Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5252/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bank “xxxx” ASC-nin vəkili Məmmədov Tural Nizami oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Bakı şəhəri Cavabdeh2nə (mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bank “xxxx” ASC cəlb edilməklə) qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi” tələ binə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4452/2020 saylı, 20 may 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-501/2020 saylı, 07 fevral 2020ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim S.İ.Ədilova) İddiaçı cavabdehlər “xxxx” MMCyə, Bakı şəhəri Cavabdeh2nə (mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən 3cü şəxs Bank “xxxx” ASC cəlb edilməklə) qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4452/2020 saylı, 20 may 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və V.N.Sadıqov) İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-501/2020 saylı 07 fevral 2020- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Bakı şəhəri Cavabdeh2nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC tərəfindən ona məxsus Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ** saylı evin 12 saylı mənzilinin və X3 məxsus olan digər ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi ** saylı bağ evi satışı ilə əlaqədar keçirilmiş hərracın nəticələri haqında yekun protokolların qanunsuz hesab edilərək ləğv edilməsi, həmin əmlakların alqı-satqısı ilə bağlı tələbkar bankla bağlanmış alqı-satqı müqavilələrinin ləğv edilərək, həmin əmlakların qanunamüvafiq qaydada iştirakı təmin olunmaqla yenidən hərrac yolu ilə satışının təşkil edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1706/2016 saylı, 10.2016-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.10.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ** saylı evin 12 saylı mənzilinin ilkin satış qiyməti 85.000 manat müəyyən edilməklə və digər ipoteka predmeti olan X3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, ** saylı bağ evinin ilkin satış qiyməti 2750 mana t müəyyən edilməklə açıq hərracda satılması, əldə olunan vəsait hesabına 294880 manat məbləğində pulun iş üzrə cavabdeh X1 “Bank xxxx” ASC-yə ödənilməsi, qalıq məbləğin isə iddiaçıya qaytarılması qət edilmişdir. Qeyd olunan icra sənədi Cavabdeh2nə daxil olmuş və icra məmuru tərəfindən icraata başlanılsa da, göstərilən tələbin könüllü icrası haqqında iddiaçıya bildiriş təqdim edilməmiş və nəticə etibarı ilə “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 8.2 və 44.1.3-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, həmin qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında di gər icra müddəti müəyyən edilməyibsə icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Qeyd etdiyi qanun pozuntuların davamı olaraq icra məmuru tərəfindən iddiaçıya tələbin könüllü icrası haqqında bildiriş verilmədən və iddiaçının xəbəri olmadan iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ** saylı evin 12 saylı mənzili və X3 məxsus olan digər ipoteka predmeti Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, ** saylı bağ evi “xxxx” MMC-yə hərrac yolu ilə satılması üçün sifariş göndərmiş və adı çəkilən hərrac təşkilatı iddiaçıya və digər cavabdehlərə məlumat verilmədən guya ki, hərraca çıxarır və hərrac mərkəzi tətəfindən isə əmlaklar dəyər dəyməzə tələbkar banka satılmışdır. Hərracın keçirildiyi vaxt və yer barədə iddiaçıya və digər cavabdehlər heç vaxt istər hərrac təşkilatı, istərsə də, hərracın sifarişçisi tərəfindən məlumat verilməmiş və nəticə etibarı ilə iddiaçının əmlakı qanuna zidd şəkildə çox aşağı qiymətə satılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxı lması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Vəkil2 kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bank “xxxx” ASC-nin vəkili Məmmədov Tural Nizami oğlu kassasiya şikayətinin dəlillərin ə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı, cavabdehlər “xxxx” MMC-nin və Bakı şəhəri Cavabdeh2 nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM- nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bank “xxxx” ASC-nin vəkili Məmmədov Tural Nizami oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiy a instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apelyasiya instansiyası məhkəməsi tərəfind ən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: - “xxxx” MMC tərəfindən tərtib olunmuş 30 oktyabr 2017-ci il tarixli 68/01-1 nömrəli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən ** saylı evin 12 saylı mənzili Bakı Apellyasiya Məhkəməsinin 10.03.2016-cı il tarixli, 2(103)-1706/2016 saylı icra vərəqəsinin və Xətai rayon İcra Şöbəsinin 17/74-26925/10 saylı 26.07.2016-cı il tarixli sifariş məktubunun, Xətai rayon İcra Şöbəsinin 17/74-21650/9 saylı 15.09.2017-ci il tarixli məktubunun və “Bank xxxx” ASC-nin müvafiq məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 85.000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 15 faiz endirimlə 72.250 manat olmuşdur. Tələbkar ipoteka predmetini 25 faiz aşağı olan 54187.50 manat qiymətlə əldə etmişdir. -“Birja Yenilikləri” qəzetlərinin surətindən görünür ki, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, ** saylı evin 12 saylı mənzili ilə bağlı hərracın keçirilməsi barədə elanlar verilmişdir. - “xxxx” MMC tərəfindən X4, İddiaçı, X2, Cavabdeh2nə, “Bank xxxx” ASC-yə ünvanlanmış 05.08.2016-cı il tarixli № 01 nömrəli, 19.08.2016-cı il tarixli № 01/2 nömrəli, 09.09.2016-cı il tarixli № 02 nömrəli, 23.09.2016-cı il tarixli, № 02/2 nömrəli bildirişlərin surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 10.03.2016-cı il tarixli 2(103)1706/2016 saylı icra vərəqəsinin icrasına əsasən ipoteka qoyulan İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən ** saylı evin 12 saylı mənzilinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın müvafiq olaraq 05.09.2016-cı il saat 11:00-da və 10.10.2016-cı il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. Müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, ** saylı evin 12 saylı mənzili Bakı Apellyasiya Məhkəməsinin 10.03.2016-cı il tarixli 2(103)-1706/2016 saylı icra vərəqəsinin və Xətai rayon İcra Şöbəsinin, “Bank xxxx” ASCnin müvafiq məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Tələbkar ipoteka predmetini bu barədə “xxxx” MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə protokola əsasən balansın a keçirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: -33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. -34.1 və 34.1.1 maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarından biridir. -41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka predmeti hərracda satışa çıxarılmazdan əvvəl onun dəyəri qiymətləndirilməli və bu zaman mövcud qanunvericiliyin tələbl ərinə riayət olunmalıdır. “İpoteka haqqında” Qanunun: - 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra-hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. -42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. -42.5 və 42.6-cı maddələrinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. -42.3-cü maddəsinə əsasən hərracın təşkilatçı, və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. -43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqav ilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. -43.8-cü maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. -62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. -62.2-ci maddəs inə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonr a 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İş materiall arında olan sübutlardan məlum olur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, Birja Yenilikləri qəzetində elanlar verilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmadığından və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar “Bank xxxx” ASC-yə təklif olunduğundan, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürdüyündən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, ** saylı evin 12 saylı mənzili “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcə lləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, iş ə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kas sasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4452/2020 saylı, 20 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5252/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5252/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver