Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5277/2019 23.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli, 2(103)3556/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail rayon məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2(009)3301/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.A.Bağırov) İddiaçı cavabdehlər Ca vabdeh1 və Cavabdeh2 qarşı “beh müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası rədd edilib. İddiakçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli, 2(103)3556/2019 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “beh müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, onunla cavabdehlər arasında 18 mart 2016-cı il tarixli beh müqaviləsi bağlanıb. Həmin müqavilənin şərtlərinə görə guya və Cavabdeh2 20 aprel 2016-cı il tarixə kimi İran İslam Respublikasından kənd təsərrüfatı bitkiləri almaq üçün Cavabdeh1 55.000 manat beh almışıq. Beh verən Cavabdeh1 həmin pul vəsaitini Cavabdeh2 və ona guya nəğd şəkildə ödəyib. Cavabdehlər yaxın qohumdurlar və onu aldadıblar. Həmin pul vəsaiti ona ödənilməyib. Bu səbəbdən də beh müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasi ya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh1 kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh1 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı, vəkili XXX və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzürsüz səbəblərdən məh kəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətin təmin edilmədən saxlayarkən, beh müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasların olmamasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1, 337.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki,18 mart 2016-cı il tarixli beh müqaviləsinə əsasən Cavabdeh2 və İddiaçı 20 aprel 2016-cı il tarixədək İran İslam Respublikasından kənd təsərrüfatı bitkiləri alıb gətirmək üçün Cavabdeh1 55.000 manat məbləğində beh alıblar. Saləddin Allahverdiyev həmin məbləği Cavabdeh2 və İddiaçı nəğd şəkildə ödəyib. Daha sonra işdən görünür ki, Gəncə şəhəri, Nizami rayon məhkəməsinin 23 dekabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı “pul və zərərin əvəzinin ödənilməsi” barədə iddiası təmin edilərək, İddiaçı və Cavabdeh2 müştərək qayda da 55.000 manat pulun alınıb Cavabdeh1 verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Sonradan həmin işə apellyasiya və kassasiya qaydasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılıb. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilib ki, İddiaçıla Cavabdeh2 şərikli ticarətlə məşğul olub və İran İslam Respublikasından “keşniş” toxumu gətirmək üçün pulları olmadığı üçün Cavabdeh1 tanışlığından və onun İran İslam Respublikasında olan satıcılarla əlaqələrindən istifadə edərək malı nisyə alıblar və alınan malın dəyərini satıcıya ödəməyi Cavabdeh1 öhdəsinə götürüb. Lakin İddiaçı və Cavabdeh2 alınan malın dəyərini Cavabdeh1 ödəməyiblər və onların Cavabdeh1 55.000 manat borcları qalıb. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüv vəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. “Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə min miş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu qeyd edib. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, sadalanan prosessual normaların tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini müzakirə edib haqlı olaraq qeyd edib ki, İddiaçıla Cavabdeh2 şərikli ticarətlə məşğul olmaları, İran İslam Respublikasından “keşniş” toxumu gətirmək üçün pulları olmadığı üçün Cavabdeh1 tanışlığından və onun İran İslam Respublikasında olan satıcılarla əlaqələrindən istifadə edərək malı nisyə almaları və alınan malın dəyərini satıcıya ödəməyi Cavabdeh1 öhdəsinə götürməsi, lakin İddiaçı və Cavabdeh2 alınan malların dəyərini Cavabdeh1 ödəməmələri və onların Cavabdeh1 55.000 manat borcları qalmaları qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyindən, həmin faktlar hazırki işdə iştirak edən şəxslər üçün predyusial əhəmiyyət daşımaqla yenidən mübahisələndirilə bilməz. Belə ki, sadalanan prosessual normaların tələblərinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının predyusiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və MPM-nın 82.3cü maddəsinin məzmununa görə, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrədə sübut etmə predmetinə aid olmalıdır. Başqa bir m ülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar predyusial faktlar adlanır. Maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən edilmiş faktın predysiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən qeyd olunan faktlar yenidən mübahisələndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib qeyd etmişdir ki, iddiaçı sözügedən beh müqaviləsinin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 337-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birinin mövcudluğuna dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əq d etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin həqiqi halları üzrə səhv nəticəyə gəlməsini, işə əlavə edilmiş sübutlara düzügün hüquqi qiymət verilməməsini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı həqiqi halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmayıb və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələn dirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığı üçün iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli, 2(103)-3556/201 9 saylı qətnaməsi onun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5277/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5277/2019
23.08.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver