Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5274/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5274/20 (Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh xxxx” ASC-nin X2, üçüncü şəxs “xxxx” ASC-nin vəkili Vəkil2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1383/2020 nömrəli iş üzrə 28 fevral 2020-ci il tarix li qətnaməsindən üçüncü şəxs “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İş üzrə İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.06.2014-cü il tarixli 100.CL.230614.00001/i və 100.CL.230614.00001/j saylı “İpoteka müqavilələrinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh2 ilə 22.05.2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Hal-hazırda da onlar nikahdadırlar və birgə təsərrüfat idarə edirlər. Birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 94-də yerləşən 2 otaq lı 44 saylı mənzili (bundan sonra – mənzil) və Abşeron rayonu, Novxanı kəndi, Bağlar Massivində 0,13 ha torpaq sahəsi üzərində yerləşəy 1 mərtəbəli, 3 otaqlı bağ evini (bundan sonra – bağ evi) əldə etmişlər. Hər iki daşınmaz əmlak “Daşınmaz əmlakın dövlət reyestrində” xüsusi mülkiyyətdə olan əmlak kimi Cavabdeh2 adına qeydə alınmışlar. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 iddiaçıya məlumat vermədən mənzilə və bağ evinə dair 23.06.2014-cü il tarixdə “xxxx” ASC ilə “İpoteka müqavilələri” bağlamış və əmlakları ipoteka ilə yüklü etdirmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2, X3 və “X8” MMC-yə qarşı kreditin qaytarılması və tələbin girov predmetlərinə yönəldilməsinə dair iddiası qismən təmin e dilərək, 164.388,88 manat əsas borc, müqavilə müddəti üçün 14.585,34 manat faiz borcu və 100 manat cərimə borcu, cəmi 179.074,22 manat və dövlət rüsumunun ödənilməsi ilə əlaqədar məhkəmə xərcinə görə 30 manatın cavabdehlərdən müştərək qaydada “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın “X8" MMC-yə məxsus olan bir neçə daşınar əmlaka və yuxarıda qeyd edilən mənzil ilə bağ evinə yönəldilməsi, ipoteka və girov predmetlərinin açıq hərracdan satılması qət edilmişdir. İddiaçının qətnamədən icraya yönəldikdə xəbəri olmuş, onun qanunla qorunan mülkiyyət hüququnun pozulması baş vermişdir. Cavabdeh2 ilə iddiaçının birgə mülkiyyətində olan mənzil və bağ evini onun razılığı və iştirak olmadan ipoteka müqaviləsi ilə yüklü etməsi və müqavilə bağlaması qanunsuz olduğundan etibarsız hesab edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 avqust 2019-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova, iş № 2(004)-4360/2019) iddianın təmin edilməsini qət etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.06.2014-cü il tarixli, 100.LN.2105.230614.00001 saylı kredit müqaviləsinə əsasən, kreditor (“xxxx” ASC) tərəfindən borcalana (Cavabdeh2) 450000 manat məbləğində kredit ayrılmış, borcalan isə həmin kreditə görə illik 22% faiz olmaqla hər ayın 23-dən gec olmayaraq kreditora faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.06.2014-cü il tarixli, 100.LN.2105.230614.00001 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən, kre ditor (“xxxx” ASC) tərəfindən borcalana (Cavabdeh2) illik 22% faiz olmaqla hər ayın 23-dən gec olmayaraq ödəmək şərtilə 24 ay müddətinə 450000 manat məbləğində kredit ayrılmış, 450000 manat məbləğində əsas məbləğ, 110284,07 manat məbləğində faizlər, ümumilikdə isə 560284,07 manat məbləğində ödəniş müəyyən edilmişdir. “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.06.2014-cü il tarixli, 100.CL.230614.00001/i saylı ipoteka müqaviləsinə əsasən, tərəflər arasında bağlanmış 23.06.2014-cü il tarixli, 100.LN.2105.230614.00001 saylı kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə qeyd olunan ipoteka müqaviləsinə 1 saylı əlavədə göstərilən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,0764 ha. torpaq sahəsində yerləşən 94 nömrəli, 5 mərtəbəli binada 59,75 kv.m. ümumi, 4 6,75 kv.m. yaşayış sahəsindən ibarət 44 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 23.06.2014-cü il tarixli, 100.CL.230614.00001/i saylı ipoteka müqaviləsinə əlavəyə görə, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 94, 44 nömrəli mənzil mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 427 nömrəli reyestr kitabının 39668 nömrəli vərəqində 25 may 2007-ci il tarixdə qeydiyyata alınmışdır. “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.06.2014-cü il tarixli, 100.CL.230614.00001/j saylı ipoteka müqaviləsinə əsasən, tərəflər arasında bağlanmış 23.06.2014-cü il tarixli, 100.LN.2105.230614.00001 saylı kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə qeyd olunan ipoteka müqaviləsinə 1 saylı əlavədə göstərilən Abşeron rayonu, Novxanı kəndi, Ba ğlar massivində mülkiyyətində olan 0,13 ha. torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57,6 kv.m. yaşayış, 120,5 kv.m. köməkçi sahədən ibarət bağ evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. AR DƏDRX tərəfindən verilmiş 18.03.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0,13 ha. torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57,6 kv.m. yaşayış, 120,5 kv.m. köməkçi sahədən ibarət bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 128 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, işin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh2 22 may 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Mübahisə predmeti olan mənzil və bağ evi birgə nikah dövründə əldə edilmişdir. İpoteka müqavilələrinin notarial qaydada təsdiq olunmuş arxiv sənədlərindən müəyyən olunur ki, birgə nikah dövründə əldə edilən həmin mənzil və bağ evi İddiaçı razılığı alınmadan ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, ərarvaddan biri digərinin razılığı olmadan onların ü mumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər n ikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, birgə nikah dövründə əldə edilən mənzil və bağ evi barəsində ipoteka müqavilələri bağlandığı zaman İddiaçı razılığı alı nmadığından “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.06.2014-cü il tarixli 100.CL.230614.00001/i saylı və 23.06.2014-cü il tarixli 100.CL.230614.00001/j saylı ipoteka müqavilələri etibarsız hesab edilməlidir. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 202 0-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev, iş № 2(103)-1383/2020) cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin və müstəqil tələb irəli sürməyən iş üzrə üçüncü şəxs olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri təmin edilməmiş, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 avqust 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi işdə olan Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən 22.05.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 096516 nömrəli “Nikah haqqında şəhadətnamənin” surəti ilə kifayətlənməyərək, Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş bu halın dəqiqləşdirilməsi üçün müvafiq sorğular vermişdir. Apelyasiya in stansiya məhkəməsinin İddiaçı ilə Cavabdeh2 22.05.2004-cü il tarixdə qeydə alınmış nikahın pozulması, eləcə də tərəflərin yenidən nikaha daxil olması barədə məlumatın əldə edilməsinə dair müraciətinə baxmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 05/2-714/13 saylı 10.02.2020-ci il tarixli cavab məktubundan müəyyən olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 31.12.2019-cu il tarixədək olan dövrə aid daxil edilmiş məlumatlar öyrənilərkən İddiaçı ilə Cavabdeh2 nikahının pozulmasına, habelə yenidən nikaha daxil olmaları barədə hər hansı məlumat aşkar edilməmişdir. Apelyasiya instansiya məhkəməsi tərəfindən 23.06.2014-cü il tarixdə Cavabdeh2 ilə “xxxx” ASC arasında mənzilə dair bağl anmış ipoteka müqaviləsinin sənədlərlə birlikdə təsdiq edilmiş surəti Bakı şəhəri 12 saylı notariat ofisindən götürülmüş və tədqiq edilmişdir. Notariat işində olan Cavabdeh2 məxsus AZE seriyalı, 0******* nömrəli 13.07.2012-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində həqiqətən ailə vəziyyəti subay göstərilmiş və şəxsiyyət vəsiqəsinin surəti olan vərəqdə imzalar ilə təsdiq edilmiş əl yazısı ilə “yoxladım subaydı” və “heç bir rəsmi nikah qeydiyyatım yoxdur, subayam” qeydlərinin olduğu müəyyən edilmişdir. Həmçinin notariat işində iddiaçının razılıq ərizəsi aşkar edilməmişdir. Apelyasiya instansiya məhkəməsi həmçinin, mübahisəli bağ evinə dair “xxxx” ASC ilə Cavabdeh2 arasında 24.06.2014-cü il tarixli 4Ə/574 reyestr nömrəli ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş arxiv sənədlərin i də nəzərdən keçirərək müəyyən etmişdir ki, həmin notariat işində də Cavabdeh2 ipoteka qoyan zaman heç bir rəsmi nikahının olmaması barədə ərizəsi mövcuddur. Eyni şəxsiyyət vəsiqəsi həmin işə də əlavə edilmişdir. Beləliklə, apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil və bağ evi birgə nikah dövründə əldə edilmişdir və elə birgə nikah dövründə də iddiaçının razılığı alınmadan ipoteka ilə yüklü edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1, 33.3, 33.4-cü, Mülki Məcəlləsinin 225.1, 225.6-cı maddələrinin tətbiqi ilə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birgə nikah dövründə əldə edilən mənzil və bağ evi barə sində ipoteka müqavilələri bağlandığı zaman iddiaçının razılığı alınmadığından “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.06.2014-cü il tarixli 100.CL.230614.00001/i saylı və 23.06.2014-cü il tarixli 100.CL.230614.00001/j saylı “İpoteka müqavilələrinin” etibarsız hesab edilməsi barədə Rayon Məhkəməsinin gəldiyi nəticə düzgündür və işin hallarına uyğundur. Apelyasiya instansiya məhkəməsi, eyni zamanda “iddia müddətinin tətbiqi barədə” ərizəyə hüquqi qiymət verərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir və müva fiq ərizənin verilib-verilməsindən asılı olmayaraq mübahisəyə tətbiq edilməlidir. Mübahisələndirilən “İpoteka müqavilələri” 2014-cü il tarixdə bağlanmışdır. İddia ərizəsi isə 14.06.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı əmlakların ipoteka müqavilələrindən Yasamal Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli qətnaməsi icraya yönəldildikdən sonra məlumatının olduğunu bildirmiş, bunun əksi iş materialları ilə sübuta yetməmişdir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxs “xxxx” ASC-nin vicdanlı alıcı olması dəlili ilə də razılaşmayaraq qeyd edir ki, “xxxx” ASC-nin 2016-cı ildə bağlanmış müqaviləsi əsasında Cavabdeh2 qarşı pul və ipoteka tələbini Cavabdeh1 ASC- dən alarkən ipoteka müqaviləsinin mümkün qanunsuzluğundan xəbərsiz olması müqavilənin etibarsızlığın ı aradan qaldırmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Üçüncü şəxs “xxxx” ASC (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, müəyyən etmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Üçüncü şəxs “xxxx” ASC-nin vəkili Vəkil2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası mə hkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. “xxxx” ASC-nin vəkili X4 izahatında göstərmişdir ki, tərəflərindən kassasiya şikayəti verilməmişdir, lakin “xxxx” ASC-nin kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilm əli, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1383/2020 nömrəli iş üzrə 28 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəsi ilə razılaşarkən qeyd etmişdir ki, birgə nikah dövründə əldə edilən mənzil və bağ evi barəsində ipoteka müqavilələri bağlandığı zaman iddiaçının razılığı alınmadığından “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.06.2014-cü il tarixli 100.CL.230614.00001/i saylı və 23.06.2014-cü il tarixli 100.CL.230614.00001/j saylı “İpoteka müqavilələrinin” etibarsız hesab edilməsi barədə Rayon Məhkəməsinin gəldiyi nəticə düzgündür və işin hallarına uyğundur. Apelyasiya instansiya məhkəməsi, ey ni zamanda “iddia müddətinin tətbiqi barədə” ərizəyə hüquqi qiymət verərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Müddətlə bağlı nəticəsini isə məhkəmə belə mövqeydə olmuşdur ki, mübahisələndirilən “İpoteka müqavilələri” 2014-cü il tarixdə bağlanmışdır. İddia ərizəsi isə 14.06.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı əmlakların ipoteka müqavilələrindən Yasamal Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli qətnaməsi icraya yönəldildikdən sonra məlumatının olduğunu bildirmiş, bunun əksi iş materialları ilə sübuta yetməmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, “xxxx” ASC-nin 2016-cı ildə bağlan mış müqaviləsi əsasında Cavabdeh2 qarşı pul və ipoteka tələbini Cavabdeh1 ASCdən alarkən ipoteka müqaviləsinin mümkün qanunsuzluğundan xəbərsiz olması müqavilənin etibarsızlığını aradan qaldırmır. Üçüncü şəxs “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, məhz apelyasiya şikayətində göstərilən və apelyasiya instansiya məhkəməsində tədqiq edilmiş dəlillərə istinad edir. Məhkəmə kollegiyası “xxxx” ASC-nin dəlilləri ilə razlaşır və ilkin olaraq qeyd edir ki, işdə olan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə tərtib olunmuş ittiham aktında olan təqsirləndirilən şəxs X1 ifadəsindən (səhifə 225) görünür ki, «… İkinci dəfə isə 2017-ci ilin q ış ayında Türkiyə Respublikasına getmiş və orada şirkət yaradaraq restoran açaraq təmir işlərinə başlamışdır. Həmin ərəfədə Şadiyyə xanım əri ilə ora gəlmiş və o da onları qarşılayaraq otelə yerləşdirmiş və Şadiyyə xanım onun təmir apardığı restoranına gələrkən xeyri–dua vermişdir.» Belə olan halda mübahisələndirilən müqavilələrin 2014-cü ildə bağlanması nəzərə alındıqda və 2017-ci ildə iddiaçının öz həyat yoldaşı ilə birlikdə Türkiyə Respublikasına gedərək istinad olunan şəxslə görüşməsi və iddiaçının həyat yoldaşı ilə (Cavabdeh2) T.Bayraməliyev arasında pul mübahisələrinin olması halında iddiaçının hazırkı müqavilələrin mövcudluğundan məlumatlı olmaması inandırıcı hesab olunmur. İşə ittiham aktının əlavə olunmasına baxmayaraq apelyasiya instansiya məhkəməsi həmin cinayət işi və ya iş ü zrə qəbul olunmuş yekun məhkəmə aktını tələb edərək öyrənməmiş və bununla da faktiki olaraq iddianın təmin olunmasının əsasları kimi yalnız iddiaçı tərəfin mülahizələrinə əsaslanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, X3 və “X8" MMC-yə qarşı kreditin qaytarılması və tələbin girov predmetlərinə yönəldilməsinə dair iddiası qismən təmin edilərək, 164.388,88 manat əsas borc, müqavilə müddəti üçün 14.585,34 manat faiz borcu və 100 manat cərimə borcu, cəmi 179.074,22 manat və dövlət rüsumunun ödənilməsi ilə əlaqədar məhkəmə xərcinə görə 30 manatın cavabdehlər Cavabdeh2, X3 və “X8” MMC-dən müştərək qaydada tutularaq iddiaçı banka ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə tutma Cavabde h2 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 94 saylı evin 44 saylı mənzilinə və Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində olan 0.13 ha torpaq sahəsində yerləşən bağ evinə, habelə “X8" MMCyə məxsus, 1 ədəd “Konkasar Dik Milli Kırıcı”, 1 ədəd “G09 Besleyici”, 1 ədəd “Kİ2 Jaw Crusher”, 1 ədəd “X6” və 1 ədəd “Kİ2 Jaw Crusher” maşınlarına yönəldilərək, ipoteka və girov predmetlərinin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 105.000 manat, bağ evinin ilkin satış qiymətinin isə 410.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Göründüyü kimi həmin mülki iş üzrə yaranmış borcun tələb edilməsi ilə yanaşı, tələbin hazırkı iş üzrə ipoteka predmetlərinə yönəldilməsinə dair tələb irəli sürülmüşdür. Bu halda işin icraatının nə vaxt başlanması və həmin mül ki işin icraatından iddiaçının məlumatının olub-olmamasını tam olaraq araşdırılmamış qalmışdır. Hazırkı işin icraatı ilə müəyyən olunur ki, tərəflər birgə yaşayır və birgə təsərrüfat idarə edirlər. Belə olan halda isə birgə mülkiyyət olan və ipoteka müqaviləsi bağlanmış əmlakların ipotekaya qoyulmasından iddiaçının məlumatının olmaması az inandırıcı hesab olunur. Yuxarıda istinad olan cinayət işində olan məlumatlarda da aydın olur ki, «xxxx» ASC-in iddiası üzrə Cavabdeh2 ilə yanaşı X3 da cavabdeh olmuşdur. Məhkəmə məhz bu halları, yəni iddiaçının ipoteka müqavilələrindən nə vaxt məlumatlı olmasını tam və hərtərəfli araşdırdıqdan sonra hüququnun pozulmasını bildiyi vaxtı müəyyən edərək müvafiq olaraq müddətin axımının nə vaxtdan başlanmasına dair müvafiq nəticəyə gəlməli idi. Lakin məhkəmə iddiaçının «İddiaçı əmlakların ipoteka müqavilələrindən Yasamal Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli qətnaməsi icraya yönəldildikdən sonra məlumatının olduğunu bildirməsi ilə» razılaşmış, lakin bu mövqeyinin işdə olan hansı sübutlarla dəstəkləndiyinə istinad etməmiş və bu istiqamətdə hər hansı araşdırma aparmamışdır. Beləliklə 2014-ci ildə əmlakların ipoteka ilə yüklü etməsindən xəbərdar olmamasının nə dərəcədə inandırıcı olmasına hüquqi qiymət verməmiş, iddiaçının hüququnun pozulduğu bildiyi dəqiq anı düzgün müəyyən etməmiş, bununla bağlı da hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərinin tətbiq edilməsini əsaslı olaraq müzakirə etməmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə na il olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, dəlillərə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1383/2020 nömrəli iş üzrə 28 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.