Məhkəmə qərarları › İş №2(102)-5297/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5297/2021

16.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5297/2021 16.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və X13 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və X8 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və X13 və onların vəkili Vəkil1, Cavabdeh1 vəkili Vəkil5 iştir akı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3125/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 16 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və X22 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMCyə (bundan sonra MMC) qarşı “müqavilənin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxx qeyri-yaşayış sahəsinə dair cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanılan 28 sentyabr 2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında mənzillərin satışı” müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış sahəsinin bərabər əsaslarl a birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və X13 adlarına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X15 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və İddiaçı2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi verərək, xxx qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 28.09.2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında mənzillərin satışı” müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair onun və İddiaçı2 mülkiyyət hüquqlarının tanınması, həmin əmlaka dair 1/2 hissədə onun və 1/2 hissədə İddiaçı2 paylarının müəyyən edilməsi, həmin əmlakın birgə mülkiyyətçilər X 9 və İddiaçı2 təhvil verilməsi, birgə iddiaçılar İddiaçı1 və X13 həmin əmlak üzrə iddialarının əmlakın onların adına rəsmiləşdirilməsi ilə bağlı hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Cavabdeh2 MMC-nin 12.10.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsinin surətindən görünür ki, Cavabdeh2 MMC-nin təsisçiləri X21 və X34 olmuşdur.

4. Cavabdeh2 MMC ilə alıcı Cavabdeh1 arasında bağlanılan 28.09.2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında mənzillərin satışı” müqaviləsindən görünür ki, satıcı xxx qeyri-yaşayış sahələrini bina istismara təhvil verildikdən sonra alıcıya təhvil verir, alıcı isə qeyri-yaşayış sahələrinin tərəflərin razılığı ilə müəyyənləşdirilmiş dəyərini satıcıya ödəyir. 5. 02.12.2009-cu il tarixli arayışından görünür ki, xxxx qeyr i-yaşayış sahələrinin X34 ilə Cavabdeh1 arasında müəyyənləşdirilmiş dəyəri Cavabdeh1 tərəfindən tam olaraq X25 ödənilmişdir.

6. Cavabdeh2 MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncagının 29.09.2009-cu il tarixdə keçirilmiş 1 saylı protokolundan görünür ki, yığıncaqda MMCnin xxxx inşa olunan yaşayış binasında yaşayış və qeyri-yaşayış sahələrinə təsisçilərin payının natura şəklində müəyyən edilməsi və təsisçilərin onlara aid paylarından istifadə şərtlərinin müəyyən edilməsi məsələləri müzakirə olunmuş və təsisçilərin payları müəyyən olunmuşdur. Protokolda qeyd olunmuşdur ki, X23 payına düşən 1-ci mərtəbə qeyriyaşayış sahəsi 1/2 hissə - 300 kv.m. və 2-ci mərtəbə qeyri-yaşayış sahəsi 1/2 hissə - 300 kv.m. onun özü tərəfindən bu protokol imzalanan ana kimi satılmışdır. 7. 17.06.2016-cı il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 Cavabdeh2 MMC ilə aralarıında bağlanmış 28.09.2009-cu il tarixli müqaviləyə əsasən xxxx qeyri-yaşayış sahələrinin addan ada keçirilməsi itə bağlı Azərbaycan Respublikasının bütün dövlət idarə, müəssisə və təşkilatları, hüquqi və fıziki şəxsləri qarşısında, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsində, Cavabdeh2 MMC, notariat kontorunda, ASAN xidmət mərkəzində, MKİS-də onun nümayəndəsi olmağı, onun adından sənədləşmə işlərini aparmağı, həmin mənzili özəlləşdirməyi, sənədləri və arayışları toplamağı, təqdim etməyi və almağı, lazımi sənədlərdə imza etməyi, adından ərizə verməyi, ərizədə imza etməyi, rüsum ödəməyi, ona çatası sənədləri, reyestrdən çıxarış, texniki pasport, yüklülüyün oiub-olmaması barədə arayış (forma N 1) almağı, özəlləşdikdən sonra üzərində sərəncam verməyi, satmağı, yetirilməsi ilə əlaqədar bütün dövlət və digər təşkilatlarda sənədləri və arayışları toplamağı və təqdim etməyi, qanunla qadağan olunmayan bütün əqdləri və müqavilələri bağlamağı, adından ərizə verməyi, imza etməyi və bütün digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə 17.06.2046-cı il tarixinədək verilmişdir. 8. “Elektron Notariat” X1 04.12.2019-cu il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 17.06.2016-cı il tarixli, xxx saylı etibarnaməyə 22.08.2017-ci il tarixdə xitam vermişdir. 9. 06.10.2012-ci il tarixli “Payın alqı-satqı müqaviləsi”ndən görünür ki, X34 Cavabdeh2 MMC-nin nizamnamə kapitalında olan 50 payını X2.

10. Bakı Şəhəri Nəsi mi Rayon Məhkəməsinin 30.04.2019-cu il tarixli, 2(004)4018/2019 saylı qətnaməsi ilə iddiaçı X7 cavabdeh X9 qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi təmin edilərək tərəflər arasında Bakı şəhəri Xətai rayonu qeydiyyat şöbəsi tərəfındən 05 sentyabr 1978-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında xxx nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir.

11. İddiaçı2 bildirir ki, 2009-cu ilin sentyabr ayında o və digər iddiaçılar gələcəkdə birlikdə işləmək niyyətilə Bakı şəhərində qeyri-yaşayış sahəsi almaq barədə razılığa gəlmiş və bu məqsədlə müəyyən qədər vəsait toplayaraq satılan qeyri-yaşayış sahələri ilə maraqlanmağa başlamış, Cavabdeh2 MMC tərəfindən xxx qeyri-yaşayış sahəsinə baxış keçirdikdən sonra həmin qeyri-yaşayış sahəsini bəyəndikləri üçün həmi n obyekti satın almaq istəmişlər. Həmin bina Cavabdeh2 MMC tərəfindən inşa edilmişdir və binanın satılmayan yaşayış və qeyri-yaşayış sahələri Cavabdeh2 MMC-nin təsisçiləri olan X21 ilə X34 arasında pay bölgüsü üzrə bölünmüşdür. Bölgüyə əsasən mübahisəli qeyri-yaşayış sahəsi X23 payına düşmüşdür. Odur ki, obyektin satın alınması ilə bağlı danışıqlar X34 ilə aparılmış və həmin obyektin dəyəri 1.500.000 manata razılaşdırıldıqdan sonra qeyriyaşayış sahəsinə görə o, İddiaçı1 və Lazım Mehdiyev tərəfindən hər biri 500.000 manat olmaqla cəmi 1.500.000 manat X25 ödənilməklə satın alınmışdır. Rəsmiləşdirmə zamanı o, X25 bildirmişdir ki, obyektə dair Cavabdeh2 MMC ilə bağlanan müqavilədə öz adının yazılmasını istəmir və təklif edir ki, müqavilə formal olaraq qaynı olan Cavabdeh1 adına rəsmiləşdirilsi n. Həmin qeyri-yaşayış sahəsinin Cavabdeh1 adına formal olaraq rəsmiləşdirilməsindən digər iddiaçıların xəbəri olmamışdır. Qaynı Cavabdeh1 Cavabdeh2 MMC-nin təsisçisi X3 və elə bu obyektin satılması barədə məlumatı da ondan almışdır. Bundan sonra obyekt Cavabdeh2 MMC ilə bağlanılan 28.09.2009-cu il tarixli müqavilə ilə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Bir müddət əvvəl onunla həyat yoldaşı arasında ailə münaqişəsi yaranmışdır. Bundan sui-istifadə edən Cavabdeh1 bacısını müdafiə etmək bəhanəsi ilə ona qarşı kəskin mənfi münasibət göstərməyə başlamış, onunla əlaqəni kəsərək obyekti ondan alacağını bildirmiş və bu istiqamətdə konkret addımlar atmışdır. Belə ki, o, notariusa gedərək obyektə dair onun adına verdiyi 17 iyun 2016-cı il tarixli etibarnaməni ləğv etmiş və mübahisəli obyektin g uya ona məxsus olduğunu bildirmişdir.

12. İddiaçılar İddiaçı1 və X22 bildirirlər ki, 2009-cu ilin sentyabr ayında onlar və İddiaçı2 gələcəkdə birlikdə işləmək niyyətilə Bakı şəhərində qeyri-yaşayış sahəsi almaq barədə razılığa gəlmişlər. Bu məqsədlə müəyyən qədər vəsait toplayaraq satılan qeyriyaşayış sahələri ilə maraqlanmağa başlamışlar, Cavabdeh2 MMC tərəfindən xxx qeyriyaşayış sahəsinə baxış keçirdikdən sonra həmin qeyri-yaşayış sahəsini bəyəndikləri üçün satın almaq istəmişlər. Həmin bina Cavabdeh2 MMC tərəfindən inşa edilmişdir və binanın satılmayan yaşayış və qeyri-yaşayış sahələri Cavabdeh2 MMC-nin təsisçiləri olan X21 ilə X34 arasında pay bölgüsü üzrə bölünmüşdür. Bölgüyə əsasən mübahisəli qeyri-yaşayış sahəsi X23 payına düşmüşdür. Odur ki, obyektin satın alınması ilə bağlı danışı qlar X34 ilə aparılmış və həmin obyektin dəyəri 1.500.000 manata razılaşdırıldıqdan sonra qeyriyaşayış sahəsinə görə o, İddiaçı2 və Lazım Mehdiyev tərəfindən hər biri 500.000 manat olmaqla cəmi 1.500.000 manat X25 ödənilməklə satın alınmışdır. Cavabdeh1 Cavabdeh2 MMC-nin təsisçisi X3 və elə bu obyektin satılması barədə məlumatı da ondan almışlar. Onun və digər iddiaçı Lazım Mehdiyevin obyektin formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilməsindən xəbərləri olmamışdır. Bir müddət əvvəl İddiaçı2 ilə həyat yoldaşı arasında ailə münaqişəsi yaranmışdır. Bundan sui-istifadə edən Cavabdeh1 bacısını müdafiə etmək bəhanəsi ilə İddiaçı2 qarşı kəskin mənfi münasibət göstərməyə başlamış, onunla əlaqəni kəsərək obyekti ondan alacağını bildirmiş və bu istiqamətdə konkret addımlar atmışdır. Belə ki, o, not ariusa gedərək obyektə dair İddiaçı2 adına verdiyi 17 iyun 2016-cı il tarixli etibarnaməni ləğv etmiş və mübahisəli obyektin əsassız olaraq ona məxsus olduğunu bildirmişdir.

13. Cavabdeh2 MMC-nin nümayəndəsi bildirir ki, birgə iddiaçılar onlara aid oimayan, başqa subyektlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbi ilə çıxış etsələr də, həmin iddianın qaldırılması üçün subyektiv hüquqa malik olmalarını sübut edə bilməmişlər. Hazırkı işdə iddiaçılar özlərinin iştirak etmədikləri və ümumiyyətlə tərəf olmadıqları hüquq münasibətlərini mübahisələndirməyə cəhd edirlər. Bundan əlavə, iddia tələbi başqa subyektlər arasında bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı olsa da, iddiaçılar tələblərinin hüquqi əsasını müəyyən etməkdə “çətinlik” çəkmişlər. Belə ki, iddiaçılar dig ər iki şəxs arasında bağlanmış müqaviləni bir tərəfdən Mülki Məcəllənin 340.1-cı maddəsinə istinad etməklə, “uydurma əqd” adlandırmaqla, “hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd”, digər tərəfdən həmin Məcəllənin 340.2-ci maddəsinə istinad etməklə “yalan əqd” adlandırmaqla, “başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqd” kimi təqdim etməyə cəhd edirlər. Məlumdur ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına səbəb olan iradə ifadəsidir. Hazırkı işdə birgə iddiaçıların hər hansı “iradə ifadəsi”nin mövcudluğunu təsdiq edən sübut mövcud deyil. Belə olan halda, hər hansı əqdin, o cümlədən, uydurma və ya yalan əqdin mövcudluğundan söhbət gedə bilməz. Mülki Məcəllənin 340.2-ci mad dəsindən də aydın olduğu kimi, yalan əqddən söhbət getməsi üçün bir neçə şərtin mövcudluğu tələb olunur: eyni tərəflər arasında iki fərqli əqdin (görüntüdə bağlanmış olan əqd və həqiqətdə bağlanmış (pərdələnmiş) əqdin) bağlanması, tərəflərin hər ikisinin pərdələmək niyyəti ilə hərəkət etməsi. Hazırkı mübahisədə isə, bu şərtlər mövcud deyildir. Cavabdeh1 tərəfindən X5 adına 17 iyun 2016-cı il tarixdə etibarnamə verilməsi və sonradan ləğv edilməsi isə Cavabdeh1 və Cavabdeh2 MMC-nin sərbəst iradə ifadəsi olaraq bağladıqları müqavilənin etibarsızlığına səbəb olan dəlil kimi qəbul edilə bilməz. Mübahisə edilən əqdin etibarlı olub olmaması mübahisə edildiyi halda, əhəmiyyətsiz əqd bağlandığı gündən etibarsız sayılır və MM-nin 337.4-cü maddəsinə əsasən, özündə nəzərdə tutulmuş hüquq və vəzifələri yaratmır, yalnız öz etibarsızlığı nəticələrə səbəb olur. Məhz buna görə də sadalanan maddi hüquq normalarında əhəmiyyətsiz əqdlərin yalnız onun etibarsızlığı nəticələrinin tətbiqi barədə tələb üzrə müddəti müəyyən edilmişdir. Hazırkı işdə isə iddiaçıların özlərinin də etiraf etdiyi kimi, etibarsızılığını tələb etdikləri əqdin bağlanmasından və icrasından elə həmin gün məlumatlı olmuşlar. Belə olan halda, Mülki Məcəllə ilə müəyyən edilmiş 1 illik müddət də ötürülmüşdür. Şərh edilənlərdən də göründüyü kimi hazırkı iş üzrə iddiaçıların iddia qaldırmağa subyektiv hüququ yoxdur, hətta fərziyyə olaraq belə hüquq olsaydı belə, qanunla müəyyənləşdirilmiş iddia müddətinin ötürülməsi ilə verilmişdir.

14. Cavabdeh1 bildirir ki, X Cavabdeh1 doğma bacısı X6 həyat yoldaşı olubdur. Aralarında münasibə tlər pozulduğundan hazırda müxtəlif məhkəmə instansiyalarında mülki mübahisələri davam etməkdədir. Cavabdeh hesab edir ki, ona qarşı qaldırlımış hazırkı iddia iddiaçı X bacısı ilə apardığı münaqişənin davamıdır. Cavabdeh1 Cavabdeh2 MMC tərəfindən inşa edilmiş xxx qeyri-yaşayış sahəsi əvvəldən tanıdığı (nədənsə iddia ərizəsində cavabdehin adı sürücü kimi qələmə verilmişdir) və birlikdə külli miqdarda pul qazandığı X25 2007-cilin əvvəllərindən 2009-cu ilin ortalarınadək olan tarixlərdə 1-ci mərətəbənin hər kvadrat metrəsinə 2000 manat olmaqla 600000 manat, 2-ci mərtəbənin hər kvadrat metrəsinə 1500 manat olmaqla 450000 manat hissə-hissə ödəməklə əldə etmişdir. X ona bildirmişdi ki, Cavabdeh2 MMC tərəfindən inşa edilmiş xxxx ünvanında inşa edilmiş 12 mərtəbəli 1 bloklu binanın yarısı ona məxs usdur. Həmin qeyri-yaşayış sahəsinə görə qeyd etdiyi pul məbləğini X ödəyib bitirdikdən sonra obyektin adına rəsmiləşdirilməsini tələb etmişdir. Bir müddət sonra X birlikdə aldığı qeyri-yaşayış sahəsinin üstündə yerləşən Cavabdeh2 MMC-nin direktoru X oturduğu ofisə yaxınlaşaraq həmin obyekti adına rəsmişlədirmişdir. X həmin ofisdə Cavabdeh2 MMC-nin direktoru X bildirmişdir ki, payına düşən 1 və 2-ci mərtəbədəki qeyri-yaşayış sahələrini caabdehə satmışdır. Birgə iddiaçılar iddia ərizələrində qeyd edirlər ki, mübahisəli obyekti satın aldıqdan sonra öz vəsaitləri hesabına təmir etdirmişlər. Nəzərinizə çatdırıram ki, bu ağ yalandır. Çünki həmin qeyri-yaşayış sahəsinin hər iki mərtəbəsini cavabdeh 05.05.2010-cu il tarixdə “MANGO” əmtəə nişanı adı altında geyim əşyaları satan "xxxx" MMC-yə (X şə xsində) icarəyə verərkən onlarla razılaşmışdır ki, obyekt 5 il 5 ay müddətinə aylıq 30000 manata icarəyə verilir, onların obyekti istədikləri kimi təmir etdirmələrinə tərəfindən icazə verilir, icarə haqqı ilk 5 aydan sonra ödənilməyə başlanır. Həmin vaxt "xxxx" MMC-nin əməkdaşları Avropadan memar və dizayner dəvət emişlər. Bütün smeta, layihələndirmə və təmir xərcləri "xxxx" MMC tərəfindən çəkilmişdir. Həmin şirkət 2014-cü ilə qədər cavabdehin icarəçisi olmuşdur. “X" MMC ilə icarə münasibətlərinə xitam verdikdən sonra cavabdeh həmin mübahisəli obyekti tam olaraq 3 il müddətində icarəyə verə bilməmişdir. Sonradan 07.07.2017-ci il tarixdə həmin obyekt cavabdeh tərəfindən qab-qacaq satışı ilə məşğul olan X12 icarəyə verilmişdir. Həmin şəxs icarə haqqını ödəyə bilmədiyindən bir ili tamam olmam ış icarə müqaviləsi ləğv olunmuşdur. 05 iyun 2018-ci il tarixdə mübahisəli qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən geyim əşyaları satmaqla məşğul olan X11 icarəyə verilmişdir və hazıradək həmin icarəçi qeyd olunan mübahisəli qeyri-yaşayış sahəsində fəaliyyət göstərməklə icarə haqqını vaxtı-vaxtında cavabdehə ödəməkdədir. Bütün bunları qeyd etməkdə məqsədi ondan ibarətdir ki, mübahisəli qeyri-yaşayış sahəsi hər dəfə icarəyə verilərkən sonuncu icarəçi istisna olmaqla onlar tərəfındən təmir olunduğuna görə birgə iddiaçıların təmirlə bağlı qeyd etdikləri ağ yalandır. Birgə iddiaçılar iddia ərizəsində qeyd edirlər ki, mübahisəli obyekt tam fəaliyyətə başladıqdan sonra guya cavabdeh X baş etibarnamə vermişdir və bununla sübut etməyə çalışır ki, guya obyekt X məxsus olmuşdur. Bunun da ağ yalan o lması aşağıda qeyd etdikləri ilə sübut olunur. Belə ki, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsini yuxarıda qeyd etdiyi kimi (2014- 2016-cı İİİət ərzində) icarəyə verə bilmədiyinə və ondan hər hansı gəlir əldə edə bilmədiyinə görə müəyyən maddi ehtiyacları yarandığından onun ikinci mərtəbəsini satıb nağd pula çevirmək qərarına gəlmişdir və onun bu qərarından yeznəsi olan X da xəbəri var idi. Qeyd olunan qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsinə ayrıca giriş qapısı olduğundan üzərində sərəncam verilməsi və alıcısının tapılması elə də çətin deyildi. 2016-cı ilin aprel və ya mayaylarında iddiaçı X həmin qeyri yaşayış sahəsinin 2-ci mərtəbəsinin hər kvadrat metrəsini 1500 manat olmaqla, ümumilikdə 450000 manata satılması barədə razılığa gəlmişlər. Lakin, X hazırda əlində o qədər pulunun olmad ığını bildirib, pulu ona 5-6 ay ərzində hissələrlə ödəyəcəyini söyləmişdir. X onu əmin etmişdir ki, alacaq pulları var və pulunu aldıqca, onun pulunu verəcək. Qohum olduğundan. X sözlərinə inanmışdır. 17.06.2016-cı il tarixdə X ona 15000 ABŞ dolları verib, həmin pulu ilkin ödəniş kimi qəbul etməyini istəyib, ona qeyri-yaşayış sahəsinin müqaviləsinin əslini və etibarnamə verməyini istəmişdir. O, da həmin gün X 3 saylı Notariat Kontoruna gedərək, X adına etibarnamə və 28 sentyabr 2009-cu il tarixli onunla Cavabdeh2 MMC arasında bağlanmış yaşayış binasında mənzilin satış müqaviləsinin əslini təqdim etmişdir. Lakin, etibarnamə və müqavilənin əslini pulunu tam almadan X verdiyinə bir qədər tərəddüd etdiyindən, X-nin rəhbərliyinə zəng edərək, ona məxsus qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsini satmaq üçün qohumu X etibarnamə və müqavilənin əslini verdiyini bildirmişdir. Lakin, xahiş etmişdir ki, hələ pulunu almadığından, ona bununla bağlı adından verilmiş etibarnamə ilə müraciət etdikdə, qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsini heç kimin adına rəsmiləşdirməsin, pulunu tam aldıqda, özü ona bu barədə xəbər verəcəkdir. Həmin gündən sonra, uzun müddət keçməsinə baxmayaraq, yeznəsi İddiaçı2 ona borclu qaldığı 425000 manatdan bir qəpik belə olsun ödəmədiyinə görə, ondan pulu verməsini tələb etməsi ilə bağlı aralarında narazılıq yaranmağa başlamışdır. Bu zəmində bir neçə dəfə mübahisələri olsa da, X pulu ala bilməmişdir. Bu səbəbdən, X müqavilənin əslini tələb etməyə başlamışdır. Lakin, X və X ona hədə qorxu gələrək, sənədi qaytarmaqdan imtina etmişlər. 2017-ci ilin iyun ayında artıq ona məxsus sahəni yenidən icarəyə verdiyindən, X artıq pula ehtiyacı qalmadığını və onun da pulu tam ödəməyə imkanı olmadığından, müqaviləni qaytarmasını istəmişdir. 22.08 2017-ci il tarixdə X söhbət etmək üçün onu “Zabitlər bağı” adlanan parka çağırmışdır. Orada söhbətləri zamanı X verdiyi müqavilənin əslini geri tələb etdikdə, bacısı oğlu X24 onu söyüşlə hədələyərək, müqaviləni qaytarmayacağını söyləmişdir. O, bildirmişdir ki, onda etibarnaməni ləğv edəcək. X demişdir ki, etibamaməni ləğv etsə, onlara 30000 ABŞ dolları (ilkin ödəniş kimi aldığım 15000 ABŞ dollarının iki qatı) qaytarmalı olacaq. Onların konkret olaraq, onu davaya çəkdiyini görüb, onlardan ayrılaraq, notariat kontoruna gedib, etibarnaməni ləğv etmişdir. X etibarnaməni ləğv etdiyini öyrəndiyindən, oğlu X ona zəng edərək, tə cili onlara 30000 ABŞ dollarını qaytarmağını istəmişdir. O, onlara pul qaytarmalı olmadığını dedikdə, X onu X prospektindəki X qəbiristanlığına çağıraraq, atası tərəfindən ona ilkin ödəniş kimi verilmiş pulun ikiqatı olmaqla, 30000 ABŞ dollarını qaytarmadığı təqdirdə onu öldüməklə hədələyərək bağırsaqlarını yerə tökəcəyini bildirmişdir. O, artıq ehtiyat edərək, 102 xidmətinə baş verənlərlə bağlı zəng edərək, məlumat vermişdir. Onun müraciəti 23-cü PBnə yönləndirildiyindən, onu həmin bölməyə dəvət ediblər. Orada hadisəni bir daha söylədikdən sonra, onu polis əməkdaşlarının müşayiəti ilə Keşlə qəbiristanlığına gətirmişlər. Bir müddətdən sonra, X də qəbiristanlığa gəlib onu hədələdikdə, polis əməkdaşları onu saxlayıb bölməyə aparmışlar. Hər ikisinin izahatını aldıqdan sonra, bacısı və X üzrxa hlıqlarını qəbul edərək, X bağışladığına görə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar çıxarılmışdır. X15 ilə iddiaçı X arasındaki birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü ilə bağlı məhkəmə mübahisələrində nədənsə X yalan və ya uydurma əqdlərdən bəhs etməmiş ailə arasındakı mübahisə alovlandıqdan sonra cavabdehin mülkiyyətində olan qeyi- yaşayış sahəsinə iddialı olmuşdur. Cavabdeh birgə iddiaçılardan İddiaçı1 ilə X16 ümumiyyətlə tanımır. X14rın qazi olmasından suiistifadə edərək, bilərəkdən onları bu işə qoşmuşdur ki, məhkəmədə guya onların haqlarının tapdalanması səbəbindən işə baxan məhkəmədə mərhəmət hissi oyatsın. Xüsusilə də, birgə iddiaçılardan İddiaçı1 adını X-də yazsanız nə demək istədiyimizi anlayacaqsınız. Belə ki, həmin şəxsin adı bir çox pul tələbin ə dair işlərdə iddiaçı qismində hallanır.

15. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X15 bildirir ki, birgə iddiaçılar tərəfindən mübahisələndirlən Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında şərti olaraq bağlanmış 28.09.2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında mənzillərin satışı” müqaviləsinin predmeti olan əmlak - xxx qeyri-yaşayış sahəsi onun İddiaçı2 ilə birgə nikahı dövründə alınmış ümumi əmlakıdır. Hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs qismində prosesdə iştirak etməməsi hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh İddiaçı2 ilə 05.09.1978-ci il tarixdən nikahda olmuş, nikahları Nəsimi Rayon Məhkəməsinin 30.04.2019-cu il tarixli, 2(006)- 1239/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahda olduqları dövrdə İddiaçı2 2009-cu ildə şərikləri ilə birlikdə birgə biznes qurmağa qərar vermiş, bununla əlaqədar şərikləri ilə ümumi razılaşmalarına əsasən İddiaçı2 kommandit ortaq qismində biznesi həyata keçirmək üçün zəruri qeyriyaşayış sahəsi və ya daşınmaz əmlak alıb şəriklərinin həmin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üzrə onların müvəqqəti istifadəsinə verməyi, şəriklər isə öz növbəsində həmin biznesi həyata keçirmək üçün zəruri avadanlıq və s. əldə etməyi, cari texniki məsələləri həll etməyi öz üzərlərinə götürmüşlər. Alınan hər bir əmlak, avadanlıq və ya əşya ümumi biznesdə ümumi istifadədə olsa da, mülkiyyətçinin öz mülkiyyətində qalacaqdı. Bu minvalla həmin dövrdə hələ ailə-nikah münasibətləri davam etdiyindən İddiaçı2 satın almaq üçün əlverişli və quracaqları biznesin təyinatına uyğun obyekt axtarılma sı işini qohum kimi onun qardaşı Cavabdeh1 həvalə etmiş, sonuncu isə öz növbəsində yüksək mərtəbəli mənzillərin və binaların tikintisi ilə məşğul olan X adlı sahibkarın sürücüsü işlədiyindən təxminən 2009-cu ilun sentyabr ayında X müraciət edərək məhz onun tərəflndən tikilməkdə olan binaların birində, yəni Bakı şəhəri, keçmiş xxx küçəsində tikilən yeni tikilinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini tövsiyə etmiş, İddiaçı2 da öz növbəsində şərikləri ilə məsləhətləşərək təklif olunan qeyriyaşayış sahəsinin quracaqları biznesin təyinatına müvafiq olduğunu müəyyən etdikdən sonra həmin qeyri-yaşayış sahəsini almaq qəranna gəlmişdir. Həmin qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı2 və onun tərəfindən X17 alınmış borc hesabına satıcıya, yəni Cavabdeh2 MMC-yə ödənilmişdir. X17 alınmış bo rc İddiaçı2 tərəfindən onunla ümumi birgə nikah dövründə apardıqları ümumi birgə təsərrüfat nəticəsində əldə edilmiş vəsait hesabına tam ödənilmişdir. Təsadüfi deyildir ki, Cavabdeh2 MMC adından çıxış edən X34 tərəfindən 08.01.2009-cu il tarixdə ona 100 il müddətinə etibarnamə verilmişdir. Həmin etibarnaməyə əsasən X34 ünvan 7 ünvanda inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən pay bölgüsü üzrə özünə aid olan hissədən 200 kv.m qeyri-yaşayış sahəsini idarə etməyi, lazımi sənədləri toplamağı, özəlləşdirməyi, DƏDRX Bakı şəhər Ərazi İdarəsindən dövlət reyestrindən çıxarış almağı, həbs və girov barədə arayış aldıqdan sonra sərəncam verməyi, almağı, bağışlamağı, dəyişməyi, buna dair ərizə verməyi və digər hərəkətlər etməyi etibar etmişdir. Sonradan tərəflər arasında nikaha xita m verilərkən əmlak bölgüsü məsələsinin həlli zamanı o da sözügedən etibamaməyə arxayın olaraq həmin əmlakın bölgüsünü məhz əmlaka dair DƏDRX-dən çıxarış alındıqdan sonra apanlmasını məqsədəuyğun hesab edərək onun bölgüsünü təxirə salmış, həm də güman etmişdir ki, ər-arvadın ümumi birgə əmlakı kimi İddiaçı2 özü həmin əmlaka dair çıxarış alacaq və bununla bağlı xərcləri və məsrəfləri ödəmiş olacaq. Təsadüfi deyildir ki, birgə nikah dövründə əldə edikləri və hələ DƏDRX-dən çıxanşın alınmadığı digər əmlakı - xxx ünvanında tikilməkdə olan binanın 1-ci mərtəbəsinin 4-cü blokunda yerləşən qeyri-yaşayış sahəsi də mövcud olmuş və o, həmin əmlaka dair çıxarış alınmadığından onun bölgüsü tələbini də irəli sürməmiş və bunu məhz İddiaçı2 tərəfindən həmin əmlaka çıxarış alındıqdan sonra tələb etməyi nəz ərdə tutmuşdur. Başqa sözlə, hazırki iş üzrə mübahisəli əmlakla bağlı Cavabdeh2 MMC-nin adından çıxış edən X34 tərəlındən ona 100 il müddətinə etibarnamə verildiyindən və vaxtaşırı İddiaçı2 həmin əmlakdan əldə etdiyi gəliri onunla böldüyündən onun əvvəlki rəftarına güvənərək, habelə onun həmin əmlakla bağlı çıxarışın alınması üçün zəruri xərcləri və məsrəflərini çəkəcəyinə arxayın olaraq hələ ki, həmin əmlakın bölgüsünü tələb etməmişdir. Lakin daha sonra, hadisələrin təsadüfı gedişində oğlu X söhbət zamanı qardaşı Cavabdeh1 ilə İddiaçı2 arasında münaqişə yarandığını öyrənmiş və bunun səbəblərini araşdırarkən ona məlum olmuşdur ki, tərəflər arasındakı münaqişənin predmeti sözügedən obyektdir və hətta bu münaqişə Yasamal rayon məhkəməsində əmlak mübahisəsi həddinə gəlib çatmışdır. Cavabdeh1 bu obyektin alınmasındakı rolunun yalnız onun satıcısını tövsiyə etməkdən ibarət olduğu halda, əmlaka dair tələb irəli sürməsi onda təəccüb doğurmuş, bununla bağlı İddiaçı2 ilə söhbət apararkən ona məlum olmuşdur ki, İddiaçı2 təşəbbüsü ilə alqısatqı müqaviləsi müəyyən obyektiv səbəblərdən şərti olaraq, qohum olduğundan qarşılıqlı inam və etimad əsasında etibar etdiyi Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Deməsinə görə həm də İddiaçı2 hesab etmişdir ki, Cavabdeh1 qeyd olunduğu kimi X sürücüsü işlədiyindən və həmin ərazidə tez-tez olduğundan alqı-satqı müqaviləsinin adına rəsmiləşdirilmiş şərti mülkiyyətçi kimi həmin obyektin təmirinə, kommunal, texniki işlərinə və digər cari məsələlərinə əmlak üzrə səlahiyyət verilmiş şəxs kimi daha operativ məşğul ola bilərdi. Göründüyü kimi, sözügedən qe yri-yaşayış sahəsi İddiaçı2 tərəfindən birgə nikah dövründə apardıqları ümumi birgə təsərrüfat nəticəsində əldə edilmiş vəsait hesabına alınmış və təmir edilmiş, əmlak faktiki olaraq ər-arvadın ümumi birgə mülkiyyəti olmuş, lakin şərti olaraq, görünüş üçün İddiaçı2 təşəbbüsü ilə onun xəbəri olmadan qohumu Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Daha sonra, aralarında faktiki olaraq ailə münasibətlərinə xitam verilməsi və nikahın məhkəmə qaydasında pozulması ilə müşayiət olunan münaqişəli vəziyyətdən sui-istifadə edərək Cavabdeh1 sözügedən əmlakı ələ keçirmişdir. Halbuki, Cavabdeh1 sürücü işlədiyindən və yalnız ailəsinin gündəlik zəruri ehtiyaclarını ödəməyə kifayət edəcək qədər məhdud məvacib və gəlirlə dolandığından onun belə bir əmlakı satın almağa kifayət edəcək qədər pul vəsaiti olmamışdı r. Həmçinin, həmin əmlak doğrudan da Cavabdeh1 şəxsi əmlakı olsaydı, İddiaçı2 heç vaxt həmin əmlakı tərtıir etməyə pul vəsaiti xərcləməzdi və bunda maraqlı da olmazdı. Həmçinin, yaranmış münaqişəli vəziyyət tərəfindən araşdırılarkən ona məlum olmuşdur ki, İddiaçı2 təşəbbüsü ilə şərti olaraq Cavabdeh1 adına rəsmiləşdirilməsinə və müqavilənin şərti olaraq onun adına bağlanmasına baxmayaraq, danışıqlarına müvafıq olaraq sonuncu tərəfindən əmlakın real faktiki və əsl mülkiyyətçisi olan İddiaçı2 17.06.2016-cı il tarixdə həmin əmlaka dair 30 il müddətinə baş etibarnamə verilmiş, İddiaçı2 isə yüngülfikirliliklə həmin etibarnaməyə arxayın olaraq və tərəflər arasındakı qarşılıqlı inam və etimada əsaslanaraq Cavabdeh1 sözügedən əmlakla bağlı gələcəkdə hər hansı tələb irəli sürməsi və bu yolla əsassı z varlanma cəhdini ehtimal etməmiş, həmin etibarnamədə Cavabdeh2 MMC ilə bağlanan 28.09.2009-cu il tarixli hazırki iş üzrə mübahisələndirilən müqaviləyə istinad edilmiş və xxxx qeyri-yaşayış sahəsinə dair bütün səlahiyyətlərin verildiyi dəqiq və aydın şəkildə ifadə olunmuşdur. Eyni zamanda, deməsinə görə Cavabdeh2 MMC ilə bağlanan 28.09.2009-cu il tarixli müqavilənin və maliyyə arayışının əsli də məhz İddiaçı2 saxlancında olduğundan sonuncu, Cavabdeh1 hətta ən pis ehtimalla sözügedən əmlakın onun tərəfindən əsl mülkiyyətçinin xəbəri olmadan həmin sənədlərsiz özgəninkiləşdirilməsinin qeyri-mümkün olduğuna arxayın olmuşdur. Əgər doğrudan da, mübahisəli əmlak Cavabdeh1 məxsus olsaydı o, həmin əmlakın DƏDRX tərəfindən çıxanş verilməsi üçün əsas olan bu sənədləri məhz özündə saxlayardı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

16. Yasamal Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(004)-1323/2020 nömrəli qətnaməsi ilə ( hakim E.Mehdiyev) iddiaçılar İddiaçı1, İddiaçı2 və X13 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin etibarsız sayılması tələbinə dair” iddia ərizəsi təmin olunmuş, xxx qeyri-yaşayış sahəsinə dair cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanılan 28 sentyabr 2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında mənzillərin satışı” müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, xxx qeyri-yaşayış sahəsinin bərabər əsaslarla birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və X13 adlarına rəsmiləşdirilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən alınıb birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və X18 ödənilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMCyə və İddiaçı2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsinin qismən təmin olunması, xxx qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 28.09.2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında mənzillərin satışı” müqaviləsi bağlandığı andan etibarsız hesab edilməsi, xxxx qeyri-yaşayış sahəsinin 1/3 (üçdə bir) hissəsindən 1/2 (ikidə bir) hissəsinə X6 və 1/2 (ikidə bir) hissəsinə İddiaçı2 paylarının müəyyən edilərək mülkiyyət hüquqlarının tanınması, xxx qeyri-yaşayış sahəsinin 1/3 (üçdə bir) hissə sinin X9 və İddiaçı2 təhvil verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-dən və İddiaçı2 tutulub iddiaçı X9 verilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddia ərizəsinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, xxx qeyri-yaşayış sahəsinə dair cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanılan 28.09.2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında mənzillərin satışı” müqaviləsi görünüş üçün bağlanmış əhəmiyyətsiz əqddir.

18. Belə ki, həmin qeyri-yaşayış sahəsi əslində iddiaçılar İddiaçı1, X20 və X22 tərəfindən birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə ə ldə olunmuşdur. Ona görə də qeyd olunan müqavilə qanunvericiliyin tələblərinə əsasən bağlandığı andan etibarsızdır.

19. Bundan başqa mübahisəli qeyri-yaşayış sahəsi İddiaçı2 Əliağa oğlunun X15 ilə birgə nikahları dövründə əldə edildiyindən İddiaçı2 məxsus 1/3 hissə onların birgə paylı mülkiyyətləridir.

20. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 5.3, 6.2, 152, 157.2, 324.4, 324.5, 337, 354.1, 372.1, 372.2, 377.1, 384.0.4, 404.1, 404.2, Ailə Məcəlləsinin 29.1, 31.1, 31.2, 36, 37.1, Mülki Prossesual Məcəllənin 9, 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X15 apellyasiya şikayətləri vermişlər.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3125/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov - sədrlik edən və məruzəçi, Ş.Məhərrəmova və R.Həsənov) cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 ayrıayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 mart 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilmişdir.

23. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh2 MMC ilə Cavabdeh 1 arasında 28.09.2009-cu il tarixdə bağlanmış “Yeni tikilən yaşayış binasında yerləşən sahənin satışı barədə müqavilə” etibarlı müqavilə deyil. Çünki nə MMC tərəfindən Cavabdeh1 qeyri-yaşayış sahəsi satılmamış, nə də Cavabdeh1 həmin qeyri-yaşayış sahəsinin dəyərini ödəmişdir. Belə ki, işə Rayon Məhkəməsində baxılan zaman şahid qismində dindirmiş X ifadəsində bildirmişdir ki, Cavabdeh1 əmlakın həqiqi sahibi deyil, həmin sahəni iddiaçılara satmış, lakin X xahişi ilə onu sürücüsü olmuş Cavabdeh1 adına rəsmiləşdirmişdir. Cavabdeh1 heç bir ödəniş etməmiş, əmlak formal olaraq onun adına rəsmiləşdirilmişdir. Şahid X bildirdiyi hallar iş üzrə şahid qismində dindirlmiş digər şahidlərin ifadələri ilə də təsdiq olunur. 24. iddiaçıların müqavilənin etibarsızlığını tələb etməyə subyektiv hüquqlarının o lmaması barədə dəlil əsaslı deyil. Belə ki, iddiaçıların müqavilənin etibarsızlığı tələbi, qeyri-yaşayış sahəsinin dəyəri olan vəsaitə mülkiyyət hüquqlarına əsaslanır. Həmin müqavilə üzrə tərəf olmaması iddiaçıların həmin müqavilənin etibarsızlığını mübahisələndirməyə olan hüquqlarını istisna etmir. Çünki həmin müqavilə iddiaçıların hüquqlarına toxunur. Bu isə iddiaçılara hüquq verir ki, həmin müqavilənin etibarlılığını mübahisələndirsinlər.

25. Etibarsız əqdləri mübahisələndirmək üçün qanunda nəzərdə tutulan kəsici müddətin ötürülüb-ötürülməməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə edə bilər.

26. Göründüyü kimi, maraqlı şəxs əq din etibarsız sayılmasına əsas verən halları bildiyi gündən 1 il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət yoxdur və kəsici müddətlər, onların ötürülməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir.

27. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddiaçılar etibarsız əqdlərin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş bir illik kəsici müddəti ötürməmişlər. Belə ki, əvvəllər iddiaçı X ilə onun qaynı olan Cavabdeh1 arasında münasibətlər yaxşı olmuş, X xahişi ilə qeyri-yaşayış sahəsinə dair bağlanmış 28.09.2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında yerləşən sahənin satışı barədə müqavilə” Cavabdeh1 adına rəsmiləşdirmişdir. Həmçinin Cavabdeh1 mübahisəli əmlakla bağlı bir sıra hərəkətlərin həyata keçirilməsi səlahiyyətini etibarnamə əsasında 17.06.2016-cı il tarixdə R.Rəhimova etibar etmişdir. Lakin sonradan tərəflər arasında münasibətlər pisləşmiş və kəskinləşmiş münasibətlər zəminində Cavabdeh1 04.12.2019-cu il tarixdə etibarnaməni ləğv etmişdir. Həmin vaxtdan X hüquqlarının pozulduğunu müəyyən etmiş və etibarnamə ləğv olunduqdan bir neçə gün sonra – 13.12.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

28. İddiaçı X müqavilənin 28.09.2009-cu il tarixdə bağlanmasını və həmin tarixdən müqavilənin əsl olmayan tərəfin adına rəsmiləşdirilməsini bilməsinə baxmayaraq uzun müddət sonra hətta 10 illik iddia müddətini belə ötürərək məhkəməyə müraciət etməsi dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, X həmin tarixdən müqavilənin Cavabdeh1 adına rəsmiləşdirilməsini bilməsinə, hətta X özünün təşəbbüsü ilə belə bir vəziyyətin yaranmasına baxmayaraq, hazırki iş üzrə müddətin axımı həmin tarixdən hesablana bilməz. Belə ki, müqavilə formal olaraq Cavabdeh1 adına rəsmiləşsə də, həmin qeyriyaşayış sahəsindən faydalanan şəxslər birgə iddiaçılar olmuşlar. X başqa digər iddiaçılar İddiaçı1 və X qeyri-yaşayış sahəsinın Cavabdeh1 adına rəsmiləşdirilməsi barədə məlumatlarının olması barədə sübutlar isə məhkəmələrə ümumiyyətlə təqdim edilməmişdir. Cavabdeh1 ilə iddiaçı X arasında mübahisələr yarandıqdan sonra isə iddiaçıların həmin əm laka dair hüquqları pozulmağa başlamışdır.

29. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli qeyri-yaşayış sahəsi dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün digər iddiaçılar İddiaçı1 və X əmlaka dair məlumat almaq imkanları olmamış, onlar iddiaçı X olan etimada əsasən qeyri-yaşayış sahəsinin başqasının adına olmasını ehtimal etməmişlər. Daha sonra Cavabdeh1 ilə X arasında mübahisələr yarandıqdan sonra mübahisələndirilən müqavilədən məlumatlı olmuşlar.

30. Bundan başqa məhkəmə qeyd etmişdir ki, mübahisəli əmlakın alınmasında digər iddiaçıların da iştirak etməsi işin sübuta yetirilmiş halı olduğu üçün X apellyasiya şikayəti təmin oluna bilməz. İş materiallarına əlavə edilmiş X tərəfindən MMC-yə ünvanlanmış 25.06.2016-cı il tarixli ərizənin sürətindən görünür ki, X, 28.09.2009-cu il tarixli müqavilənin ləğv edilməsini və mübahisəli qeyri-yaşayış sahəsinin digər iddiaçıların X və X adına da rəsmiləşdiriılməsini xahiş etmişdir. Həmin vaxtı X ilə X arasında nikah münasibətləri pozulmamışdır. Tərəflərin nikahı 30.04.2019-cu il tarixli məhkəmə aktı ilə ləğv olunmuşdur. Odur ki, iddiaçı X dəlilləri birgə mülkiyyətdə payın artırılması kimi qiymətləndirilə bilməz. Çünki hələ tərəflər nikah münasibətlərində olduqları zaman iddiaçı X digər iddiaçıların da paylarının rəsmiləşdirilməsi arsuzunda olmuşdur.

31. Məhkəmə digər iş üzrə digər cavabdeh olan MMC-nin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, həmin apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandığı və hər iki cavabdehin tələbi eyni olduğu üçün yuxarıda qeyd olunanl ara əsasən, MMC-nin apellyasiya şikayətinin dəlilləri üzrə təkrar dəyərləndirmə aparmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 28.09.2009-cu il tarixli müqavilə əsasında mübahisə predmeti olan qeyri-yaşayış sahəsi Cavabdeh1 tərəfindən alınmışdır və Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 adına əmlakın dəyərinin tam ödənilməsi barədə 02.12.2009-cu il tarixli arayış verilmişdir.

34. Bundan başqa iddiaçılar əmlakın alınmas ına görə hər birinin 500000 manat pul ödədiklərini göstərsələr də, 10 il ərzində qeyri-yaşayış sahəsinin kimin adına rəsmiləşdirilməsi, pulun kimə ödənilməsi il bağlı maraqlanmamışlar, bu isə özlüyündə özlüyündə iddianın uydurma iddia olduğunu sübuta yetirir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. İddiaçılar və onların vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanımasını xahiş etdilər.

37. Cavabdeh1 vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya instansiyası məhkəməsində müəyyən edi lmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etdi.

38. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh2 MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X15 hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə Cavabdeh2 MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

39. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

40. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki h allarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

45. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

46. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

47. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. (maddə 417.1.2) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, Cavabdeh1 kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xxx qeyri-yaşayış sahəsinin iddiaçıların adına rəsmiləşdirilməsi və həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının tanınması hissəsində dəyişdirilməli, xxxx qeyri-yaşayış sahəsinin 1/3 hissəsinə İddiaçı1, 1/3 hissəsinə X13, 1/3 hissəsinə İddiaçı2 pay hüququ tanınmalı, İddiaçı2 1/3 pay hüququnun ½ hissəsinə X6 pay hüququ tanınmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanıl malıdır.

50. Belə ki, apelyasiya instansiyası məhkəməsi xxx qeyri-yaşayış sahəsinə münasibətdə iddiaçıların pay hüququnu tanımaq əvəzinə onların mülkiyyət hüquqlarını tanımaqla iş üzrə səhv nəticəyə gəlsə də qəbul edilmiş qətnamə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri sayır.

52. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə müəyyən edilir ki, xxx qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanan müqavilə MMC ilə iddiaçılar arasındakı razılaşmanı təsbit etmək üç ün bağlanan əqd olmaqla görünüş xarakteri daşıyan əhəmiyyətsiz əqd olmuşdur.

53. İşin qeyd edilən halları, yəni mübahisə predmeti olan əmlakın əsl alıcılarının iddiaçılar olması, Cavabdeh1 dəyəri 1,500,000 (bir milyon beş yüz min) manat olan əmlakı almaq imkanına malik olmaması, onun həmin dövrdə əmlakı MMC-nin adından faktiki olaraq satan X4, alıcılardan İddiaçı2 qaynı olması işə məhkəmə baxışlarında sübut edilmiş hallardandır.

54. Belə ki, işin halları ilə müəyyən edilir ki, mübahisə predmeti olan əmlak xxx ünvandakı çoxmənzilli binanın 1 və 2-ci mərtəbələrində yerləşir və həmin bina MMC tərəfindən inşa edilmişdir. Mübahisəli hüquq münasibəti yaranan dövrdə MMC-nin iki təsisçisi olmuşdur: X21 və X34. Mübahisəli hüquq münasibəti yaranan dövrdə təsisçilər arasında inşa edilən binada yaşayı ş və qeyri-yaşayış sahələrinin bölüşdürülməsi ilə bağlı mübahisə yaranmış və nəticədə paylarına müvafiq olaraq yaşayış və qeyri-yaşayış sahələri onlar arasında bölünmüşdür. Bölünmə nəticəsində müvafiq akt tərtib edilmiş və həmin akta əsasən mübahisə predmeti olan qeyri-yaşayış sahəsi X23 payına düşmüşdür.

55. Ona görə də 28.09.2009-cu il tarixli müqavilə rəsmi olaraq MMC tərəfindən bağlansa da əmlakın faktiki satıcısı X34 olmuş və əmlakın dəyəri olan 1,500,000 (bir milyon beş yüz min) manat pul ona ödənilmişdir.

56. Göstərilən hal X23 notarial qaydada təsdiq edilmiş ərizəsi, o cümlədən sonuncunun işə birinci instansiya məhkəməsində verdiyi ifadələrlə təsdiq edilir.

57. Belə ki, həmin ərizə və ifadələrlə müəyyən edilir ki, Cavabdeh1 həmin vaxt X4 olmuş, maddi imkanı olmadığı üçün sonuncu onun gündəlik məişət qayğılarını ödəmişdir. Alıcılardan İddiaçı2 tanıdığı və Cavabdeh1 onun qaynı olduğunu bildiyi üçün sonuncu vasitəsi ilə mübahisə predmeti olan əmlakı almağı İddiaçı2 təklif etmişdir. Bundan sonra əmlaka dair bütün danışıqları İddiaçı2 ilə aparmış, 1,500,000 (bir milyon beş yüz min) manat pulu sonuncudan almış, əmlakı rəsmiləşdirdikdən sonra bütün sənədləri İddiaçı2 vermişdir. İddiaçı2 təklifi ilə müqaviləni Cavabdeh1 adına rəsmiləşdirmişdir.

58. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X6 (Cavabdeh1 bacısı) iddia ərizəsinin məzmunundan, məhkəmədə verdiyi izahatlardan, o cümlədən Cavabdeh1 digər bacısı X19 verdiyi ifadələrdən görünür ki, qardaşları Cavabdeh1 sürücü işləməklə hər hansı bir maddi imkana malik olmamış, mübahisə predmeti olan əmlakın əsl alıcısı İddiaçı2 olmuşdur.

59. Məhkəmə kollegiyası X15 ilə X19 izahat və ifadələrini mötəbər sübut kimi qiymətləndirərkən işin digər halları ilə yanaşı həmçinin onu da nəzərə alır ki, X15 ilə İddiaçı2 arasındakı nikah Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.04.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur və tərəflər arasındakı mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı mübahisə məhz bundan sonra baş vermişdir.

60. Beləliklə işin hallarından göründüyü kimi MMC ilə Cavabdeh1 arasında mübahisəli əmlaka dair bağlanmış əqd bağlandığı andan əhəmiyyətsiz əqddir.

61. Bu qəbildən olan əqdlərin əhəmiyyətsiz əqd olması və onun bağlayan tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmaması Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrini n əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında da təsbit olunmuşdur.

62. Belə ki, həmin qərarda qeyd edilir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

63. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur.

64. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər.

65. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş he sab olunur.

66. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər

67. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

68. Qanunda əqdin əhəmiyyətsi zliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik ha lının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

69. Göründüyü kimi hazırkı işdə mübahisələndirilən 28.09.2009-cu il tarixli əqd əhəmiyyətsiz əqd olmuş və həmin əqd onu imzalayan Cavabdeh1 üçün hər hansı bir hüquqi nəticə yaratmamışdır.

70. Eyni zamanda işin halları ilə müəyyən edilir ki, 28.09.2009-cu il tarixli əqd üzrə Cavabdeh1 mülkiyyət hüquqları daşınmaz əmlakın reyestrində qeydə alınmamışdır.

71. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, MMC ilə Cavabdeh1 arasında bağlanmış 28.09.2009-cu il tarixli əqd daşınmaz əmlaka aid əqd olmaqla əhəmiyyətsiz əqd olduğundan və onun nəticələri ilə bağlı (daşınmaz əmlakın reyestrində qeydə alınma ilə bağlı) qanunla müəyyən edilmiş hərəkətlər edilmədiyindən həmin əqdə dair iddia müddətinin axımı ba ş verməmişdir.

72. Belə ki, MM-nin 337.3-cü və 337.4-cü maddələrinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

73. Eyni zamanda həmin Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

74. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

75. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi MMC ilə Cavabdeh1 arasında daşınmaz əşyaya dair bağlanmış müqavilə üzrə sonuncunun hüquqları dövlət qeydiyyatına alınmalı idi. Eyni zamanda nəzərə alınmalıdır ki, məhz daşınmaz əmlaka dair hüquqlar qeydiyyata alındıqdan sonra qanunverici MM-nin 140-cı maddəsi ilə qeyridəqiqliyi sübuta yetirilməyənə qədər daşınmaz əmlakın reyestrdə qeydə alınmasının həqiqiliyi və tamlığı prezumpsiyasını tanıyır.

76. Göründüyü kimi MMC ilə Cavabdeh1 arasında mübahisə predmeti olan qeyriyaşayış sahəsinə dair əqdin icrası ilə bağlı qanunla nəzərdə tutulmuş hərəkətlərin icrasına, yəni əqddən irəli gələn hüquqların dövlət qeydiyyatına alınmasına başlanılmamış və qeyd edilən hala görə hazırkı işdə əqdin etibarsız sayılmasına dair tələb üzrə iddia müddətinin axımı baş verməmişdir.

77. Göstərilənlərə əsasən məhkəmə kolleg iyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi MMC ilə Cavabdeh1 arasında bağlanmış 28.09.2009-cu il tarixli əqdin əhəmiyyətsiz əqd hesab edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir.

78. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə 28.09.2009-cu il tarixli əqd əhəmiyyətsiz əqd sayıldığına və həmin hissədən verilmiş kassasiya şikayəti təmin edilmədiyinə görə qətnamənin qalan hissələrini mübahisələndirmək üçün Cavabdeh1 subyektiv hüquqları yoxdur. Eyni zamanda iş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən MMC və iş üzrə digər şəxslər kassasiya şikayəti verməmişlər.

79. Bununla yanaşı iş materialları ilə mübahisəli qe yri-yaşayış sahəsinin yerləşdiyi binanın müvafiq dövlət orqanları tərəfindən istismara qəbul edilməsi müəyyən edilməmişdir.

80. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsinə iddiaçıların, o cümlədən müstəqil tələb irəli sürən üçüncü şəxs X6 mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və onların adına mülkiyyət hüquqlarının tanınması hissəsində qətnamə dəyişdirilməli, mübahisəli qeyri-yaşayış sahəsinin 1/3 hissəsinə İddiaçı1, 1/3 hissəsinə X13, 1/3 hissəsinə İddiaçı2 pay hüququ tanınmalı, İddiaçı2 1/3 pay hüququnun 1/2 hissəsinə X6 pay hüququ tanınmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

81. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3125/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi xxx qeyri-yaşayış sahəsinin iddiaçıların və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin adına rəsmiləşdirilməsi və həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının tanınması hissəsində dəyişdirilsin. xxx qeyri-yaşayış sahəsinin 1/3 hissəsinə İddiaçı1, 1/3 hissəsinə X13, 1/3 hissəsinə İddiaçı2 pay hüququ tanınsın. İddiaçı2 1/3 pay hüququnun 1/2 hissəsinə X6 pay hüququ tanınsın Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar