Məhkəmə qərarları › İş №2(102)-5263/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5263/2019

16.08.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5263/2019 16.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Mirzəliyev Əsəd Abdulla oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X3, iddiaçıların nümayəndəsi və vəkili X6, cavabdeh X4 və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 vəkili Cavadov Əjdər Əmrah oğlunun iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddiaçıların iddia tələbinin təmin, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının isə rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdilər. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “xxxx” Şirkətinə, Cavabdeh2nə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X8 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və sair tələbləri barədə” ilk iddia ərizəsi ilə; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 cavabdeh lər İddiaçı1 və Şirkətə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Xətai rayon məhkəməsinin 07 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən S.Səlimova, iş 2(011)-7883/2017) ilk iddia təmin edilməmiş, müstəqil iddia təmin edilmiş, İddiaçı1 ilə Şirkət arasında ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində sahəsi 157,6 kv.m olan 3 otaqlı mənzilə dair bağlanmış 27.09.2007-ci il tarixli 126 saylı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, Şirkətdən İddiaçı1 xeyrinə 133.900 ABŞ dollarının tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının30 may 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədovvə E.Kazımo v, iş № 2(103)-3157/2018) iddiaçıların apellyasiya şikayətinin təmin olunmasını, Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasını, yeni qətnamə qəbul edilməsini və ilk iddianın təmin, müstəqil iddianın isə rədd edilməsini, iddiaçılara MMC ilə bağladıqları müqavilələrdən imtina etməklə, həmin müqavilələr üzrə mənzillərə görə ödədikləri məbləğlərin onlara dəymiş ziyanla birlikdə MMC-dən alınması və ya həmin müqavilələr üzrə öhdəliyinin icra edilməsi, yəni müqavilədə nəzərdə tutulmuş ölçülər daxilində onlara başqa mənzillərin verilməsi tələbinə dair MMC-yə qarşı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsini qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov, iş № 2(102)-7862/2018) cavabdeh S.Kazımova və üçüncü şəxs Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), X.Sarıyevvə E.Şamayev, iş № 2(103)-1836/2019) iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri apelyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin 07 noyabr 2017-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İdd iaçı1 və İddiaçı2 kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçıların iddia tələbinin təmin, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının isə rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X6 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qan un pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçıların iddia tələbinin təmin, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının isə rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh X4 və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 vəkili Cavadov Əjdər Əmrah oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qayda da xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətlənd irilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12.10.2005-ci il tarixli, 267 saylı sərəncamı ilə Xətai rayonu ünvan 1 ünvanında İcra Hakimiyyəti başçısının 29.05.2004-cü il tarixli, 115 saylı sərəncamı “XXXXX” Şirkətlər qrupunun “XXX” müəssisəsinə gənclər disk otekası və kinozal üçün ayrılmış 1,9 ha torpaq sahəsinin 0,63 ha sahəsində yaşayış binasının tikintisinin layihələşdirilməsi “XXXXX” şirkətlər qrupunun istifadəsinə verilmişdir. “XXXXX” ilə Cavabdeh2 MMC arasında “XXXXX” Şirkətlər qrupunun istifadəsinə verilmiş həmin ərazidə yaşayış binalarının layihələndirilməsi və inşasının Cavabdeh2 MMC-nin vəsaitləri hesabına həyata keçirilməsi ilə bağlı 2007-ci ilin fevral ayında birgə fəaliyyət barədə müqavilə bağlanmışdır. Cavabdeh2 MMC ilə Cavabdeh3 arasında bağlanmış 14.03.2007-ci il tarixli müqaviləyə əsasən MMC ünvan 2 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi tikinti sahəsi 157,6 kv.m olan 3 otaqlı 53 saylı mənzili Cavabdeh3 verməyi, Cavabdeh3 isə həmin mənzilə görə hər kv.m üçün 850 manat olmaqla, 133.960 manatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri Cavabdeh3 tərəfindən tam ödənilmişdir. Cavabdeh3 həmin mənzilə dair MMC ilə bağladığı 14.03.2007-ci il tarixli müqavilənin ləğv edilərək, mənzilin dəyərini ona ödəyən Cavabdeh4 adına keçirilməsinə etiraz etməmişdir. Cavabdeh2 MMC ilə Cavabdeh4 arasında bağlanmış 17.05.2017-ci il tarixli müqaviləyə əsasən MMC ünvan 2 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi tikinti sahəsi 157,6 kv.m olan 3 otaqlı 53 saylı mənzili ona təhvil verməyi öhdəsinə götürmüş, bunun müqabilində mənzilin dəyəri olan 110.000 manat yeni payçı Cavabdeh4 tərəfindən əvvəlki payçı Cavabdeh3 ödənilməlidir. Mənzilin dəyəri Cavabdeh4 tərəfindən tam ödənilmişdir. Cavabdeh5 MMC-yə ünvanladığı 30.03.2017-ci il tarixli ərizəyə görə, o, ünvan 2 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən sahəsi 157,6 kv.m olan 3 otaqlı 48 saylı mənzilin alğı-satqısına dair müqavilənin ləğv edilərək, həmin mənzilin onun adından çıxarılmasına, mənzilin dəyərinin ona X4 tərəfindən ödənildiyindən mənzilin S.Kazımovanın adına keçirilməsinə etiraz etməmişdir. Cavabdeh2 MMC ilə X4 arasında bağlanmış 30.03.2017-ci il tarixli müqaviləyə görə, MMC sözügedən mənzili yeni payçı X4 təhvil verməyi öhdəsinə götürmüş, mənzilin dəyəri 75.000 manatı yeni payçı X4 əvvəlki payçı Cavabdeh5 ödəyir. Mənzilin dəyəri X4 tərəfindən tam ödənilmişdir. DƏDRX tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş 29.07.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa görə, ünvan 3 ünvand a yerləşən 48 saylı mənzil X4 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakındövlət reyestrində 2692 saylı reyestr kitabının 250812 saylı vərəqində qeydiyyata alınmışdır. “xxxx” şirkəti ilə İddiaçı1 arasında bağlanmış 27.09.2007-ci il tarixli, 126 saylı müqaviləyə görə, şirkət ünvan 2 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi tikinti sahəsi 157,6 kv.m olan 3 otaqlı mənzili İddiaçı1 mülkiyyətinə verməyi, İddiaçı1 isə mənzilin hər kv.m üçün 850 ABŞ dolları olmaqla, cəmi 133.900 ABŞ dollarını şirkətə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə görə İddiaçı1 ümumi məbləğdən 75.000 ABŞ dolları əvvəlcədən ödəmiş, qalan məbləği isə 7 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” şirkətinin 03.09.2008-ci il tarixli maliyyə arayışına görə, İddiaçı1 mənzilin dəyərini tam ödəmiş və şirkətə borcu yoxdur. “xxxx” şirkəti İddiaçı2 arasında bağlanmış 27.09.2007-ci il tarixli, 127 saylı müqaviləyə görə, şirkət ünvan 2 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən ümumi tikinti sahəsi 157,6 kv.m olan 3 otaqlı mənzili İddiaçı2 mülkiyyətinə verməyi, İddiaçı2 isə mənzilin hər kv.m üçün 850 ABŞ dolları olmaqla, cəmi 133.900 ABŞ dollarını şirkətə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə görə İddiaçı2 ümumi məbləğdən 75.000 ABŞ dolları əvvəlcədən ödəmiş, qalan məbləği isə 7 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” Şirkətinin 03.09.2008-ci il tarixli maliyyə arayışına görə, İddiaçı2 mənzilin dəyərini tam ödəmiş və şirkətə borcu yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.08.2015-ci il tarixli, 1(101)-517/20 15 saylı qərarı ilə (Şirkətin rəhbəri) X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 313-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən barəsində cinayət təqibinə xitam verilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən ibtidai və məhkəmə istintaqı zamanı mülki iddia vermədikləri üçün zərərçəkən şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən Milli Gəlirlər Departamentinin X18 Qeydiyyatı İdarəsindən alınmış 20.04.2018-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Cavabdeh2 MMC-nin dövlət qeydiyyatına alındığı 21.04.2004-cü il tarixindən təsisçisi X5, direktoru (qanuni təmsilçisi) həmin tarixdən 19.06.2015-ci il tarixədək X5, həmin tarixdən isə X10 olmuşdur. “xxxx” Şirkətinin 21.01.1999-cu il tarixli təsis müqaviləsinə əsasən təsisçiləri X11, X14, X1r, 01.03.1999-cu il tarixli təsis müqaviləsinə əsasən isə təsisçiləri X11, X14, X9 və X15r. Vergi uçot bazasında rəhbər X12r. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki işdə mübahisə predmeti cavabdeh MMC tərəfindən inşa olunmuş Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 12 və 13-cü mərtəbələrində yerləşən və hər birinin sahəsi 157,6 kv.m olan iki ədəd 3 otaqlı mənzildir. İşdə olan məlumatlara əsasən 12-ci mərtəbədə yerləşən mənzillə bağlı 30.03.2007-ci ildə Cavabdeh5la, 27.09.2007-ci ildə İddiaçı2la, 30.03.2017-ci ildə X4 arasında müqavilə bağlanmışdır. 13-cü mərtəbədə yerləşən mənzilə dair i sə 14.03.2007-ci ildə Cavabdeh3la, 27.09.2007-ci ildə İddiaçı1la və 17.05.2017-ci ildə Cavabdeh4lə müqavilə bağlanıb. İddiaçı2 və İddiaçı1la müqavilələr “xxxx” Şirkəti ilə, digər şəxslərlə (Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, S.Kazımova) müqavilələr isə MMC tərəfindən bağlanmışdır. Şirkət heç bir səlahiyyəti olmadan MMC tərəfindən inşa olunan ünvan 4 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində sahəsi 157,6 kv.m olan 3 otaqlı mənzili 27.09.2007-ci il tarixli 126 saylı müqaviləyə əsasən, 133.900 ABŞ dollarına İddiaçı1, həmin binanın 12-ci mərtəbəsində yerləşən sahəsi 157,6 kv.m olan 3 otaqlı mənzili 27.09.2007-ci il tarixli 127 saylı müqaviləyə əsasən 133.900 ABŞ dollarına İddiaçı2 satmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normal arının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır (maddə 358.1.). Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur (maddə 358.2.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.20 07-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlər də öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan halda, cavabdeh Şirkət mənzilləri iddiaçılara satarkən heç bir səlahiyyə ti olmadığı halda cavabdeh MMC tərəfindən inşa olunan mənzillərə dair sərəncam verməklə etibarsız əqdlər bağladığından, etibarsız əqdlər üzrə tərəflər aldıqlarını geri qaytarmaq vəzifəsi daşıdıqlarından iddiaçıların cavabdehlərə qarşı bağlanmış müqavilələri mübahisələndirmək, mənzillərin onlara təhvil verilməsi barədə iddianı irəli sürmək üçün subyektiv hüququ olmadığından ilk iddia əsassızdır və təmin edilə bilməz. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun d əyərini pulla ödəməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla 27.09.2007-ci il tarixli 126 saylı əqd üzrə Şirkətə 133.900 ABŞ dollarının ödənilməsi mübahisəsiz qaydada sübuta yetdiyindən, hesab edilməlidir ki, həmin məbləğin Şirkətdən alınıb İddiaçı1 verilməsi barədə Rayon Məhkəməsinin gəldiyi nəticə də qanuni və əsaslıdır. İddiaçı1 və İddiaçı2 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə onlara məlumat verilməməsinə, bununla da çəkişmə prinsipinin pozulmasına istinad etmişdir. Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar iddia ərizələrində məhkəməyə müraciətlərində ünvanlarını ünvan 5 prot okollarında, şəxsiyyət vəsiqələrində də eyni ünvan qeyd olunmuşdur. (bax: İ cild iş vərəqə 4,7, 46, 154, 164, 175, 186, 196, İİ cild 48) Apelyasiya instansiyası məhkəməsi məhkəmə iclasının yeri və vaxtı qeyd olunan bildirişi də həmin ünvana göndərmiş, lakin iddiaçıların həmin ünvanda yaşamaması səbəbindən apelyasiya instansiyası məhkəməsinin bildirişi onlara rəsmi təqdim olunmamışdır. Kassatorlar yalnız kassasiya şikayətində ünvanlarını “ünvan 6 Respublikası Mülki Prosessual Məcəllənin-nin 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa d a, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulması barədə dəlili əsassız hesab edir. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması əsası kimi istinad olunan məsələlərdən biri də apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutların ətraflı araşdırılmaması və onlara düzgün olmayan hüquqi qiymət verilməməsi barədədir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrini n məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, h ər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Kassasiya şikayətində kassatorlar sübut kimi ona istinad edirlər ki, “ “xxxx” şirkəti ilə Cavabdeh2 MMC arasında bağlanmış 14.03.2007-ci il tarixli birgə fəaliyyət barədə sazişin surətindən görünür ki, onlar ünvan 2 ünvanda inşa edilən binalardakı mənzillərin satışının “xxxx” şirkəti tərəfindən həyata keçirilməsi barədə razılaşmış lar.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, işə birinci dəfə Ali Məhkəmənin Mülki Kollegiyasında baxılarkən Mülki Kollegiya 27 noyabr 2018-ci il tarixli qərarında göstərmişdir ki, “Apellyasiya instansiyası məhkəməsi “xxxx” şirkətinin mübahisəli mənzillərlə bağlı müqavilə bağlamağa səlahiyyətli olması barədəki qənaətini əsaslandırarkən işin 2-ci cild 30-cu vərəqində olan “birgə fəaliyyət haqqında saziş”in kserosurətinə istinad etmişdir. Həmin sazişdə Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilən binalardakı mənzillərin satışının “xxxx” şirkəti tərəfindən həyata keçirilməsinə “xxxx” şirkəti və Cavabdeh2 MMC arasında razılıq əldə olunduğu göstərilmişdir. Əvvəla, yuxarıda qeyd olunduğu kimi apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi bu “saziş” kserosurət olmaqla qanunla müəyyən olunmuş qaydada təsdiq edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 89-cu maddəsi isə yazılı sübutların ya əslinin, ya da notariat qaydasında təsdiq olunmuş surətinin təqdim olunmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinin tələbinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Digər tərəfdən, istinad olunan bu “saziş” birinci instansiy a məhkəməsində deyil, apellyasiya baxışı zamanı təqdim olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə qəbul etdiyi 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə səhvlərinin aradan qaldırılmasının təmin edilməsi məqsədilə Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsində müəyyənləşdirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məcəllənin 385.1.1-ci maddəsində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq, maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki hallar əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin aradan qaldırılmasından ibarətdir. Mülki Prosessual Məcəllənin 371 və 372.2-ci mad dələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Bu sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: - işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut edilməsi. Yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; - yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni, apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər; - yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlid irlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürlərsə onlar qəbul oluna bilməzlər; - apellyasiya məhkəməsinin sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü hesab etməsi. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan bu “saziş”in kserosurətinin iddiaçı tərəfindən apellyasiya baxışı zamanı təqdim olunmasına baxmayaraq onu mötəbər sübut kimi qəbul etsə də, cavabdeh tərəfin təqdim etdiyi Cavabdeh5la Cavabdeh2 MMC arasında bağlanmış 30.03.2007-ci il tarixli müqavilənin əslini birinci instansiya məhkəməsində təqdim olunmadığına görə gecikmiş sübut kimi qiymətləndirmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsi ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçir ilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmar Çex Respublikasına qarşı” iş üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir.” Apelyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilən 15 fevral 2019-cu il tarixli qətnaməsində də həmin məsələyə toxunaraq qeyd etmişdir ki, “İş materiallarında olan “xxxx” Şirkəti ilə Cavabdeh2 MMC arasında bağlanmış 14.03.2007-ci il tarixli birgə fəaliyyət barədə sazişin fotosurətindən görünür ki, onlar ünvan 2 ünvanda inşa edilən binalardakı mənzillərin satışının “xxxx” şirkəti tərəfindən həyata keçirilməsi barədə razılaşmışlar. Qeyd olunan bu “saziş” fotosurət olmaqla qanunla müəyyən olunmuş qaydada təsdiq edilməmişdir. MPM-nin 89-cu maddəsi isə yazılı sübutların ya əslinin, ya da notariat qaydasında təsdiq olunmuş surətinin təqdim olunmasını nəzərdə tutur. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə, yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinin tələbinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Digər tərəfd ən, cavabdehlərin istinad etdiyi bu “saziş” birinci instansiya məhkəməsində deyil, işə birinci apellyasiya baxışı zamanı təqdim olunmuşdur. MPM-nin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə qəbul etdiyi 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə səhvlərinin aradan qaldırılmasının təmin edilməsi məqsədilə Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsində müəyyənləşdirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şika yətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məcəllənin 385.1.1-ci maddəsində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Belə olan halda, “xxxx” şirkətinin mübahisəli mənzillərlə bağlı müqavilə bağlamağa səlahiyyətli olması barədəki qənaətini əsaslandırarkən işin 2-ci cild 30-cu vərəqində olan “birgə fəaliyyət haqqında sazişin” fotosurətinə istinad edilməsi yolverilməzdir.” Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün araşdırılmaması və onlara düzgün hüquqi qiymət verilməməsi barədə kassasiya şikayətini n dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Kassasiya şikayətinin dəlillərindın biri də ondan ibarətdir ki, “cavabdeh tərəfindən təqdim olunmuş müqavilələrin sonradan arxa tarixə və görünüş üçün bağlandığını təsdiq edir.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar apelyasiya instansiyası məhkəməsi qətnaməsində göstərmişdir ki, “cavabdehlərin 14.03.2007-ci ildə Cavabdeh3la və 30.03.2007-ci ildə Cavabdeh5la bağlanmış müqavilələrin arxa tarixə və yalnız görünüş üçün bağlanması əsasları ilə uydurma əqdlər olması barədə dəlilləri ilə də razılaşmaq olmaz. Çünki iş materiallarında həmin əqdlərin arxa tarixə və görünüş üçün bağlanmasını təsdiq edən hər hansı tutarlı və mötəbər sübut yoxdur.” Kassasiya şikayətində qeyd olunur ki, cinayət işində X10 tərəfindən təqdim olunmuş 2007-ci ildə satılmış mənzillərin siyahılarında İddiaçı1 və İddiaçı2 adları olsa da, onlardan əvvəl mənzilin satıldığı iddia olunan digər şəxslərin adları aşkar olunmamışdır.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, M.İ.Cəfərov cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə eyni mənzillərə münasibətdə müxtəlif şəxslərlə və müxtəlif tarixlərdə bağlanmış müqavilələrin hamısını istintaqa təqdim etməyə bilərdi. Ona görə də həmin dəlil apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, “X2 sağlığında, yəni 30 yanvar 2013-cü il tarixdə sərbəst auditor X13 və mütəxəssis qismində 14.01.2013-cü il tarixli 003 saylı müqaviləyə əsasən cəlb olunmuş «xxxx» MMC və «xxxx» MMC-nin direktoru X2 iştirakları ilə tərtib olunmuş Aktdan görünür ki, «xxxx» MMC tərəfindən ünvan 7 ünvanda inşa edilən 4 ədəd 1 girişli, 24 mərtəbəli yaşayış binalarında yaşayış və qeyriyaşayış sahələrinin alıcılara satılarkən tərtib olunmuş müqavilələrin və satışa dair əməliyyatların düzgünlüyünə dair audit xidməti aparılmışdır. Həmin akta əsasən MMC tərəfindən qeyd olunan inşa edilən binalardakı yaşayış və qeyri-yaşayış sahələrinin bir qismi ilə bağlı qanunsuzluqlar müəyyən olunsa da, hazırkı iş üzrə iddiaçılar tərəfindən alınmış mənzillərlə bağlı hər hansı bir digər müqavilənin mövcudluğu və ya başqa hər hansı bir neqativ hal müəyyən olunmamış, həmin akta əlavə olunmuş siyahıda da mənzillərin iddiaçılara satıldığı və onlara məxsus olması qeyd edilmişdir. B elə olan halda bir daha aydın olur ki, 30 yanvar 2013-cü il tarixdə audit yoxlaması zamanı da iş üzrə cavabdehlər və üçüncü şəxslərin adına həmin mənzillərlə bağlı hər hansı bir müqavilə mövcud olmamışdır” Kassatorlar audit yoxlaması aktının surətini kassasiya şikayətinə əlavə etmişlər. Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi mülki mübahisənin tərəfləri iş ilə bağlı sübutları birinci instansiya və apelyasiya instansiyası məhkəməsində təqdim etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə ol unan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsində hüquqi məsələlərin araşdırılmasını nəzərə alaraq kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsi nin Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar