Məhkəmə qərarları › İş №2(102)-5252/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5252/2019

30.07.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5252/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı1, Cavabdeh1 nümayəndəsi Nümayəndə oğlu, vəkili Novruzəliyev Rəşid Şərəf oğlunun iştirakları ilə, İddiaçı1 Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2019-cu i l tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 Cavabdeh1 qarşı mirasın qəbul edilməsi və mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair ilk iddia ərizəsi ilə; ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və X12 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı mirasın qəbul edilməsi və miras əmlakdan payların müəyyən edilməsi barədə qarşılıqlı iddia tələbinə dair ərizəsi ilə Xaçmaz rayon məhkəməsinə müraciət etmişdilər. Xaçmaz rayon məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.X əlilov, iş 2(067)-2974/2018) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 qarşı mirasın qəbul edilməsi və mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin qismən təmin olunması, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və qeyrisinin ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı mirasın qəbul edilməsi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının qismən təmin olunması, mərhum X4 miras qalmış RX seriyalı ******* saylı çıxarışa əsasən Xaçmaz şəhəri yeni yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsinin, 29 iyul 2013-cü il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsini n və 29 iyul 2013-cü il tarixli, AN-1 ******* saylı alqı-satqı müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsinin onun ölümündən sonra Cavabdeh1, X12 və İddiaçı1 tərəfindən vərəsəlik qaydasında qəbul edilməsi faktının müəyyən edilməsi, X7 adına DƏDRX-də qeydə alınmış RX seriyalı ******* saylı çıxarışa əsasən Xaçmaz şəhəri yeni yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsindən, 29 iyul 2013-cü il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsindən və 29 iyul 2013-cü il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsindən 1/3 hissəyə İddiaçı1, 1/3 hissəyə Cavabdeh1, 1/3 hissəyə X8 vərəsəlik üzrə payların müəyyən edilməsi qət edilmişdir Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli qətnaməsi ilə ( hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), S.Qafari və F.Məmmədov, iş № 2(105)-1382/2019) İddiaçı1 apelyasiya şikayəti təmin edilməmiş, Xaçmaz rayon məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında i ştirak edənlərin izahatları: Cavabdeh1 vəkili Novruzəliyev Rəşid Şərəf oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı1 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi r. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdir ilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, X10 ilə X1 05 yanvar 2016cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirmişlər. AZ-İ seriyalı, 354076 saylı doğum haqqında şəhadətnaməyə görə, X12 xx.xx.2003-cü ildə doğulmuşdur. Atası X10, anası X1 qeyd edilmişdir. AZ-İ seriyalı, 911785 saylı ölüm haqqında şəhadətnaməyə görə, X10 26 dekabr 2017-ci ildə ölmüşdür. Xaçmaz rayon 1 saylı Notariat Kontorunun 28 avqust 2018cü il tarixli, 407 saylı məktubuna görə, 26.12.2017-ci ildə vəfat etmiş X10 miras qalmış əmlaka 15.01.2018-ci il tarixdə Xaçmaz rayonu, Qımıl qışlaq kəndində yaşayan vərəsəsi X11 vərəsəliyin qəbulu ərizəsi ilə notariat kontoruna müraciət edərək ondan qalan miras əmlaka 15.01.2018-ci il tarixdə vərəsəlik işi açılmışdır. Xaçmaz rayon 1 saylı Notariat Kontorunun 15 noyabr 2018-cü il tarixli, 455 saylı məktubuna görə, 26.12.2017-ci ildə vəfat etmiş X10 miras qalmış əmlaka vərəsələrindən Cavabdeh1 19.04.2018-ci il tarixdə 377 nömrə ilə qeydiyyatdan keçmiş vərəsəliyin qəbulu ərizəsi ilə və X12 09.01.2018-ci il tarixdə 23 nömrə ilə qeydiyyatdan keçmiş vərəsəliyin qəbulu ərizəsi ilə notariat kontoruna müraciət etmişlər. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilmə si ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər b ir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sa ğ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1166.1-ci maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (m iras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə miras əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası q əbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1244-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsi ilə qəbul edirlər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İddiaçı1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tər əfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243, 1246-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin, həmçinin maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Kassasiya şikayətinə b axılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar