Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5265/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, ümumi birgə əmlaka sərəncam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(105)930/2021 nö mrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh1 və İddiaçı 12 noyabr 2012-ci il tarixdə nikaha daxil olmuş, nikahlar Xaçmaz Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. 07 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə Xaçmaz rayonunun Qaracik Zeyid kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 tərəfindən alınmış və həmin torpaq sahəsi sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 Xaçmaz rayonunun Qaracik Zeyid kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 10 noyabr 201 9-cu il tarixli Daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə Cavabdeh2 4000 manata satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 arasında 10 noyabr 2019-cu il tarixdə bağlanmış AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 20 manat rüsum qismində və 100 manat hüquqi yardıma görə ödədiyi pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli qətnaməsi ilə Xaçmaz rayonu, Qaracik Zeyid kəndində yerləşən, birgə nikah dövründə əldə edilmiş 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sah əsi ½ hissəsi iddiaçının, ½ hissəsi Cavabdeh1 payı olmaqla aralarında bərabər bölünmüşdür. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə baxılan zaman məlum olmuşdur ki, cavabdeh qanunsuz olaraq qətnamə ilə aralarında bölünmüş 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini öz qaynı Cavabdeh2 satmışdır. Alqı-satqı müqaviləsi formal xarakter daşıyır və məhkəmə qətnaməsinin icrasına maneçilik törətmək məqsədi daşıyır. 15000 manat bazar qiyməti olan 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 4000 manata satmasına dair alqısatqı müqaviləsi bağlanmışdır ki, bu da müqavilənin saxtalığına dəlalətdir. Cavabdeh2 satıcı Cavabdeh1 qaynıdır və Cavabdeh1 İddiaçı ilə nikahlarının pozulması, torpaq sahəsinin bölünməsi barədə qətnamənin qəbul edilməsindən xəbərdar olmuşdur. Xaçmaz Rayon Məhk əməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(067)-654/2020 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 151-ci, Mülki Məcəlləsinin 140, 148.2, 149.2, 225.6, 324.1, 335.2, 567, 646.1, 646.2-ci, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinad edərək hesab etmişdir ki, cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlandığı 10 noyabr 2019-cu il tarixdə mübahisə predmeti olan torpaq sahəsinin hüquqi statusu İddiaçı və Cavabdeh1 birgə mülkiyyətində olmuş əmlak kimi müəyyən edilmədiyindən, yəni əmlak onların birgə mülkiyyətində olan əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmin əmlakın ər-arvadın birgə mülkiyyətində ol ması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olmadığından iddia əsassızdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(067)-654/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(105)-930/2021 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdən və G.F.Tağızadədən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(067)-654/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, Cavabdeh1 ilə Cavabdeh2 arasında 10 noyabr 2019-cu il tarixdə bağlanmış AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 32.3, 33.4-cü, Mülki Məcəlləsinin 225.6 və 337.1-ci maddələrinə istinad edərək müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi satılarkən torpaq sahəsi üzərində Cavabdeh1 ilə bərabər hüquqa malik olan İddiaçı razılığı alınmamış, ümumiyyətlə ona bu barədə məlumat verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi 2017-ci ildə 10000 manat alınsa da, 2019-cu ildə 4000 manata satılması, eləcə də torpaq sahəsinin Cavabdeh1 yeni həyat yoldaşı X2 qa rdaşı Cavabdeh2 satılması, yəni alqı-satqıda iştirak edən şəxslərin qohum olması təsdiq edir ki, alqı-satqı müqaviləsi yalnız formal bağlanmışdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə Cavabdeh1 İddiaçı ona qarşı mübahisəli torpaq sahəsinin ½ hissədə paylara bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini, mübahisəli torpaq sahəsinin ½ hissədə bölünməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini bildiyi halda 10 noyabr 2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini Cavabdeh2 satmışdır. Bununla da məlum olur ki, cavabdeh mübahisəli torpaq sahəsinə dair məhkəmə mübahisəsi olduğunu bilə-bilə torpaq sahəsinin qaynı Cavabdeh2 satmışdır ki, bu da həmin müqavilənin etibarsızlığı üçün əsas hesab edilməlidir. Kassasiya şik ayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(105)-930/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işin faktiki halları tam araşdırılmamışdır. Belə ki, mübahisələndirilən torpaq sahəsi faktiki olaraq cavabdehin atası tərəfindən 2002-ci ildə alınmış, formal alqı-satqı müqaviləsi isə 2017-ci ildə bağlanmışdır. Həmçinin Cavabdeh2 ka ssasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(105)-930/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, Mülki Məcəllənin 6-cı maddəsi ilə nəzərdə tutulmuş müqavilə azadlığı prinsipini nəzərə almamış, alqı-satqı müqaviləsi bağlanılarkən daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi üzərində yüklülüyün olmaması və cavabdehin vicdanlı alıcı olması, əmlakın iddiaçı ilə digər cavabdehin birgə mülkiyyə tlərində olmasına dair məhkəmə qətnaməsinin qüvvəyə minməməsi nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətlərinə yazılı etiraz verərək, həmin şikayətlərin dəlillərinin əsassız olmasını göstərmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmişlər. C avabdeh1 məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya ins tansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növ ünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin ( arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbayca n Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasınd an, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlard a müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci madd əsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır. Kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 mübahisələndirilən torpaq sahəsinin tərəflərin birgə nikahlarından əvvəl onun atasının vəsaiti hesabına əldə olunmasını göstərsə də, həmin dəlillə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində işdə olan sübutları qiymətləndirərək torpaq sahəsinin iddiaçı ilə Cavabdeh1 ümu mi mülkiyyətlərində olması qənaətinə gəlmiş və həmin əmlakın özgəninkiləşdirilməsi zamanı iddiaçının razılığının olmamasını nəzərə almaqla, iddianı təmin etmişdir. Cavabdeh2 kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsi ər-arvadın ümumi birgə mülkiyyəti olduğundan alıcının vicdanlı sahib olması əsası ilə iddianın rədd edilməsi Mülki Məcəllənin 225.6-cı maddəsinin tələblərinə ziddir. Digər tərəfdən apellyasiya məhkəməsi kassatorun vicdanlı olub-olmaması məsələsinə hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası da, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirilməsi ilə razılaşır ki, Cavabdeh2 Cavabdeh1 ilə qohumluq münasibətlərində olması, sonuncunun iddiaçı ilə ailə münasibətlərinin pozulmasınd an sonra məhkəmə mübahisələrindən məlumatlı olması onun vicdanlı olmasını istisna etmişdir. Bundan əlavə məhkəmə kollegiyası izah edir ki, ər-arvadın birgə əmlak üzərində ümumi birgə mülkiyyət hüquqları bu hüququn məhkəmə qaydasında tanınıbtanınmasından asılı olmayaraq mövcuddur. Bu səbəbdən hazırda mübahisələndirilən müqavilə bağlanılarkən torpaq sahəsi üzərində Cavabdeh1 və İddiaçı paylarının müəyyən edilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 07 iyul 2019-cu il tarixli qətnaməsinin qüvvəyə minib-minməməsi iş üçün əhəmiyyət kəsb etmir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həl li üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(105)-930/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5265/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5265/2021
25.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver