Məhkəmə qərarları › İş №2(102)-5271/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5271/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5271/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X9, İddiaçı vəkili Vəkil3 və cavabdeh X1 vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-140/2020 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC və İddiaçı ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(011)-6061/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.Ə.Misirzadə) İddiaçı cavabdeh “xxxx” MMC və digərlərinə qarşı “qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, qeyriyaşayış sahəsi üzərində sahiblik, istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsinin plana uyğun olaraq təhvil verilməsi və 204.100 ABŞ dolları pul vəsaitinin tutulması” barədə iddiası rədd, həmçinin üçüncü şəxslər X4 və X5 ayrı-ayrılıqda İddiaçı və digərlərinə qarşı verdikləri “müqavilənin etibarsız hesab edilməsi” barədə iddiaları təmin edilərək, ünvan 1 ünvanda inşa edilmiş 2 saylı yaşayış binasının ümumi sahəsi 435 kv.metr olan qeyri-yaşayış binasına dair “xxxx” MMC ilə İddiaçı arasında xx xxxxxxx 2007-ci il tarixdə bağlanmış 135 saylı müqavilənin etibarsız hesab edilməsi qət edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. B akı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-140/2020 saylı qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmaqla, İddiaçı iddiası qismən təmin edilərək, Cavabdeh1ndən ödəniş günü milli manata məzənnədə 204.100 ABŞ dollarının tutulub İddiaçı ödənilməsi və qalan hissədə İddiaçı iddiasının rədd olunması, həmçinin Fərqanə Xudiyeva və Aygün Zeynalovanın iddia tələblərinin qismən təmin edilərək, İddiaçıla Cavabdeh2 MMC arasında Bakı şəhəri, F.Bayramov küçəsi 1156 saylı ünvanda inşa edilmiş 2 saylı yaşayış binasında ümumi sahəsi 435 kv.metr olan qeyri -yaşayış sahəsinə dair bağlanmış xx xxxxxxx 2007-ci il tarixli, 135 saylı müqavilənin Fərqanə Xudiyevaya məxsus 125 kv.metr və Aygün Zeynalovaya məxsus 87 kv.metr, cəmi 212 kv.metr qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi və müqavilə qismən etibarsız sayıldığından müqavilə üzrə ödənilmiş 805.000 ABŞ dollarının ödəniş günü milli manata məzənnədə Cavabdeh2 MMC tutulub İddiaçı qaytarılması və qalan hissədə Fərqanə Xudiyeva və Aygün Zeynalovanın iddia tələblərinin rədd olunması qət edilib. Cavabdeh “xxxx” MMC və İddiaçı qətnamədən ayrı-ayrılıqda kasasiya şikayətləri veriblər. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı ”Cavabdeh2” MMC və digərlərinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 2 saylı yaşayış binası ilə 3 saylı yaşayış bin aları arasında ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 tərəfindən və Bakı şəhəri, F.Bayramov küçəsi 1156 saylı ünvanda yerləşən 2 saylı yaşayış binasında ümumi sahəsi 435 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh2 MMC tərəfindən ona təhvil verilməsi, dəymiş zərərin əvəzi olaraq 500.000 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı iddia tələblərini belə əsaslandırıb ki, Cavabdeh1 ilə arasında bağlanmış 18 nömrəli xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, Şirkət ünvan 1 ünvanda inşa edilən 2 saylı yaşayış binası ilə 3 saylı yaşayış binası arasında yerləşən ümumi sahəsi 126 kv.metr olan qeyri-yaşayış sahəsini onun mülkiyyətinə verməyi, o isə bunun müqabilində qeyri-yaşayış sahəsinin hər 1 kv.metrinə görə 3.333 ABŞ dolları olmaqla, ümumilikdə 420.000 ABŞ dolları pul vəsaitini həmin Şirkətə ödəməyi öhdəsinə götürüb. Müqavilənin şərtlərinə uyğun olaraq ümumi məbləğin 50 faizini, yəni 210.000 ABŞ dollarını müqavilə bağlandığı an, yerdə qalan məbləği isə hissə-hissə olmaqla 204.100 ABŞ dolları pul vəsaitini Şirkətə ödəyib, ümumi məbləğdən cəmi 5.900 ABŞ dolları borcu qalıb. Tərəfindən müqavilə üzrə öhdəliklərin icra olunmasına baxmayaraq Şirkət öhdəliklərini icra etməyib, müqavilədə göstərilən qeyri-yaşayış sahəsi müqavilə şərtlərinə uyğun olaraq ona təhvil verilməyib. Halbuki, müqavilənin 3.2-ci bəndinə əsasən, Şirkət tikintiquraşdırma işlərini 24 ay ərzində tamamlayıb qeyri-yaşayış sahəsini ona təhvil verməli idi. Eyni ünvanda, ünvan 2a ümumi sahəsi 435 kv.metr olan qey ri-yaşayış sahəsinə dair digər Cavabdeh2 MMC ilə arasında xx xxxxxxx 2007-ci il tarixli, 135 saylı müqavilə bağlanıb, müqavilənin şərtlərinə görə Cəmiyyət sözügedən qeyri-yaşayış sahəsini onun mülkiyyətinə verməyi, o isə bunun müqabilində qeyri-yaşayış sahəsinin hər 1 kv.metrinə görə 4.000 ABŞ dolları olmaqla, ümumilikdə 1.740.000 ABŞ dolları pul vəsaitini Cəmiyyətə ödəməyi öhdəsinə götürüb. Müqavilənin şərtlərinə uyğun olaraq ümumi məbləğin 405.000 ABŞ dolları hissəsi müqavilə bağlandığı an, yerdə qalan məbləğ isə hissə-hissə olmaqla 1.237.000 ABŞ dolları tərəfindən Cəmiyyətə ödənilib, yalnız 98.000 ABŞ dolları borcu qalıb. Beləliklə, tərəfindən müqavilə üzrə öhdəliklərin icra olunmasına baxmayaraq, Cəmiyyət öhdəliklərini icra etməyib, müqavilədə göstərilən qeyri-yaşayış sahəsini müqavilə şərtlərinə uyğun olaraq ona təhvil verməyib. Halbuki, müqavilənin 3.2-ci bəndinə əsasən, Cəmiyyət tikinti-quraşdırma işlərini 12 ay ərzində tamamlayıb qeyri-yaşayış sahəsini ona təhvil verməli idi. Cavabdehlərə məxsus 17 ədəd kassa mədaxil orderindən görünür ki, hər iki müqavilə üzrə tərəfindən cavabdehlərə ümümilikdə 2.056.100 ABŞ dolları pul ödənilib. Habelə, cavabdehlər müqavilə üzrə öhdəliklərini vaxtında icra etsə idilər, yəni sözügedən qeyri-yaşayış sahələrini ona təhvil versəydilər, qeyri-yaşayış sahələrini icarəyə verməklə adi mülki dövriyyə şəraitində gəlirlər əldə edə bilərdi. Qeyd edilən hallarla bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də yerinə yetirilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddiaçı sonra dan məhkəməyə iddia tələbinin dəyişdirilməsi və həcminin azaldılması barədə ərizələr təqdim edərək, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 saylı ünvanda inşa edilmiş 2 saylı yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsinə dair xx xxxxxx 2006-cı il tarixdə Səhlab Bağırovla, xx xxxx 2007-ci il tarixdə Fərqanə Xudiyeva ilə, xx xxxxxx 2013-cü il tarixdə Şahniyar Xasıyevlə və xx xxxxx 2015-ci il tarixdə Aygün Zeynalova ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 saylı ünvanda inşa edilmiş 2 saylı yaşayış binasında ümumi sahəsi 435 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin qeyri-yaşayış sahəsinin Cavabdeh2 MMC tərəfindən qeyri-yaşayış sahəsinin planına uyğun olaraq ona təhvil veri lməsi, 204.100 ABŞ dolları pul vəsaitinin Cavabdeh1ndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Üçüncü şəxs X14 İsmayılova və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçıla Cavabdeh2 MMC arasında imzalanmış xx xxxxxxx 2007-ci il tarixli, 135 saylı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Fərqanə Xudiyeva iddia tələbini belə əsaslandırıb ki, İddiaçı mübahisələndirdiyi 435 kv.metr mağazanın tərkibində onun mağazası da var və onunla Cavabdeh2 MMC arasında xx xxxx 2007ci il tarixdə müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən satıcı, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 saylı ünvanda inşa edilən 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 125 kv.metr olan mağazanı ona təhvil ve rməli, o isə mağazaya görə 187.500 manat pul ödəməli idi. Cavabdeh2 MMC tərəfindən ona mağazanın dəyərinin tam ödənilməsi barədə kassa mədaxil orderi verilib, lakin İddiaçı həmin mağazanın ona təhvil verilməsi barədə iddia qaldırıb. Belə aydın olur ki, mağaza onun mülkiyyətində ola-ola Cəmiyyət tərəfindən qanunsuz olaraq İddiaçı satılıb. Hesab edir ki, İddiaçıla Cavabdeh2 MMC arasında bağlanmış müqavilə formal olduğu, eləcə də onun mülkiyyət hüquqlarına toxunduğu üçün etibarsız hesab edilməlidir. Üçüncü şəxs Aygün Zeynalova isə İddiaçı və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçıla Cavabdeh2 MMC arasında imzalanmış xx xxxxxxx 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Aygün Zeynalova iddia tələbini belə əsas landırıb ki, onunla “xxxx” MMC arasında xx xxxxx 2015-ci il tarixli, 407 saylı müqavilə bağlanıb, müqaviləyə əsasən Bakı şəhəri, F.Bayramov küçəsi 1156 saylı ünvanda inşa edilən 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 87 kv.metr olan qeyri-yaşayış sahəsi ona təhvil verilib, həmin mağazaya görə 174.000 manat pul ödəyib və mülkiyyət hüququ əldə edib; lakin hazırda ona məlum olub ki, mülkiyyətində olan mağaza İddiaçı satılıb. Bu hal qanunsuzdur və onun mülkiyyət hüquqlarına toxunur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh “xxxx” MMC kasasiya şikayətini onunla əsaslandırıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə sə hv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Cavabdeh “xxxx” MMC kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cəmiyyətdən 805.000 ABŞ dollarının tutulub İddiaçı ödənilməsi hissəsində ləğv edilib, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh İddiaçı kasasiya şikayətində göstərib ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Cavabdeh İddiaçı kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili Vəkil3 öz kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Üçüncü şəxs İlhamə İsmayılovanın vəkili Vəkil2 məhkəmə iclasında kasasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətlərinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər “xxxx” MMC, vəkili İradə Dünyamalı, Cavabdeh1, üçüncü şəxslər Aygün Zeynalova, Fərqanə Xudiyeva, Şahniyar Xasıyev, Səhlab Bağırov, Tahir Əliyev, Fuad Xəlilov və İlhamə İsmayılova məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri ü çün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayətləri təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iş üzrə yeni qətnamə çıxarmaqla, iddiaçının və üçüncü şəxslərin iddia tələblərini qismən təmin edərkən, iddia tələblərinin qismən əsaslı olmasına, iddiaçının iddiasını bütövlükdə rədd, üçüncü şəxslərin iddia tələblərini bütövlükdə təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.5, 452.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüq uq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhər İHB-nın xx xxxxxxx 2005-ci il tarixli, 267 saylı sərəncamı ilə Xətai rayonu, F.Bayramov küçəsi 1156-cı məhəllədə Bakı şəhər İHB-nın xx xxx 2004-cü il tarixli sərəncamı ilə “Azərşans” müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1,9 ha torpaq sahəsinin 0,63 ha sahəsində yaşayış binalarının tikintisinin layihələşdirilməsinə “xxxx” Şirkətlər Qrupuna icazə verilib. “xxxx” MMC və C avabdeh2 MMC arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli birgə fəaliyyət barədə müqaviləylə isə bu müqavilənin tərəfləri birgə fəaliyyət göstərərək “xxxx” ayrılmış torpaq sahəsində yaşayış binalarının layihələndirilib tikintisini təmin etməkdən ötrü “Cavabdeh2“ MMC malik olduğu vəsaitlər və maliyyə imkanlarından istifadə etməklə kompleksin tikintisini həyata keçirmək barədə razılığa gəliblər. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh1 direktoru Məzahir Cəfərov və İddiaçı arasında xx xxxxxx 2007-ci il tarixdə, 18 saylı müqavilə bağlanıb və həmin müqaviləyə əsasən Şirkət Bakı şəhəri, F.Bayramov küçəsi 1156 saylı ünvanda inşa edilən 2 saylı yaşayış binası ilə 3 saylı binanın arasında yerləşən, ümumi sahəsi 126 kv.metr olan qeyriyaşayış sahəsini onun mülkiyyətinə vermə yi, o isə bunun müqabilində qeyri-yaşayış sahəsinin hər kv.metrinə görə 3.333 ABŞ dolları olmaqla, ümumilikdə 420.000 ABŞ dolları pul vəsaitini həmin Şirkətə ödəməyi öhdələrinə götürüb və əmlakın dəyərinin 50 faizinin müqavilə bağlanan gün, qalan məbləğinin isə 60 gün ərzində ödəniləcəyi razılaşdırılıb. İşin müəyyən olunan digər halına görə, Cavabdeh2 MMC direktoru X11 İsmayılov arasında xx xxxxxxx 2007-ci il tarixdə, 135 saylı müqavilə bağlanıb və müqaviləyə əsasən Cəmiyyət ünvan 2a ümumi sahəsi 435 kv.metr olan qeyri-yaşayış sahəsini İddiaçı mülkiyyətinə verməyi, sonuncu isə bunun müqabilində qeyri-yaşayış sahəsinin hər kv.metrinə görə 4.000 ABŞ dolları olmaqla, ümumilikdə 1.740.000 ABŞ dolları pul vəsaitini Cəmiyyətə ödəməyi öhdəsinə götürüb və əmlakın dəyərinin 405.000 ABŞ dolları hiss əsinin müqavilə bağlanan gün, 500.000 ABŞ dolları hissəsinin 1 ay müddətində, 835.000 ABŞ dolları hissəsinin isə 12 ay ərzində ödəniləcəyi razılaşdırılıb. Həmçinin mülki iş materillarından aydın olur ki, İddiaçı sözügedən qeyri-yaşayış sahələri üçün Cavabdeh1nə xx xxxxxx 2007-ci ildə 100.000 ABŞ dolları, xx xxxx 2007-ci ildə 131.000ABŞ dolları, xx xxxxxx 2007-ci ildə 110.000 ABŞ dolları, xx xxxxx 2007-ci ildə 19.000 ABŞ dolları, xx xxx 2007-ci ildə 2.600 ABŞ dolları, 27.400 ABŞ dolları, xx xxx 2007-ci ildə 1.700 ABŞ dolları, xx xxxx 2007-ci ildə 18.300 ABŞ dolları, xx xxxxxxx 2007-ci ildə 4.057 ABŞ dolları, xx xxxxxx 2007ci ildə 170.000 ABŞ dolları, xx xxxxxx 2008-ci ildə 70.000 ABŞ dolları, xx xxxx 2008-ci ildə 210.000 ABŞ dolları, xx xxxx 2008-ci ildə 210.000 ABŞ dolları, xx xxxxxxx 2008 -ci ildə 75.000 ABŞ dolları, xx xxxxxx 2008-ci ildə 102.000 ABŞ dolları; Cavabdeh2 MMC isə xx xxxxxxx 2007-ci ildə 405.000 ABŞ dolları, xx xxxxxxx 2007-ci ildə 400.000ABŞ dolları ödəyib. Eyni zamanda, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli Qərarı ilə müəyyən olunur ki, Məzahir Cəfərov faktiki olaraq 2006-cı ildən Cavabdeh1 və Cavabdeh2 MMC direktoru vəzifələrində işləyərkən öz qulluq mövqeyindən istifadə edib vəzifə saxtakarlığı, yəni tamah niyyətilə rəsmi sənədlərə- müqavilələrə bilə-bilə yalan məlumatları daxil etməklə, qeyrisi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid qəsdlə ələ keçirmə məqsədilə Cavabdeh2 MMC tərəfindən ünvan 3 ünvanda 2006-cı ildən inşasına başlanılm ış 4 ədəd 1 girişli 24 mərtəbəli binalardakı satılmış mənzilləri, ona olan etibardan və inamdan istifadə edib yenidən ayrı-ayrı şəxslərə sataraq özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq edib və vəzifə saxtakarlığı cinayətlərini törədib. Həmin Qərardan həmçinin aydın olur ki, Məzahir Cəfərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən, barəsindəki cinayət təqibinə bəratverici əsaslar olmadan xitam verilib, zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilib. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qü vvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunan normanın preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “X3rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli Qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Göründüyü kimi, Cavabdeh1 direktoru olmuş mərhum Məzahir Cəfərov, həmin Şirkətə aidiyyatı olmayan ünvan 3 ünvanda inşa edilən binada inşası nəzərdə tutulan qeyri-yaşayış sahəsi ilə bağlı İddiaçıla qanunsuz müqavilə bağlayıb və bu müqaviləyə görə ondan pul vəsaiti alıb, həmin müqavilənin predmetini təşkil edən Bakı şəhəri, F.Bayramov küçəsi 1156 saylı ünvanda inşa edilən 2 saylı yaşayış binası ilə 3 saylı binanın arasında yerləşən, ümumi sahəsi 126 kv.metr o lan qeyri-yaşayış sahəsinin inşa edilmədiyi müəyyən edilib. “xxxx” MMC və Cavabdeh2 MMC arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli birgə fəaliyyət barədə müqavilədən və Bakı şəhər İHB-nın xx xxxxxxx 2005-ci il tarixli, 267 saylı Sərəncamından aydın olur ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ərazisi “xxxx” məxsus olub və həmin ərazidə binaların tikilməsi və mənzillərin satılması hüququ yalnız Cavabdeh2 MMC verilib, 2007-ci ilin fevral ayından etibarən qeyd olunan ərazidə yaşayış binası Cavabdeh2 MMC tərəfindən və onun vəsaiti hesabına layihələndirilib, tikilib və vətəndaşlara satılıb. Nəzərə alınmalıdır ki, İddiaçıla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli müqavilədə həmin qeyri-yaşayış sahəsinin Cavabdeh2 MMC tərəfindən deyil, məhz Cavabdeh1 tərəfindən alıcı ya təhvil verilməli olması nəzərdə tutulub, həmçinin müqavilənin bağlanmasına Cavabdeh2 MMC tərəfindən qabaqcadan və ya sonradan verilmiş razılığın (icazənin vəya bəyənmənin) mövcudluğu da müəyyən edilməyib; hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu mənada apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli müqavilə etibarsız olmaqla yalnız etibarsızlığın hüquqi nəticəsini doğura bilər; belə nəticə isə İddiaçı adı çəkilən Şirkətə qarşı tələbinin təmin edilməli olduğu mənasına gəlir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmü ş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bununla belə apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaq düzgün olaraq qeyd etmişdir ki, İddiaçı etibarsız müqavilə üzrə Cavabdeh1nə daha artıq pul ödəmiş olsa da, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olduğundan (MPM-nin 218-ci maddəsi), Cavabdeh1ndən onun xeyrinə məhz tələb etdiyi məbləğ, yəni 204 100 ABŞ dolları tutula bilər. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, İddiaçı iddia tələblərinin bütövlükdə təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, Cavabdeh2 MMC ilə Səhlab Bağırov arasında xx xxx xxx 2006-cı il tarixdə müqavilə bağlanıb və həmin müqaviləyə əsasən, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 saylı ünvanda inşa edilən 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 174 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsi (mağaza) adı çəkilən şəxsə satılıb və əmlakın razılaşdırılmış dəyəri qismində 522.000 manat onun tərəfindən ödənilib. xx xxxxxxx 2017-ci il tarixdə əmlak mülkiyyət hüququ üzrə Səhlab Bağırovun adına qeydə alınıb və xx xxxxxxx 2017-ci il tarixdə isə İlhamə İsmayılovaya satılıb. İş materiallarından həmçinin aydın olur ki, Cavabdeh2 MMC ilə Fərqanə Xudiyeva arasında xx xxxx 2007-ci il tarixdə müqavilə bağlanıb və həmin müqaviləyə əsasən Bakı şəhəri, F.Bayramov küçəsi 1156 saylı ünvanda inşa edilən 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 125 kv. metrdən ibarət olan mağaza Fərqanə Xudiyevaya satılıb və əmlakın dəyəri olaraq razılaşdırılmış 187.500 manat onun tərəfindən tam şəkildə ödənilib. İş materiallarından o da aydın olur ki, Cavabdeh2 MMC ilə Şahniyar Xasıyev arasında Bakı şəhəri, F.Bayramov küçəsi 1156 saylı ünvanda inşa edilən 2 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 87 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə dair xx xxxxxx 2013-cü il tarixdə, həmin binanın 1-ci mərtəbəsində ümumi sahəsi 87 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə dair xx xxxxxx 2013-cü il tarixdə Aygün Zeynalova arasında müqavilələr bağlanıb, əmlakların dəyəri adı çəkilən şəxslər tərəfindən tam ödənilib və Şahniyar Xasıyevin alqığı qeyri-yaşayış sahəsi xx xxxxxxxx 2018-ci il tarixdə onun adına mülkiyyət hüququ əsasında qeydə alını b. Beləliklə, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş hallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı Cavabdeh2 MMC tələb etdiyi 435 kv.metr qeyri-yaşayış sahəsinin 174 kv.metr hissəsinə dair ilk müqavilə Səhlab Bağırovla, 125 kv.metr hissəsinə dair isə ilk müqavilə Fərqanə Xudiyeva ilə bağlanıb və həmin qeyri-yaşayış sahəsinin digər hissələri sonradan başqa şəxslərə satılaraq onlara təhvil verilib və mübahisəsi gedən sahənin 245,6 kv.metr hissəsi həmin şəxslərin mülkiyyətinə keçib. Mülki Məcəllənin 165-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, “xxxx” MMC irəli sürdüyü arqumenlərlə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsa sı tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı, Cavabdeh2 MMC ilə bağladığı xx xxxxxxx 2007-ci il tarixli müqaviləyə istinad etməklə iddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 389, 442, 445 və 448-ci maddələrinə əsaslanıb və Cavabdeh2 MMC müqavilə öhdəliklərini icra etmədiyini irəli sürür; bununla belə, yuxarıda qeyd olunduğu kimi, İddiaçıla həmin Cəmiyyət arasında müqavilə bağlandığı zaman Səhlab Bağırovla və Fərqanə Xudiyeva ilə daha əvvəl bağlanmış müqavilələr qüvvədə olub, əmlakın müvafiq hissələri həmin müqavilələr əsasında sonuncuların sahibliyinə verilib. Başqa sözlə, Cavabdeh2 MMC, İddiaçı istinad etdiyi müqavilənin predmeti olan əmlakın müvafiq hissələri ilə bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda onunla müqavilə bağlayıb, həmin Cəmiyyətlə İddiaçı daha əvvəl müqavilə bağlayaraq əmlakı təhvil almış şəxslərin müqavilələrinin ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qeyd olunan hal, Səhlab Bağırov və Fərqanə Xudiyevaya satılmış, hazırda bir hissəsi İlhamə İsmayılovanın mülkiyyətində olan ümumilikdə 286,9 kv.metr sahənin İddiaçı təhvil verilməsini istisna etməklə yanaşı, onun irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əla mətləri ilə uzlaşmaması deməkdir. Ona görə də İddiaçı “əmlakın təhvil verilməsi, onun üzərində sahiblik və istifadə hüququnun tanınması” tələbi hazırda Şahniyar Xasıyevin mülkiyyətində, Aygün Zeynalovanın isə sahibliyində olan hissələrə münasibətdə də təmin oluna bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi, mübahisəli əmlak adı çəkilən şəxslərə təhvil verilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən isə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditor un xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. İddiaçı “müqavilələrin etibarsız hesab edilməsi” tələbi ilə bağlı isə apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri)- onun etibarsız sayılmasını istədiyi əqdlərin isə sadalanan pozuntular la bağlanmış olduğu müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən onu da nəzərə almışdır ki, apelyasiya baxışı zamanı İddiaçı şikayətinin dəlillərinin yoxlanılması üçün ekspertizalar təyin edilib və onun irəli sürdüyü başlıca hal– digər şəxslərin müqavilələrinin sonradan əvvəlki tarixə tərtib edilməsi halı müəyyən edilməmişdir. İddiaçının tələbləri üzrə gəldiyi qənaətin məntiqi davamı olaraq apelyasiya instansiyası məhkəməsi üçüncü şəxslərin iddialarını qismən əsaslı saymış və bununla bağlı geniş əsaslandırma aparılmasına zərurət olmadığını vurğulamışdır. Nəzərə alınmalıdır ki, üçüncü şəxslərin iddiaçı ilə bağlanmış xx xxxxxxx 2007-ci il tarixli müqavilənin tam şəkildə etibarsız hesab edilməsini tələb etməyə subyektiv hüquqları mövcud deyil; onlar yalnız öz mə nafelərinə toxunan hissədə həmin müqaviləni mübahisələndirmək imkanına malikdirlər. Nəhayət apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əqd qismən etibarsız hesab edildiyindən belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməli, onun Cavabdeh2 MMC ödədiyi müəyyən edilən 805.000 ABŞ dolları həmin Cəmiyyətdən alınaraq İddiaçı qaytarılmalıdır. Qeyd edilməlidir ki, hazırkı icraat çərçivəsində İddiaçı bağladığı müqavilənin yalnız Fərqanə Xudiyevaya məxsus 125 kv.metr və Aygün Zeynalovaya məxsus 87 kv.metr, cəmi 212 kv.metr üst-üstə düşən hissəsi etibarsız sayılmışdır. İddiaçı Cəmiyyətlə bağladığı xx xxxxxxx 2007-ci il tari xli müqavilənin şərtlərinə görə həmin ölçüdə sahənin dəyəri 848.000 ABŞ dolları (212 m2 x 4.000 ABŞ dolları) təşkil etsə də, onun Cəmiyyətə cəmi 805 000 ABŞ dolları ödədiyi müəyyən edilmişdir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətlərinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kassatorların kasasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir. Ona görə də kasasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh “xxxx” MMC və İddiaçı ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)140/2020 saylı qətnaməsi kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul e

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar