Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5282/2021 16.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 MMC-yə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5282/21 (Açar sözlər: iddiadan imtina, xitam) Bakı şəhəri, 16 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili X1 və Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-428/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 16 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 MMC-yə və Cavabdeh2 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının arxasında ümumi sahəsi 630 kv.m, ümumi dəyəri 1.575.000 manat olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 MMC ilə cavabdehlər Cavabdeh2 arasında bağlanmış 20.05.2019-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin və Cavabdeh1 arasında bağlanmış 27.05.2019-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab olu nması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 sentyabr 2020-ci il tarixli, 2(012)-176/2020 saylı qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbi təmin edilmişdir. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Lətifə Məmmədova sədrlik edən və məruzəçi, Telman Quliyev, Gülnarə Tağızadə) 13 aprel 2021-ci il tarixli, 2(105)428/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2(012)-176/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh lər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq ərizəsində iddiadan imtina etdiyi bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili X2 iddiadan imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil məhkəmədən iddiaçının iddiadan imtinasının qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Ma ddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtinaetmə yazılı formada ifadə edilməlidir. Maddə 261.0.4 İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 410.3. Kasasiya instansiyasında icraata xitam verilməsi barədə kasasiya məhkəməsi qərar çıxarır. Maddə 417.1.5. Kasasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəl lənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası İddiaçı iddiadan imtina etməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.04.2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52.1, 52.4, 261.0.4, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının iddiadan imtinası qəbul edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.04.2021-ci il tarixli, 2(105)428/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 MMC-yə və Cavabdeh2 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5282/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5282/2021
16.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver