Məhkəmə qərarları › İş №2(102)-5288/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5288/2019

15.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5288/2019 15.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, vəkili X3, Cavabdeh2 və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2019-cu il tarixli, 2(103)2836/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(004)7733/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.S.Məmmədov) iddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 və digərlərinə qarşı “01 iyun 2016-cı il və 14 iyul 2016-cı il tarixli kredit müqavilələri üzrə öhdəliyin icrasına xitam verilməsi” barədə ilk iddia ərizəsi, həmçinin Cavabdeh2 İddiaçı və Cavabdeh1 qarşı “əsas borca görə 40.000 manat, borcu bir il ərzində gecikdirdiyinə görə 10 faiz bank uçot dərəcəsi və əldən çıxmış fayda nəzərə alınmaqla 4.000 manat, vəkilə ödənilmiş xərcə görə 300 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 44.330 manat pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi rədd edilib. Tərəflər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2019-cu il tarixli, 2(103)2836/2019 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, Z.Ə. Əliyev və R.Ə.Eyvazov) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi qismən- qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməklə, qarşılıqlı iddia ərizəsi qismən təmin edilib, XXX və Cavabdeh1 40.000 manat pulun tutulub Cavabdeh2 verilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən, İddiaçı və Cavabdeh1 apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması qət edilib. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı və Cavabdeh1 məhkəmədə Cavabdeh2 və digərlərinə qarşı “01 iyun 2016-cı il və 14 iyul 2016-cı il tarixli kredit müqavilələri üzrə öhdəliyin icrasına xitam verilməsi” barədə ilk iddia qaldırı b və tələblərini onunla əsaslandırıblar ki, 01 iyun 2016-cı ildə Cavabdeh2 notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən 01 iyun 2018-ci il tarixədək qaytarmaq şərti ilə 30.000 manat pul alıblar. Həmin dövrdə onlara yenə pul lazım olduğu üçün 14 iyul 2016-cı il tarixdə ondan notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən 01 may 2018-ci il tarixədək qaytarmaq şərti ilə 20.000 manat pul alıblar. 2016-cı ilin iyun ayından başlayaraq ona hər ay 1.800 manat olmaqla pul qaytarıblar. Hazırda hər iki kredit müqaviləsi üzrə Cavabdeh2 ödənilməmiş borcları yoxdur, lakin sonuncu öhdəliyin məcburi qaydada icrası üçün notariat orqanından 03 sentyabr 2018-ci il tarixli icra sənədi alıb və icra hərəkətlərinin aparılması üçün Yasamal rayon İcra və Probasiya Şöbəsinə təqdim edib. İcra məmuru tərəfindən onlara tələbin könüllü icrası haqqında bildiriş göndərilib və könüllü icra üçün 10 gün vaxt verilib. Halbuki, icra sənədi verilərkən Cavabdeh2 borcun tam ödənilməsini notariusa bildirməyib və notarius tərəfindən sonuncuya ödənilən pul vəsaiti nəzərə alınmayıb. Ona görə də ilk iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunub. Cavabdeh2 isə məhkəmədə İddiaçı və Cavabdeh1 qarşı “əsas borca görə 40.000 manat, borcu bir il ərzində gecikdirdiyinə görə 10 faiz bank uçot dərəcəsi və əldən çıxmış fayda nəzərə alınmaqla 4.000 manat, vəkilə ödənilmiş xərcə görə 300 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 44.330 manat pul tələbinə dair” qarşılıqlı iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, İddiaçı Bakı şəhəri, 7-ci mikrorayonda yerl əşən sahəsi 45 kv.metr olan qeyri-yaşayış sahəsini lombard kimi birgə işlətməyi ona təklif edib, lakin o, bununla razılaşmayıb. Bundan sonra İddiaçı ondan borc pul istəyib və iki ildən sonra borcu qaytaracağını və qazancdan ona əlavə “hörmət” edəcəyini bildirib. Ailəvi yaxın olduqları və etibar etdiyi üçün XXX və Cavabdeh1 ümumilikdə 100.000 manat pul verib, onun 50.000 manatını notariusda, 50.000 manatını isə əvvəlcədən öz evində sadə yazılı formada qəbz almaqla verib. Bunun əvəzində İddiaçı arvadı Cavabdeh1 adına olan ünvan 1 ünvanda