Məhkəmə qərarları › İş №2(102)-5252/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5252/2022

29.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5252/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:qanunsuz tikilinin sökülməsi 29.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu, Şəfiyev İspəndiyar Əsəd oğludan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 may 2022-ci il tarixli, 2(103)3601/2022 saylı qətnaməsindən iddiaçı X verdiyi kassasiya şikayəti üzrə işə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısı nın fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə 25 may 1994-cü il tarixli, 1673 saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində, 1-ci massivdə fərdi evin tikintisi üçün X2 600 kv.metr torpaq sahəsi ayrılıb. Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 may 1997-ci il tarixli, 1673 saylı sərəncamında dəyişiklik edilməsi haqqında 29 avqust 1997-ci il tarixli, 1334 saylı sərəncamı ilə X1 ölümü ilə əlaqədar arvadı Cavabdeh xahişini nəzərə alaraq Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 may 1994-cü il tarixli, 1673 saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evnin tikintisi üçün ayrılmış torpaq sahəsi Cavabdeh adına sənədləşdirilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci in stansiya məhkəməsində icraat İddiaçı X İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (cavabdeh) qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş-300mm-lik yerüstü neft kəmərinin 2.4-cü km-də, kəmərdən təqribən 35 metr aralı məsafədə, kəmərə paralel, 2-ci sırada, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi, 2- ci küçə ünvanında yerləşən, hüquq müəyyənedici sənədi olmadan, cavabdeh tərəfindən qanunsuz tikinti (yaşayış evi və digər yeni tikililər) aparılması faktı aşkar olunub. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2002-ci il tarixli, 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər K abinetinin 02 noyabr 2004-cü il tarixli, 167 saylı qərarında X4 kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilib. Göstərilənləri nəzərə alaraq iddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstu magistral neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik yerüstü neft kəmərinin 2.4-cü km-də, kəmərdən təqribən 35 metr aralı məsafədə, kəmərə paralel, 2-ci sırada, Səbail rayonu, Badamdar qəsəbəsi,1-ci yaşayış massivi 2-ci küçə ünvanında yerləşən, hüquq müəyyənedici sənədi olmadan, cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililərin (yaşayış evi və digər yeni tikililər) onun hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Məhkəmə iclasında izahatı alınmış cavabdeh iddia təl əbini qəbul etməyərək, öz izahatında göstərmişdir ki, 1994-cü ildə əri X2 Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 2-ci küçə ünvanında 6 sot torpaq fərdi ev tikmək üçün ayrılmış, 2 il müddətində həmin torpaq sahəsində ev tikib. 1997-ci ildə sərəncamla fərdi yaşayış evi onun adına keçirilib. Mübahisələndirilən ev 1994-1996-cı ildə tikilib, evə bitişik həyətyanı torpaq sahəsinin hasarı və darvazası qoyulub, 30 il keçdikdən sonra darvaza deformasiya olunduğu üçün dəyişmək qərarına gəlib, həmin ərəfədə iddiaçı iddia ilə məhkəməyə müraciət edib. Hesab edir ki, iddia tam əsassızdır, tikililərin inşa edilməsi ilə bağlı 1994 və 1997-ci il tarixli sərəncamlar mövcuddur, 30 il ərzində iddia tərəfindən belə bir iddia qaldırılmayıb. İddiaçı tərəfindən neft kəmərlərinin hansı tarixdə çəkildiyinə dair məlumat yoxdur, sənəd təqdim edilməyib. Ev tikilərkən hər hansı dövlət orqanı buna etiraz etməyib, həmin ərazidə çoxlu saylı evlər mövcuddur, 2 ev isə ümumiyyətlə qeyd edilən kəmərə daha yaxın inşa edilib, onlara qarşı hər hansı tələb irəli sürülməyib. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tikinti-texniki ekspertizasının 28 yanvar 2022-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Səbail rayon, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 2-ci küçədə yerləşən cavabdehin yaşadığı yaşayış evi dörd tərəfdən hasara alınmış torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evindən ibarətdir. Torpaq sahəsinin yaxınlığında çəkilmiş iddiaçının istismarında olan Şirvan Böyükşor DŞ-500 mm-lik magistral neft kəmərlərinə birləşən Bibiheybət DŞ-300 mm-lik neft kəmərindən yaşayış evinin torpaq sahəsinin sərhəd hasarına qədər olan məsafə 41,0 metr, yaşayış evinin ön fasad divarına qədər 49,0 metr, arxa divara qədər isə 60,0 metr təşkil etdiyi müəyyən olunur. Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, cavabdeh tərəfindən aparılan tikintinin bir hissəsi (həyətin hasarında köhnədən mövcud olan darvaza yenisi ilə dəyişdirilmiş) neft kəmərinin mühafizə (təhlükəsizlik) zonasının daxilində yerləşsə də, həmin tikintinin qanunsuz əsaslarla aparılması faktı öz təsdiqini tapmayıb. Belə ki, cavabdehin təqdim etdiyi sübutlardan məlum olur ki, Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 may 1994-cü il tarixli, 1673 saylı sərəncamına əsasən fərdi evin tikintisi üçün ayrılmış 600 kv.metr torpaq sahəsi X məxsus olub. Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 29 avqust 1997-ci il tarixli, 1334 saylı sərəncamına əsasən X ölümü ilə əlaqədar 25 may 1994-cü il tarixli, 1673 saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsi cavabdehin adına sənədləşdirilib. Sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin torpaq sahəsinin üzərindəki həmin ev uzun müddət ərzində yaşayış sahəsi kimi istifadə olunur. Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 may 1994-cü il tarixli, 1673 saylı sərəncamı ilə mübahisəli evin yerləşdiyi torpaq sahəsi cavabdehə ayrıldığından, cavabdeh həmin torpa q sahəsinin potensial mülkiyyətçisi hesab edilməlidir. Mübahisəli tikilinin yanında və ətrafında çoxsaylı yaşayış evlərinin uzun illərdən bəri mövcud olması və yaşayış sahələri kimi istifadə olunması da məhkəmə iclasında araşdırma zamanı öz təsdiqini tapıb. İddiaçı tərəfindən cavabdehin özünə, eləcə də ailə üzvlərinə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməyib və həmin şəxslər qanuni əsaslarla ayrılmış torpaq sahəsi üzərində özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına maneçilik törədilməyib. İddiaçı cavabdeh tərəfindən aparılan tikintinin qanunsuz tikili olmasını və aparılan tikintinin qanunsuz əsaslarla aparılması nı iddia etməkdə haqlı hesab edilə bilməz. Belə ki, tikinti o vaxtı qanunsuz hesab edilə bilər ki, həmin tikinti, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində aparılsın. Cavabdeh tərəfindən ona qanuni əsaslarla ayrılmış torpaq sahəsində inşa etdiyi tikilinin cüzi bir hissəsinin (1 metrinin) neft kəmərinin mühafizə zolağına düşməsi yuxarıda qeyd edilənlərə əsasən həmin tikilinin sökülməsi barədə tələbin təmin edilməsinə səbəb ola bilməz. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların o nların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimovanın Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edib. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırıb ki, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 25 may 1994-cü il tarixli, 1673 saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsi ilə cavabdehə məxsus qanunsuz tikililərin yerləşdiyi torpaq sahəsinin eyniyyət təşkil edib-etməməsi öyrənilməyib və araşdırılmayıb. Məh kəmə birmənalı olaraq sənədin torpaq sahəsinə məxsus olmasını qəbul edib. Ekspert rəyində təkcə fərdi yaşayış evi deyil, eyni zamanda hasar tikilisinin də bir hissəsinin mühafizə zonasında yerləşməsi qeyd edilib. Lakin məhkəmə hasara münasibətdə qətnaməni lazımi şəkildə əsaslandırmayıb. Məhkəmə qeyd etmişdir ki, həmin tikintinin qanunsuz əsaslarla aparılması faktı öz təsdiqini tapmır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli, 167 saylı Qərarında X4 kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilib. Sözügedən sənəddəki torpaq sahəsinin sərhədləri ilə faktiki torpaq sahəsinin sərhədlərinin üst-üstə düşməsi müəyyənləşdirilməyib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 may 20 22-ci il tarixli qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov sədrlik edən, məruzəçi, Azad İmanov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, cavabdehin qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmasa da, onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmiş şəxs, yəni potensial mülkiyyətçi hesab edilməli olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olub. Belə ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri ilə iddia tələbi eynilik təşkil edir və birinci instansiya məhkəməsi tərəfindən mülki iş üzrə ətraflı araşdırma aparılaraq iddia tələbi rədd edilərkən, məhkəmə tərəfindən iddiaçının dəlillərinə ətraflı qiymət verilib. İddiaçının apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, sübutların tam və obyektiv qiymətləndirməməsi, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməsi, məhkəmənin həmin mövqeyinin qanunsuz və əsassız olması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayətində qeyd edilənləri təsdiq edən sübutlar apelyasiya şikayətinə əlavə etməyib, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərkən bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməyib. Eyni zamanda, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinin, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 384.0.1, 385.2-ci maddələrinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimovanın Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarınına istinad etməklə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 may 1994-cü il tarixli, 1673 saylı sərəncamı ilə cavabdehə ayrılmış torpaq sahəsi ilə hazırda cavabdehin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 2-ci küçə ünvanında inşa etdiyi özbaşına tikililərin yerləşdiyi torpaq sahəsi ilə eynilik təşkil edibetməməsini aydınlaşdırmayıb və müvafiq ekspertiza təyin etməyib. Azərbayc an Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri pozulub və iş üzrə düzgün olmayan qətnamə çıxarıb. Özbaşına tikililər neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilində olması işin mübahisəsiz halıdır. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 2-ci küçədə yerləşən cavabdeh tərəfindən, İddiaçı Şirvan-Böyükşor Dş 500 mmlik yerüstü magistral kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik yerüstü neft kəmərinin 2.4-cü km-dən 41 metr məsafədə yaşayış evinin torpaq sahəsinin sərhəd hasarı, 49 metr məsafədə yaşayış evinin ön fasad divarı inşa edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan X4 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən, X4 Kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılaraq mühafizə zonaları müəyyənləşdirilir. Az DTN 2.9-2 magistral Boru Kəmərləri Layihələndirmə Normalarının tələblərinə görə diametri 300 mm və aşağı olan neft kəməri üçün təhlükəsizlik zonası 7 5 metrdir. Göründüyü kimi, cavabdeh həmin tikilini neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində inşa edir. Həmin tikili yüksək təziqli qaz kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan apellyasiyainstansiyasıməhkəməsi isə qətnamə çıxararkən qeyd etdiyimiz bu halların heç birini nəzərə almamış, yalnız tikilinin cavabdehin mülkiyyətində olmasını əsas götürərək iddia tələbini təmin etməmişdir. Buna görə də həmin qətnamə qanuni və əsaslı sayıla bilməz. 28 yanvar 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, İddiaçı Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral kəmərinə birləşən Bibiheybət Dş-300 mm-lik yerüstü neft kəmərindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsə bəsi, 1-ci yaşayış massivi, 2-ci küçədə yerləşən cavabdehin yaşadığı yaşayış evinin torpaq sahəsinin sərhəd hasarına qədər olan məsafə 41 metr, yaşayış evinin ön fasad divarına 49 metr, arxa divarına qədər isə 60 metr təşkil etdiyi müəyyən olunub. Həmçinin qeyd edilmişdir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 may 1994-cü il tarixli, 1673 saylı sərəncamı cavabdehə lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarına və qaydalarına riayət edilmədən hər hansı tikili inşa etməyə hüquq vermir. Qeyd olunanlara əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 2-ci küçəsində yerləşən cavabdeh tərəfindən inşa olunmuş tikililər qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə po zmaqla, özbaşına aparıldığından, dövlət qeydiyyatına alınmadan, bu tikililər neft kəmərinin mühafizə zonasında inşa edildiyindən, kəmərin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanlar üçün ciddi təhlükə yaratdığından, həmin tikililər özbaşına tikili hesab edilməli, tikililər cavabdehin hesabına sökülməlidir. Başqa sözlə iş üzrə gələcəkdə belə halların baş verməməsi üçün bu iddia tələbi irəli sürülüb. Belə ki, neft kəmərində baş verə biləcək kiçik bir sızma insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiz iki şəxlərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Məhkəmələr iş üzrə obyektiv araşdırma apararaq insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar olmaq və ya xəbərdar olmağa borclu olmaq və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görmək kontekstində işə yanaşmalı idilər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsa lma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz; 180.4-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyə ti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olundu ğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə 25 may 1994-cü il tarixli, 1673 saylı sərəncamına əsasən Bakı şəhəri, Səbail Rayonu Badamdar qəsəbəsində, 1-ci massivdə fərdi yaşayış evinin tikintisi üçün X 600 kv.metr torpaq sahəsi ayrılıb. Həmçinin, Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 may 1997-ci il tarixli, 1673 saylı sərəncamında dəyişiklik edilməsi haqqında 29 avqust 1997-ci il tarixli, 1334 saylı sərəncamı ilə x ölümü ilə əlaqədar arvadı Cavabdeh xahişini nəzərə alınaraq, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 25 may 1994-cü il tarixli, 1673 saylı sə rəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsi cavabdehin adına sənədləşdirilib. İddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş 30 iyun 2021-ci il tarixli Akta əsasən 30 iyun 2021-ci il tarixdə 2 saylı qarovulun 1 -ci iş növbəsində saat 14.30-da, 4-5 saylı postların (NKİ Şirvan-Böyükşor neft kəməri 92-115,2 kv.m. və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində, Səbail rayonu, Badamdar qəsəbəsi, 1 -ci yaşayış massivi, 2-ci küçə ünvanında, Şirvan-Böyükşor Dş 300 mm-lik yerüstü neft kəmərinin 2.4cü km-də kəmərdən təxminən 35 metr aralıda, kəmərə paralel, 2-ci sırada, içərisində yaşayış olan evin həyətində, yeni tikinti işlərinin aparılması əməkdaşları tərəfindən aşkar edilmişdir. Belə ki, sözügedən həyətin hasa rında köhnədən mövcud olan darvaza yenisi ilə dəyişdirilmiş və darvazanın kənarları betonlanmışdır. Araşdırma nəticəsində sözügedən evin cavabdehə məxsus olduğu müəyyən edilib. Tikintiyə rəhbərlik edən və özünü ev sahibəsinin qardaşı kimi təqdim edən X adlı şəxslə telefon əlaqəsi yaradılıb, ona mühafizə zonasında tikinti işlərinin aparılması qanunazidd olduğu izah edilib və yeni işlərin görülməməsi üçün şifahi xəbərdarlıq olunub. İddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş 30 iyun 2021-ci il tarixli akta əsasən, əraziyə baxış keçirilib və məlum olub ki, Bibiheybət Dş 300 mm-lik yerüstü neft kəmərinin 2.4-cü km-də kəmərdən təxminən 35 metr aralıda, kəmərə paralel, 2-ci sırada, içərisində yaşayışı olan evin həyətində, yeni tikinti işlərinin aparılması aşkar edilib. Belə ki, sözügedən hə yətin hasarında köhnədən mövcud olan darvaza yenisi ilə əvəz edilib və darvazanın kənarları betonlanıb. Araşdırma nəticəsində sözügedən evin cavabdehə məxsus olduğu müəyyən edilib. Tikintiyə rəhbərlik edən və özünü ev sahibəsinin qardaşı kimi təqdim edən X adlı şəxslə telefon əlaqəsi yaradılıb, ona mühafizə zonasında tikinti işlərinin aparılmasının qanunazidd olduğu izah edilib və yeni işlərin görülməməsi üçün şifahi xəbərdarlıq edilib. Fərdi yaşayış evinin və həyətin hüquqi sənədləri olduğu bildirilsə də, lakin təqdim edilməyib. təqdim etməkdən imtina etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 28 yanvar 2022-ci il tarixli ekspert rəyinə görə, Bakı şəhəri, Səbail rayon, Badamdar qəsəbəsi, 1 -ci yaşayış massivi, 2-ci küçədə yerləşən cavabdehin yaşadığı ev dörd tərəfdən hasara alınmış torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evindən ibarətdir. Torpaq sahəsinin yaxınlığında çəkilmiş iddiaçının istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik magistral neft kəmərlərinə birləşən Bibiheybət DŞ-300 mm-lik neft kəmərindən yaşayış evinin torpaq sahəsinin sərhəd hasarına qədər olan məsafə 41,0 metr, yaşayış evinin ön fasad divarına qədər 49,0 metr, arxa divara qədər isə 60,0 metr təşkil etdiyi müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını v ə azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1 -ci maddəsinəəsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçının istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstu magistral neft kəmərinə birləşən Bibiheybət-Dş 300 mm-lik yerüstü neft kəmərinin 2.4-cü km-də kəmərdən təxminən 40-45 metr aralı məsafədə, kəmərə parallel, 2-ci sırada, kəmərin mühafizə zonasında, Səbail rayonu, Badamdar qəsəbəsi, 1 -ci yaşayış massivi 2ci küçəsində yerləşən cavabdehə məxsus və yaşadığı evin hasarında köhnədən mövcud olan darvaza yenisi ilə əvəz edilib. Həmçinin, Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 may 1994-cü il tarixli 1673 saylı sərəncamına əsasən X fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsi, 1 -ci massivdə 600 kv.metr torpaq sahəsi ayrılıb və Bakı Şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 29 avqust 1997-ci il tarixli, 1334 saylı sərəncamına əsasən X ölümü ilə əlaqədar olaraq arvadı Cavabdeh xahişi nəzərə alınaraq Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 25 may 1994-cü il tar ixli, 1673 saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsi cavabdehin adına sənədləşdirilib. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən aparılan tikintinin bir hissəsi (həyətin hasarında köhnədən mövcud olan darvazanın yenisi ilə əvəz edilməsi) neft kəmərinin mühafizə (təhlükəsizlik) zonasının daxilində yerləşsə də, həmin tikintinin qanunsuz əsaslarla aparılması faktı öz təsdiqini tapmır. Həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin torpaq sahəsinin üzərindəki ev uzun müddət ərzində yaşayış sahəsi kimi istifadə olunur və sözügedən sərəncamla mübahisəli evin yerləşdiyi to rpaq sahəsi cavabdehə ayrıldığından, cavabdeh həmin torpaq sahəsinin potensial mülkiyyətçisi hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1 -ci maddəsinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərd i, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən “Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimovanın Azərbaycana qarşı” şikayət iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, ərizəçi (Akimova) dövlət mənzil fondunun balansında olan mənzilə dair ona verilmiş order əsasında “sosial kirayə müqaviləsi” (mənzilə dair kirayə müqaviləsi) bağlamalı, həmin müqavilənin şərtlərinə görə mənzilə sahiblik etməli, mənzildən istifadə etmək hüququna malik olmalı və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna uyğun olaraq müəyyən şərtlərlə mənzil onun mülkiyyətinə pulsuz keçməli idi. Bu baxımdan onun (Akimovanın) mənzilə dair olan iddiaları “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş “mülkiyyət”nin təşkil olunması üçün kifayət qədər əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqları dövlət qeydi yyatına alınmasa da, onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmiş şəxs, yəni potensial mülkiyyətçi hesab edilməli olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olub. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və eti razlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab e dir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 may 2022-ci il tarixli, 2(103)-3601/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar