Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5287/2019 23.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, ərizəçi X2, vəkili Vəkil və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli, 2(103)4932/2019 saylı qərardadından Ərizəçi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri, Səbail rayon məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(009)-673/2019 s aylı qərardadı ilə (sədrlik edən, hakim Ü.S.Şükürova) Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi hissədə xidmət etmə və döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilərək, ərizəçinin 29 oktyabr 1993-cü ildən 27 aprel 1994-cü il tarixədək Ağdam və Ağcabədi rayonları ərazisində N saylı hərbi hissədə xidmət etməsi və Qarabağ uğurunda gedən döyüşlərdə iştirak etməsi faktı müəyyən edilib. Maraqlı tərəf qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli, 2(103)4932/2019 saylı qərardadı ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, Z.Ə.Əliyev və R.Ə.Eyvazov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 30 yanvar 2019- cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilib. Ərizəçi qərardaddan kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, ərizəçi məhkəmədə maraqlı şəxsə qarşı “hərbi hissədə xidmət etmə və döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsi” barədə ərizə verib və tələbini onunla əsaslandırıb ki, 29 oktyabr 1993-cü ildən 27 aprel 1994-cü il tarixədək Ağdam və Ağcabədi rayonları ərazisində N saylı hərbi hissədə xidmət edib və Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq no rmalarının tələblərini pozaraq, iş üzrə icraata xitam verilməsinə dair düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Ərizəçi və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili X məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏ LƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iş üzrə icraata xitam verərkən ərizəçinin faktı təsdiq edə n lazımi sənədləri əldə etməsinə, işə ümumi məhkəmədə baxılmalı olmamasına istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 307, 308-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddənin mənasına görə, ərizəçi hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədi başqa qaydada artıq əldə edibsə məhkəmə həmin faktı təkrar müəyyən edə bilməz. Ərizədən, ərizəçinin izahatından, işə əlavə edilmiş çoxsaylı yazılı sübutlardan, fotoşəkildən, o cümlədən birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 və X2un ifadələri ilə təsdiq olunur ki, ərizəçi həqiqətən 29 oktyabr 1993-cü ildə səfərbərliklə əlaqədar olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılıb, N saylı hərbi hissəsinin əmrlər kitabında N dekabr 1993-cü il tarixli, 339 saylı əmrdə Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən çağırılmış şəxsi heyətin üm umi sayı göstərilib. Əmrə əlavə edilən adlı siyahıda ərizəçinin adı 24-cü Xaçmaz batalyonunda qeyd edilib. Qeyd edilən faktlar ərizəçinin adına verilən 27 oktyabr 1984-cü il tarixli hərbi biletdə aparılan qeydlə də təsdiq olunur. Göründüyü kimi ərizəçinin 29 oktyabr 1993-cü ildən 27 aprel 1994-cü il tarixədək Ağdam və Ağcabədi rayonları ərazisində N saylı hərbi hissədə xidmət etməsi və Qarabağ uğurunda gedən döyüşlərdə iştirak etməsi faktı işin mübahisə olunmayan halıdır və ərizəçinin məhkəmə qaydasında müəyyən edilməsini xahiş etdiyi bu faktlar onun adına verilən rəsmi sənədlərlə, arayışlarla, həmçinin hərbi biletdə aparılan qeydlə də təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb, sadalanan prosessual normaların tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd edib ki, şəxsin müəyyən ərazidə müəyyən hərbi hissədə xidmət etməsi və Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi müvafiq icra hakimiyyəti orqanında (onun tabeliyində olan struktur bölməsində) aparılmalı olan qeydiyyatlarla bağlıdır. Hazırki mübahisəli məsələ əslində inzibati orqan tərəfindən inzibati icraat qaydasında mübahisəli məsələnin araşdırılması ilə bağlıdır. Belə ki, müvafiq icra hakimiyyəti orqanı ərizəçinin həqiqətən 29 oktyabr 1993-cü ildən 27 aprel 1994-cü il tarixədək Ağdam və Ağcabədi ərazisində N saylı hərbi hissədə xidmət etməsi və Qarabağ uğurunda gedən döyüşlərdə iştirak etməsi faktı yoxlanılmalı və bundan sonra ona müharibə veteranı və vəsiqəsinin verilməsi təmin edilməlidir. Bundan imtina olunduqda isə ərizəçi inzibati orqanın qərarından, hərəkətindən və ya hərəkətsizliyindən müvafiq inzibati-iqtisadi məhkəməyə şikayət etməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb düzgün olaraq qeyd edib ki, ərizəçinin məhkəmə qaydasında müəyyən edilməsini tələb etdiyi fakt, rəsmi sənədlərlə təsdiq olunduğu üçün, həmin fakt təkrar məhkəmə qaydasında müəyyən edilə bilməz və nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə u yğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsində göstərilir ki, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hazırki mübahisəli məsələ inzibati icraata aid olduğundan, mübahisəyə ümumi məhkəmədə deyil, inzibati prosessual qanunvericiliyə olaraq müvafiq inzibati-iqtisadi məhkəmədə baxılmalıdır. Kassasiya inst ansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, hazırkı mübahisəli məsələyə ümumi məhkəmədə baxılmalı olmadığından, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilib və sadalanan prosessual normaların tələbləri hazırki mübahisəli məsələyə düzgün tətbiq edilib. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alıb, kassasiya instansiyası məhkəməsi hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddə lərinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli, 2(103)-4932/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5287/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5287/2019
23.08.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver