Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5265/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Bakı Şəhəri 12 saylı Notariat ofisi, 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisi, Cavabdeh4 Bəybala qızı, Cavabdeh5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX nəzdində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğvi, mirasın faktiki qəbulu, mirasın qəbulu barəsində mübahisələr üçün kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan i barət tərkibdə, İddiaçı cavabdehlər Bakı Şəhəri 12 saylı Notariat ofisi, 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisi, Cavabdeh4 Bəybala qızı, Cavabdeh5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX nəzdində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnamələrinin və bununla bağlı çıxarışların etibarsız hesab edilmələri” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2251/2022 nömrəli, 04 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) anası Zəhraxanım Seyfulla qızı xx.xx.2004-cü ildə, atası Nuxbala E min oğlu isə xx.xx.2005-ci ildə vəfat etmiş, bundan sonra miras işi açılmışdır. xx.xx.2005-ci il tarixdə iddiaçının qardaşı X5 verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, ünvan 1 ünvanında yerləşən mənzil ona miras qalmışdır. 2. 15.04.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2005-ci il tarixdə ölmüş Nuxbala Emin oğlunun vərəsəsi X6r və o, miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan ümumi sahəsi 195.7 kv.m olan qeyri-yaşayış binasının mərhuma məxsus payından ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci inst ansiya məhkəməsindəki icraat
3. İddiaçı əvvəlcə iddia ərizəsi, sonra isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: - cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinin 18 fevral 2005-ci il tarixdə 2v-1-48 reyestr nömrə ilə Nuxbala Emin oğlunun mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən evin 5/6 hissəsinə dair X3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin; - cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinin 15 aprel 2019-cu il tarixdə 2V-42 reyestr nömrə ilə Nuxbala Emin oğlunun mülkiyyətində olan ünvan 2ndə ümumi sahəsi 195,7 kv.m olan qeyri-yaşayış binasına dair X3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin; - cavabdeh 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinin 09 mart 2021-ci il tarixdə 2V-199 r eyestr nömrə ilə X3 mülkiyyətində olan ünvan 3 saylı evin və ünvan 2ndə yerləşən sahəsi 195,7 kv m olan qeyri-yaşayış binasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin; - cavabdeh 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinin 11 mart 2021-ci il tarixdə 2V211 reyestr nömrə ilə Cavabdeh4 ona çatan payın cavabdeh X4 bağışlamasına dair müqavilənin etibarsız hesab edilməsi və bütün əməliyyatlar nəticəsində verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onlar ailədə 3 övlad: 2 bacı və 1 qardaş olmuşlar. Bacısı Afət ərə gedib və Hollandiyaya köçərək ailəsi ilə daimi orada yaşayır. Atası vəfat etdikdən sonra, qardaşı notariusa müraciət edərək, yeganə vərəsə olduğunu bildirmiş, onun və digər bacısının mövcudluğunu gizlətmiş, bununla da, həqiqətə uyğun olmayan şəhadətnamə almışdır. Nəticədə qardaşı miras qalmış əmlakın 1/3 hissəsinə yox, bütün miras əmlaka qanunsuz sahib olmuşdur. Bunlar barədə o, qardaşı vəfat etdikdən sonra məlumatlı olmuşdur.
5. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində bildirmişdir, onlar qonşu olmuşlar. Nəzakət xanım, Azər müəllim bir yerdə böyümüşlər. Onlardan 2 qapı yuxarıda qalıblar. Orada yaşayanlardan demək olar ki, hamını tanıyır. Bunlardan ona görə məlumatı var ki, onların yaxın qohumu onların həyətində kirayədə qalıb. O vaxt X9 Azər üçün 3 otaqlı ev alıb. Nuxbala ondan sonra bir Azər üçün ev alıb, bir də böyük qız Afət üçün. Bunu da bilmə səbəbi odur ki, onların əmisi uşaqları ilə o eyni blokda üzbəüz qonşudurlar. Azəri atasını döyərkən görmüşdür. Azər öz bacılarını, həmçinin Almaniyada yaşayan böyük bacısının oğlunu da küçənin ortasında vəhşicəsinə döyüb. Ona görə də, Azərin qorxusundan Nuxbalanın qızları həmin evə yaxın dura bilməyiblər. Nuxbala rəhmətə gedəndən sonra bir vaxt Nəzakət və oğlu orda olub. Daha sonra Azər 3 otaqlı evi satıb ata evinə gəlib. Əvvəllər Azər orada yaşamayıb. Nəzakət və oğlu Nuxbalanın ölümündən sonra da orada yaşayıb. Azər onu incitdiyi üçün Nəzakət çıxıb gedib. O heç qonşularla belə yola getməyib.
6. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində bildirmişdir ki, 1956-cı ildə həmin məhəllədə doğulmuşdur. 2005-ci ildə Nuxbala rəhmətə gedəndən sonra orada Azər yaşadı. Çünki, hamını döyərək evdən qovdu. Ancaq atasının və anasının sağlığında Nəzakət xanım və uşağı ata evində yaşayıb. Sonralar Nəzakət xanımın evi olub. Nəzakət xanımın yoldaşı Arxitekturada işləyirdi. Yaxşı imkanı var idi. Nuxbala Nəzakət xanım üçün aldığı evi də Azər satıb yedi. Nuxbala öləndən sonra Azər yaşayırdı orada amma Nəzakət da gedib-gəlirdi. 1997-ci ildə Nəzakət boşanandan sonra ata evinə gəlmişdi. Nuxbala rəhmətə gedəndən 1-2 ay sonra Azər Nəzakəti evdən qovmuşdur.
7. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində bildirmişdir ki, o, tərəfləri çox yaxşı tanıyır. Heç bir düşmənçiliyi yoxdur. O evdə Nuxbala, Zəhra, Azər də gəlirdi. Yalnız Nəzakət tez-tez gedib-gəlirdi. Ona görə ki, o ərdə idi. O gələndə xəbəri olurdu. Çünki, gələn kimi səsini eşidirdi. Nəzakət orada yaşamayıb. Ərə gedəndən sonra çıxıb gedib. 1980-ci ildə Nəzakət ailə qurub. O evdə Nuxbala və Zəhra yaşayıb. Azər də ara bir gəlibgedi b. Nuxbala rəhmətə gedəndən sonra ata evində Azər yaşayıb, Nəzakət yaşamayıb. O, ər evində olub. Sonra da eşidib ki, Sumqayıtda Corata köçüb.
8. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddia müddətinin tətbiqinə dair ərizəsindən görünür ki, cavabdeh iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti buraxıldığından iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-4130/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli) iddia rədd edilmişdir.
10. Məhkəmə iddia tələbinin 1-ci hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı mirasın açıldığı 2005-ci ildən, atasının ölümündən məlumatlı olaraq miras payın qəbul edilməsi ilə bağlı mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etməmiş, miras əmlakı sahiblik və faktiki idarə etməmişdir. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür.
11. Məhkəmə iddia tələbinin 2-ci hissəsinə münasibətdə qeyd etmişdir ki, 15 aprel 2019-cu il tarixdə verilmiş şəhadətnamə 2005-ci il tarixdə iddiaçının atasının ölümü ilə bağlı açılmış vərəsəlik işinin davamıdır. Nə 2005, nə də 2019-cu il tarixlərdə iddiaçının miras əmlakın qəbul edilməsi ilə bağlı heç bir müraciəti olmamışdır. Bundan əlavə, məhkəmə iclasında iddiaçının miras əmlakı faktiki qəbul etməklə sahiblik və faktiki idarə etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır.
12. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi həmin hissələrdə təmin edilmədiyindən, qalan hissələrdə d ə təmin edilə bilməz.
13. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1133.1, 1134.1, 1134.2, 1146, 1159.1, 1243, 1246, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76, 77.1, 81, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, o, ünvan 5 ünvanda yerləşən mülkün vərəsəliyini faktiki qəbul etmişdir. Buna görə də, Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən sahəsi 195.7 kv.m olan qeyri-yaşayış sahəsi üzrə vərəsəliyi qəbul etmiş hesab olunur. Həmin qeyri-yaşay ış sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 15 aprel 2019-cu il tarixdə verilmişdir. Məhkəmə bilərəkdən qanunun tələblərini pozmuşdur. Belə ki, iddiaçının atasından miras qalmış hər iki əmlaka dair notariat işlərinin surətləri məhkəmə iclasında hakimə təqdim edilmiş və o, həmin notariat işlərini mülki işə əlavə edilmişdir. Hər iki notarial işdə iddiaçının mərhum qardaşı Azər Eminov notariat kontoruna iki dəfə saxta arayışlar təqdim etmişdir ki, o, yeganə vərəsədir və ondan başqa vərəsə yoxdur. Qətnamədə qardaşının saxta arayışlar təqdim etməsinə hüquqi qiymət verilməmişdir. Hesab edir ki, bu hal bütün vərəsəlik sənədlərinin etibarsız hesab edilməsi üçün əsasdır.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1 03)-2251/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi barədə iddia tələbini irəli sürsə də, Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş 2 aylıq kəsici müddəti də ötürmüşdür. Belə ki, iddiaçı mərhum qardaşından qorxduğu üçün miras əmlakı qəbul etmək üçün hər hansı bir tədbir görmədiyini bəyan etməklə, faktiki olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şə hadətnamələrin etibarsız hesab edilməsi barədə müddəti ötürdüyünü təsdiq etmişdir.
17. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İddiaçı həmin evdə miras açılmamışdan əvvəl də, sonra da yaşamamış və mirası qəbul etdiyini hansısa formada nümayiş etdirməmişdir. İddiaçı mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməli idi. Lakin bununla əlaqədar hər hansı bir hərəkətlər etməsi təsdiq olunmur. İş üzrə dindirilmiş şahidlərin ifadələri ilə də iddiaçının miras əmlakı faktiki olaraq qəbul etməsi təsdiq olunmur. Çünki, şahidlərin ifadələri bil avasitə sübut edilməli olan halları təsdiq etmir.
18. Digər tərəfdən, iddiaçı mübahisəli evdən 1981-ci ildən ərə getdiyini, 1997-ci ildə nikahı pozulduqdan sonra yenidən valideynlərinin yaşadığı həmin miras evə qayıtdığını və 2002-ci ilə kimi bu evdə yaşadığını, həmin tarixdən sonra yenidən başqa ünvana köçüb yaşasa da, valideynləri vəfat edənədək bu evə gəlib-getdiyini, 18 yanvar 2005-ci ildə atası vəfat etdikdən sonra yenidən həmin evə qayıtdığını, lakin həmin ilin novruz bayramından sonra mərhum qardaşı Azər Eminov tərəfindən evdən qovulduğunu bildirsə də, bu hallar da mirasın onun tərəfindən faktiki olaraq qəbul edildiyini təsdiq etmir. Əksinə, işdən açıqaşkar görünür ki, iddiaçı həmin evdə miras açılmamışdan əvvəl də, sonra da yaşamamış və mirası qəbul etdiyini hansısa formada nümayiş etdirməmişdir. Mümkündür ki, iddiaçı miras qoyan atası öldükdən sonra bir müddət, konkret olaraq özünün göstərdiyi təxminən 2 ay müddətində yas mərasimi ilə əlaqədar həmin evdə qalmış olsun. Ancaq bu o demək deyil ki, iddiaçı həmin müddətdə miras əmlak olan evə faktiki sahiblik etmiş yaxud həmin evin faktiki idarəçiliyini həyata keçirmişdir. Buna görə də, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiyindən mübahisəli evə dair həmin hüququ itirmişdir.
19. Bununla yanaşı, iddiaçı mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməli idi. Lakin onun bununla əlaqədar hər hansı bir hərəkətlər etməsi təsdiq olunmur. Miras qoyan atasının 18 yanvar 2005-ci ildə ölməsi ilə əlaqədar həmin ilin mart ayına kimi qeyd olunan evdə qalması mirası qəbul etməyə yönələn hərəkət kimi qiymətləndirilə bilməz. Əksinə, mərhum qardaşı tərəfindən miras evdən qovulmasını bəyan edirsə, demək qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməli olduğunu da bilmişdir. Mərhum qardaşından qorxduğu üçün miras əmlakı qəbul etmək üçün 16 il müddətində hər hansı bir tədbir görməməsi də onun bu miras əmlakı faktiki olaraq qəbul etməməsinə dəlalət edir. Ona görə də, iddiaçı atası öldükdən sonra mübahisəli evdə qısa müddətdə qalması təsdiq olunsa belə, bu ona hansısa üstün imtiyaz verə bilməzdi.
20. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, həm şahidlərin, həm də qonşuların bir qismi iddiaçının atası vəfat etdikdən sonra bir-iki ay müddətində həmin evdə yaşadığını, digər şahid və bir neçə qonşu isə iddia çının ərə getdikdən sonra həmin evdə yaşamadığını bəyan edirlər. Bu cür vəziyyətdə hansı məlumatların mötəbər olduğunu müəyyən etmək də mümkünsüz olur. Odur ki, şahid ifadələri ilə də iddiaçının miras əmlakı faktiki olaraq qəbul etməsi təsdiq olunmur.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi barədə iddia tələbləri əsassız olduğundan və təmin edilməsi üçün əsas olmadığından onlardan törəyən digər tələblər də təmin edilə bilməz. Çünki, əsas tələblərin təmin edilməməsi avtomatik olaraq digər tələblərin də təmin edilməməsini labüd edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul e dilməsini xahiş etmiş və kassasiya şikayətini iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
24. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
25. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
26. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı aşa ğıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar.
27. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
28. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
29. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
30. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
31. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində m übahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olun an nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aş ağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və y a dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.
42. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, habelə birinci və apellyasiya baxışı zamanı istinad edilməmiş yeni dəlillər və ya faktiki hallarla bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
43. Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2251/2022 nömrəli mülki iş üzrə 04 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.