Məhkəmə qərarları › İş №2(102)-5284/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5284/2020

24.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5284/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5284/20 (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, müddətin keçməsi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab e dilməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2020-ci il tarixli, 2(103)-4664/2020 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının nənəsi X3 özünə məxsus olan əmlakını, yəni Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, 140 ünvanda yerləşən fərdi yaşayış evini xx xxxxxx 1978-ci ildə iddiaçıya vəsiyyət etmişdir.

2. İddiaçının nənəsi X3 xx.xx.1982-ci ildə ölmüşdür. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh 12 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, Seid xanım Seid Rəsuİ qızına məxsus olmuş, Bakı şəhəri, Mustafa Sübhi küçəsi, 140 ünvanda yerl əşən evə və torpaq sahəsinə Bakı şəhəri, 12 saylı dövlət notariat kontorunun döviət notariusu tərəfindən Arif Bala oğluna verilmiş xx xxxxxx 1993-cü il tarixli, 225/93 nömrəli reyestrdə təsdiq olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçının nənəsi X3 Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, 140 ünvanda yerləşən fərdi yaşayış evini Bakı şəhəri 5 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən xx xxxxxx 1978-ci il tarixdə 8-3680 nömrəli reyestrlə təsdiq edilmiş vəsiyyətnaməyə əsasən iddiaçıya vəsiyyət etmişdir.

5. İddiaçının nənəsi xx.xx.1982-ci ildə ölmüşdür.

6. Dövlət Notariat Arxivinin xx xxxxx 2019-cu il tarixli, 05/01-Ə-50/13 nömrəli məktu bunda həmin vəsiyyətnamənin xx.xx.2019-cu ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumatın daxil olmaması göstərilmişdir.

7. Bundan sonra iddiaçı müvafiq sənədləri toplayıb, Bakı şəhəri, 5 saylı notariat ofisinə təqdim etmiş, həmin notariusda vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmişdir.

8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********28 nömrəli məktubundan məlum olmuşdur ki, 12 saylı DNK-nın xx.xx.1993-cü il tarixli qanun uzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən miras ev Arif Bala oğlunun adına özgəninkiləşdirilmişdir.

9. X3 öz əmlakını iddiaçıya vəsiyyət etmiş, digər vərəsələri isə miras əmlakdan pay almaq hüququndan məhrum etmişdir. 10 İddiaçının miras evin Arif Bala oğlu tərəfi ndən öz adına keçirməsindən heç bir məlumatı olmamışdır. Arif Bala oğlu isə xx xxxxxx 2001-ci ildə ölmüşdür.

11. Göründüyü kimi, X3 özünə məxsus olmuş Bakı şəhəri, Mustafa Sübhi küçəsi, 140 ünvanda yerləşən evini sağlığında nəvəsi olan iddiaçıya vəsiyyət etmiş, digər vərəsələri vərəsəlik hüququndan məhrum etmiş, onun tərəfindən verilmiş vəsiyyətnamə ləğv edilməmişdir. Buna baxmayaraq, Arif Bala oğlu anası X2 vəsiyyətnamə ilə əmlakını iddiaçıya vəsiyyət etməsini notariusa bildirməmiş, Bakı şəhəri, 12 saylı dövlət notariat kontorunun dövlət notariusuna müraciət etmiş, həmin əmlaka öz adına xx xxxxxx 1993-cü il tarixli, 225/93 nömrəli reyestrdə təsdiq olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır.

12. Bakı şəhəri, 12 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfi ndən Arif Bala oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Seid xamm Seid Rəsul qızı tərəfindən digər şəxslərə vəsiyyətnamənin qoyulub-qoyulmaması məsələsi araşdırılmamış, bununla da iddiaçının hüquq və azadlıqları pozulmuşdur.

13. İddiaçı tələbinin əsası kimi 1964-cü il Mülki Məcələsinin 527, 528 və 537-ci maddələrinə istinad etmişdir.

14. Cavabdeh Bakı şəhəri, 12 saylı notariat ofisinin notariusundan iddiaya etiraz daxil olmamış, işə ofisin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1537/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Ayaz Məmmədov)

16. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, X2 xx.xx.198 2-ci il tarixdə vəfat etməsi ilə Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, 140 ünvanı üzrə miras açılmışdır. X2 miras əmlakına xx xxxxxx 1993-cü il tarixdə 2 KHH-512 reyestr nömrəsi ilə Arif Bala oğlunun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

17. Birinci instansiya məhkəməsi mirasın 1982-ci ildə açılması halına istinadən mübahisəyə mirasın açıldığı vaxt qüvvədə olan 1964-cü il Mülki Məcəlləsinin normalarını tətbiq edilməli olmasını müəyyən etmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, mirasın 1982-ci ildən açılmasına baxmayaraq, iddiaçı 37 il sonra mirasın qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət edib və iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürməsinin heç bir üzrlü səbəbini göstərməmişdir.

19. Məhkəmənin mövqeyinə görə mübahisəyə tətb iq edilən Mülki Məcəlləyə görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir...İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır.

20. Məhkəmə hesab etmişdir ki, tətbiq edilən mülki qanunvericiliyə görə iddia müddətinin tətbiqi məcburidir, bu halda, qanunvericilik məhkəmə qarşısında imperativ tələb qoyur. Odur ki, iddiaçı ümumi iddia müddətini ötürdüyündən, habelə hər hansı bir üzrlü səbəb göstərmədiyindən hazırki iddia tələbi rədd edilməlidir.

21. Məhkəmə mövqeyini Mülki Məcəllənin (1964) 73, 77 və 527-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın ı təmin edilməsini xahiş etmişdir.

23. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, iddiaçı nənəsinin vəsiyyətnaməsindən 2019-cu ildə xəbər tutub.

24. Bundan əlavə, iddiaçı 1980-84, 1992-93 və 1995-2005-ci illərdə həbsdə olub.

25. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2020-ci il tarixli, 2(103)-4664/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1537/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Ziya Şirinov, Azad İmanov)

26. Apelyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, mövcud iddia tələbi Azərbaycan Respublikası nın 2000-ci ilin sentyabrın 1-nə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydalarına uyğun olaraq həll edilməlidir.

27. Apelyasiya məhkəməsi müəyyən etmişdir ki, X2 xx.xx.1982-ci il tarixdə vəfat etməsi ilə Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, 140 ünvanı üzrə miras açılmışdır.

28. İddiaçının evin ona vəsiyyət edilməsi ilə bağlı məlumatının olmaması barədə dəlilini apelyasiya məhkəməsi qəbul etməmiş və bunu onunla əsaslandrımışdır ki, apellyasiya baxışı zamanı iddiaçı izahatında göstərib ki, 1998-ci ildə nənəsinin qardaşı cəzacəkmə müəssisəsinə gələrək, ona vəsiyyətnamənin olduğunu bildirmiş və ondan imtina ərizəsi yazmağını istəmişdir, lakin o, razılaşmamışdır.

29. Bununla da apelyasiya məhkəməsi müəyyən etmişdir ki, hazırki iş üzrə iddiaçı 1998-ci il tarixdə mübahisəli evin nənəsi tərəfindən ona vəsiyyət edilməsindən məlumatlı olmuşdur. Həmin ərəfədə iddiaçının cəza çəkməsi nəzərə alınsa belə, xx.xx.2004-cü ildə cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra 3 il ərzində məhkəmədə iddia qaldırmamaqla iddia müddətini ötürmüşdür.

30. O da müəyyən edilmişdir ki, iddiaçı heç vaxt mübahisəli mənzildə yaşamamış, həmin mənzilin taleyi onu narahat etməmişdir.

31. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı evin nənəsi tərəfindən ona vəsiyyət edilməsindən məlumatlı olsa da, əmisinin həmin evə yiyələnməsinə biganə qalmışdır (hansısa səbəbdən bunu mübahisələndirməmişdi).

32. Apelyasiya instansiyası onu da nəzərə alıb ki, iddiaçı 2004-cü ildə azadlığa çıxdıqdan sonra vəsiyyət üzrə miras əmlakın qəbulu üçün heç bir aktiv hərəkət etməmişdir. Büt ün bunlar apelyasiya məhkəməsinə belə nəticəyə gəlməyə əsas verib ki, iddiaçı mübahisəli evin mərhum əmisi Arif Bala oğlu tərəfindən qanun üzrə vərəsəlik qaydasında öz adına rəsmiləşdirməsindən və evə yiyələnməsindən məlumatlı olmuşdur.

33. Apelyasiya instansiyası belə nəticəyə gəlib ki, iddiaçı tərəfindən hazırki iddia tələbi iddia müddəti ötürülməklə verilmişdir. İddia müddətinin üzrlü səbəblərdən ötürülməsi halları isə müəyyən edilməmişdir. Münasibətlərin yarandığı vaxt qüvvədə olan qanunvericiliyə əsasən 3 illik ümumi iddia müddəti nəzərdə tutulmuşdur. İddia hüququ isə şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir. İddiaçının 1998-ci ildə məlumatlı olması aşkardır və belə olan halda həmin vaxtdan iddiaçı üçün iddia müddətinin axımı başlanmış hesab edilir.

34. Apelyasiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

35. Apelyasiya məhkəməsi əlavə olaraq Mülki Məcəllənin (1964) 78 və 528-ci maddələrinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini, işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

38. Kassas iya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

39. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər.

40. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri, 12 saylı notariat ofisinin notariusu məhkəmə kollegiyasına məktub ünvanlayaraq, işə ofisin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə (1964) Maddə

73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Maddə

77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Maddə

78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir Maddə

82. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Maddə

527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilmə məsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

45. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib. 46 İddia tələbi vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədədir.

47. Araşdırılmış sübutlarla işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçının nənəsi X2 xx.xx.1982-ci il tarixdə vəfat etməsi ilə Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəs i, 140 ünvanı üzrə miras açılmış, iddiaçı ən azı 1998-ci ildə nənəsinin həmin evə dair ona vəsiyyətnamə verməsindən xəbərdar olsa da, 3 il ərzində iddia qaldırmamaqla iddia müddətini ötürmüşdür.

48. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, mübahisəyə 1964-cü il tarixli Mülki Məcəllənin normalarının tətbiq edilməısi işin hallarına uyğun oplmuşdur. Belə ki, mübahisəli hüquq münasibətlərinin 2000-ci ilədək yaranması işin mübahisəsiz halıdır.

49. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

50. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 77-ci maddəsinə görə isə iddia mü ddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur.

51. Göründüyü kimi, iddiaçı iddia müddətini ötürdüyü üçün tətbiq edilən maddi hüquq normalarının dispoztiv şərtləri hazırki işin hallarınma uyğun olmuşdur.

52. Apelyasiya məhkəməsi bütün sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

53. Bu baxımdan apelyaisya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması barədə şikayətin dəlilləri əsasızdır.

54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

55. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rə hbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2020-ci il tarixli, 2(103)4664/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar