Məhkəmə qərarları › İş №2(102)-5254/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5254/2022

06.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5254/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi, istehlakçıların hüquqlarının müdafiəsi 06.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyun 2022-ci il tarixli, 2(103)4095/2022 saylı qətnaməsindən Cavabdeh İB-nin verdiyi kassasiya şikayəti üzrə işə 06 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, Cavabdeh tərəfindən 30 yanvar 2020-ci ildən 30 iyun 2020-ci il tarixədək, 29 yanvar 2021-ci ildən 30 iyul 2021-ci il tarixədək müxtəlif vaxtlarda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7-ci döngə, 1-ci korpusda yerləşən istehlakçı İddiaçı sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyinin aşkar olunması barədə aktlar (15 adda) tərtib edilib. İddiaçı göstərilən aktları imzalamaqdan imtina edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən barəsində tərtib edilmiş 30 yanvar 2020-ci il, 28 fevral 2020-ci il, 30 mart 2020-ci il, 30 aprel 2020- ci il, 31 may 2020-ci il, 30 iyun 2020-ci il və 30 iyul 2020-ci il tarixli aktların ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İddiaçı nın nümayəndəsi X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən 5018,4 manat əsassız yazılmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələblərini onunla əsaslandırıb ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7-ci döngə, 1-ci korpusda yerləşən özünə məxsus evdə yaşamadığı halda, cavabdeh tərəfindən onun barəsində 30 yanvar 2020-ci il, 28 fevral 2020-ci il, 30 mart 2020-ci il, 30 aprel 2020-ci il, 31 may 2020-ci il, 30 iyun 2020-ci il və 30 iyul 2020-ci il tarixli aktlar tərtib edilib. Həmin ünvana cavabdehin Bakı Regional qazın satışı Departamenti tərəfindən abonent kodu verilib və qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılıb. O, həmin evdə yaşamadığı halda cavabdeh 2020-ci ilin yanvar ayından 2020-ci ilin avqust ayına kimi cəmi 7 Akt tərtib edib. Həmin aktlardan onun bu günə kimi xəbəri olmayıb və o, qaz xəttinə qanunsuz müdaxilə etməyib. Ona görə də onun barəsində əsassız hesablanmış boc silinməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7-ci döngə, 1-ci korpusda yerləşən iddiaçı özünə məxsus ünvanda cavabdehə məxsus qaz xəttinə qeyri-qanuni olaraq qoşulma halı aşkar edilmədi. Lakin baxış zamanı cavabdehə məxsus diametri 76 mm olan daşıyıcı qaz xəttinə qeyri-qanuni qoşulma hallarının olması müəyyən edilib və həmin qoşulmaların isə hansı fərdi yaşayış evlərinə aid olmasını müəyyən etmək mümkün olmayıb. Məhkəmə Eks pertiza Mərkəzinin 04 fevral 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7-ci döngə, 1-ci korpusda yerləşən ünvana baxış keçirilib və həmin ünvanda cavabdehin yaşadığı fərdi yaşayış evinin, həmçinin evin qarşısından keçən diametri 76 mm olan daşıyıcı qaz xəttinin fotoşəkilləri çəkilib. Bununla da, hazırda təqdim edilmiş mülki iş materiallarına əlavə edilmiş fotoşəkillərə tanış olduqda, həmin fotoşəkillərin iddiaçının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7-ci döngə, 1-ci korpusda yerləşən ünvanda ona məxsus olduğu müəyyən edilir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddia təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7-ci döngə, 1-ci ko rpus üzrə iddiaçı barəsində hesablanmış 5.018,4 manat borcun silinməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçının yaşadığı ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılıb və hesablanmış 5.018,4 manat borc iddiaçıdan tələb olunur. Qeyd edilən borcun hesablanması üçün səbəb cavabdeh tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması göstərilir. Lakin, cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, göstərilən hal məhkəməyə təqdim edilmiş ekspertiza rəyində öz əksini tapmayıb və məhz iddiaçı tərəfindən qaz sayğacına kənar xətlə qoşulma faktı müəyyən edilməyib. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qayda ları”na uyğun olaraq cavabdeh tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə aktı qanunsuz hesab edərək, həmin akt əsasında hesablanmış borcu əsassız sayır. Nəzərə alınmalıdır ki, qeyd edilən akt iddiaçı tərəfindən imzalanmayıb. Cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, habelə göstərilən ünvanda yaşayış olmadığı halda, ödəniləcək məbləğin 5018,4 manat məbləğdə hesablanması ağlabatan deyil. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 448.2-ci maddəsinin, habelə “Qazdan istifadə Qaydaları”nın 6.4, 6.5, 6.6, 6.7-ci bəndlə rinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apelyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmayıb, işin faktiki hallarına düzgün hüquqi qiymət verməyib, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməyib və nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul edib. Məhkəmə dəymiş ziyan məbləğinə “cərimə” borcu kimi hüquqi qiymət verərək səhv nəticəyə gəlib. İddiaçının təqsi rli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid abonent koduna əsasən hesablanıb. Lakin, məhkəmə bu halı nəzərə almayıb və səhv qətnamə qəbul edib. Məhkəmə iş materiallarında olan abonentə aid saldoda yer almış məlumatları araşdırmayıb. Həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 fevral 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, istehlakçı sayğacdan kənar əlavə xəttdən istifadə edib. Lakin məhkəmə bunu nəzərə almadan iddianı təmin edib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov sədrlik edən, məruzəçi, Azad İmanov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlan ılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, cavabdeh istifadəçinin sayğacdan kənar xətt çəkməsi yolu ilə təbii qazdan qanunsuz istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, cavabdeh tərəfindən həmin aktlar əsasında iddiaçıdan tələb olunan borcun yaranma səbəbi sübuta yetirilməyib. Odur ki, həmin aktlar üzrə hesablanmış zərər cavabdehdən tutula bilməz. İşə birinci instansiya məhkəməsində baxılarkən, sözügedən aktların tərtib edilməsindən sonrakı müddət ərzində kənar xəttin hansı səbəbdən işlək vəziyyətdə saxlanmasını sübut edə bilməyib. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyib və iş üzrə düzgün nəticəyə gəlməyib. Apell yasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 560.1, 560.2-ci maddələrinin, “Qazdan istifadə Qaydaları”nın 1.3, 1.4, 4.2, 4.6, 4.7, 4.8, 4.9, 5.2, 5.6-cı bəndlərinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Cavabdeh kassasiya şikayətini onunla əsaslanldırıb ki, iddiaçı cavabdehə məxsus ümumi qaz paylayıcı küçə qaz xəttinə tibbi (sistem) şlanq vasitəsilə qanunsuz qoşulmaqla fərdi yaşayış evinə özbaşına qaz xətti çəkib, mənzilini təbii qaz ilə təmin edən qaz sayğacı üzrə ödənişlər aparmadan (pul ödəmədən) təbii qazdan qanunsuz istifadə etməklə öhdəlik münasibətlərini pozub və nəticədə iddiaçı cavabdehə maddi zərər vurub. “Təbii qazın alqısatqısına dair” Müqavilənin 2.3.4-cü yarımbəndində (istehlakçının vəzifələri), istehlakçının təqsirli hərəkətləri və müqavilə üzrə müəyyən edilmiş vəzifələrini icra etməməsi nəticəsində istehlakçının üzərinə paylayıcıya dəymiş zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyulub. İddiaçı öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıdığından, yol verdiyi hər bir qanunazidd fakta münasibətdə də cavabdeh vurmuş olduğu maddi zərər məbləğinə görə məsuliyyət daşıyır. Ekspertiza tədqiqatları zamanı müəyyən edilmiş dir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7-ci döngə, 1-ci korpusda iddiaçıya məxsus ünvanda cavabdehə məxsus diametri 76 mm olan daşıyıcı qaz xəttinə qeyri-qanuni olaraq qoşulub. Qeyri-qanuni qoşulma halı, mühəndistexniki və əlavə ekspertiza rəyləri ilə təsdiq olunub. Lakin məhkəmələr, ekspert rəyləri ilə razılaşmayıb və razılaşmamalarını yekun məhkəmə aktlarında əsaslandırmayıb. Məhkəmələr iddiaçı tərəfin təqdim etdiyi aktları- mübahisələndirdiyi sübutları araşdırmadan, aktlar üzrə hesablanmış məbləğin nə qədər təşkil etdiyini müəyyən etmədən qanunsuz qətnamə qəbul edib və iş üzrə yalnış nəticəyə gəlib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 560.1-ci maddəsinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğ aclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfind ən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci bəndinə əsasən, qazın verilməsinindayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəf lərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsi nin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında bağlanmış “Təbii qazın alqı-satqısına dair” Müqaviləyə əsasən iddiaçı cavabdehi təbii qazla təmin etməli, cavabdeh isə məişətdə istifadə etdiyi təbii qazın dəyərini bank və ya poçt vasitəsilə iddiaçıya ödəməlidir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinəəsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nm və qaz paylayıcısmm sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.8- ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi iləəvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin təl əbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi iləəvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə isteh lakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Nazirlər Kabinetinin 31 may 1999-cu il tarixli, 87 saylı qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təch izatının ümumi Şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinəəsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiy nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, cavabdeh iddiaçının sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qanunsuz istifadə etməsinə görə tərtib edilmiş sözügedən aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yarandığını göstərib iddiaya etiraz etsə də, həmin aktlar əsasında iddiaçıdan tələb olunan borcun yaranması səbəblərini sübuta yetirə bilməyib. Odur ki, həmin aktlar üzrə hesablanmış zərər iddiaçıdan tutula bilməz. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7-ci döngə, 1-ci korpusda yerləşən iddiaçı özünə məxsus ünvanda cavabdehə məxsus qaz xəttinə qeyriqanuni olaraq qoşulma halı aşkar edilmədi. Lakin baxış zamanı cavabdehə məxsus diametri 76 mm olan daşıyıcı qaz xəttinə qeyri-qanuni qoşulma hallarının olması müəyyən edilib və həmin qoşulmaların isə hansı fə rdi yaşayış evlərinə aid olmasını müəyyən etmək mümkün olmayıb. Digər tərəfdən, işə birinci instansiya məhkəməsində baxılarkən, cavabdeh sözügedən aktların tərtib edilməsindən sonrakı müddət ərzində kənar xəttin hansı səbəbdən işlək vəziyyətdə saxlanmasını sübut edə bilməyib. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir k i, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlar ı nəzərə alıb, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh İB-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyun 2022-ci il tarixli, 2(103)-4095/2022 saylı qətnamə si dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar