Məhkəmə qərarları › İş №2(102)-529/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-529/2020

23.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-529/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X3 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X6, Cavabdeh1 və onun vəkili X4 iştirakı ilə, İddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)2955/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Sumqayıt şəhər məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxx 2019-cu il tarixli, 2(060)-2701/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və xxxxxx qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka dair dövlət reyestrində aparılmış müvafiq qeydin ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, xxxxxxxx ilə Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,3 kvadrat metr olan 2 otaqlı 31 saylı mənzilinə dair bağlanmış Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11 ünvanında yerləşən ümumi sahəsi 42,3 kvadrat metr olan 2 otaqlı 31 saylı mənzilinin xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlə t reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəliHüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Telman Məmmədov sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov, Aqil Abbasov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edimiş, Sumqayıt şəhər məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(060)-2701/2019 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İşin h alları İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11də yerləşən ümumi sahəsi 40,95 kvadrat metr olan 2 otaqlı 31 nömrəli mənzilə dair cavabdehlər Cavabdeh1 və xxxx arasında Sumqayıt şəhəri 4 saylı X5 xx xxxxxx 2014-cü il tarixdə bağlanmış AN-İ ******* saylı mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində RX seriyalı, ******* saylı çıxarışla Cavabdeh1 adına aparılmış qeydin ləğv edilməsi, habelə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi yardıma görə çəkilmiş xərcin cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11-də yerləşən 31 saylı mübahisəli mənzil Sumqayıt XDS İK-nin mənzillərin dəyişdirilməsi bürosunun verdiyi 7 nömrəli, xx xxxx 1992-ci il tarixli order əsasında arvadı X1 ayrılmışdır. Həmin mənzil xx xxxxxx 1999-cu il tarixdə özəlləşdirilərək onun adına dövlət qeydiyyatına alınmış və xx xxxxxxx 2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri 1 saylı dövlət notariat kontorunun 3m2/418 reyestr nömrəli, xx xxxxxxx 2008-ci il tarixli ipoteka müqaviləsi əsasında qeyd edilən mənzil üzərində xx xxxxxx 2008-ci il tarixdə “X12” açıq səhmdar cəmiyyətinin xeyrinə ipotekanın qeydiyyatı aparılmışdı r. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2010-cu il tarixli, 2(060)-720/2010 saylı qətnaməsi ilə “X12” açıq səhmdar cəmiyyətinin ona qarşı iddiası təmin edilmiş, bankın xeyrinə ondan 12554 manat məbləğində borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, onun mülkiyyətində olan və ailəsinin yeganə yaşayış yeri olan həmin mənzilə yönəldilməsi, mənzilin boşaldılaraq açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin onun kredit üzrə borcunun qaytarılmasına yönəldilməsi qət edilmişdir. Halbuki kredit borcu tam şəkildə onun tərəfindən kreditor “X12” açıq səhmdar cəmiyyətinə ödənilmişdir. Buna baxmayaraq həmin qətnamə icraya yönəlmiş və mübahisəli mənzil 2011-ci ildə 15300 manata xxxxx satılmışdır.Hərracın nəticələri ilə razılaşmayaraq o, 2014-cü ildə cavabdeh “xxxx” MMCyə qarşı hərra cın yekunları barədə protokolların ləğv edilməsi, mənzilin satılması ilə əlaqədar bağlanan alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdi. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxx 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qeyd edilən qətnamədən o, apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair hərracın, hərracın yekunları barədə “xxxx” MMC tərəfindən tərtib olunmuş 53/02 və 100/02 nömrəli protokolların, habelə hərracın yekunları üzrə Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair xxxxx bağlanmış xx xxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bu qətnamənin daşınmaz əmlakın dövlət reyestrində Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair xxxxxx adına olan qeydin ləğv edilməsi üçün əsas olması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın cavabdeh “xxxx” MMC və xxxxxx müştərək qaydada alınaraq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamədən xxxxxx tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, 2(102)-5787/2016 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixliqətnaməsi qanuni qüvvəsini almış və qətnamə xx xxxxxx 2017-ci il tarixdə icraya yönəlmişdir. Mübahisəli mənzillə bağlı mülki işə məhkəmələrdə baxılan zaman xxxxxxx tələm-tələsik Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilini Sumqayıt şəhəri 4 saylı notariat kontorundatəsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli, AN-1 seriyalı, 0477807 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Cavabdeh1 öz növbəsində Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinin mübahisəli olması ilə maraqlanmamış, mənzilin boş olub-olmamasını yoxlamadan formal alqı-satqını həyata keçirmişdir. Halbukimənzil xxxxxx satılan zaman o, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamış vəhazırda da həmin mənzildə yaşayır. Mənzili aldıqdan sonra xxxxx ona və ailə üzvlərinə qarşı mənzildən çıxarılmaya dair iddia iləSumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsi onun iştirakını təmin etmədən işə baxaraq, 2(060)-8711/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməilə xxxxxxxxxxxx iddiasını təmin etmişdir. Qeyd edilən qətnamədən o, apellyasiya şikayəti vermişdir. Ona məxsus mənzilə dair bağlanmış əqd mövcud mülki qanunvericiliyin tələbləri pozulmaqla bağlandığına görə etibarsız hesab olunmalı və nəticələri ləğv edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Mübahisəli mənzillə bağlı mülki işə məhkəmələrdə baxılan zaman xxxxxxxxxxx Cavabdeh1 ilə sövdələşərək mənzilin üzərində olan mülkiyyət hüquqlarının bərpa olunmasına maneəçilik törətmək məqsədilə tələmtələsik Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzili Sumqayıt şəhəri 4 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli, AN-1 seriyalı ******* saylı formal alqı-satqı müqavilə bağlamaqla mənzili Cavabdeh1 satmışdır. İş üzrə çıxarılmış məhkəmə qətnaməsinin əsaslandırma hissəsində məhk əmə mülki qanunvericiliyinin hüquq normalarına istinad etsə də, həmin müddəalarının tələblərinə riayət etməmişdir. Məhkəmə üzərinə düşən vəzifələrini lazımınca icra etməmiş, mülki qanunvericiliyin prinsiplərini aşkar şəkildə pozaraq Cavabdeh2 və 3-cü şəxslərin iştirakı olmadan işə baxaraq yalnız Cavabdeh1 heç bir sübuta söykənməyən izahatını əsas götürərək onu “vicdanlı sahib” kimi qələmə verməklə olduqca ədalətsiz qətnamə çıxarmaqla onun mülkiyyət hüquqlarını pozmuşdur. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X9 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 və onun vəkili X7 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəy işdirilmədən saxlanılmasını xahiş etdi. Sumqayıt şəhəri 4 saylı notariat kontoru məhkəməyə məktub göndərərək işə notariat kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh xxxxxx gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qa nunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasını n xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2016-cı il tarixli, 2(103)3891/2016 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı hərracın yekunları barədə protokolların və mənzilin satılması ilə əlaqədar bağlanan alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxx 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair hərrac, hərracın yekunları barədə “xxxx” MMC tərəfindən tərtib olunmuş 53/02 və 100/02 nömrəli protokolların, habelə hərracın yekunları üzrə Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair xxxxxxxxxxx ilə bağlanmış xx xxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bu qətnamənin daşınmaz əmlakın dövlət reyestrində Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair xxxxxxxxxxxx adına olan qeydin ləğv edilməsi üçün əsas olması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5787/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarının surətindən görünür ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs xxxxxxxxxx kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının iş üzrə xx xxxx 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 saylı evin 31 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə xxxxxxxxxxxxx adına xx xxxxxx 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 144 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx xxxxxx 2014-cü il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat kontorunda bağlanılaraq 4Ə-2636 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, xxxxxxxxxxxxx Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 saylı evin 31 saylı mənzilini 34150 manata Cavabdeh1 satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 saylı evin 31 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx xxxxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 144 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə görə mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşd irilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə və zifəsini icra edir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi h aqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışr ki,işin müəyyən edilmiş hallarından göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 saylı evin 31 saylı mənzili xüsusi mülkiyyə t hüququ üzrə xxxxxxxxxxx adına xx xxxxxx 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 144 nömrəli vərəqində qeydiyyata alınmış, xx xxxxxx 2014-cü il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat kontorunda bağlanılaraq 4Ə-2636 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Vəliyev Sadıq Ağarza oğlu həmin mənzili Cavabdeh1 34150 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 saylı evin 31 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx xxxxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 144 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən Sumqayıt şəhəri 4 saylı notariat ofisindən tələb edilərək işə əlavə olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair notariat işinin surətində olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx xxxxxx 2014cü il tarixli arayışdan görünür ki, həmin tarixə olan məlumata əsasən Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 saylı evin 31 saylı mənzilinə məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qanuni qüvvəyə minmiş məhkəmə aktı iləSumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 saylı evin 31 saylı mənzilinə dair hərrac, hərracın yekunları barədə “xxxx” MMC tərəfindən tərtib olunmuş 53/02 və 100/02 nömrəli protokolların, habelə hərracın yekunları üzrə Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair Vəliyev Sadıq Ağarza oğlu ilə bağlanmış xx xxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına, bu qətnamənin daşınmaz əmlakın dövlət reyestrində Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilinə dair xxxxxx adına olan qeydin ləğv edilməsi üçün əsas olmasına, Azərbaycan Respublikası MM-nin 337-ci maddəsinə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması üçün əsasların olmasına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmu nunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası MM-nin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun. Hazırki işdə isə əqdin həqiqi olmaması üçün Azərbaycan Respublikası MM-nin 140-cı maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “xxxx şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edil ir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-c ı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda, Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 vicdanlı əldə edən olduğundan, onunla xxxxxxxxxxxx arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilə və həmin alqısatqı müqaviləsi əsasında Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 saylı evin 31 saylı mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilə bilməz. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İş materiallarından görünür ki, xxxxxxxxxx ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlər pozulmamış, belə halların mövcud olması ilə bağlı iş materiallarında hər hansı bir sübut yoxdur və bu halları təsdiq edən sübutlar məhkəmə kollegiyasına da təqdim edilməmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlə rlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılıarkən də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə tam, hərtərəfli və obyekitv baxılaraq hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və bir daha qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 mənzili alarkən h əmin mənzilin satıcı Cavabdeh2 adına olan dövlət reyestrindən qeydiyyatın həqiqiliyini, tamamlığını və dəqiqliyini şübhə altına ala biləcək hər hansı bir hal olmamış, mənzilin əvvəllər məhkəmə mübahisələrinin predmeti olmasını bilməmiş və bilə də bilməzdi. Məhkəmələrdə işə baxılan zaman alıcı Cavabdeh1 satıcı Cavabdeh2lə sövdələşərək mənzilin mülkiyyətçisini dəyişmələri, alqı-satqının formal olması, mənzilin hal-hazırda onun və ailə üzvlərinin sahibliyində olması barədə iddiaçının dəlillərinə gəldikdə isə, bu dəlillər də iş materialları ilə öz təsdiqini tapmır. İşdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 əvvəllər birbirlərini tanınamış, Cavabdeh1 həmin mənzilin satılmasını daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxs vasitəsi ilə bilmiş, alqı-satqıdan sonra mənzil ona boş təhvil veril mişdir. İddiaçı sonradan özbaşına həmin mənzilə daxil olmuşdur. Şərh edilənlərə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2955/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar