Məhkəmə qərarları › İş №2(102)-5256/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5256/2020

24.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5256/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)5634/2020 saylı qərardadından cavabdeh “xxxx” ASC kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-2101/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.F.Cəfərov) İddiaçı cavabdeh “xxxx” A SC qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” barədə iddiası təmin edilərək, cavabdeh tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1.911,03 manat borcun iddiaçının abunə hesabından silinməsi qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)5634/2020 saylı qərardadı ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və Z.A.Şirinov) cavabdehin iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilib. Cavabdeh qərardaddan kasasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdeh tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1.911,03 manat borcun onun abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, cavabdehin qətnamədən verdiyi apelyasiya şikayəti üzrə apelyasiyanı düzgün olmayaraq qeyri-mümkün hesab edib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apelyasiya şikayətinə baxılması üçün mülki işin apelyasiya i nstansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunub. Kasssasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, cavabdeh “xxxx” ASC və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini həmin təşkilatın nümayəndəsi kimi Vəkil imzalayıb, sonuncuya isə belə bir səlahiyyəti xx xxxxxx 2019-cu il tarixli etibarnaməyə əsasən cavabdeh təşkilatın sədri vəzifəsini icra edən Vüqar Əhmədov verib. Halbuki, Vüqar Əhmədova müvafiq səlahiyyətin verilməsini özündə əks etdirən sənəd (etibarnamə, əmr və sair) mülki i ş materiallarına əlavə edilməyib. Bu isə apelyasiya şikayəti üzrə apelyasiyanın qeyri-mümkün hesab edilməsi üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası MPMnin 69.2, 73.4, 74.2-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qərardadının kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işdən görünür ki, cavabdeh tə rəfindən verilmiş apelyasiya şikayətini həmin təşkilatın nümayəndəsi kimi Vəkil imzalayıb. Vəkil isə belə bir səlahiyyəti xx xxxxxx 2019-cu il tarixli etibarnaməyə əsasən cavabdeh təşkilatın sədri vəzifəsini icra edən Vüqar Əhmədov verib. Halbuki, Vüqar Əhmədova müvafiq səlahiyyətin verilməsini özündə əks etdirən sənəd (etibarnamə, əmr və sair) mülki iş materiallarına əlavə edilməyib. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin sözügedən qətnamədən verdiyi apelyasiya şikayəti üzrə apelyasiyanı qeyrimümkün hesab edərkən düzgün nəticəyə gəlib və Azərbaycan Respublikası MPM-nin 69.2, 73.4, 74.2, 361.2, 363.1, 363.1.1-ci maddələrinin tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Cavabdeh kasasiya şikayətində Vergilər Nazirliyinin rəsmi elektron saytında sözügedən qərardadda istinad edilən məlumatın sərbəst istifadəsinin mövcud olduğunu və həmin məlumata əsasən Vüqar Əhmədovun “xxxx” ASC qanuni təmsilçisi kimi qeyd edildiyini və bu səbəbdən də apelyasiya şikayəti üzrə apelyasiyanın qeyri-mümkün hesab edilməsi üçün prosessual əsasların olmamasını göstərsə də, kasasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 69.3-ci maddəsində göstərilir ki, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Həmin Məcəllənin 73.4-cü maddəsinə görə, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apelyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etiba rnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Sadalanan prosessual normaların mənasına görə, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi (nizamnamə, müqavilə, etiarnamə, əmr və sair) ilə təsdiq olunmalıdır, hüquqi şəxsin nümayəndəsi yaxud vəkili tərəfindən verilən apelyasiya şikayətinə isə, əgər işdə yoxdursa müvafiq olaraq təşkilat rəhbərinin xidməti vəzifəsini bildirən sənədin surəti, habelə nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilməlidir. Göründüyü kimi təşkilat rəhbərinin səlahiyyətini təsdiq edən sənəd bilavasitə apelyasiya şikayətinə əlavə edilməlidir, apelyasiya şikayətinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması isə apelyasiya şikayəti üzrə apelyasiyanın qeyri-mümkün hesab edilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2. maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini əsas tutub, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, apelyasiya instansiyas ı məhkəməsinin qərardadı qanuni, əsaslı olduğundan və işdə, qərardadın kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)5634/2020 saylı qərardadı kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar