Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5257/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X8 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli 2(105)-2886/2018 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon məhkəməsinin 12 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Kərimli, iş № 2(012)-54/2018) iddiaçılar İddiaçı1 Məlikəjdər qızı və qeyrilərinin Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız he sab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: S.A.Qafari, L.M.Məmmədova və F.Ə.Məmmədov) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon məhkəməsinin 12 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: ünvan 1-da yerləşən fərdi yaşayış evi X2 məxsus olmuşdur. 1983-cü ildə X1 qızı ilə nikaha daxil olmuş, 17 iyul 1989-cu il tarixdə isə vəfat etmişdir. X3 tərəfindən qoyulmuş vəsiyyətnaməyə əsasən X7 evə bütünlüklə mülkiyyət hüququ əldə etmişdir. Miras qoyanın birinci nikahından olan uşaqları İddiaçı1 və qeyriləri vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmış və Abş eron rayon xalq məhkəməsinin 18 iyun 1990-cı il tarixli qətnaməsi ilə vəsiyyətnamə etibarsız və Abşeron rayon dövlət notariat kontoru tərəfindən verilmiş 19 yanvar 1990-cı il tarixli şəhadətnamə ləğv edilmiş, miras əmlaka dair iddiaçıların (hər birinə 1/5 pay) payları müəyyən edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 17 oktyabr 1990-cı il tarixli qərardadı ilə Abşeron rayon xalq məhkəməsinin 18 iyun 1990-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin rayon xalq məhkəməsinə qaytarılmışdır. Abşeron rayon xalq məhkəməsinin 18 iyun 1990-cı il tarixli qətnaməsinin ləğv edilməsinə baxmayaraq həmin qətnamə 2013-cü ildə yenidən icraya yönəldilmiş, İddiaçı1 Məlikəjdər qızı və qeyrilərinin mübahisəli evə pay hüquqları (1/5 hissə) müəyyə n olunmuşdur. Lakin Reyestr kitabında bu barədə qeydiyyat aparılmamışdır. 11 sentyabr 2014-cü il tarixdə X7 mübahisəli evi Cavabdeh vəsiyyət etmiş, 30 dekabr 2015-ci il tarixdə isə vəfat etmişdir. 2016-cı ildə Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon xalq məhkəməsinin 18 iyun 1990-cı il tarixli qətnaməsinin ləğv edilməsinə baxmayaraq həmin qətnamənin 13 noyabr 2013-cü il tarixdə icraya yönəldilməsinin qanunsuz olmasını əsas göstərməklə qətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydlərin ləğv edilməsi və payların müəyyən edilməsinə dair tərtib edilmiş texniki pasportun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon məhkəməsinin 06 iyun 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilmişdir. ün van 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh, 0,12 ha torpaq sahəsi isə mərhum Cavabdehovanın mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. 2017-ci ilin iyul ayında İddiaçı1 Məlikəjdər qızı və qeyriləri iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 Abşeron rayon xalq məhkəməsinin qətnaməsi ilə etibarsız hesab edilmiş qeydiyyat vəsiqəsi əsasında 11 sentyabr 2014-cü il tarixdə Cavabdeh adına vəsiyyətnamə qoymasını əsas göstərməklə həmin vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçılar kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsa s göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya kollegiyasının iclasında iddiaçıların vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiy ası məhkəməsinə görə iddiaçıların mübahisələndirdikləri vəsiyyətnaməni qoymaq hüququ verən qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş Nın adına olan şəhadətnamə Abşeron rayon xalq məhkəməsinin 18 iyun 1990-cı il tarixli qətnaməsi ilə ləğv edilsə də, sonradan həmin məhkəmə aktı Ali Məhkəmənin 17 oktyabr 1990-cı il tarixli qərardadı ilə ləğv edilmişdir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mərhum Nın adına verilmiş vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi öz təsdiqini tapmadığından və həmin şəhadətnamə əsasında sonuncunun adına olan qeydiyyat vəsiqəsinin həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədə olduğundan, həmin qeydiyyat vəsiqəsi əsasında 11 sentyabr 2004-cü il tarixdə N tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsızlığı üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Mübahisəli əmlak mülkiyyət hüququ əsasında Nya məxsus olduğundan onun həmin əmlak üzərində istədiyi kimi sərəncam vermək, o cümlədən onu vəsiyyət etmək hüququna malik olduğundan, eləcə də vəsiyyətnamənin qoyulması zamanı onun etibarsızlığına əsas verən qanun pozuntularına yol verməsi müəyyən olunmadığından kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 13 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5257/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5257/2019
08.08.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver