Məhkəmə qərarları › İş №2(102)-5272/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5272/2021

02.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5272/2021 02.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X7, Cavabdeh2 və AR ƏMDK yanında DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ torpaq sahəsinə icarə hüququ olmayan şəxs hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanma müqaviləsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan A rif qızının katibliyi, İddiaçı1 və vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-144/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt şəhər bələdiyyəsinin 30 iyun 2005-ci il tarixli, 29 saylı qərarının surətindən görünür ki, Corat bağları ərazisində sahəsi 600 kv.metr olan 2333D saylı bağ torpaq sahəsi X10 mülkiyyətinə verilmişdir. Sumqayıt şəhər bələdiyyəsinin 12 iyul 2005-ci il tarixli, 32 saylı qərarının surətindən görünür ki, Corat bağları ərazisində sahəsi 600 kv.metr olan 2333B saylı bağ torpaq sahəsi Məcidov Ədalət Əhməd oğlunun mülkiyyətinə verilmişdir. 28 yanvar 2006-cı il tarixdə Sumqayıt şəhəri 6 saylı notariat kontorunda bağlanılaraq 4Ə/1-42 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X10 adından etibarnamə əsasında çıxış edən İddiaçı2 Sumqayıt şəhər Corat bağlar zonasında yerləşən 2333d saylı, 0,06 ha bağ sahəsini İddiaçı1 4600 manata satmışdır. 28 yanvar 2006-cı il tarixdə Sumqayıt şəhəri 6 saylı notariat kontorunda bağlanılaraq 4Ə/1-43 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Məcidov Ədalət Əhməd oğlu Sumqayıt şəhər Corat bağlar zonasında yerləşən 0,06 ha torpaq sahəsi olan B-2333b saylı bağ sahəsini İddiaçı2 4600 manata satmışdır. JN-2703B saylı, kodu 30900016 olan torpağın mülkiyyətə ver ilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Sumqayıt şəhəri 6 saylı notariat kontorunun 28 yanvar 2006-cı il tarixli, 4Ə/1-42 nömrəli alqı-satqı müqaviləsi ilə satılmış Sumqayıt şəhər Corat bağlar zonasında yerləşən 2333d nömrəli 0,06 ha bağ sahəsi İddiaçı1 mülkiyyətinə verilmişdir. JN-2701B saylı, kodu 30900016 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Sumqayıt şəhəri 6 saylı notariat kontorunun 28 yanvar 2006-cı il tarixli, 4Ə/1-43 nömrəli alqı-satqı müqaviləsi ilə satılmış Sumqayıt şəhər Corat bağlar zonasında yerləşən 2333b nömrəli 0,06 ha bağ sahəsi İddiaçı2 mülkiyyətinə verilmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən verilmiş 25 iyun 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətind ən görünür ki, 27 noyabr 1998-ci il tarixdə ölmüş X2 vərəsələri X8, Cavabdeh2 və X3r, mirasdan hər biri 1/3 hissədə pay almalıdır, miras əmlak Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2332 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən ibarətdir. 25 iyun 2016-cı il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanılaraq 3M-676 sayla reyestrdə qeydə alınmış miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X8 və X9 vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras paylarını Cavabdeh2 bağışlamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 28.06.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. 02 iyul 2016-cı il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat kontorunda bağlanılaraq 4Ə/299 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 adından etibarnamə əsasında çıxış edən Mirzəağayev Elşən Sabir oğlu ünvan 1 ünvanda yerləşən umumi sahəsi 0,12 ha torpaq sahəsini X7 12000 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına 09.07.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsindən tələb edilərək işə əlavə olunmuş ünvan 1 bağ torpaq sahəsinə dair sənədlərdən görünür ki, Bağ sahələrinin və tikililərin uzunmüddətli icarəyə verilməsinə dair 4580 saylı 27 dekabr 1982-ci il tarixli müqaviləyə əsasən Corat bağları ərazisində yerləşən sahəsi 0,20 ha olan 2332 saylı bağ sahəsi 5 nəfər ailə tərkibində X2 icarəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə ünvan 1 torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X2 adına 18.06.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş ekspertizanın 08 yanvar 2019-cu il tarixli, 32296 nömrəli rəyindən görünür ki, Sumqayıt şəhər X17 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 27.12.1982-ci il tarıxli, 4580 nömrəli “Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilə”yə əsasən sahəsi 0.20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisind ə yerləşən 2332 saylı bağ torpaq sahəsinin ilkin torpaq ayırma sxemi və koordinatları təqdim olunmadığından hansı ərazidə yerləşdiyini müəyyənləşdirmək mümkün olmamışdır. X4 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində 0.12 ha 2332 saylı bağ sahəsinin yerdə (naturada) müəyyən edilmiş sərhədləri torpağın mülkiyyətə verilməsinə dair RX seriyalı, ******* nömrəli, 09.07.2016-cı il tarixli çıxarışa əlavə edilmiş həmin torpaq sahəsinin plan ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları ilə faktiki istifadəsində olan torpaq sahəsində uyğun gəlir. X4 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində 0.12 ha torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair RX seriyalı, ******* nömrəli, 09.07.2016-cı il tarixli çıxarışın verilməsinə baxmayaraq, Sumqayıt şəhər X17 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 27.12.1982-ci il tarixli, 4580 nömrəli “Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilə”yə əsasən sahəsi 0.20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 saylı bağ torpaq sahəsinin ilkin torpaq ayırma sxemi və koordinatları təqdim olunmadığından hansı hissədə yerləşdiyini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən hər biri 600 kv.m olan 2333d və B2333b nömrəli bağ torpaq sahələri ləğv edilmiş DTXK tərəfindən İddiaçı1 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2703B Kod 30900016 şəhadətnamə və İddiaçı2 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2701B Kod 30900016 şəhadətnamələrdə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamələrin yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan torpağın texniki sənədlərində göstərilən ərazidə yerləşib yerləşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən hər biri 600 kv.m olan 2333d və B2333b nömrəli bağ torpaq sahəsinin ləğv edilmiş DTXK-si tərəfindən İddiaçı1 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2703B Kod 30900016 şəhadətnamə və İddiaçı2 verilmiş Torpağın mülkiyyətə verilməsinə daır JN-2701B Kod 30900016 şəhadətnamələrdə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamələrin yerləşmə sxemləri ilə fakt iki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan, X4 mülkiyyətində olan Sumqayıt şəhər, Corat bağlar ərazisində 0,12 ha torpaq sahəsinin Torpağın mülkiyyətə verilməsinə dair RX seriyalı, ******* nömrəli, 09.07.2016-cı il tarixli çıxarışa əlavə edilmiş torpaq sahəsinin plan ölçüsündə göstərilən koordinatlar ilə naturada üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. İş üzrə keçirilmiş 10/509 saylı, 25 fevral 2021-ci il tarixli ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 0.06 ha olan 2333d nömrəli bağ torpaq sahəsi ləğv edilmiş DTXK tərəfindən verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2703B Kod 30900016 şəhadətnamədə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamənin yerləşmə sxemi ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan torpağın texniki sənədlərində göstərilən ərazidə yerləşib-yerləşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 0.06 ha olan B2333b nömrəli bağ torpaq sahəsi ləğv edilmiş DTXK tərəfindən verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-27Ö1B Kod 30900016 şəhadətnamədə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamənin yerləşmə sxemi ilə faktik i vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan torpağın texniki sənədlərində göstərilən ərazidə yerləşib-yerləşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X7 məxsus ünvan 1 torpaq sahəsinin yerdə (naturada) müəyyən edildi və sərhədləri RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın ayrılmaz hissəsi olan plan ölçüsündə göstərilən koordinatlara əsasən həmin torpaq sahəsinin planına uyğun gəlir. RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X4 mülkiyyətində olan 0.12 ha torpaq sahəsi Sumqayıt şəhəri, Corat bağları ərazisi 2332 saylı torpaq sahəsinin yerdə (naturada) müəyyən edildi, lakin Sumqayıt şəhər X17 İcraiyyə komitəsinin Bağ Təsərrüfatı idarəsi tərəfindən verilmiş 27.12.1982-ci il tarixli, 4580 nömrəli bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqavilədə əsasən sahəsi 0.20 ha olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 saylı bağ torpaq sahəsinin ilkin torpaq ayırma sxemi və koordinatları təqdim edilmədiyindən hansı hissəsini təşkil etdiyini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən hər biri 600 kv.metr olan 2333d və B-2333b nömrəli bağ torpaq sahəsinin ləğv edilmiş DTXK tərəfindən İddiaçı1 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2703B Kod 30900016 şəhadətnamə və İddiaçı2 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2701B Kod 30900016 şəhadətnamələrdə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamələrin yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan X4 mülkiyyətində olan Sumqayıt şəhər, Corat bağlar ərazisində Ö.12 ha torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışa əlavə edilmiş torpaq sahəsinin plan ölçüsündə göstərilən koordinatlar ilə naturada üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən hər biri 600 kv.metr olan 2333d və B-2333b nömrəli bağ torpaq sahəsinin ləğv edilmiş DTXK tərəfindən İddiaçı1 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2703B Kod 30900016 şəhadətnamə və İddiaçı2 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN2701B Kod 30900016 şəhadətnamələrdə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamələrin yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan hazırda mübahisələndirilən bağ sahəsinin ölçüləri və sərhədləri ilə eynilik təşkil edilməsini müəyyənləşdirmək mümkün olmamışdır. Mülki iş materiallarında torpaq sahəsinə dair baza məlumatları olmadığından, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı1 v ə İddiaçı2 iddia ilə məhkəməyə müraciət edərək onların xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2333d və B-2333b nömrəli bağ torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan 2332 nömrəli bağ torpaq sahəsi eyni ərazini təşkil etdiyindən həmin bağ torpaq sahəsi ilə bağlı Cavabdeh2 ilə X11 arasında bağlanmış 02.07.2006-cı il tarixli, 4Ə-299 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X4 adına qeydiyyata alınmış 09.07.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 233 2 nömrəli bağ torpaq sahəsinə icarə hüququ olmayan şəxs hesab edilməsi, adına verilmiş Corat bağlar ərazisində 2332 ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi ilə bağlı 25.06.2016-cı il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 25.06.2016-cı il tarixli, 3m-676 reyestr nömrəli miras payın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ torpaq sahəsi ilə bağlı Cavabdeh2 ilə X11 arasında bağlanmış 02.07.2016-cı il tarixli, 4Ə-299 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X4 adına verilmiş 09.07.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar Sumqayıt şəhər i, Corat bağlar ərazisində yerləşən 2333d və B-2333b nömrəli bağ torpaq sahələrinin mülkiyyətçiləridirlər. Həmin torpaq sahələrindən sahəsi 0,06 ha olan 2333d nömrəli bağ sahəsinə dair Sumqayıt bələdiyyəsinin 30.06.2005-ci il tarixli, 29 nömrəli qərarı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməməsi barədə 02/1279 nömrəli, 27.06.2005-ci il tarixli rəyi və torpaq sahəsinin planı əsasında əvvəlcə X10 adına JN-2087B nömrəli (kod ********), 30.10.2005-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmış və bundan sonra İddiaçı1 həmin torpaq sahəsini Sumqayıt şəhəri 6 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 4Ə/1-42 nömrəli, 28.01.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında ə ldə edərək, onun adına JN-2703B (kod ********) nömrəli, 16.02.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Digər sahəsi 0,06 ha olan 2333b nömrəli bağ sahəsi isə Sumqayıt bələdiyyəsinin 12.07.2005-ci il tarixli, 32 nömrəli qərarı, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməməsi barədə 02/1280 nömrəli, 27.06.2005-ci il tarixli rəyi və torpaq sahəsinin planı əsasında əvvəlcə Məcidov Ədalət Əhməd oğlunun adına JN-2435B nömrəli (kod ********), 17.12.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmış və bundan sonra İddiaçı2 həmin torpaq sahəsini Sumqayıt şəhəri 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə/1-43 nömrəli, 28.01.2006-cı il tari xli alqı-satqı müqaviləsi əsasında əldə edərək, İddiaçı2 adına JN-2701B (kod ********) nömrəli, 16.02.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Onlar qeyd edilən torpaq sahələrinin mülkiyyətçiləri olmaqla vaxtaşırı oraya baş çəkmiş, lakin torpaq sahəsi üzərində heç bir tikinti işləri aparmamışlar. Bu yaxınlarda torpaq sahəsinə baş çəkərkən, torpaq sahəsinin ərazisində hasar tikilməsini görmüş və müəyyən etmişlər ki, həmin torpaq sahəsinə başqa bir şəxsin də hüquqmüəyyənedici sənədləri mövcuddur. Bundan sonra onlar məsələni dəqiqləşdirmək üçün Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və orada sənədlərə baxış keçirərkən müəyyən edilmişdir ki, həqiqətən də eyni torpaq sahəsinə dair başqa şəxsin də hüquqmüəyyənedici sənədləri mövcu ddur. 2 saylı Ərazi İdarəsində bildirmişlər ki, torpaq sahələrinin qeydiyyat nömrələri fərqli olsa da (iddiaçılarda 2333, cavabdehdə isə 2332) eyni torpaq sahələridir və hər iki şəxsdə mülkiyyət hüquqlarına dair sənədlər mövcuddur. Bununla bağlı məhkəməyə müraciət edilməsinin zəruri olduğunu tövsiyyə etmişlər. Məsələni dəqiqləşdirmək üçün Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə sorğu göndərilmiş və sorğuya əsasən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2332 saylı bağ torpaq sahəsi Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 27.12.1982-ci il tarixli, 4580 nömrəli Bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləsi əsasında X2 adına qeydiyyata alınmış və 18.06.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN” xidmət mərkəzinin notariusu tərəfindən təsdiq olunmuş 25.06.2016-cı il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 25.06.2016-cı il tarixli, 3m-676 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına qeydiyyata alınmış və 28.06.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisəli torpaq sahəsi Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş 02.07.2016-cı il tarixli, 4Ə-299 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X4 adına qeydiyyata alınmış və 09.07.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahələri barədə dövlət reyestrində əlavə məlumatın olmadığı bildirilmişdir. Göründüyü kimi eyni torpaq sahələrinə fərqli nömrə ilə qeydiyyata alınmaqla başqa şəxsin də adına mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış verilmişdir. Hətta sənədlərdə torpaq sahələrinin xəritədən görüntüsünə nəzər yetirdikdə həmin torpaq sahələrinin eyni ərazidə olan eyni torpaq sahəsi olduğu müəyyən edilir. Bu isə onların Azərbaycan Respublikası Konstitusiyasına əsasən dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüquqlarının kobud şəkildə pozulması deməkdir. Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Z.Hüseynov, iş № 2(060)-105/2019) iddia təmin edilməyərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2332 nö mrəli bağ torpaq sahəsinə icarə hüququ olmayan şəxs hesab edilməsi, Corat bağlar ərazisində yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi ilə bağlı 25.06.2016cı il tarixli, 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 25.06.2016-cı il tarixli, 3m-676 reyestr nömrəli miras payın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 ilə X11 arasında bağlanmış 02.07.2016-cı il tarixli 4Ə-299 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X4 adına qeydiyyata alınmış 09.07.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, C orat bağlar ərazisində yerləşən hər biri 600 kv.m olan 2333d və B-2333b nömrəli bağ torpaq sahəsinin ləğv edilmiş DTXK-si tərəfindən İddiaçı1 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2703B Kod 30900016 şəhadətnamə və İddiaçı2 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2701B Kod 30900016 şəhadətnamələrdə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamələrin yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan, X4 mülkiyyətində olan Sumqayıt şəhər, Corat bağlar ərazisində 0,12 ha torpaq sahəsinin Torpağın mülkiyyətə verilməsinə dair RX seriyalı, ******* nömrəli, 09.07.2016-cı il tarixli çıxarışa əlavə edilmiş torpaq sahəsinin plan ölçüsündə göstərilən koordinatlar ilə naturada üst-üstə düşüb-düşməmə sini müəyyənləşdirmək mümkün olmamışdır. İşin mübahisə edilməyən hallarından görünür ki, mübahisəli torpaq sahəsi faktiki olaraq cavabdeh X4 istifadəsindədir və mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində 0.12 ha 2332 saylı bağ sahəsinin yerdə (naturada) müəyyən edilmiş sərhədləri RX seriyalı, ******* nömrəli, 09.07.2016-cı il tarixli çıxarışa əlavə edilmiş həmin torpaq sahəsinin plan ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları ilə uyğun gəlir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və A.Abbasov, iş № 2(105)-2271/2019) iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürm əyən üçüncü şəxs Sumqayıt bələdiyyəsinin apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(060)-105/2019 saylı qətnaməsi onların apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X11 vicdanlı əldə edən olduğundan, onunla Cavabdeh2 arasında bağlanmış 02 iyul 2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. İşin mübahisə edilməyən hallarından görünür ki, mübahisəli torpaq sahəsi faktiki olaraq cavabdeh X4 istifadəsindədir və mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində 0.12 ha 2332 saylı bağ sahəsinin yerdə (naturada) müəyyən edilmiş sərhədləri RX seriyalı, ******* nömrəli, 09.07.2016-cı il tarixli çıxarışa əlavə edilmiş hə min torpaq sahəsinin plan ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları ilə uyğun gəlir. İş üzrə araşdırılmış sübutlardan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X2 adına 18.06.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 148 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır və onun ölümü ilə əlaqədar vərəsələri X8, Cavabdeh2 və X9 olmuş, X8 və X9 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras paylarını Cavabdeh2 bağışlamışlar. İddiaçı lar İddiaçı1 və İddiaçı2 ünvan 1 torpaq sahəsinin X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi də mübahisələndirməmişlər. Halbuki Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə həmin daşınmaz əmlakın X2 mülkiyyətində olması əsası ilə verilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), Q.Əsgərov və E.Vəliyeva, iş № 2(102)7645/2019) iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2019-cu il tari xli, 2(105)-2271/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, ekspertiza rəyi iddiaçıların mülkiyyət hüququnu təsdiq edən torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamələrdə (JN 2703B kod 30900016 və JN2701B kod ********) əks olunmuş sxemə uyğun olaraq deyil, ondan fərqli olan və vətəndaşın həqiqiliyini müəyyən etmək imkanı olmayan daxili məlumatlara əsasən aparılmasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi ilə nəzərdə tutulmuş daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası baxımından qanunauyğunluğuna qiymət verilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, ekspertiza rəyi iddiaçılar tərəfindən həmin torpaq sahələrinin ilkin torpaq ayırma sxem inin təqdim olunmadığına əsaslanılsa da həmin arxiv sənədlərinin aidiyyəti orqandan tələb edilməsi üzrə ekspert tərəfindən hər hansı vəsatət verilmədən tərtib edilmişdir. Eyni zamanda, iddiaçıların şəhadətnamələrində əks olunmuş yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqların olması qeyd edilsə də, bu uyğunsuzluğun nədən ibarət olması, şəhadətnamədəki sxemə uyğun vəziyyətin və faktiki vəziyyətin nədən ibarət olması açıqlanmamışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev, iş № 2(105)-144/2021) iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şə xs Sumqayıt bələdiyyəsinin apellyasiya şikayətləri təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(060)-105/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, iddiaçılar İddiaçı1 və İddiaçı2dan 50 (əlli) manat pul tutulub Dövlət büdcəsinə Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X6, Kod 210005, VÖEN ********** müxbir hesab AZ41NABZ 013601**********3944, SFİFT BİK CTREAZ22 hesaba, 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat pul tutulub "xxxx" ASC Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıla r mübahisəli torpaq sahəsinin onlara məxsus olmasını iddia etsələr də bunu əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim edə bilməmişlər. İş üzrə keçirilmiş ekspertiza rəyindən görünür ki, mübahisəli torpaq sahəsi cavabdeh X7 məxsus ünvan 1 torpaq sahəsi yerdə (naturada) müəyyən edildi və sərhədləri RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın ayrılmaz hissəsi olan plan ölçüsündə göstərilən koordinatlara əsasən həmin torpaq sahəsinin planına uyğun gəlir. Yəni iddiaçılar cavabdehə məxsus torpaq sahəsinin onlara məxsus torpaq sahəsi ilə eynilik təşkil etdiyini və ya üst-üstə düşdüyünü sübut edə bilmirlər. Bundan başqa iddiaçılar mübahisəli torpaq sahəsinin X2 adına daşınmaz əmlakın dövlət reyest rində aparılmış qeydi mübahisələndirməmişlər. Halbuki digər əməliyyatlar, yəni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, bağışlama, alqı-satqı müqaviləsi və s. hərəkətlər, əməliyyatlar məhz onunla əlaqədardır və ondan sonra yaranmışdır. X1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırda qüvvədədir, belə olduqda ondan doğan hüquqi nəticələrin ləğv edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 ( Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-144/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, iddiaçıların daha əvvəl yaranmış mülkiyyət hüquqlarını pozaraq məhkəmə heç bir hüquqi əsas olmadan cavabdehi mübahisəli torpaq sahəsinin faktiki mülkiyyətçisi və vicdanlı əldən edən hesab etmiş və iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrinin onlara məxsus olmasını sübuta yetirə bilmədiklərini qeyd etmişdir. Məhkəmə kol legiyası ekspert rəyinə əsaslanaraq cavabdehin çıxarışında qeyd olunan sahənin uyğun gəldiyini qeyd etsə də cavabden hüquqlarının reyestrdə qeydə alınması üçün əsas olmuş sənədin məhz mübahisəli torpaq sahəsinə aidiyyatı olub-olmamasını müəyyən edə bilməmişdir. Əvvəlki apellyasiya məhkəməsinin nəticələrini təkrarlamış və kassasiya məhkəməsinin göstərişlərini araşdırmamışdır. Məhkəmə mübahisə üzrə həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirə bilməmişdir. Sumqayıt şəhər Bələdiyyəsi torpaq sahələrini F.Əliyevaya və Ə.Məcidovun mülkiyyətinə verilməsi barədə qərar qəbul edərkən tam səlahiyyətli olmuş, yəni həmin torpaq sahələri heç bir şəxsin icarəsində və ya mülkiyyətində olmamışdır. Ona görə iddiaçılar vicdanlı əldə edən sayılırlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassas iya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər iddiaçı, cavabdehlər və üçüncü şəxslər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdeh və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçılar kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər ha nsı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənm əlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahib liyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 406.2-ci maddəsinə əəsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtl əşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 84-cü maddəsinin 3-cü hissəsinə əsasə n torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur “X5 şikayəti iləəlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldəetdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. “Torpaq qanun vericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur.... Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzə rində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4- cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflə rin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən h allara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmas ına yol verilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin icraatı zamanı iş üzrə ilkin məhkəməmühəndis ekspertizası keçirilmiş və verilmiş ekspert rəyindən aydın olur ki, İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən hər biri 600 kv.m olan 2333d və B-2333b nömrəli bağ torpaq sahəsinin ləğv edilmiş DTXK-si tərəfindən İddiaçı1 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2703B kod 30900016 şəhadətnamə və İddiaçı2 verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-2701B kod 30900016 şəhadətnamələrdə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamələrin yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan, X4 mülkiyyətində olan Sumqayıt şəhər, Corat bağlar ər azisində 0,12 ha torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair RX seriyalı, ******* nömrəli, 09.07.2016-cı il tarixli çıxarışa əlavə edilmiş torpaq sahəsinin plan ölçüsündə göstərilən koordinatlar ilə naturada üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Birinci apellyasiya icraatının nəticəsində məhz həmin rəyə istinad edilərək qətnamə qəbul etmişdir. Lakin apellyasiya məhkəməsinin qətnaməsini ləğv edən Ali Məhkəmə qərarında göstərmişdir ki, «… ekspertiza rəyi iddiaçıların mülkiyyət hüququnu təsdiq edən torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamələrdə (JN 2703B kod 30900016 və JN2701B kod ********) əks olunmuş sxemə uyğun olaraq deyil, ondan fərqli olan və vətəndaşın həqiqiliyini müəyyən etmək imkanı olmayan daxili məlumatlara əsasən aparılmasının Azərbayc an Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi ilə nəzərdə tutulmuş daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası baxımından qanunauyğunluğuna qiymət verilməmişdir. Ekpertiza rəyi iddiaçılar tərəfindən həmin torpaq sahələrinin ilkin torpaq ayırma sxeminin təqdim olunmadığına əsaslanılsa da həmin arxiv sənədlərinin aidiyyəti orqandan tələb edilməsi üzrə ekspert tərəfindən hər hansı vəsatət verilmədən tərtib edilmişdir. İddiaçıların şəhadətnamələrində əks olunmuş yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqların olması qeyd edilsə də, bu uyğunsuzluğun nədən ibarət olması, şəhadətnamədəki sxemə uyğun vəziyyətin və faktiki vəziyyətin nədən ibarət olması açıqlanmamışdır. Keçirilmiş ekspertiza rəyləri ilə ekspert qarşısına qoyulan suallara tam və ətraflı cavab verilməmişdir.» İkinci apellyasiya baxışı zamanı yenidən ekspertiza təyin edilərək rəy alınsa da faktiki olaraq ekspertiza təyin edilməsinə dair qərardadda əvvəlki qərardadın məzmunu ilə eynilik təşkil edən suallar qoyulmuşdur ki, bu da kassasiya instansiyası məhkəməsinin göstərişlərin icra olunmaması ilə nəticələnmşdir. Şübhəsiz ki, suallara verilən cavablar əvvəlki rəydə olan cavabla tamamilə eynilik təşkil etmişdir. Apellyasiya instyansiyası məhkəməsi göstərişlərin icrasına nail olmaq üçün ilkin olaraq həm iddiaçının, həm də cavabdehə ayrılmış torpaq sahələrinin ilkin ayrılma sənədlərini, bu sənədləri saxlayan orqanlardan tələb edilməsini müzakirə etməli, bundan sonra mübahisə üzrə işin düzgün və hərtərəfli araşdırılmasına yardım göstərə biləcək suallar müə yyən olunaraq (müəyyən edilmiş situasiyalara uyğun) ekspertiza tədqiqatına təqdim olunmalı idi. Nə qədər ki, iddiaçı tərəf mülkiyyətində olan torpaq sahəsini bələdiyyə torpağı, cavabdeh tərəf dövlət torpağı hesab edir, bu halda torpaq sahəsini onu ayıran şəxslərin hansının mülkiyyətində olmasını müəyyən etməli, hər iki tərəfin mülkiyyət hüququnu təsdiq edən sənədlərə malik olmasını nəzərə alınaraq müvafiq reyestrdə aparılmış qeydiyyatların təfsilatını özündə əks edirən göstəricilərin ekspertə təqdim olunması təmin olunmalıdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsə lələrə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisələndirilən torpaq sahəsinin tərəflərin malik olduqları hüquqmüəyyənedici sənədlərin verilməsi zamanı müəyyən edilən koordinatlara və müvafiq göstərişlərin icrası ilə bağlı əldə ediləcək sənədlər əsasında torpaq sahələrinin eynilik təşkil etməsi və ya üst-üstə düşməsinin müəyyən olunması (şəhadətnamədəki sxemə uyğun vəziyyətin və faktiki vəziyyətin nədən ibarət olmasının müəyyən edilməsi üçün) məqsədi ilə mütəxəssis və ya ekspert rəyinin alınması müzakirə olunmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-144/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar