Məhkəmə qərarları › İş №2(102)-5276/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5276/2019

20.08.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5276/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı Bakı şəhəri, İddiaçı vəkili X3, Cavabdeh2 və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2(103)3900/2019 saylı qərardadından iddiaçı Bakı şəhəri, İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri, X rayon məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(007)-3569/2018 say lı qətnaməsi ilə (sədrlik edən, hakim M.Q.Sadıqov) iddiaçı Bakı şəhəri, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və digərlərinə qarşı “mənzilin özəlləşdirilməsinin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi” barədə iddiası təmin edilərək, Bakı şəhəri, X rayonu, ünvan evin (yataqxana binasının) 85-ci mənzilinin Cavabdeh1 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair reyestr orqanı tərəfindən onun adına verilmiş 10 yanvar 2018-ci il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh1la Cavabdeh2 arasında notarial qaydada bağlanmış 19 yanvar 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında reyestr orqanı tərəfindən Cavabdeh2 adına aparılan qeydin, eləcə də 07 mart 2018-ci il tarixli çıxarışın ləğv edilməsi qət olunub. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2(103)3900/2019 saylı qətnaməsi ilə (hakimlər X.A.Mərdanov sədrlik edən, məruzəçi, E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayətləri təmin edilərək, iş üzrə Bakı şəhəri, X rayon məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə çıxarılmaqla iddiaçı Bakı şəhəri, İddiaçı Cavabdeh2 və digərlərinə qarşı iddia tələbləri “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” hissəsində rədd edilib. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2(103)-3900/2019 saylı qətnaməsi ilə (hakimlər X.A.Mərdanov sədrlik edən, mə ruzəçi, E.M.Həsənov və F.F.Babayev) iş üzrə Bakı şəhəri, X rayon məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qətnaməsi Bakı şəhəri, X rayonu, ünvan evin (yataqxana binasının) 85-ci mənzilinin Cavabdeh1 adına özəllişdirilməsinin etibarsız hesab edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilib. İddiaçı Bakı şəhəri, İddiaçı qərardaddan kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı Bakı şəhəri, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1la XX arasında 19 yanvar 2018-ci il tarixdə notarial qaydada bağlanmış, Bakı şəhəri, X rayonu, ünvan ünvanda yerləşən 85-ci mənzilə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında reyestr orqanı tərəfindən Cavabdeh2 adına reyestrdə aparılan qeydin və 07 mart 2018-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Bakı şəhəri, İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, reyestr orqanının əlavə cavabdeh qismində işə cəlb edilməklə, Bakı şəhəri, X rayonu, ünvan ünvanda yerləşən 85-ci mənzilə dair Cavabdeh1 adına reyestr orqanı tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətində iş üzrə a pellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunub. Kssasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı Bakı şəhəri, İddiaçı vəkili XX kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh2 və vəkili XX məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti, 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzürsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməs i apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, həmin hissədə iş üzrə icraata xitam verərkən, “mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi” hissəsində iddia tələbinə məhkəmə aidiyyəti qaydasında inzibati-iqtisadi məhkəmədə baxılmalı olmasına, həmin hissədə işə ümumi məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməsi üçün prosessual əsasların əmələ gəlməsinə istinad edib və hüquqi mövqeyni Azərbaycan Respublikası MPM-nin 24.1, 261.0.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instans iyası məhkəməsinin gəldyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini “Bakı şəhəri, X rayonu, ünvan evin (yataqxana binasının) 85-ci mənzilinin Cavabdeh1 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi” hissində də təmin edərkən maddi, prosessual hüquq normalarının təl əblərini düzgün tətbiq etməyib. Birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə icraata ümumi məhkəmədə baxılmalı olmaması əsasına görə xitam vermək əvəzinə, həmin hissədə də iddia tələbini təmin etməklə iş üzrə səhv nəticəyə gəlimişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətinin xarakteri nəzərə alınmaqla bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələr də baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İPM-nin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin normadakı “qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə” ifadəsi mülki-prosessual və inzibati xətalar qanunvericiliklərinin normalarına göndərir. “İnzibati icraat haqqında” Az ərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddənin mənasına görə, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlə ri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olmalıdır. Apellyasiya insitansiyası məhkəməsi sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, “Bakı şəhəri, X rayonu, ünvan evin (yataqxana binasının) 85-ci mənzilinin Cavabdeh1 adına özəlləşdirilməsi- inzibati orqan sayılan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həyata keçirilib və sonuncu həmin mənzili Cavabdeh1 adına özəlləşdirməklə ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni nizama salıb və inzibati orqan sayılan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin bu qərarı ünvanlandığı fiziki şəxs Cavabdeh1 üçün müəyyən hüquqi nəticələr yaradıb. Kassasiya instansiyası məhkəməsi kasassiya şikayətinin dəlillərini araşdırıb, işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətinin xarakterini nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin məhkəmə aidiyyəti üzrə inzibati-iqtisadi məhkəmədə baxılmalı olmasına dair düzgün nəticəyə gəlib və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarına ria yət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddənin mənasına görə, məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə o vaxt, baxıla bilər ki, iş aidiyyət qaydalarına riayət etməklə məhkəmənin icraatına qəbul edilmiş olsun. Hazırki işdə isə, bu hal istisna olunur. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Digər tərəfdən işdən görünür ki, iddiaçı Bakı şəhəri, İddiaçı iddia ərizəsinə əlavədə “Bakı şəhəri, X rayonu, ünvan evin (yataqxana binasının) 85-ci mənzilinin Cavabdeh1 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsini deyil, həmin mənzilə dair onun adına verilmiş çıxarı şın ləğv edilməsini iddia etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 261.0.1-ci maddəsində göstərilir ki, hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. Kassasiya insansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgüq tətbiq etməsini yoxlayıb hesab edir ki, iddiaçı Bakı şəhəri, İddiaçı “mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsinə” dair belə bir tələbi olmadığından, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə işə ümumi məhkə mədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Bakı şəhəri, İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2(103)-3900/2019 say lı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərarqəbul edildiyiandan qüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar