Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5268/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının vəkili X6, cavabdehin vəkili X7, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı pul kompensasiyası verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı MMC tərəfind ən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı pul kompensasiyası verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov) Nəsimi rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı MMC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh5 qarşı “pul kompensasiyası verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 11 saylı, ümumi sahəsi 163,8 m olan mənzildə yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 yaşadıqları ümumi sahəsi 163,8 kv.m. olan mənzilin hər kv.m. üçün 1650 (min altı yüz əlli) manat olmaqla, cəmi 270270 (iki yüz yetmiş min iki yüz yetmiş) manat (163,8 x 1650 = 270270) pul kompensasiyası ödəməklə qəzalı mənzildən çıxarılmaları və tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 11 saylı, ümumi sahəsi 163,8 m olan mənzildə yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaşadıqları ümumi sahəsi 163,8 kv.m. olan mənzilin hər kv.m. üçün 1650 (min altı yüz əlli) manat olmaqla, cəmi 270270 (iki yüz yetmiş min iki yüz yetmiş) manat (163,8 x 1650 = 270270) pul kompensasiyası ödəməklə qəzalı mənzildən çıxarılmaları və tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya in stansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 10 fevral 1996-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Leninqrad prospekti, 11 saylı mənzili X4 adına mülkiyyət hüququ ilə 10 fevral 1996-cı il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən qeydiyyatdan keçməklə ünvan 1, 11 saylı fərdi yaşayış evinin ¼ hissəsi X1, ¼ hissəsi Cavabdeh3, ¼ hissəsi Cavabdeh2, ¼ hissəsi isə Cavabdeh1 mülkiyyətlərindədir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 15 iyul 2014-cü il tarixli, 328 saylı sərəncamına əsasən İddiaçı 04 iyul 2014-cü il tarixli müraciətə əsasən Nəsimi rayonu, C.Məmmədquluzadə, N.Yusifbəyli, Novruzov qardaşları və M.Sənani küçələrinin əhatəsindəki 999-cu məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 13 iyun 2016-cı il tarixli sərəncamına əsasən İddiaçı MMC-yə Nəsim i rayonu, C.Məmmədquluzadə, N.Yusifbəyli, Novruzov qardaşları və M.Sənani küçələrinin əhatəsindəki 999-cu məhəllədə Baş Plan üzrə 1 saylı, 1 girişli, 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövləttikintilayihə” İnstitutunun 31 avqust 2017-ci il tarixli “ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilin texniki vəziyyəti haqqında” akta əsasən baxılan mənzilin istismar müddətinin bitməsi və mənzilin divarlarında mövcud olan çatlar və zədələnmələri nəzərə alaraq mənzilin yükdaşıyan konstruksiyalarının (müxtəlif növ tikinti materiallarından inşa edilmiş) yolverilməz vəziyyətdə olası qeyd edilmişdir. Sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə mənzilin istismarının dayandırılması rməqsədəuyğun hesab edilmişdir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Başçısına ünvanladığı 13 sentyabr 2017-ci il tarixli zəmanət məktuba əsasən Nəsib bəy Yusifbəyli küçəsində yerləşən mərhumə X5 məxsus 11 saylı evdə yaşayan sakinlərin evlərinin qəzalı vəziyyətdə olma səbəbindən onların köçürülməsi məqsədi ilə mülkiyyətlərində olan 88.9 kv.m yaşayış sahəsi, 74.9 kv.m köməkçi sahənin (ümumilikdə 163.8 kv.m) əvəzinə "İddiaçı” MMC ərazidə inşa etdiyi yaşayış binasından ümümi sahədən 20 faiz artıq olmaq şərti ilə təxminən 200 kv.m orta təmirli yaşayış sahəsi ilə təmin etməyə, eyni zamanda tikinti başa çatana qədər hər ay ayda 300 manat olmaqla Nəsib bəy Yusifbəyli, ev 11 ünvanının sakinlərinin kirayə haqqını ödəməyə zəmanət vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2019-cu il tarixli məhkəmə ekspertizasının rəyinə əsasən İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, N.Yusifbəyli, Novruzov Qardaşları və M.Sənani küçələrinin əhatəsində olan 999-cu məhəllədə yerləşən 1 saylı, 1 girişli olan 16 mərtəbəli yaşayış binasının şəhərsalma və tikinti normalarına uyğun inşa edildiyi müəyyən olunur. Bakı şəhər İcra Hakimiyyətnin Başçısının 328 saylı, 15.07.2014-cü il tarixli sərəncamına əsasən tədqiq olunan ərazidə yerlən tikililərin, o cümlədən 11 saylı yaşayış evinin sökülməsi nəzərdə tutulduğunu, eləcə də Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən tərtib edilmiş 14/196 №-li, 11.09.2014-cü il tarixli ayrıc aktına əsasən, ünvan 3 ünvanda yerləşən yaşayış evinin İddiaçı MMC-nə yüksəkmərtəbəli yaşayı ş binalarının tikintisi üçün ayrılmış torpaq sahəsi ilə yanaşı sahədə deyil, həmin evin faktiki olaraq İddiaçı MMC-nə ayrılmış torpaq sahəsinin daxilində yerləşdiyini nəzərə alaraq, tədqiq olunan ərazidə İddiaçı MMC tərəfindən aparılan tikintiquraşdırma işləri nəticəsində yanaşı sahələrdə obyektlərin yerləşdirilməsi ara məsafələri və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinin pozulmadığımüəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhə dboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanu nu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.1-ci maddəsinin tələbinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.2-ci maddəsinin tələbinə görə vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 31-ci maddəsinin tələbinə görə yaşayış sahəsinin və (və ya) onun altındakı torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanma sı və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 3.1.1, 3.1.2, 3.1.3, 3.1.4-cü maddələrinin tələblərinə görə bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi və dövlət əhəmiyyətli da ğ-mədən sənayesiobyektlərinin tikilməsi. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, İddiaçı» Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı iddia tələbinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddiaçı iddia tələbini qanunvericiliyin yuxarıda sadalanan müddəalarına uyğun əsaslandıra bilmədiyindən, cavabdehlərin paylı mülkiyyətində olan daşınmaz əmlakı könüllü özgəninkiləşdirməyə razı olmasını təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyindən, hazırkı iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutara q məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC –nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5268/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5268/2019
18.09.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver