Məhkəmə qərarları › İş №2(102)-5263/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5263/2021

01.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5263/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər "xxxx" ASC və Salehli Şədiyyə Arif qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5263/21 (Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, kassasiya şikayətindən imtina, kassasiya baxışına xitam) Bakı şəhəri, 01 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, İddiaçı vəkili Vəkil1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin vəkili XXXun iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2919/2021 nömrəli, 07 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsin müraciət edərək, cavabdehlər "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 23 iyun 2014-cü il tarixli 100.CL.230614.00001/i və 100.CL.230614.00001/j saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-4360/2019 s aylı, 19 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 23 iyun 2014-cü il tarixli 100.CL.230614.00001/i və 100.CL.230614.00001/j saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi qət edilmişdir. (hakim Günay Axundova) Cavabdeh "xxxx" ASC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmiş "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1383/2020 nömrəli, 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova, Elşad Şamayev) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)5274/20 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1383/2020 nömrəli, 28 fevral 2020-ci il tarixli qətnaməsi ləv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2919/2021 nömrəli, 07 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh "xxxx" ASC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin apellyasiya şikayətləri təmin edilmiş, hazırki iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-4360/2019 saylı, 19 avqust 2019-cu il tarixli qətnaməsi ləğv, iddia tələbi rədd edilmişdir. İddiaçı kassasiya şikayəti vermi şdir. İşə kassasiya qaydasında baxılarkən iddiaçı İddiaçı vəkili Vəkil1 kassasiya şikayətindən imtina ərizəsi ilə məhkəmə kollegiyasına müraciət edərək, "xxxx" ASC ilə barışıq əldə etdiklərini, barışıq sazişi imzaladıqlarını bildirdi və kassasiya şikayətindən imtinanın qəbul edilməklə kassasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin vəkili Qasımov Samir Saday oğlu kassasiya icraatına xitam verilməsinə etiraz etmədiyini göstərdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə cavabdehlər "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasında iştirak təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiya sı MPM-in 415.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 410.1-ci maddəsinə görə kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 410.2-ci maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 410.3-cü maddəsinə görə kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Məhkəmə kol legiyası kassasiya şikayətindən imtina barədə ərizəni iş materialları ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, kassasiya şikayətindən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı, Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar və digər tərəflərin kassasiya şikayəti olmadığı üçün qəbul edilməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2919/2021 nömrəli, 07 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilməldir. Yuxarıda göstərilənləri əsasən və MPM-in 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İddiaçı kassasiya şikayətlindən imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103 )-2919/2021 nömrəli, 07 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar