Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5276/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 53 saylı Notariat Ofisinin notariusuna (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin maraqlı şəxs qismində cəlb edildiyi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 53 saylı Notariat Ofisinin notariusuna (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin maraqlı şəxs qismində cəlb edilmişdir) qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-643/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 22 mart 1990-cı ildə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan onların 3 övladları, o cümlədən cavabdeh 1993-cü il təvəllüdlü Həsənova (Əliyeva) Sevinc İlham qızı doğulmuşdur.
2. Birgə n ikah dövründə 28 mart 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
3. Bakı şəhəri 18 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş, 7E-7521 reyestr nömrəli 10 aprel 2018-ci il tarixli etibarnamənin surətinə əsasən, İddiaçı arvadı Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün daşınar və daşınmaz əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı girov qoymaq və girovu qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqd lər üzrə haqq-hesab aparmağı və sairə səlahiyyətləri etibar etmişdir.
4. Bakı şəhəri 53 saylı Notariat Ofisində təsdiq olunmuş 16 aprel 2021-ci il tarixli 4ə897 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən mənzili qızı Cavabdeh1 bağışlamışdır. Müqavilə İddiaçı adından 10 aprel 2018-ci il tarixli etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 tərəfindən imzalanmışdır. Notariat işində olan Cavabdeh2 16 aprel 2021-ci il tarixli ərizəsinin, habelə X3 və X4 etibarnamə üzrə nümayəndələri Cavabdeh2 tərəfindən imzalanmış 16 aprel 2021-ci il tarixli ərizələrin surətlərinə əsasən, həmin şəxslər İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzilin qızı Cavabdeh1 bağışlanmasına etiraz etmirlər. 22 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli el ektron çıxarışa əsasən, 16 aprel 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasında Bakı şəhəri M.Hadi küçəsi ev 45 giriş 2 mənzil 148 Cavabdeh1 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. 5. “Elektron Notariat” X1 Çıxarışa əsasən ki, Bakı şəhəri 18 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, 7E-7521 reyestr nömrəli 10 aprel 2018-ci il tarixli etibarnaməyə 18 may 2021-ci il tarixində xitam verilmişdir. 6. “Elektron Notariat” X1 Çıxarışa əsasən, mülkiyyətçi İddiaçı etibar edən Cavabdeh2 vasitəsilə etibar edilən X2 28 dekabr 2018-ci il tarixli 5327 reyestr nömrəli etibarnamə əsasında Bakı şəhəri Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə dair etibar edəni Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə, mü əssisə və təşkilatlarında, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Ərazi İdarəsində və digər aidiyyəti orqanlarda etibar edənin nümayəndəsi olmağı, adından sənədləşmə işlərini aparmağı, sənədləri və arayışları təqdim etməyi və almağı, lazımı sənədlərdə imza etməyi, adından ərizələr verməyi, ərizələrdə imza etməyi, dövlət rüsumu ödəməyi, adına olan torpaq sahəsinin sənədləşmə işlərinin rəsmiləşdirilməsi ilə bağlı onu təmsil etməyi, kadastr planı, reyestrdən çıxarış almağı və ya dəyişdirməyi, əvəzindən imza etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından bütün digər zəruri hərəkətləri etməyi etibar edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan s onra – iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 45 saylı evin 148 saylı mənzili barəsində Cavabdeh1 ilə iddiaçı arasında rəsmiləşdirilmiş Bakı şəhəri 53 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixində təsdiqlənmiş, reyestrdə 4Ə-897 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin etibarsız hesab olunması və onun yaratdığı hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisə predmeti olan, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 45 saylı evin 148 saylı mənzili iddiaçıya məxsusdur və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülk iyyətim kimi qeydiyyata alınmışdır. İddiaçı 2016-cı ildən Rusiya Federasiyasının Kazan şəhərinə köçmüş və orada yaşayır. 2018-ci ildə Bakı şəhəri, Sabunşu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 1200 kv metr olan torpaq sahəsini satmaq üçün Cavabdeh2 10 aprel 2018-ci il tarixdə Bakı şəhərində yerləşən 18 saylı notariat kontorunda etibarnamə vermiş və və Rusiya Fedarasiyasma qayıtmışdır. Elə həmin notariat kontorunda da Cavabdeh2 bağ sahəsini sənədləşdirmək üçün Oqtay Aslanov adlı şəxsə etibarnamə vermişdir. Son vaxtlar cavabdehlər Cavabdeh2 Dənəzxan qızının və Cavabdeh1in milli mentalitetimizə, ailə hüquq münasibətlərinə uyğun olmayan, azərbaycanlı ailəsinə ləkə gətirən hərəkətləri üzündən münasibətlərin kəskinləşməsi ilə əlaqədar Cavabdeh2 və Cavabdeh1 uzun illər ərzində ağır zəhmət bahasına aldğı, iddiaçının mülkiyyətimdə olan, mübahisə predmeti olan mənzilimi ələ keçirmək fikrinə düşmüş və bağ sahəsini sənədləşdirmək üçün verdiyi etibarnamə əsasında mülkiyyətində olan mənzili iradəsinə zidd olaraq, onun xəbəri olmadan Bakı şəhəri 53 saylı notariat ofisində Cavabdeh1 bağışlama müqaviləsi ilə sənədləşdirilmişdir. Onların bu qanunsuz hərəkətləri ilə barədə məlumat çatan kimi o, dərhal 10 aprel 2018-il tarixli etibarnaməni ləğv elətdirmiş və pozulmuş hüquqlarımın bərpa olunması üçün məhkəməyə müraciət etmək etmişdir. Hesab edir ki, cavabdehlərin bu hərəkətləri qanuna ziddir. Odur ki, etibarnamə əsasında iddiaçının adından Cavabdeh2 Dənəzxan qızının imzası ilə iddiaçı ilə Cavabdeh1 arasında rəsmiləşdirilmiş, Bakı şəhəri 53 saylı Notariat ofisində təsdiq olunmuş, 10 apre l 2021-ci il tarixli bağışlama müqaviləsi məhkəmə qaydasında etibarsız hesab olunmalı, müqavilənin hüquqi nəticələri ləğv olunmalı və pozulmuş hüquqları bərpa edilməlidir.
9. Birinci instansiya məhkəməsində cavabdehlərin vəkili və nümayəndəsi iddiaya etiraz edərək rədd iddianın olunmasını xahiş etmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-5140/2022 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əqdin etibarsız hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış bağışlama müqaviləsinin etibarlılığ ını şübhə altına alan hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir.
12. Məhkəmə mübahisələndirilən bağışlama müqaviləsinin imzaladığı dövrdə tərəflər arasında münasibətlərin kəskin surətdə pozulduğuna görə iddiaçının cavabdeh X5 ünvan 4 ünvanında yerləşən mənzili bağışlaması ilə bağlı razılaşmanın mümkünsüz olması barədə iddiaçının dəlilinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı tərəfindən bu halı təsdiq edəcək mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi 01 ədəd kompakt diskdə olan 2 ədəd fayldan ibarət video yazıları ilə bağlı qeyd edir ki, həmin video nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması məlum olmadığından, o cümlədən qanunsuz yolla əldə edildiyindən iş üzrə sübut kimi qəbul edilmir.
13. Məhkəmə hesab etmişdir ki, iddianın əsasını təşkil edən faktiki halların mövcüdluğu iddiaçı tərəfindən sübut edilməlidir. Lakin, iddiaçı bununla bağlı kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələblərinin əsasını təşkil faktiki halların mövcud olmadığına dair qənaətə gələrək hesab etmişdir ki, iddia rədd edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 329.1, 337.1, 337.4 və 339.2-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 95.1 və 95.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şika yəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin “YouTube” kanalında əxlaqsız videogörüntüləri yayıldıqdan sonra iddiaçı ilə onların arasında münasibətlər pisləşmiş, son bir ildə isə münasibətlər həddindən artıq gərgin olmuşdur. Buna görə də İddiaçı heç bir halda mülkiyyətində olan mənzili qızı Cavabdeh1 bağışlamazdı. İddiaçının arvadı Cavabdeh2 münasibətlərin gərginləşməsinə görə bağ sahəsinin sənədləşdirilməsi ilə əlaqədar ona 3 il əvvəl verilmiş etibarnamədən istifadə edib mənzili onun adından qızları Cavabdeh1 bağışlamışdır. Birinci instansiya məhkəməsi bu müqavilənin iddiaçının iradə ifadəsini əks etdirmədiyini nəzərə almadan, təqdim olunmuş videogörüntüyə qiymət vermədən əsassız olaraq iddianı rədd etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyas iya instansiya məhkəməsi) 2(103)-643/22 nömrəli iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, bağışlama müqaviləsi imzalanarkən lazımi subyektlər (səlahiyyətli şəxslər) iştirak etmiş, Cavabdeh2 mülkiyyətçi İddiaçı etibarnamə əsasında ona verilmiş səlahiyyətlər çərçivəsində təmsil edərək onun adından müqaviləni imzalamışdır. Müqavilə notarial qaydada təsdiq olunmuş, müqavilənin məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Müqavilənin bağlanmasında idd iaçının iradə ifadəsinin olmamasına gəldikdə isə, kollegiya qeyd edir ki, iddiaçı bu barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, iddiaçı 10 aprel 2018-ci il tarixli etibarnamə əsasında arvadı Cavabdeh2 mülkiyyətində olan daşınar və daşınmaz əmlaklara dair geniş səlahiyyətlər vermiş, özünə məxsus olan torpaq sahəsi ilə bağlı X2 28 dekabr 2018-ci il tarixdə etibarnamə verildiyini bildiyi halda, Cavabdeh2 verdiyi etibarnaməni yalnız 18 may 2021-ci il tarixdə ləğv etdirmişdir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 666.1 və 668.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və i ddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti MPM-in 14.2, 77.1 və 217.3-cü maddələri və “Məhkəmə qətnaməsi haqqında” Ali Məhkəmənin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarına istinad edilməklə onunla əsaslandırılmışdır, iddiaçı hesab etmişdir ki, apellyasiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutlara obyektiv hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
23. Maddə 337.1. Bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
24. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan e tibarsızdır.
25. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
26. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tə ləblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kas sasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı insta nsiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçini dinləiyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır.
38. İddianı r ədd edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə müəyyən edilən şərtlər yoxdur, müqavilənin etibarlılığını şübhə altına alan hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir, bağışlama müqaviləsi bağlanan dövrdə tərəflərin münasibətləri kəskin surətdə pozulduğuna görə iddiaçının mənzilin bağışlamasına razı olmasının mümkünsüz olmasına dair iddiaçı tərəf mötəbər sübut təqdim ediə blməmişdir. İddiaçının təqdim etdiyi 01 ədəd kompakt diskdə olan 2 ədəd fayldan ibarət video yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması məlum olmadığından, o cümlədən qanunsuz yolla əldə edildiyindən iş üzrə sübut kimi qəbul edilmir.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyada işə baxan məhkəmə nin qənaəti ilə razılaşmışdır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin təqdim etdiyi sübutlara tam və hərtərəfli baxmamış, onlara düzgün hüquqi qiymət verməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla əsassız nəticəyə gəlmişdir.
41. Belə ki, iddiaçı mülkiyyətində olan mənzilin bağışlanmasının iradəsinə zidd olması, müqavilə bağlanan dövrdə cavabdehlər arvadı və qızı ilə münasibətlərin kəskin surətdə pozulması, bu səbəbdən nə bağışlama üçün arvadına səlahiyyət verməsinin, nə də qızına mənzil bağışlanmasının mümkünsüzlüyü, münasibətlərin pozulmasının həmin şəxslərin təqsirli hərəkətləri nəticəsində baş verdiyini irəli sürmüş, cavabbeh Cavabdeh2 adına verilmiş 10 aprel 2018-ci tarixli etibarnamənin mənzilin bağışlan ması ilə deyil, bağ sahəsinin özgəninkiləşdrilməsi ilə əlaqədar olduğunu göstərmişdir.
42. İşdən görünür ki, həqiqətən də iddiaçı tərəfindən Cavabdeh2 verilmiş 10 aprel 2018-ci tarixli etibarnaməyə əsasən sonuncu tərəfindən 28 dekabr 2018-ci il tarixdə X2 Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi ilə bağlı iddiaçının adından etibarnamə verilmişdir. Bundan sonra 10 aprel 2018-ci tarixli etibarnamədən Cavabdeh2 istifadə etməsi iş materialları ilə müəyyən edilmir. Etibarnamə hazırkı mübahisənin predmeti olan bağışlama müqaviləsi bağlanandan bir ay sonra iddiaçı tərəfindən ləğv edilmişdir.
43. İddiaçının təqdim etdiyi 01 ədəd kompakt diskdə olan 2 ədəd fayldan ibarət video yazılar birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən olunmuş qaydada əldə olunmadığına, h əmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması göstərilmədiyinə görə sübut kimi qəbul edilməmişdir. İddiaçının apellyasiya şikayətində videoyazılara düzgün hüquqi qiymət verilməməsi barədə dəlil irəli sürülməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin dəlilə hüquqi qiymət verməmiş, birinci instansiya məhkəməsinin bu məsələnin həllində düzgün nəticəyə gəlib-gəlməməsi qətnamədə göstərilməmişdir.
44. Kassasiya instansiya məhkəməsində iş materialları öyrənilən zaman isə ümumiyyətlə həmin viedoyazılar aşkar edilməmiş, yaddaş kartı yerləşdərilmiş zərf boş olmuşdur.(i.v.87-88).
45. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, iddiaçı cavabdehlərlə münasibətlərin 2017-ci ildə “YouTube” kanalında əxlaqsız görüntüləri yayıldıqdan sonra pozulduğunu göstərmiş, bundan sonra Cavabdeh2 etibarnamə vermişdir, yəni hələ etibarnamə verilən zaman tərəflərin münasibətləri pozulmuş vəziyyətdə olmuşdur. Lakin nə iddia ərizəsində, nə də iş materillarında iddiaçının cavabdehlərlə münasibətlərinin 2017-ci ildə pozulduğunu göstərməsi müəyyən edilmir. Əksinə, iddiaçı cavabdehlərlə münasibətlərin kəskinləşməsinin hazırkı iddia qaldırılmamışdan az əvvəl baş verdiyini göstərmiş, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı Xətai rayon məhkəməsində verdikləri iddia ərizəsində cavabdehlər də İddiaçı 2021-ci ilin əvvələrindən başlayaraq onlar barəsində yalan və böhtan xarakterli məlumatlar yaydığını göstərmişdir.
46. Göründüyü kimi həm iddiaçının izahatı və təqdim etdiyi sübutlar, həm də cavabdeh tərəfin digər iş üzrə iddia ərizəsində göstərdikləri hallarla ay dın olur ki, bağışlama müqaviləsi bağlanan zaman hədiyyə verən-iddiaçı ilə onun nümayəndəsiCavabdeh2 və hədiyyə alan-Cavabdeh1 arasında münasibəilər ziddiyyətli olmuşdur. Bu vəziyyətdə iddiaçı-hədiyyə verənin nümayəndəsi Cavabdeh2 digər tərəf-hədiyyə alan Sevin Əliyeva ilə iddiaçının mülkiyyətində olan mənzilin sonuncuya bağışlanmasına dair müqavilə bağlamaları pis niyyətlə razılığa gəlməklə həyata keçirilməsi istitsna olunmur. İddia ərizəsində iddia tələblərin digər əsasları ilə yanaşı həmin əsas da (Mülki Məcəllənin 339.1-ci maddəsi) göstərilməsinə baxmayaraq işə baxan aşağı instansiya məhkəmələri bu halı diqqətdən qaçırmış, bağışlama müqaviləsinin etibarlılığına, müqavilənin bağlanmasında həbiyyə verənin həqiqi iradə ifadəsinin olub-olmadığına bu baxımdan qiymət verməmişdir.
47. İşin yu xarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
45. Şərh edilnələrə əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-643/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.