnaməyə 9 fevral 2021-ci il tarixdə xitam verilmişdir.
21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində yerləşən 123G nömrəli evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 12 fevral 2021-ci il tarixdə qeydiyyata alınmışdır.
22. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən «Kəngərli və Partnyorları» vəkil bürosuna ünvanlanmış 19 noyabr 2021-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 123G ünvanı 43 saylı NK tərəfindən təsdiq olunmuş 7E-1722 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli X9 və 43 saylı NK tərəfindən təsdiq olunmuş 7E-5678 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli X4 Bakı şəhəri, A.Neymətulla və Y.Vəzirov küçələrinin kəsişməsində yerləşən «Basqal-1» texniki xidmət məntəqəsinin sökülməsi ilə bağlı həmin əmlakın qeydiyyatının ləğv edilməsi barədə ərizələrinə, 43 saylı NK tərəfindən təsdiqlənmiş 7E-5679 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli X4 razılıq ərizəsinə, qəzetdə elan, Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ***-*******8 saylı arayışa, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilən xx.xx. 2018-ci il tarixli, K-04 saylı arxiv arayışına, Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 346 saylı sərəncamına əsasən X9 adına xx.xx.2018-ci il tarixdə ilkin qeydiyyata alınmışdır. Lakin 43 saylı NO-nun 2V-12 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»yə əsasən həmin fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətinə keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
23. İddiaçı (bundan sonra – iddiaçı) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 43 saylı notariat ofi si tərəfindən tərtib edilmiş "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, qeydiyyat № ********** olan nizamnaməyə əsasən cəmiyyətin nizamnamə kapitalından X11 məxsus 50 faiz hissəsinin Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair xx.xx.2020-ci il tarixli, 2V-118 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik şəhadətnaməsi, DİN BDYPİ Qİİ tərəfindən verilmiş, xx.xx.1998-ci il tarixli AA 160624 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi YVV1LS55S2184204, mühərrik nömrəsi 326730 və buraxılış ili 1994-cü il olan «Volvo» minik markalı 10FF008 dövlət nömrə nişanlı avtomobil üzrə Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair xx.xx.2020-ci il tarixli, 2V-119 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik şəhadətnaməsi, DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AB 02 4108 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JMYLRV93W7J720214, mühərrik nömrəsi 6G72TC0623 və buraxılış ili 2007-ci il olan «Mitsubishi Pajero» minik markalı, 10VN108 dövlət nömrə nişanlı avtomobil üzrə Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair xx.xx.2020-ci il tarixli, 2V-120 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik şəhadətnaməsi, ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə X11 verilmiş **********18-10301 reyestr nömrəli **********9 qeydiyyat nömrəli dövlət reyestrinin çıxarışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 123G ünvanında yerləşən ümumi sahəsi 116,6 kv metr olan fərdi yaşayış evinə Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair xx.xx.2021-ci il tarixli, 2V-12 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik şəhadətnaməsi, Ba kı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 123G ünvanında yerləşən ümumi sahəsi 116,6 kv metr olan fərdi yaşayış evinə Cavabdeh1 adına tam pay şəklində rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəsi və xx.xx.2021-ci il tarixi ilə **********18-10301 reyestr nömrəsilə mülkiyyətdə çıxarışın qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının bütün əmlaklar üzərinə vərəsəlik hüququnun tanınması, iddiaçının bütün miras əmlakları üzərinə ½ hissədə vərəsəlik payının müəyyən edilməsi və həmin paylar üzrə yeni vərəsəlik şəhadətnaməsinin iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi, cavabdehlər Bakı şəhəri 43 saylı notariat kontoru və Cavabdeh1 barəsində xüsusi qərardad çıxarılıb araşdırılması üçün aidiyyatı üzrə prokurorluğa göndərilməsi məhkəmədən xahiş edilmişdir.
24. İddiaçı işin yuxarıda qey d edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mərhumun 1-ci dərəcəli vərəsələrindən ata, anası rəhmətə getməsi səbəbilə yalnız rəsmi nikahla evlilik qurduğu iddiaçı və yeganə övladı olan Cavabdeh1 olmuşdur. İddiaçının xəbəri olmadan Cavabdeh1 xeyrinə vərəsəlik şəhadətnamələri tərtib edilmişdir. Sözügedən məsələdə iddiaçı Nərimanov rayon Məhkəməsi tərəfindən iddiaçı "xxxx" ASC-nin cavabdehlərə qarşı iddia ərizəsi əsasında aparılan mülki işin icraatı zamanı xəbərdar olmuşdur. Dərhal iddiaçı həmin vaxt Cavabdeh1 həyat yoldaşı X16 verdiyi (onların iddiaçını aldadaraq əldə etdikləri) baş etibarnaməni ləğv etdirmiş və aidiyyatı üzrə məhkəməyə müraciət etmişdir. ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə X11 verilmiş çıxarışa əsasən Bakı şəhəri, Nərim anov rayonu, X14 küçəsi, ev 123G unvanında yerləşən ümumi sahəsi 116,6 kv metr olan fərdi yaşayış evi iddiaçı ilə X3nun birgə nikahdan əldə edilmiş əmlak statusu daşımışdır. Hal-hazırda sözügedən əmlak Cavabdeh1 adına tam pay şəklində rəsmiləşdirilmişdir. Sözügedən vərəsəlik şəhadətnamələri və mülkiyyətdən çıxarış etibarsız və qanunsuz hesab edilərək ləğv edilməli, iddiaçının (xx.xx.1969-cu il təvəllüdlü) miras əmlakı üzrə hər birinə dair (1/2) payı müəyyən edilməlidir.
25. Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, ilk növbədə Kərimov İlhamın yoldaşı iddiaçıya sağ ikən heç yerə getməyə icazə verməməsi absurd bir əsaslandırma olmuşdur, çünki artıq Kərimov İlham ölmüşdür və iddiaçıya mane olan heç nə qalmamışdır, o, azad bir qadın idi və öz payına düşən mirası qəbul etmək üçü n hansısa idarəyə getmək üçün ona heç bir maneə yox idi. X3 vəsiyyətnaməni 2016-cı ildə tərtib etmişdir və sözügedən əmlak 2018-ci ildə, yəni vəsiyyətnamədən sonrakı vaxtda əldə olunmuş əmlak olmuşdur. Belə ki, 2016-cı ildə verilmiş vəsiyyətnamədən bütün əmlaklarının Cavabdeh1 vəsiyyət edilməsi qeyd olunmuşdur. Bu şəxsin iradə ifadəsi olmuşdur və heç kəs öləcəyi vaxtı öncədən bilib vəsiyyətnaməsini dəyişdirə bilmir. Vəsiyyətnamədə bütün əmlaklar ifadəsinin qeyd olunması ölənədək əldə edilmiş bütün əmlaklarının buna aid edilməsi üçün əsas olmuşdur. Həmçinin iddiaçının ərizəsi mövcud olmuşdur və o, 27000 manat pul alması qarşılığında bunun müqabilində xx.xx.2020-ci il tarixdə 3M-2310 reyestrlə qeydə alınmış ilkin alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evini 21500 manata almasını qeyd e tmişdir. Üstəlik sözügedən əmlak 2018-ci ildə rəsmiləşdirilsə də, birgə nikah dövründən əvvəl alınmışdır və rəsmiləşdirilmə üçün sənədlərin müvafiq orqana verilməsi birgə nikah dövründən əvvələ təsadüf etmişdir. İddiaçı bu günədək mirasın qəbul edilməsi ilə bağlı müraciət etməmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
26. Cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin nümayəndəsi iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının notariusa gəlməməsi düzgün olmamışdır. Özü bir neçə dəfə notariusa gəlmişdir. İddiaçı və Cavabdeh1 arasında podrat müqaviləsi də bağlanıb. Müqavilənin şərtlərinə görə iddiaçının sözügedən evin üzərindəki payının müqabilində cavabdeh ona başqa bir evi verəcəyini öz öh dəsində götürmüşdür. Tərəflər arasında razılıq olmuşdur. Odur ki, iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
27. Məhkəmə baxışı zamanı X17 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
28. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-6263/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia rədd edilmişdir.
29. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi üçün hər hansı maneə mövcud olmamış, (hətta həmin müddət ərzində mirasın rəsmiləşdirildiyi notariat ofisində müvafiq əməliyyatlarda şəxsən iştirak etmişdir) iddiaçı mirasın açılmasından xəbərdar olmuş, lakin miras əmlakın əldə edilməsinə yönələn hərəkət etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, miras əmlakları Cavabdeh1 adına rəsmiləşdirilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir.
30. Məhkəmə onu da qeyd etmişdir ki, miras qalmış əmlak həmçinin qeyri-formal üsulla da qəbul edilməmişdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Lakin iddiaçı tərəfindən miras əmlakı qeyri formal üsulla qəbul edilməsi və buna niyyətlərinin olması həmçinin öz təsdiqini tapmadığından, məhkəmə hesab etmişdr ki, iddiaçı tərəfindən miras əmlakları heç faktiki olaraq da qəbul edilməmişdir.
31. Məhkəmə iddiaçı tərəfindən mirasın qəbul edilmə müddətinin ötürülməsinə də hüquqi qiymət verərək qeyd etmişdir ki, miras həm formal üsulla, həm də qeyri-formal üsulla yalnız müəyyən müddət ərzində qəbul edilə bilər. Həmin müddətə mirasın qəbul edilməsi müddəti deyilir. Mirasın qəbul etmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər.
32. Məhkəmə iddiaçının cavabdehlər X8 və Bakı şəhəri 43 saylı notariat ofisinin hərəkətlərinin araşdırılması üçün müvafiq qərar çıxarılaraq prokurorluq orqanına göndərilmə si barədə tələbi üzrə qeyd etmişdir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatətxahiş kimi göstərilə bilər. Xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-in 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir.
33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1146, 1159, 1243, 1246, 1272, 1273, və 1273.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
34. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onu n tərəfindən mirasın qəbul olunmaması barədə məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamış, həm də mərhum İlham Kərimovla nikah müddətində əldə olunmuş əmlakın onların birgə mülkiyyət olmasını nəzərə almadan əmlakın ona aid hissəsini də miras əmlakın kütləsinə daxil edilməsinin qanunsuz olması diqqətdən qaçırılmışdır.
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3350/2022 nömrəli mülki iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Namiq Cəfərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
36. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhk əməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, miras qoyan vəfat etdikdən sonra iddiaçı tərəfindən miras əmlakının qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində notariat ofisinə hər hansı bir ərizə verilməmişdir. Onun həmin vaxtı cavabdeh tərəfindən aldadılması faktı işə baxılarkən öz təsdiqini tapmadığından onun bununla əlaqədar gətirdiyi dəlil əsaslı hesab oluna bilməz.
37. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1272, 1273 və 1273-1-ci madələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbu l edilməsini xahiş etmişdir.
39. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən X3 ilə iddiaçının rəsmi nikah faktını, eyni zamanda miras əmlakı olan Bakı şəhəri Nərimanov rayonu X14 küçəsi, ev 123 G ünvanında yerləşən ümumi sahəsi 116,6 kv metr olan fərdi yaşayış evin onların birgə nikah əmlakı statusunu, iddiaçının həmin evdə yaşamasını, cehiz və geyim əşyalarının həmin evdə olmasını, miras əmlakını ən azı bu səbəbdən faktiki olaraq qəbul etməsini, "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, qeydiyyat № ********** olan nizamnaməyə əsasən cəmiyyətin nizamnamə kapitalından məxsus 50 faiz hisssənin iddiaçı ilə birgə nikah dövründə meydana gələn investisiya və təsis payı olmasını nəzərə almamışdır.
40. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 225, 1133, 1134, 1159 və 1196-cı, Ailə Məcəlləsinin 31 və 32-ci, Mülki Prosessual Məcəllənin 217, 218-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Cavabdeh kassasiya şikayətinə etiraz edərək, apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. instansiyası Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
43. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
44. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
45. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
46. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
47. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.
48. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllə nin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.
49. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi
50. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
51. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
52. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılma lıdır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
62. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini iş materiallarına əs asən araşdıraraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli qətnaməsi qismən, yəni Bakı şəhəri, Y.V.Çəminzəminli küçəsi-1239/43 ünvanda yerləşən fərdiy yaşayış evinin və "xxxx" MMC-də payın ikidə bir hissəsinin X7 miras qalmış əmlakın kütləsinə aid edilməsi və bundan doğan hüququi nəticələrə aid hissədə ləğv edilməklə iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
63. Belə ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaranq hesab etmişdir ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində ərizə verməklə, yaxud qeyri-formal üsulla, yəni miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etməklə, yaxud mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyən hərəkətlər etməklə miras qəbul edilməmiş, həmçinin mirasın qəbul edilmə müddətinin üzrlü səbəblərdən ötürülməsini təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Bununla da o, miras əmaka iddia etmək hüququnu itirmişdir.
64. Məhkəmə kollegiyası işə baxan aşağı instansiya məhkəməsinin göstərilən qənaəti ilə razılaşsa da, qeyd edir ki, Cavabdeh1 çatası miras əmlakın kütləsini müəyyən edərkən notariat orqanı tərəfindən səhvə yol verilməsini, iddiaçı ilə miras qoyan İlham Kərimovun ümumi(birgə) mülkiyyətində olan əmlakdan iddiaçıya çatan payın da miras əmlakın kütləsinə aid edildiyini diqqədtdən qaçırmışdır. İşin apellyasiya i nstansiyası məhkəməsi tərəfindən müəyən edilmiş hallarından görünür ki, İddiaçı ilə miras qoyan İlham Kərimov arasında 26 sentyabr 2014-cü il tarixdə rəsmi nikah bağlanılmış, onlar ər-arvad kimi yaşamışlar.
65. Miras əmlakın kütləsinə daxil edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində yerləşən 123G saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə miras qoyan X9 adına 3 aprel 2018-ci il tarixdə dövlət qeydiyyatına qeydiyyatına alınmışdır.
66. Miras əmlaka həm də "xxxx" MMC-nin nizamnamə kapitalından X11 məxsus 50 faiz, 3 manat, 2 paydan (pul şəkilində) ibarət pay daxil edilmişdir. "xxxx" MMC isə 21 aprel 2017-ci il tarixdə qeydiyyata alınmışdlır.
67. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların ümumi birgə mülkiyyəti sayılması və ər-arvadın birgə mülkiyyətinin rejimi on ların əmlakının qanuni rejimi hesab olunması nəzərə alındıqda aydın olur ki, göstərilə yaşaüyış evinin və "xxxx" MMC-nin nizamnamə kapitalındakı payının yarısı İddiaçı mülkiyyətidir. Buna baxmayaraq notariat orqanı həmin əmlakları tam olaraq miras əmlakın kütləsinə daxil etmiş və bu barədə Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir.
68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsində yerləşən 123G saylı fərdi yaşayış evinin və "xxxx" MMC-nin nizamnamə kapitalından X11 məxsus payın tam olaraq miras əmlakeın kütləsinə aid etməkdə və bu faktdan irəli gələrək həmin əmlakın cavabbeh Cavabdeh1 adına sənədləşdirilməsi hissələrdə apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmad an, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissələrdə ləğv edilməli və iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir.
69. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3350/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsi qismən, yəni Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən verilmiş "xxxx" MMC-nin niz amnamə kapitalından X11 məxsus paydan Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair 19 noyabr 2020-ci il tarixli, 2V-118 reyestr nömrəsi ilə qeydiyyata alınmış Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ondan doğan hüquqi nəticələrin, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, ev 123G ünvanında yerləşən, ümumi sahəsi 116,6 kv metr olan fərdi yaşayış evinə Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair 14 yanvar 2021-ci il tarixli, 2V-12 reyestr nömrəsi ilə qeydiyyata alınmış Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin yaşayış evinin Cavabdeh1 adına tam mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmasına dair 12 fevral 2021-ci il tarixi dövlət reyestirindən çıxarışın qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının həmin əmlakların ikidə birinə payın mü əyyən olunması tələblərinin rədd olunması hissələrdə ləğv edilsin və mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.