yerləşən obyektin 04 dekabr 2004-cü il tarixli Çıxarışını və obyektə dair onun adına iki il müddətinə qüvvədə olan etibarnamə verib. XXX və arvadı Cavabdeh1 birinci dəfə 15.000 manat pulu 06 iyun 2017-ci il tarixədək qaytarmaq şərti ilə 06 iyun 2016-cı il ta rixli qəbzlə, ikinci dəfə 15.000 manat pulu 01 iyul 2017-ci il tarixədək qaytarmaq şərti ilə 03 iyul 2016-cı il tarixli qəbzlə, üçüncü dəfə 20.000 manat pulu 17 iyul 2017-ci il tarixədək qaytarmaq şərti ilə 17 iyul 2016-cı il tarixli qəbzlə verib. Digər 50.000 manat pulu isə onlara notarial qaydada müqavilə bağlamaqla iki dəfəyə verib və ondan aldıqları borcun əvəzinə girov qoyduqları obyektə dair onun adına etibarnamə vermək üçün iddiaçıların təklifi ilə notariat orqanına gedib və orada 50.000 manat borca dair aralarında notarial qaydada təsdiq edilməklə iki müqavilə bağlanıb. İddiaçı və Cavabdeh1 notarial qaydada aldıqları 50.000 manat puldan ona hər hansı vəsait qaytarmayıb, qəbz vermək yolu ilə üç dəfəyə aldıqları 50.000 manat puldan isə ona cəmi 10.000 manat pul qaytarıblar, lakin qal an 40.000 manat borcu razılaşdırılmış müddət başa çatsa da bu günədək qaytarmayıblar. Hazırda iddiaçıların ona 90.000 manat borcu var. Notarial qaydada alınmış 50.000 manat borca dair notarius tərəfindən icra qeydi verilib. Hazırda İddiaçı və arvadı Cavabdeh1 yazılı qəbzə əsasən verdiyi 50.000 manat pulun qalan 40.000 manatını tələb edir. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili XXX kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh2 və vəkili XXX məhkəmə iclasında kassasiya şikayətinin dəillləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı vəkili XXX, iddiaçı Cavabdeh1 və üçüncü şəxslər Bakı şəhəri, 53 saylı Notariat Kontoru və Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən- qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edib, qarşılıqlı iddia ərizəsini qismən təmin edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, tərəflər arasında borc hüquqi münasibətlərin əmələ gəlməsinə, İddiaçı və Cavabdeh1 Cavabdeh2 notarial qaydada təsdiq edilmiş müqavilələrə əsasən 50.000 manat, sadə yazılı qəbzlərə əsasən 50.000 manat borc pul almalarına, onların sadə yazılı qəbzlərə əsasən aldıqları borcdan Cavabdeh2 cəmi 10.000 manat qaytarmalarına, lakin həmin müqavilələr üzrə onların öhdəliklərini tam yerinə yetirməmələrinə və hazırda Cavabdeh2 ödənilməmiş 40.000 manat borclarının qalmasına, qarşılıqlı iddia ərizəsini 40.000 manat borc tələbinə aid hissədə rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə və qalan hissədə qətnamənin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 739.1, 740.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv araşdırmayıb. Belə ki, İddiaçı və Cavabdeh1 iddia edirlər ki, Cavabdeh2 01 iyun 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə 01 iyun 2018-ci il tarixədək qaytarmaq şərti ilə 30.000 manat, 14 iyul 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə 01 iyun 2018-ci il tarixədək qaytarmaq şərti ilə 20.000 manat borc pul alıblar. 2016-cı ilin iyun ayından başlayaraq həmin borcdan hər ay 1.800 manat olmaqla, hər iki kredit müqaviləsi üzrə borclarını tam məbləğdə ödəyiblər. Bu səbəbdən də hər iki kredit müqaviləsi üzrə öhdəliyin icrasına xitam verilməlidir. Cavabdeh2 isə iddia edir ki, İddiaçı və Cavabdeh1 ümumilikdə 50.000 manat deyil, 100.000 manat borc pul verib. Həmin pulun 50.000 manatını notarial qaydada, 50.000 manatını isə əvvəlcədən öz evində sadə yazılı formada qəbz almaqla verib, lakin onlar notarial qaydada aldıqları 50.000 manat puldan ona hər hansı vəsait qaytarmayıblar, sadə yazılı qəbzlərə əsasən aldıqları 50.000 manat puldan isi cəmi 10.000 manat qaytarıblar, qalan 40.000 manat borcu razılaş dırılmış müddət başa çatsa da bu günədək qaytarmayıblar. Hazırda İddiaçı və Cavabdeh1 ona 90.000 manat borcu var. Notarial qaydada verdiyi 50.000 manat borca dair notarius tərəfindən icra qeydi verilib. İddia etdiyi borcu vaxtında başqa sahəyə yönəltmiş və istənilən bankın depozitinə qoymuş olsa idi illik 10-12 faiz gəlir əldə etmiş olardı. Ona görə də İddiaçı və Cavabdeh1 ona əsas borca görə 40.000 manat, əldən çıxmış faydaya görə 4.000 manat, vəkilə çəkdiyi xərcə görə 300 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pul ödəməlidirlər. Göründüyü kimi tərəflər arasında 2016-cı ilin iyun aydından borc hüquqi münasibətlərin əmələ gəlməsi işin mübahisə olunmayan hallarıdır, İddiaçı və Cavabdeh1 da izahatlarında, apellyasiya və kassasiya şikayətlərində bu faktı və Cavabdeh2 bütövlükdə 50.0 00 manat borc pul almalarını inkar etməmişlər və hazırda tərəflər arasında əslində borcun məbləği və onun qaytarılıb-qaytarılmaması ilə bağlı mübahisə yaranmışdır. Əvvəla, borc müqaviləsinə görə, iştiraçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştiraçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.-ci maddəsi). Maddənin mənasına görə borc müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələrinin yaranması üçün tərəflərin razılığa gəlmələri ilə bərabər borc predmetinin qarşı tərəfə verilibverilməməsi aydınlaşdırılmalıdır və bu halı da sübut etmək yükü ilk növbədə b orcu alının deyil, borcu verənin öhdəsinə düşür. Hazıki işdə, İddiaçı və Cavabdeh1 Cavabdeh2 notarial qaydada təsdiq edilmiş kredit müqavilələrinə əsasən 100.000 manat deyil, cəmi 50.000 manat aldıqlarını, həmin borcu da cavabdehə tam məbləğdə qaytardıqlarını göstərib qarşılıqlı iddia ərizəsinə etiraz edirlər. Cavabdeh2 isə İddiaçı və Cavabdeh1 notarial qaydada təsdiq edilməklə kredit müqavilələrinə əsasən 50.000 manat, sadə yazılı qəbzlərə əsasən 50.000 manat verdiyini, onların sadə yazılı qəbzlərə əsasən aldıqları borcdan yalnız 10.000 manat qaytardıqlarını, 40.000 manat isə borclu qaldıqlarını iddia edir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında sadə yazılı formada və notarial qaydada bağlanmış borc müqavilələrinin şərtlərini təfsir edərkən, Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrinin tələblərini pozaraq, yalnız həmin müqavilələrdəki söz və ifadələrin hərfi mənasını əsas tutumuş, həmin müqavilələr üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını tam, hərtərəfli və obyektiv araşdırmamış, işin bütün müvfiq hallarını, o cümlədən tərəflər arasındakı müqaviləyə qədərki danışıqları, yazışmaları, 2016-cı ilin iyun adından başlayaraq onlar arasında yaranmış işgüzar münasibətləri, həmçinin tərəflərin sonrakı hərəkətlərini nəzərə almamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi, Cavabdeh2 01 iyun 2016-cı il tarixli kredit müqaviləsi üzrə İddiaçı və Cavabdeh1 01 iyun 2018-ci il tarixədək qaytarmaq şərti ilə 30.000 manat borc verdiyi halda, onun həmin müqavilənin bağlanmasından 5 gün sonra onlara 06 iyun 2016-cı il tarixli yazılı qəbzə əsasən 06 iyun 2017-ci il tarixədək qaytarmaq şərti ilə əlavə olaraq 15.000 manat, 03 iyul 2016-cı il tarixli yazılı qəbzə əsasən 01 iyul 2017-ci il tarixədək qaytarmaq şərti ilə 15.000 manat borc pul verməsinə dair işin hallarını, həmçinin onun 14 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə İddiaçı və Cavabdeh1 01 iyun 2018-ci il tarixədək qaytarmaq şərti ilə 20.000 manat borc verdiyi halda, həmin müqavilənin bağlanmasından 3 gün sonra onun əlavə olaraq onlara 17 iyul 2016-cı il tarixli yazılı qəbzə əsasən 17 iyul 2017-ci il tarixədək qaytarmaq şərti ilə 20.000 manat borc pul verməsinə dair işin hallarını, ilk və qarşılıqlı iddia ərizələrinin dəlilləri, işdə iştirak edən şəxslərin özlərinin izahatları və işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq edib araşdırmamış, həmin sübutlara MPM-nin 88, 106.1-ci maddələrinin tələblərinə uyğun olaraq hüquqi qiymət verməmiş, yalnız müqavilələrdəki söz və ifadələrin hərfi mənasına istinad edərək, qarşılıqlı iddia ərizəsini 40.000 manat əsas borcun tutulmasına aid hissədə təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi, tərəflər arasında 01 iyun 2016-cı ildən 17 iyul 2016-cı il tarixədək müxtəlif məbləğlərə dair notarial qaydada, eləcə də sadə yazılı formada bir neçə borc müqavilələrinin bağlanmasının səbəblərini, həmin müqavilələrin eyni borc məbləğinə dair bağlanıb-bağlanmamasını, borc müqavilələrində göstərilən məbləğlərin Cavabdeh2 tərəfindən bilavasitə İddiaçı və Cavabdeh1 verilib-verilməməsini, onların həmin müqavilələr üzrə Cavabdeh2 bütövlükdə hansı məbləğdə borc pul almalarını araşdırmadan və sonuncu, qarşılıqılı iddia ərizəsində kredit müqavilələrində göstərilən cəmi 50.000 manat pulu İddiaçı və Cavabdeh1 notariatda verdiyini iddia etdiyi halda, müqavilələri bilavasitə təsdiq etmiş notariusun məhkəmə iclasında iştirakını təmin edib onun hazırki mübahisəli məsələyə münasibətini öyrənmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Bundan başqa işin 11-ci vərəqində olan 07 iyun 2017-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh2 İddiaçı verdiyi 30.000 manatdan 10.000 manatı geri aldığını etiraf etmişdir. Göründüyü kimi sözügedən qəbz İddiaçı və Cavabdeh1 tərəfindən imzalanmış yuxarıda qeyd olunan hər üç qəbzin verilməsindən təxminən 1 ildən sonra tərtib edilib imzalanmışdır və həmin qəbzdə Cavabdeh2 İddiaçı verdiyi 30.000 manat puldan 10.000 manatını geri aldığını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi 07 iyun 2017-ci il tarixli qəbzin həqiqiliyini yoxlamadan, Cavabdeh2 həmin qəbzdə İddiaçı verdiyi borcun məbləğini nəyə görə 30.000 manat göstərməsini, həmçinin 2016-cı ilin iyun ayından başlayaraq 50.000 manat borcdan Cavabdeh2 hər ay 1.800 manat olmaqla, hər iki kredit müqaviləsi üzrə borclarını tam məbləğdə ödəmələrinə dair İddiaçı və Cavabdeh1 apellyasiya şikayətində göstərdikləri dəlillər üzrə kifayət qədər araşdırma aparmadan və hansı dəlillərə əsasən onların apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən və yalnız Cavabdeh2 gətirdiyi arqumentlərə əsaslanaraq qətnaməni ilk iddia ərizəsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlamışdır. Halbuki, MPM-nin 329.2-ci maddəsinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin e tmədikdə hansı dəlillərə əsasən şikayəti təmin etmədiyini qətnamədə göstərməyə borcludur. Bundan başqa işdən görünür ki, hər üç qəbzlə cəmi verilmiş 50.000 manat pulun son qaytarılma müddəti tərəflər arasında 17 iyul 2016-cı il tarixədək şərtləndirilsə də, Cavabdeh2 hazırki iddia ərizəsi ilə məhkəməyə qəbzlərin tərtib olunduğu tarixdən təxminən 2 il, 3 ay, borcun son qaytarılma müddətinin bitdiyi tarixdən isə təxminən 1 il 2 aydan sonra müraciət etmişdir. Daha sonra Cavabdeh2 izahatında, apellyasiya şikayətində 50.000 manat pula dair kredit müqavilələrinin notarial qaydada bağlanmasının səbəblərini borcun qaytarılmasının təmin edilməsi üsulu kimi Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair onun adına verilmiş 01 iyul 2016-cı il tarixli etibarnamə ilə əlaqələn dirsə də, işdən görünür ki, sözügedən kredit müqavilələri notarial qaydada etibarnamənin verildiyi gün deyil, 01 iyun 2016-cı il və 14 iyul 2016-cı il tarixlərdə rəsmiləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hala da diqqət yetirməmiş, sadə yazılı formada tərtib edilmiş müqavilələr üzrə öhdəliyin icra müddəti başa çatdığı halda, Cavabdeh2 ötən müddət ərzində həmin müqavilələr üzrə öhdəliyin icrasını tələb etməməsinin səbəblərini, eləcə də sözügedən kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməsi üçün əsasların olubolmamasını lazımi qaydada araşdırmadan, eləcə də ilk iddia ərizəsinin əsaslılığını Mülki Məcəllənin 527.1, 528-ci maddələrinin tələbləri baxımından yoxlamadan və işə əlavə edilmiş sübutlara obyektiv hüquqi qiymət vermədən, ilk iddia ərizəsinin tamamilə əsassız ol ması qənaətinə gəlmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını nəzərə alıb, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən, sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin halları tam, hərtəfləri və obyektiv araşdırı lmaqla, araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2019-cu il tarixli, 2(103)-2836/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar