Məhkəmə qərarları › İş №2(102)-5275/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5275/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5275/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçılar İddiaçı1 və “X8” MMC-nin vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Rəsulova Aysel Ələddin qızının iştirakları ilə, iddiaçılar İddiaçı1 və “X8” MMC-nin cavabdehlər «xxxx” MMC-yə, «xxxx” MMC-yə qarşı, Bakı ş əhəri Səbail Rayon İcra Şöbəsi, Ləğv prossesində olan «xxxx» ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, X4 və X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilməklə qiymətləndirmə rəyinin ləğv edilməsi, hərracın yekunları barədə protokolun və onun əsasında bağlanmış alqı-satqı müaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-813/2020 saylı, 31 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və “X8” MMC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(005)-126/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim R.N.Quliyev) iddia təmin edilərək, “xxxx” MMC-nin iddiaçı “X8” MMC-nin girov qoyduğu İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 807; 799; 769-778; 803; 805 saylı torpaq sahələrinin qiymətləndirilməsi barədə 25.05.2010-cu il tarixli, 365 nömrəli qiymətləndirmə rəyinin ləğv edilməsi, «xxxx» MMC-nin iddiaçı “X8” MMC-nin girov qoyduğu İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 807; 799; 769-778; 803; 805 saylı torpaq sahələrinin açıq hərracda satılması barədə 04.08.2010-cu il tarixli, 88/03 nömrəli hərracın nəticələri haqqında yekun protokolun və «xxxx» MMC ilə “xxxx” ASC arasında bağlanmış 04.08.2010-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya M əhkəməsinin Mülki Kollegiyasının 2(103)-813/2020 saylı, 31 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və Ləğv prossesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 sentyabr 2019-cu il tarixli qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddiaçılar İddiaçı1 və “X8” MMC-nin cavabdehlər “xxxx” MMC və “xxxx” MMC-yə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və sair tələbləri barədə” iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İdd iaçılar İddiaçı1 və “X8” MMC iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizələr ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddiaçı MMC-nin girov qoyduğu və İddiaçı1 məxsus Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 807, 799, 769-778, 803, 801, 805 saylı torpaq sahələrinə dair cavabdeh Qiymətləndirilmə Xidmətinin 25.05.2010-cu il tarixli “Qiymətləndirmə rəyinin” ləğv edilməsi, cavabdeh Hərrac Mərkəzinin “Hərracın yekunları barədə protokolun” və bu protokol əsasında bank ilə bağlanmış alqı-satqı müqaviləsinin hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbayca n Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-1943/2009 saylı işi üzrə qəbul etdiyi 01.12.2009-cu il tarixli qətnaməsinə əsasən verilmiş 15.03.2010-cu il tarixli icra vərəqəsi üzrə borclu (hazırki iş üzrə iddiaçı) MMC-dən (hazırki iş üzrə üçüncü şəxs olan) bankın xeyrinə cəmi 1.229.778 manat məbləğində pul tutulmalı və tutma mübahisəli torpaq sahələrinə yönəldilməlidir. Tutma yönəldilən həmin torpaq sahələri hərracdan satılmış və əldə olunmuş vəsait hesabına MMC-nin banka olan borcunun bir hissəsi ödənilmiş, yerdə qalan cəmi 1.229.778 manat məbləğində borcunun ödənilməsi üçün müvafiq icra tədbirləri həyata keçirilmişdir. Qeyd edilən icra sənədləri əsasında İddiaçı1 mülkiyyətində olan torpaq sahələrinin Səbail Rayon İcra Şöbəsinin sifarişi ilə hərracdan satılması məqsədilə Qi ymətləndirilmə Xidməti tərəfindən qiymətləndirmə aparılmış və ipoteka predmeti olan daşınmaz əmlaklar 927.000 manat qiymət qoyulmuşdur. Lakin İddiaçı1 məxsus olan həmin torpaq sahələrin qiymətləndirilməsi və hərracdan satılması zamanı İddiaçı1 məlumat verilməmiş və Hərrac Mərkəzinin hərracın yekunlarına dair 57/03 nömrəli protokolunda, həmçinin hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə 04.08.2010-cu il tarixli müqavilədə torpaq sahələrinin X2 məxsus olması göstərilmiş, sahələrin qiymətləndirilməsi və hərracdan satılması barədə bildirişlər əmlakın mülkiyyətçisinin deyil, digər şəxsin adına göndərilməklə İddiaçı1 qəsdən gizlədilmişdir. Qeyd edilənlərə və əmlakın qiymətləndirilməsi, hərracdan satılması ilə bağlı münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə əsasən hesab edi rlər ki, İddiaçı1 mülkiyyətində olan və iddiaçı MMC tərəfindən girov qoyulan torpaq sahələri cavabdeh Qiymətləndirilmə Xidməti tərəfindən vaxtı ilə obyektin bazar və digər dəyərinə uyğun olaraq düzgün qiymətləndirilməmiş və həmin qiymətləndirmə əsasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə “sifarişçi - satıcı” Səbail Rayon İcra Şöbəsi ilə, “alıcı” “xxxx” ASC arasında bağlanmış müqavilə qanunazidd şəkildə bağlanılaraq mülkiyyətçinin əmlak hüquqlarını pozmuşdur. Beləliklə, İddiaçı1 mülkiyyətində olan həmin torpaq sahələrinin iddiaçı MMC tərəfindən ipoteka predmeti kimi girov qoyulmuş daşınmaz əmlaklara dair qiymətləndirmə rəyi ləğv edilməli, qiymətləndirmənin keçirildiyi vaxt əmlakın həqiqi bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə məhkəmə qaydasında ekspert qiymətləndiril məsi təyin olunmalıdır. İddia ərizəsində tələbin irəli sürülməsi üçün iddia müddətinin buraxılması ilə əlaqədar xüsusi olaraq qeyd edilir ki, daşınmaz əmlakların qiymətləndirilməsi və hərracdan satılması barədə məlumatsız olduqlarını nəzərə alaraq müddətin buraxılması üzürlü hesab edilərək bərpa edilməlidir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçılar İddiaçı1 və “X8” MMC həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaç ı1, “X8” MMC və onların vəkili Vəkil2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası iş materiallarında torpaq sahələrinin qiymətləndirilməsi, hərracın keçirilməsi, alqı-satqı müqaviləsinin bağlanması barədə hər hansı məlumatların, rəsmi yazılı bildirişlərin iddiaçılar tərəfindən alınması barədə heç bir sübutun olmadığını nəzərə almamış, iddia müddətinin tətbiqi barədə cavabdehlər tərəfindən verilmiş ərizəni təmin etməkdə haqlı olmamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətn aməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və “X8” MMC-nin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan “xxxx” ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Rəsulova Aysel Ələddin qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər «xxxx” MMC-nin, «xxxx” MMC-nin nümayəndələri, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Səbail Rayon İc ra Şöbəsinin və Ləğv prossesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri, X4 və X3 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçılar İddiaçı1 və “X8” MMC-nin vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan “xxxx” ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Rəsulova Aysel Ələddin qızının izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçılar İddiaçı1 və “X8” MMC-nin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apelyasiya i nstansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: -Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)1943/2009 saylı işi üzrə qəbul etdiyi 01.12.2009-cu il tarixli qətnaməsinə əsasən verilmiş 15.03.2010-cu il tarixli icra vərəqəsindən görünür ki, həmin iş üzrə borclu (hazırki iş üzrə iddiaçı) “X8” MMC-dən həmin iş üzrə tələbkar (hazırki iş üzrə üçüncü şəxs olan) Bankın xeyrinə cəmi 1.229.778 manat məbləğində pul tutulmalı və tutma mübahisəli torpaq sahələrinə yönəldilməli, bundan sonra artıq qala biləcək vəsait “X8” MMC-yə verilməli, vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda isə, qalan vəsait “X8” MMC-nin başqa əml akı hesabına tutulmalıdır. -cavabdeh xxxx tərəfindən iddiaçı “X8” MMC-yə, İddiaçı1 və üçüncü şəxs olan “xxxx” ASC-yə ünvanladığı “Açıq hərracın keçirilməsinə dair 03.07.2010-cu il tarixli, 02 nömrəli bildiriş”dən görünür ki, hazırki iş üzrə mübahisənin predmeti olan torpaq sahələrinə dair açıq hərracın keçirilməsi 13.07.2010-cu il tarixə saat 10:00-13:00 və 14:0017:00-a təyin edilmişdir. -xxxxnin həmin şəxslərə ünvanladığı “Açıq hərracın keçirilməsinə dair 17.07.2010cu il tarixli, 03 nömrəli bildiriş”dən görünür ki, həmin torpaq sahələrinə dair açıq hərracın keçirilməsi 27.07.2010-cu il tarixə saat 10:00-13:00 və 14:00-17:00-a təyin edilmişdir. -“xxxx” MMC-nin 25.05.2010-cu il tarixli, 365 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Səbail Rayon İcra Şöbəsinin 17/64 1923/5 saylı, 02.04.201 0-cu il tarixli sifariş məktubuna əsasən borclu (hazırki iş üzrə iddiaçı) MMC-nin girov qoyduğu və (hazırki iş üzrə digər iddiaçı) İddiaçı1 məxsus mübahisəli (ümumilikdə 0,90 hektar ölçülü) torpaq sahələrinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 927.000 manat təşkil edir. - xxxxnin 57/03 nömrəli, 04.08.2010-cu il tarixli “Hərrac təşkilatının hərracın yekunları barədə protokolu”ndan görünür ki, İcra Şöbəsinin sifarişi əsasında İddiaçı1 məxsus olan torpaq sahələri 927.000 manat qiymətlə hərraca çıxarılmış, sonradan 25% aşağı qiymət – 590.962,50 manat qiymətlə təkrar hərraca çıxarılmış və həmin qiymətə tələbkar Bank tərəfindən alınmışdır. - xxxxnin 88/03 nömrəli, 04.08.2010-cu il tarixli protokolundan görünür ki, mübahisəli torpaq sahələri “İpoteka haqqında” Q anunun 42.3-cü maddəsinə əsasən 590.962,50 manata tələbkar banka satılmışlar. - xxxx ilə bank arasında bağlanmış 04.08.2010-cu il tarixli “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə”dən görünür ki, mübahisəli torpaq sahələri 590.962,50 manata bank tərəfindən satın alınmışdır. -“X5” MMC-nin 12.10.2018-ci il tarixli, H/51-GHM nömrəli “Əmlakın qiymətləndirilməsi barədə hesabatından” görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamlar nəticəsində məlum olunmuşdur ki, 0.8844 hektardan ibarət olan mübahisəli torpaq sahələrinin 04.08.2010-cu il tarixə ümumi qiyməti 2.830.080 manat təşkil etmişdir. Hazırki dövrə tələb və təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 3.095.400 manat təşkil edir. -“xxxx” MMC-nin 06.12.2018-ci il tarixli, MB 11/1144 nömrəli qiymətləndirmə rəyindən görünür ki, aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, mübahisəli torpaq sahələrinin qiyməti 2010-cu ilin may ayına 810.000 manat, 06.12.2018ci il tarixə isə 870.000 manat təşkil edir. -“xxxx” MMC-nin 24.06.2019-cu il tarixli, LP-099/19 daşınmaz əmlakın qiymətləndirməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış təhlil və hesablamalara görə mübahisəli torpaq sahələrinin qiyməti 04.08.2010-cu il tarixə 1.680.360 manat, hazırki real bazar qiyməti 1.944.800 manat təşkil edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianın “qiymətləndirmə rəyinin ləğv edilməsi” hissəsinin əsaslılığını onunla əsaslandırmışdır ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsa sən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianın qalan hissəsinin əsaslılığını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hərracın təşkilatçısı olan cavabdeh xxxxnin vəzifəsi “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin tələblərinə əməl edərək hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməli, tərəflərə verilməsini təsdiq etmə üsulu ilə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış birinci elanı verməli və bu barədə tərəflərə bildiriş göndərməlidir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elan verməli, elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında mə lumatlar göstərilməlidir. xxxx tərəfindən “İpoteka haqqında” Qanunun tələblərinin pozulması, hərrac zamanı iddiaçıya məxsus əmlakların öz dəyərindən xeyli aşağı qiymətlə hərraca çıxarılması, bunun nəticəsi olaraq isə həmin əmlakların (torpaq sahələrinin) 590.962,50 manata banka satılması, xxxx tərəfindən hərracın yekunları barədə protokol tərtib edilmiş və alğı-satqı müqaviləsi bağlanması, nəticədə qanunvericiliyin imperativ tələbinin və iddiaçıların qanunla qorunan və təminat verilmiş mülkiyyət hüquqlarının (və əlaqəli hüquqların) pozulması hallarını müəyyən etmiş birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan hallar hərracın təşkilatçısı olan xxxx tərəfindən hərracın keçirilməsinin və təşkilinin pozulması kimi qiymətləndirilməli və Mülki Məcəllənin 416-cı maddəsinə əsasən mü qavilənin etibarsızlığına səbəb olmalıdır. Həmçinin birinci instansiya məhkəməsi üçüncü şəxslər N.Qəniyev və Bankın iddia müddətinin tətbiq edilməsi barədə ərizələrini əsassız hesab edərək qeyd etmişdir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın əsaslılığı ilə bağlı gəldiyi nəticəni düzgün hesab etsə də, iddia müddətinin tətbiq edilməli olmaması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq qeyd etmişdir ki, Ləğv prossesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəsi onunla əsaslandırılmışdır ki, müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia onun bağlandığı andan bir il müddətində qaldırıla bilər. İşin faktiki hallarından da aydın olduğu kimi, Qiymətləndirilmə Xidmətinin qiymətləndirmə rəyi 25.05.2010-cu il tarixdə tərtib olunmuşdur. Eyni zamanda, 57/03 nömrəli hərrac protokolu 04.08.2010-cu il tarixdə imzalanmışdır. Yəni tərəf məhkəməyə iddia verilməsi üçün tətbiq edilən iddia müddətini ötürmüşdür. İddiaçılara hal-hazırki iddia tələbləri ilə bağlı məsələ daha əvvəldən məlum olmuşdur. Belə ki, qeyd olunan işlə bağlı müxtəlif instansiya məhkəmələrində mübahisələr getmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 384.0.4-cü maddəsinə istinad edərək hazırki mübahisəyə iddia müddətinin tətbiq olunmadığı qənaətinə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin irəli sürülməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsini araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol vermişdir. Belə ki, Mülki Məcəllənin 354-cü maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əq di mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin maddədə nəzərdə tutulan müddətlər iddia müddəti deyil, kəsici müddət hesab edildiyindən məhkəmə müddətin tətbiq edilib-edilməməsi məsələsini öz təşəbbüsü ilə həll etməlidir. İş materiallarından göründüyü kimi, mübahisələndirilən qiymətləndirmə rəyi və hərrac protokolu 2010-cu ildə imzalanmışdır. İddiaçılar daşınmaz əmlakların qiymətləndirilməsi və hərracdan satılması barədə məlumatsız olduqlarını bildirmişlər. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar işin icra mərhələsində olduğunu, icra sənədinin əmlaklarının hərrac yolu satılacağı barədə məlumatlı olduqları üçün daşınmaz əmlakların qiymətləndirilməsi və hərr acdan satılması halını bilməli idilər. Əmlakın qiymətləndirilməsi və hərracdan satılması barədə bildirişlər İddiaçı1 deyil, digər şəxsin - X1 adına göndərilsə də, göndərildiyi ünvan iddiaçının ünvanı olduğundan, bildirişlər iddiaçıya rəsmi təqdim edilmiş sayıldığından, mübahisələndirilən rəy və hərrac protokolunun surətlərinin iddia ərizəsinə əlavə olunması da rəsmi təqdim edilmə faktını bir daha təsdiq etdiyindən və iddiaçıların hüquqlarının pozulduğunu, qiymətləndirmə rəyindən və hərracın nəticələrindən əvvəldən xəbərdar olduğunu bir daha təsdiq etdiyindən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki iddiaya kəsici müddət tətbiq edilməli və iddia tələbləri qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülməsi ilə verildiyi üçün rədd edilməlidir. Apelyasiya instansiyası mə hkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddia, məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş kəsici müddətin ötürülməsi ilə verildiyi halda, irəli sürülən tələbi təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkə məsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və “X8” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-813/2020 saylı, 31 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar