Məhkəmə qərarları › İş №2(102)-5282/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-5282/2022

12.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5282/2022 12.09.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin icraata qəbulundan imtina barədə Ali Məhkəmənin hakimi Mülki kollegiyası, hakimləri Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3448/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən (vəkil Nümayəndə3) verilən kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı MMC cavabdehlər 12 saylı Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 12 saylı Notariat Kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(006)-850/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli) iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3448/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərardadı ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Babayev və R.Eyvazov) apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhk əməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-850/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qərardaddan kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, kassasiya şikayəti vəkil Nümayəndə3 tərəfindən imzalanmaqla, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə 20 avqust 2022-ci il tarixdə təqdim edilmişdir. İş materiallarında olan etibarnamədən (cild 3, səhifə 56) görünür ki, 14 aprel 2022-ci il tarixdə LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortal anması Fondu tərəfindən Nümayəndə3 3 ay müddətinə etibarnamə verilmiş, həmin etibarnamənin qüvvədə olma müddəti 14 iyul 2022-ci il tarixdə başa çatmış, səlahiyyət müddətinin artırılmasına dair yeni etibarnamə məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, Nümayəndə3 kassasiya şikayətini imzalayarkən nümayəndə qismində səlahiyyətli olmamışdır. MPM-in 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmaya n və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən həmin maddənin tələbləri pozularaq prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayəti baxılması üçün kassasiya instansiyası məhkəmə sinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407.3, 408.1.1, 409-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3448/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxsin verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar