Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5294/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X, "xxxx" MMC-yə və X qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı, çıxarışın ləğvi 11.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil2, cavabdeh X nümayəndəsi X2 və vəkili X3, cavabdeh "xxxx" MMC-nin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-712/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsindən İdd iaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 11 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər X, "xxxx" MMC-yə və X qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X ilə "xxxx" MMC arasında mübahisəli torpaq sahəsinə dair bağlanmış 02.10.2017ci il tarixli, 307 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə mülkiyyət hüququna dair X tərəfindən "xxxx" MMC-nin adına verilmiş 03.05.2018-ci il tarixli, RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxanşın ləğv edilməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, İddia çı xüsusi mülkiyyətində xxx saylı 2 mərtəbəli binanın birinci mərtəbəsində iki qeyri-yaşayış sahəsi vardır. Həmin qeyriyaşayış sahələrindən 29.4 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə dair ona 26.07.2007-ci il tarixli və 16.6 kvm sahəsi olan qeyri-yaşayış sahəsinə dair 28.10.2010-cu il tarixli çıxarışlar verilmişdir. 3. 2011-ci ildə xxx saylı binanın texniki vəziyyətinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin “Azərinşaatlayihə” institutunun nümayəndəsi və şəhər Fövqəladə Hallar Komissiyasının üzvlərinin iştirakı ilə baxış keçirilmiş və 19.05.2011-ci il tarixli rəyi ilə binanın daxili və xarici yükdaşıyan divarlarında çoxlu miqdarda çatlar əmələ gəldiyinə və divarlarda yana əyilmə aşkar edildiyinə görə sakinlərin həmin binada yaşamasının təhlükəli olduğ u bildirilmişdir.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.07.2011-ci il tarixli sərəncamı ilə Gəncə şəhərində qəza vəziyyətində olan xxx prospekti 264 və 266, xxxx küçəsi 34 və digər ünvanlardakı yaşayış evlərinin sakinlərinin köçürülməsi üçün 50 mənzilli yaşayış evinin tikilməsi nəzərdə tutulmuşdur. 5. 04.11.2011-ci ildə xxx saylı bina Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür.
6. X tərəfindən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqısatqısına dair 02.10.2017-ci il tarixli müqaviləyə əsasən xxx ünvandakı qeyri-yaşayış binasının altında yerləşən 0,07338 ha torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmış, həmin müqavilə əsasında "xxxx" Məhdud Mə suliyyətli Cəmiyyətinin adına 03.05.2018-ci il tarixli çıxarış verilmişdir.
7. X 10.03.2020-ci il tarixli məktubundan görünür ki, xxxx ünvanlnda yerləşən və 2007-ci ildə İddiaçı adına qeydiyyata alınmış mülk ünvan 1 ünvandakı qeydiyyata alınmış mülkün torpaq sahəsinin bir hissəsidir
8. İddiaçı bildirir ki, xxx saylı binanın birinci mərtəbəsində yerləşən, sahələri 29,4 kv.metr və 16,6 kv.metr olan iki qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin bina 2011-ci ildə, X keçmiş başçısı X qanunsuz göstərişi əsasında uçurulmuşdur. Bununla əlaqədar olaraq, X qarşı uçururlmuş binanın yerində inşa edilməklə müvafiq qeyri-yaşayış sahələri ilə təmin olunma və sair barədə Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia irəli sürmüş və hazırda həmin iddia tələbi üzrə məhkəmə baxışı Gəncə Apellya siya Məhkəməsində davam edir. Lakin sonradan əldə etdiyi məlumata əsasən X ilə "xxxx" MMC arasında bağlanılmış 02.10.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xxx saylı binanın yerləşdiyi 733.8 kv.metr torpaq sahəsi "xxxx" MMC-yə satılmış və X həmin torpaq sahəsinə MMC-nin mülkiyyət hüququ qeydə alınaraq, 03.05.2018-ci il tarixli, RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan alqı-satqı müqaviləsi qanunsuz və əsassızdır. Belə ki, xxx ünvanındakı uçurulmuş bina ikimərtəbəli çoxmənzilli yaşayış binası olmuş, ikinci mərtəbəsində yaşayış evləri, birinci mərtəbəsində isə qeyriyaşayış sahələri yerləşmişdir. Binanın yerləşdiyi torpaq sahəsi 422.0 kv.m. olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən çoxmənzilli binada yerləşən qeyri-yaşayış sahələrinin mülk iyyətçiləri yaşayış binasının ümumi mülkiyyətdə olan əmlakın, o cümlədən binanın yerləşdiyi torpaq sahəsinin idarə edilməsində, ona sahiblik, istifadə və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə sərəncam verilməsində yaşayış sahələrinin mülkiyyətçiləri ilə bərabər iştirak edir və sahə mülkiyyətçilərinin tərkib hissəsinə aid edilir. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə həmin binanın sahə mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88.3-cü maddəsinə əsasən çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiy yətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onlann hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaştllaşdtrma və abadlaşdtrma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmu ş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binamn ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə məxsusdur. Mənzil Məcəlləsinin 35.6-cı maddəsində isə göstərilir ki, çoxmənzilli bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda, söküldükdə yaşıllaşdırma-abadlaşdırma elementləri ilə birlikdə binanın yerləşdiyi torpaq sahəsinə və göstərilən torpaq sahəsində yerləşən həmin binaya xidmət göstərməsi, onun istismarı və abadlaşdınlması üçün nəzərdə tutulmuş digər obyektlərə binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququndapayları çoxmənzilli bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq saxlanır. Buna baxmayaraq cavabdeh X öz səlahiyyət həddini aşaraq, hətta d övlət mülkiyyətində olmayan, çoxmənzilli yaşayış binasının mülkiyyətçilərinə, o cümlədən həmin binanın mülkiyyətçilərindən biri kimi iddiaçıya məxsus olan torpaq sahəsini, tamamilə qanunsuz olaraq, "ünvan 2 ünvanda inşa edilən "Biznes Mərkəzi" binasının tikintisinə icazə sərəncamı verilməmişdir. 20.11.2014-cü il tarixində X tərəfindən verilən tikinti işlərinə başlanılması üçün əsas olan 2 saylı xüsusi nişan tikintiyə icazə sərəncamının əsasında deyil, qanuna zidd olaraq X başçısının "Biznes Mərkəzi" binasının yerləşdirilməsi (layihələndirilməsi) haqqında 03.04.2014-ci il tarixli 377 saylı sərəncamı əsasında verilib. Həmin tikintiyə icazə icraatı şəhərsalma və tikinti normalarının tələblərini kobud şəkildəpozmaqla aparıhb. Yəni, sifarişçi 840 kv.m torpaq sahəsi üzərində mülkiyyət və ya is tifadə hüququnu təsdiq edən sənədi və X tikintiyə icazə sərəncamını almadan tikintiyə başlamış və tikinitini başa çatdırmışdır. Lakin buna baxmayaraq X 19.09.2017-ci il tarixində, tamamilə qanunsuz və əsassız olaraq, qabaqcadan qeydiyyat apararaq "xxxx" MMC-yə həmin binanın barəsində qeydiyyat arayışı vermişdir. Cavabdeh X öz qanunsuz hərəkətlərini pərdələmək məqsədi ilə, "xxxx" MMC-yə satdığı torpaq sahəsinin ünvanında da saxtakarlığı yol vermişdir. Yəni, qeyd olunan torpaq sahəsi xxx ünvanda yerləşdiyi halda, həmin torpaq sahəsi üzərində qanunsuz inşa edilən qeyriyaşayış sahəsinin ünvanı alqı-satqı müqaviləsində, məqsədli şəkildə xxx küçəsi 34 "A" kimi qeyd olunmuşdur. Halbuki həmin qeyri-yaşayış sahəsi məhz xxx ünvanda, yəni uçurulan binanın yerləşdiyi torpaq sahəsi üzərində inşa edilmi şdir. Qeyd edilən qanun pozuntuları xxxx ünvandakı uçurulmiş binanın mülkiyyətçilərinin, o cümlədən iddiaçının mülkiyyət hüquqlarını kobud qaydada pozur.
9. Cavabdehlər X və X nümayəndələri bildirirlər ki, xxx ünvanında yerləşən qeyriyaşayış binası "xxxx" MMC-nin mülkiyyətində olmaqla həmin tikilinin yerləşdiyi 733.8 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19.12.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında" Əsasnamə təsdiq edilmişdir. Qeyd edilən Fərmanın 3-cü bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması həmin Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. Əsasnamənin 11-ci bəndinə əsasən X əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Qeyd edilən Fərmana və onunla təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, X ilə “ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının alqı-satqına dair 02.10.2017-ci il tarixli, xxx nömrəli müqavilə bağlanılmış və müqaviləyə əsasən torpaq sahəsi MMC tərəfindən satın alınmışdır. Torpaq Məcəlləsinin 73-cü madd əsinin 1-ci bəndinin 12-ci abzasına uyğun olaraq torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. İddiaçı mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədi sübut kimi məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd edilən Əsasnaməyə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri həmin sahələrdə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə satıla bilər. Beləliklə, mübahisənin predmeti olan torpaq sahəsinin özəlləşdirilməsi Komitə tərəfindən qanunvericil iyə uyğun həyata keçirilmişdir. Bundan əlavə, iddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsində qeyd olunur ki, ümumi iddia müddəti 10 il müəyyən edilmişdir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Belə ki, İddiaçı ayrı-ayrı iddia tələbləri ilə müxtəlif məhkəmə instansiyalarına müraciət etdiyi zaman mübahisəli torpaq sahəsində yerləşən "xxxx" MMC-yə məxsus qeyri-yaşayış binası artıq mövcud idi. Digər tərəfdən mübahisəli torpaq sahəsində tikinti işlərini aparılması müvafiq dövlət orqanlarının icazəsi, həmin sahədən istifadə üçün hüquqi əsaslar olmadan mümkünsüz idi. Beləliklə, iddiaçı mübahisəli torpaq sahəsi üzərində "xxxx" MMC tərəfindən qeyri-yaşayış binası inşa edilərkən həmin sahə üzərində hüquqlarının pozulmasını bilməli idi, mülki qanunvericiliyin tələblərinə əsasən hüquqlarının pozulmasını bildiyi gündən bir il ərzində məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı Mülki Məcəllə ilə müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Yuxarıda şərh edilənlərdən göründüyü kimi iddia əsassız olmaqla yanaşı iddia müddəti də üzrsüz səbəbdən ötürülmüşdür.
10. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi bildirir ki, iddiaçı mübahisəli torpağın ona məxsus olmasını təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir, bu baxımdan da iddiaçının belə bir iddia tələbi ilə çıxış etməyə subyektiv hüququ yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 2(011)-173/2020 saylı, 31 may 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər X ilə "ünvan 6 ünvanındakı qeyri-yaşayış binasının altında yerləşən, qanunvericilik lə müəyyən edilmiş sənədlərə əsasən 733.8 m2 torpaq sahəsinə dair bağlanmış 02.10.2017-ci il tarixli, 307 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə mülkiyyət hüququna dair X tərəfindən "xxxx" MMC-nin adına verilmiş 03.05.2018-ci il tarixli, RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddianın verilməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə mübahisəli xxx ünvanındakı qeyri-yaşayış binasının altında yerləşən, qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasə n 733.8 m2 torpaq sahəsinin dövlətin mülkiyyətinə aid olmaması, həmin torpaq sahəsinə dair X ilə "xxxx" MMC arasında bağlanmış 02.10.2017-ci il tarixli, 307 saylı alqı-satqı müqaviləsinin qanunvericiliyin tələbləri nöqteyi nəzərindən etibarsız əqd olması tam olaraq sübuta yetirilmişdir.
13. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi dövlətin mülkiyyətində deyildir, daşınmaz əmlakın ümumi mülkiyyətisi iddiaçı və həmin torpaq sahəsində yerləşən binanın tərkib hissələrinin mülkiyyətçiləri olmuşdur. Daşınmaz əmlak mülkiyyətçi tərəfindən sökülməmişdir. İstinad olunan qanunvericilik normalarının tələbinə görə daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi üçün daşınmaz əmlak məhv olmalı, həmin əmlaka mülkiyyətçinin hər cür marağı itirilmiş olmalı, qeydiyyatın ləğvi üçün mülkiyyətçinin iradəsi o lmalı və daşınmaz əmlak mülkiyyətçisinin iradəsi əsasında sökülməlidir. Hazırkı işin mübahisə edilməyən halı ondan ibarətdir ki, daşınmaz əmlak mülkiyyətçi tərəfindən sökülməmiş, daşınmaz əmlakın sökülməsində mülkiyyətçinin iradəsi olmamış, qeydiyyata münasibətdə mülkiyyətçinin marağı itirilməmişdir. Belə ki, tərəflər arasında mübahisə predmeti olan daşınmaz əmlaka görə məhkəmə mübahisələri davam etməkdədir. Göstərilən hallar isə daşınmaz əmlakın mülkiyyətçi tərəfindən sökülməsini və həmin əmlaka onun marağının itməsini istisna edir. Mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqədərat ını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsinin aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
14. Göstərilənlərə əsasən, həmçinin, cavabdeh X tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin əsaslandırılmadığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbləri əsaslı olduğundan təmin edilməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 150, 152.1, 155.2, 157.2, 157.8, 227.1, 324, 337.1, 337.2, 354, 375.2, 385.1, 390.1, 425.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35. 1, 35.6-cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə, 88.3-cü, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-712/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova - sədrlik edən və məruzəçi, M.Məmmədov və R.Həsənov) apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-173/2020 saylı, 31 may 2020-ci il tarixli qətnaməsi ləğv olunmaqla iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı cavabdehlər X, "xxxx" MMC-yə və X qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələblərinə dair iddiasının təmin edilməməsi, iddia ərizəsi, habelə apellyasiya şikayətlərii üzrə ödənilmiş dövlət rüsumlarının onları ödəmiş tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
18. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi alqı-satqı müqaviləsinin lazımi subye ktlərin (səlahiyyətli şəxslərin) arasında bağlandığı, habelə bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olduğu mübahisə mövzusu deyildir, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə ümumiyyətlə irəli sürülməmişdir.
19. Bundan başqa qanunvericiliyin tələblərinə əsasən binanın yerləşdiyi torpaq sahəsinə mülkiyyətçilərin mülkiyyət hüququnun paylarına mütənasib olaraq bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək və ya sökülənədək saxlanması nəzərdə tutulmuş, bina dağıldıqdan sonra həmin pay hüququnun saxlanması nəzərdə tutulmamışdır.
20. Hazırki işin müəyyən edilən və mübahisələndirilməyən halları isə ondan ibarətdir ki, xxx küçəsi 34 saylı binanın birinci mərtəbəsində yerləşən, sahələri 29,4 kv.metr və 16,6 kv.metr olan iki qeyri-yaşayış sahəsi iddiaç ının xüsusi mülkiyyətində olmuş, sözügedən bina 2011-ci il tarixdə sökülmüşdür. Sözügedən binanın altında yerləşən topaq sahəsinə dair alqı-satqı müqaviləsi isə 02.10.2017-ci il tarixdə bağlanmışdır. Bu o deməkdir ki, mübahisəli ünvandaki bina söküldükən sonra həmin binanının birinci mərtəbəsində yerləşən 29,4 kv.metr və 16,6 kv.metr olan iki qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı X binanın altında yerləşən torpaq sahəsi üzərində paylı mülkiyyət hüququ qalmamışdır. Belə olan halda isə iddiaçının mübahisəli torpaq sahəsinə aid heç bir hüququ qalmadığından onun hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ olmamışdır.
21. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqla rını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
22. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri bir inci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 35.6-cı maddəsini səhv təfsir etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə ic raatı iştirakçılarının izahatları
26. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
27. Cavabdeh X nümayəndəsi və vəkili, cavabdeh "xxxx" MMC-nin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh X hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq iş ə cavabdeh X iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
29. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
30. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməs i işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
33. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqın da” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. (maddə 157.9)
34. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariyatexniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. (maddə 227.1) Mənzil Məcəlləsi
35. Yaşayış binasının tərkib hissəsinin mülkiyyə tçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. (maddə 35.1)
36. Çoxmənzilli bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda, söküldükdə yaşıllaşdırma-abadlaşdırma elementləri ilə birlikdə binanın yerləşdiyi torpaq sahəsinə və göstərilən torpaq sahəsində yerləşən həmin binaya xidmət göstərməsi, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş digər obyektlərə binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququnda payları çoxmənzilli bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq saxlanır. Göstərilən mülkiyyətçilər mülki qanunvericiliyə uyğun olaraq bu maddədə nəzərdə tutulan əmlaka sahiblik edir, ondan istifadə edir və barəsində sərəncam verirlər. (maddə 35.6) Mülki Prosessual Məcəllə
37. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
38. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
39. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
40. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
41. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyi ni, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
43. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəli llərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
45. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (40)
46. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni digər əsaslarla yanış həmçinin onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.6-cı maddəsinin tələblərinə əsasən binanın yerləşdiyi torpaq sahəsinə mülkiyyətçilərin mülkiyyət hüququnun paylarına mütənasib olaraq bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək və ya sökülənədək saxlanması nəzərdə tutulmuş, bina dağıldıqdan sonra həmin pay hüququnun saxlanma sı nəzərdə tutulmamışdır.
47. Halbuki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.6-cı maddəsinə görə çoxmənzilli bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda, söküldükdə yaşıllaşdırma-abadlaşdırma elementləri ilə birlikdə binanın yerləşdiyi torpaq sahəsinə və göstərilən torpaq sahəsində yerləşən həmin binaya xidmət göstərməsi, onun istismarı və abadlaşdınlması üçün nəzərdə tutulmuş digər obyektlərə binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququnda payları çoxmənzilli bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq saxlanır.
48. Maddənin məzmunundan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi həmin maddəni səhv təfsir etmişdir.
49. Belə ki, qeyd edilən maddə apelyasiya i nstansiyası məhkəməsinin təfsir etdiyi kimi binanın yerləşdiyi torpaq sahəsinə mülkiyyətçilərin paylarına mütənasib mülkiyyət hüququnun bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək və ya sökülənədək saxlanmasını deyil, bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda və ya söküldükdə binanın yerləşdiyi torpaq sahəsinə mülkiyyətçilərin mülkiyyət hüququnun məhz bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək olan payları həcmində saxlanılmasını ehtiva edir.
50. Bundan başqa qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsinin təfsiri düzgün olaraq qəbul edilsə belə həmin müddəa hazırkı iş üzrə mübahisəyə tətbiq edilə bilməz.
51. Ona görə ki, həmin maddə o halda tətbiq edilə bilərdi ki, mülkiyyətçi çoxmənzilli binanın məhv olması, o cümlədən təsadüfi dağılması, s ökülməsi ilə razılaşsın. Hazırkı işdə isə mübahisəli əmlak mülkiyyətçi tərəfindən sökülməmiş, mübahisəli əmlakın sökülməsində mülkiyyətçinin iradəsi olmamışdır. Bundan başqa hazırkı işdə mülkiyyətçi İddiaçı mübahisəli əmlakın qanunsuz sökülməsi ilə bağlı məhkəməyə müraciət etmişdir və tərəflər arasında mübahisə predmeti olan daşınmaz əmlakın qanunsuz sökülməsi ilə bağlı məhkəmə mübahisələri hal-hazırda davam edir.
52. Göründüyü kimi hazırkı işdə mülkiyyətçi İddiaçı mübahisə predmeti olan əmlakın sökülməsi ilə razılaşmamışdır.
53. Bununla bağlı cavabdehlərin etirazı ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.07.2011-ci il tarixli sərəncamı ilə xxx saylı binanın sakinlərinin köçürülməsi üçün 50 mənzilli yaşayış evinin tikilməsi nəzərdə tutulmuşdur.
54. Məhkəm ə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün Avropa İnsan Hüquqları Məhkəməsinin bu qəlibdən olan işlərlə bağlı hüquqi mövqeyi də nəzərə alınmalıdır.
55. Bu qəlibdən olan işlərdə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, mübahisənin düzgün həlli üçün 3 kriteriya üzrə hüquqi dəyərləndirmə aparılmalıdır: mülkiyətə müdaxilə edilibmi, müdaxilə qanunda nəzərdə tutulubmu, cəmiyyətin ümumi maraqları və fərdin əsas hüquqlarının qorunması tələbləri arasında ədalətli tarazlıq gözlənilibmi. Əgər mülkiyyətə müdaxilə qanunda nəzərdə tutulmayıbsa o zaman cəmiyyətin ümumi maraqları və fərdin əsas hüquqlarının qorunması tələbləri arasında ədalətli tarazlığın gözlənilib-gözlənilməməsinin müəyyənləşdirilməsinə ehtiyac yoxdur.
56. Avropa İnsa n Hüquqları Məhkəməsi Abdullayeva Azərbaycana qarşı işi üzrə 14 mart 2019-cu il tarixli qərarında qeyd etmişdir ki, müdaxilə qanunda nəzərdə tutulmuş qaydada olmadığından cəmiyyətin ümumi maraqları və fərdin əsas hüquqlarının qorunması tələbləri arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyə zərurət qalmamışdır.
57. Hazırkı işdən görünür ki, iddiaçının mülkiyyətinə müdaxilə olmuşdur.
58. Belə ki, mübahisə predmeti olan əmlak sökülmüşdür.
59. İkinci kriteriya olan müdaxilənin qanunda nəzərdə tutulub-tutulmaması ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 157.9-cu maddəsində torpaqların dövlət ehtiyacları üçün alınmasının əsasları müəyyən edilmişdir.
60. Həmin maddəyə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.
61. Göründüyü kimi hazıkı işdə qeyd edilən əsaslar mövcud deyildir və müdaxilə qanunda nəzərdə tutulmamışdır.
62. Ona görə də cəmiyyətin ümumi maraqları və fərdin əsas hüquqlarının qorunması tələbləri arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyə zərurət qalmamışdır.
63. Belə olan halda apelyasiya instansiyası məhkəməsinin Mənzil Məcəlləsinin 35.6cı maddəsinə istinad edərək iddiaçının m übahisə predmeti olan əmlakın altında yerləşən torpaq sahəsinə mülkiyyət hüququnu itirməsi barədə gəldiyi nəticə əsaslı deyildir.
64. Bununla yanaşı iş materiallarından görünür ki, X mübahisə pedmeti olan torpaq sahəsini dövlət torpağı kimi özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqısatqısına dair 02.10.2017-ci il tarixli müqavilə əsasında X-yə satmışdır.
65. Halbuki hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsi dövlət torpağı deyil, çoxmənzilli yaşayış binasının yerləşdiyi torpaq sahəsi olmuşdur.
66. Bununla bağlı qed edilməlidir ki, çoxmənzilli yaşayış binasının yerləşdiyi torpaq sahəsinə münasibətdə dövlət əmlakının özəlləşdirilməsi nəticəsində satılan torpaq sahəsi ilə bağlı müddəalar deyil, Mülki Məcəllənin 227.1-ci maddəsi tətbiq olunmalıdır.
67. Həmin maddəyə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur
68. Göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi dövlətin mülkiyyətində deyildir, daşınmaz əmlakın ümumi mülkiyyətisi iddiaçı və həmin torpaq sahəsində yerləşən binanın tərkib hissələrinin mülkiyyətçiləri olmuşdur. Daşınmaz əmlak mülkiyyətçi tərəfindən sökülməmişdir. İstinad olunan qanunvericilik normalarının tələbinə görə daşınmaz əmlakın qeydiyyatının ləğv ed ilməsi üçün daşınmaz əmlak məhv olmalı, həmin əmlaka mülkiyyətçinin hər cür marağı itirilmiş olmalı, qeydiyyatın ləğvi üçün mülkiyyətçinin iradəsi olmalı və daşınmaz əmlak mülkiyyətçisinin iradəsi əsasında sökülməlidir.
69. Bundan başqa hazırkı işin mübahisə edilməyən halı ondan ibarətdir ki, daşınmaz əmlak mülkiyyətçi tərəfindən sökülməmiş, daşınmaz əmlakın sökülməsində mülkiyyətçinin iradəsi olmamış, qeydiyyata münasibətdə mülkiyyətçinin marağı itirilməmişdir. Belə ki, tərəflər arasında mübahisə predmeti olan daşınmaz əmlaka görə məhkəmə mübahisələri davam etməkdədir. Göstərilən hallar isə daşınmaz əmlakın mülkiyyətçi tərəfindən sökülməsini və həmin əmlaka onun marağının itməsini istisna edir. Mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsu s olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqədəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsinin aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
70. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
71. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
72. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-712/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.