Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5260/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı X4 vəkili Cəfərov Ceyhun Bəykişi oğlunun və cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı 3442.17 manat borcun əsassız hesab edilərək silinməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4798/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh “x xxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1004/2020 saylı, 13.01.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim C.C.Musayeva) iddia təmin edilərək, cavabdeh "xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 31.10.2019-cu il tarixli, Rİ153625 saylı və 01.11.2019-cu il tarixli, US1280110 saylı aktların etibarsız hesab edilməsi və həmin aktlara əsasən iddiaçıya müvafiq olaraq hesablanmış 653,34 manat və 2788,83 manat, cəmi 3442,17 manat məbləğində borcun **********30004 saylı abunə hesabından silinməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4798/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), Z.A.Şirinov və R.Ə.Eyvazov) cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1004/2020 saylı 13.01.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-də yerləşən fərdi yaşayış ünvanına dair tərtib edilmiş 153625 nömrəli aktının qanunsuz hesab edilməklə işıqdan istifadəyə görə hesablanmış 3440.48 manat borcun əsassız hesab edilərək silinməsi və qanunsuz olaraq bu qədər borcun olmasına dair akt tərtib etdikləri üçün 500 manat mənəvi ziyanın “xxxx” ASC-dən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, 153625 nömrəli və US1280110 nömrəli aktların etibarsız hesab edilməsi və hər iki akt üzrə 653,34 manat və 2.788,83 manat məbləğində olan cərimələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 08.02.2012-ci il tarixdə ünvan 1 ünvanını alqı-satqı yolu ilə mülkiyyətinə keçirmişdir. 28 oktyabr 2019-cu il tarixdə heç bir xəbərdarlıq olmadan xxxx ASC-nin əməkdaşları gələrək fərdi yaşayış evinə qoyulmuş sayğacı iddiaçıya bildirmədən heç bir hal şahidinin iştirakını təmin etmədən çıxarıb aparmışlar. Bundan sonra iddiaçıya 153625 nömrəli AKT tərtib edərək guya yoxlama zamanı müəyyən olunmuşdur ki, sayğacın alt qapaq möhürü və plombunda xəta mövcuddur. xxxx AS C-yə gedərək hər ay yoxlamalar zamanı belə bir irad bildirilmədiyini və əvvəlki qaydada, işıq sərfıyyatına görə ödənişləri eyni qaydada etdiyini və onlar tərəfindən sayğaca müdaxilə edilmədiyini bildirsə də, işıq sayğacını sökərək aparmalarının onun iştirakı ilə və 2 hal şahidinin iştirakı ilə sökülərək qablaşdırılmalı olduğunu bildirmişdir. Sayğacı apararkən sayğaca nəzarəti özlərinin etdiyini və sayğacın evin içində olmamasını və küçədə hər bir müdaxilənin özləri tətəfindən edildiyini iradla onlara bildirmişdir. xxxx ASC tərəfindən 02.11.2019-cu il tarixdə 277 nömrəli xəbərdarlıq göndərilərək guya 3.440,48 manat borcunun olması və qeyd olunan borcun 3 gün müddətində ödənilməsini təmin etmədikləri halda xxxx ASC-nin Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən dayandırılar aq, elektrik qidalanma xətləri möhürlənəcəkdir və borc məbləğinin məcburi qaydada tutulması üçün qüvvədə olan mülki qanunvericiliyin tələblərinə uyğun qaydada tədbir görüləcəkdir kimi xəbərdarlıq edilmişdir. İddiaçı əvvəlki qaydada işıq sərfiyyatı ilə sayğacının göstəricisi ilə müəyyən edilmiş borcunu vaxtı-vaxtında ödəmişdir və bu barədə ona heç bir irad bildirilməmişdir. Dəfələrlə sayğaca baxış keçirilmiş lakin sayğacın düzgün işləməməsi barədə hər hansı bir xəbərdarlıq və ya məlumat bildirilməmişdir. Sayğac küçədə yerləşdiyindən nəzarəti də “xxxx” ASC-nin əməkdaşları etmişdir. İddiaçı heç vaxt sayğaca müdaxilə etməmişdir. Əgər müdaxilə olunmuş olsa belə bunu edə biləcək şəxslər Azərişığın əməkdaşları ola bilər. O cümlədən abonent olaraq xxxx ASC-dən hər hansısa qanunsuz yolla enerji oğu rlamamış, sayğacın möhür və plombuna müdaxilə etməmiş və elektrik sayğacından kənar X1 etməmişdir. Sayğac Binəqədi rayon enerji idarəsi tərəfindən qoyulmuşdur və onun alt qapaq möhürünə abonent tərəfindən əl dəyilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh “xxxx” ASC həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh “xxxx” ASC və vəkili Vəkil2 kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qey d etmişlər ki işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası iddiaçının heç bir sübutla təsdiq olunmayan izahatlarına istinad etməklə işə tam, obyektiv və qərəzsiz baxılmasını təmin etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X4 vəkili Cəfərov Ceyhun Bəykişi oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı X6 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil2, iddiaçı X4 vəkili Cəfərov Ceyhun Bəykişi oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kolleg iyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının dü zgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: -İddiaçı, X5 və “xxxx” ASC Nəsimi filialı arasında bağlanmış 24.01.2012-ci il tarixli, 12006-026/003460/ASİ saylı alqı-satqı və ipoteka müqavilələrinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı X5 ünvan 2 ünvanında 2 mərtəbəli, 0.34709 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə verir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Xidmətindən MA seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 tam mülkiyy ət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 119 nömrəli reyestr kitabının 10851 nömrəli vərəqində 18.02.2012-ci il tarixdə qeydiyyata alınmışdır. -Abunə kodu **********30004 olan abunə haqqında sənəddən görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi ev 63e ünvanı üzrə X2 adına R153625 saylı və UŞ1280110 saylı aktlara əsasən müvafiq olaraq 653,34 manat və 2788,83 manat 3.439,58 manat məbləğində borc hesablanmışdır. -“xxxx” ASC tərəfindən X3 ünvanlanmış bildirişdən görünür ki, **********30004 abunə kodlu sayğaca 3440,48 manat borc hesablanmışdır. -Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər adlı sənəddən görünür ki, 28.10.2019-cu il tarixli UŞ ******* saylı akta əsasən iddiaçıya (4547 kvts: 61 gün x 381 gün)-3047 kvts= 25353 kvts 0,11 tarifi ilə hesablanması və sayğacın yenisi ilə əvəz edilməsi qərara alınmışdır. -151999 saylı sayğacların və cərəyan transformatorlarının yoxlanılması protokolundan görünür ki, 29 oktyabr 2019-cu il tarixli, ******* saylı akta əsasən sayğacın 338539 saylı dövlət möhürünün pozulduğu, sayğacın gövdələnin arxa hissəsində qeyd olunan seriya nömrəsinin qoparılaraq yenidən yapışdırıldığı, sayğaca müdaxilə olunaraq daxili sxeminin dəyişdirildiyi, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Protokolda yalnız “xxxx” ASC-nin komissiya üzvlərinin iştirakı qeyd olunmuş, abonentin (abunə kodu - **********30004) iştirakı təmin edilməmişdir. -“xxxx” ASC tərəfindən X3 ünvanlanmış 02.11.2019-cu il tarixli, 277 saylı xə bərdarlıq məktubundan görünür ki, X5 3440,48 manat borcunun olması, qeyd olunan borcun 3 (üç) gün müddətində ödənilməsini təmin etmədiyi halda ünvana elektrik enerjisinin verilməsinin «xxxx» ASC-nin Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən dayandırılaraq, elektrik qidalanma xətlərinin möhürlənəcəyi və borc məbləğinin məcburi qaydada tutulması üçün qüvvədə olan mülki qanunvericiliyin tələblərinə uyğun qaydada tədbir görüləcəyi barədə xəbərdar olunmuşdur. -28.10.2019-cu il tarixli, R153625 saylı aktdan görünür ki, yoxlama zamanı sayğaca müdaxilə olunaraq daxili sisteminin dəyişdirildiyi məlum olmuşdur. «X1 Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cüm lədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbayca n Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, iş materiallarından göründüyü kimi məhkəməyə təqdim edilmiş 31.10.2019- cu il tarixli, Rİ153625 saylı aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «X1 Qaydaları»na riayət edilmədən tərtib edildiyi müəyyən edilmişdir. Belə ki, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin), eləcə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Eyni zamanda iddiaçının Aktı imza etməkdən imtina etməsi barədə qeydin aparılması da aktdan müəyyən edilmir. 01.11.2019-cu il tarixli, US1280110 saylı aktın məhkəməyə təqdim edilmədiyindən onun etibarlığını müəyyən etmək ümumiyyətlə mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, Qaydaların tələblərinə riayət edilmə dən tərtib edilmiş yuxarıda göstərilən aktlar etibarlı deyildir və beləliklə də onların əsasında hesablanmış borc silinməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 03 fevral tarixli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.16, 8.2, 8.3, 8.4 və 8.20-ci bəndlərinə, 01.01.2017-ci il tarixdən qüvvədə olan elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28.11.2016-cı il tarixli 17 nömrəli qərarına, MM-nin 385.1, 442, 454, 456, 560; MPM-nin 14.2, 76.1, 77.1, 78.1, 80, 82.1, 106.2, 119, 372, 385, 386, 388, 390-cı maddələrinə əsasən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün faktiki və hüquqi istinadlar müəyyən etmədiyindən hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının heç bir sübutla təsdiq olunmayan izahatlarına istinad edilməklə işə tam, obyektiv və qərəzsiz baxılmasının təmin edilmədiyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qəna ətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara ald ı: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4798/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5260/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5260/2020
17.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver