Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-530/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1139/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(046)-1464/2014 nömrəli iş üzrə 25 noyabr 2014-cü il tarixli qətnaməsi ilə (hakim Fərhad Əfəndiyev) iddia təmin edilərək, digər cavabdehlərlə yanaşı, Göyçay rayonu Qaraxıdır kənd sakini Cavabdeh1 Səftər oğlunun və onun ailə üzvləri - X1, X2, Cavabdeh2 və X3 mülkiyyətinə verilmiş 1,46 ha torpaq sahəsinə İddiaçı ilə alqı-satqı müqavilələrin bağlanmış hesab edilməsi və İddiaçı Göyçay rayonu Qaraxıdır kəndində yerləşən 45,02 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun tanınması qət edilmişdir.
2. Həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(107)1139/2023 saylı qərardadı ilə işin icraata qəbul edilməsi haqqında 15 sentyabr 2023-cü i l tarixli qərardadının ləğv edilməsi, işin apellyasiya baxışından çıxarılması və apellyasiya qeyri-mümkün hesab edilməklə Göyçay Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
3. Bu qərardaddan Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən kassasiya şikayəti verilmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1 noyabr 2023-cü il tarixli 2(107)-1139/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.
5. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə vəsatət göndərmiş və bildirmişdir ki, xx.xx.2023-cü ildə şikayət versə də, texniki nasazlığa görə həmin şikayət sistemə xx.xx.2923-cü ildə yüklənmişdir. Şikayət xx.xx.2023-cü il saat 00:00-dan keçdikdən sonra yüklə ndiyi üçün, sistemdə xx.xx.2023-cü il kimi göstərilir. O, şikayət ərizəsini yükləyəndə xx.xx.2023-cü il tarix idi və faktiki olaraq prosessual müddət buraxılmamışdı.
6. Şəki Apellyasiya Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Ələddin Məcidov(sədrlik edən və məruzəçi), Mahir Əsədli və Vəzirxan Məlikov) buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunla tərəflərə apellyasiya instansiya məhkəmələrinin qərardadlarından onlara rəsmi qaydada verildiyi andan 10 gün müddətində kassasiya şikayəti vermək hüququ verilmişdir ki, bu müddət kassasiya şikayəti verilməsi ilə bağlı bütün proseslərin həyata keçirilməsi və bu proseslərdə baş ve rə biləcək yanlışlıqların nəzərə alınması üçün müəyyən edilmişdir. Elektron sistemdə və ya asan imzada yarana biləcək nasazlıqlar və ya bu tipli digər problemlərin nəzərə alınması məsuliyyəti kassasiya şikayətinin verilməsi müddəti izah edilmiş tərəfin üzərinə düşür. Kassasiya şikayəti verilmə müddəti cavabdehin nümayəndəsi və vəkilinin öz təqsiri ucbatından ötürülmüşdür və müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün heç bir əsas aşkar edilmir. Ərizəçinin (nümayəndəsinin) irəli sürdüyü hal müddəti ötürməsinin üzrlü səbəbi sayıla bilməz və o, müddəti ötürməsinə haqq qazandıracaq digər hər hansı sübut da təqdim etməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1,133.3, 133.4,133.5,400,402, 408.1.4-cü maddələrinə istinad edərək əsaslandı rmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(107)-1139/2023 saylı qərardadının ləğv edilməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətinin baxışa təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, ucqar ərazidə yaşayan kassator həmin qərardadı heç vaxt almamış, qərardadla ilk dəfə xx.xx.2023-cü il tarixdə vəkilə müraciət edən zaman tanış olmuşdur. Bildirilir ki, həmin qərardaddan verilən apelyasiya şikayəti geri qaytaraılaraq, şikayət müddətinin ötürülməsi bildirilmiş, bundan sonra isə kassator tərəfi yenidən şikayəti el ektron məhkəmə kabinetinə yükləyərək kassatorun qərardadı faktiki olaraq almadığı bir daha qeyd edilərək, xx.xx.2023-cü ildə şikayət versə də, texniki nasazlığa görə həmin şikayət sistemə xx.xx.2923-cü ildə yükləndiyini və texniki nasazlığı əks etdirən ekran görünüşü şəkli də sübut kimi əlavə edilmişdir. Bütün bunlara baxmayaraq apelyasiya instansiyası məhkəməsi yenidən işə formal yanaşaraq kassatorun hüquqlarını pozmuşdur.
11. Kassator şikayətini Azərbaycan Respublikası Kontitusiyasının 19, 29, 60-cı, Mülki Məcəllənin 146, 157, 222, 362-ci, Mülki Prosessual Məcəlləsinin 62.4, 77.1, 78.1-1, 88, 134.1.4, 134.1.5, 209.1, 218.1, 233, 360, 364, 366, 372, 384.0.2, 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
14. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
15. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
16. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Apellyasiya məhkəməsi cavabdehin prosessual müddətin bərpası barədə ərizəsini rədd edərkən və şikayəti geri qaytararkən mövqeyini onunla əsaslandırmışdır ki, qərardaddan kassasiya şikayəti vermək üçün 10 gün müddət bütün proseslərin həyata keçirilməsi və bu proseslərdə baş verə biləcək yanlışlıqların nəzərə alınması üçün müəyyən edilmişdir. Elektron sistemdə və ya asan imzada yarana biləcək nasazlıqlar və ya bu tipli digər problemlərin nəzərə alınması məsuliyyəti kassasiya şikayətinin verilməsi müddəti izah edilmiş tərəfin üzərinə düşür. Kassasiya şikayəti verilmə müddəti cavabdehin nümayəndəsi və vəkilinin öz təqsiri ucbatından ötürülmüşdür və müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün heç bir əsas aşkar edilmir.
21. Məhkəmə tərkibi qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin həm də elektron sistemdə və ya asan imzada yarana biləcək nasazlıqların nəzərə alınması üçün müəyyən edilməsi barədə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, şikayət verən şəxsin iradəsindən asılı olmayan texniki nasazlıqlar ötürülmüş prosessual müddətin üzrlü sayılaraq bərpa olunmasına əsas verə bilər. Bunun üçün istinad olunan nasazlığın nədən ibarət olması, hansı səbəbdən v ə kimdən qaynaqlanması və digər əhəmiyyət kəsb edən hallar tam və ətraflı şəkildə müəyyən edilməli və bu araşdırmanın nəticəsindən asılı olaraq ərizəyə əsaslandırılmış şəkildə qiymət verilməlidir. Əgər istinad olunan nasazlıq şikayət verənin iradəsindən asılı olmayan səbəblərdən, o cümlədən elektron sistemdəki xəta və ya digər texniki problemlərdən irəli gəlmişsə buna görə məsuliyyət şikayət verən şəxsin üzərinə qoyula bilməz.
22. Bu baxımdan apellyasiya məhkməsinin elektron sistemdə və ya asan imzada yarana biləcək nasazlıqlar və ya bu tipli digər problemlərin nəzərə alınması məsuliyyətinin kassasiya şikayətinin verilməsi müddəti izah edilmiş tərəfin üzərinə düşməsi barədə mövqe əsaslı sayılmır.
23. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, Cavabdeh2 istinad etdiyi dəlillər ü zrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, zəruri olduqda çəkişmə prinsipinin tələblərinə əməl edilməklə texniki nasazlığın səbəblərinə dair mötəbər sübutların araşdırılması təmin edilməli və nəticəsindən asılı olaraq prosessual müddətin bərpasına dair ərizəyə yekun hüquqi qiymət verilməlidir.
24. Ona görə də qərardadı ləğv edilməli və iş apellyasiya məhkəməsinə göndərilməlidir.
25. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1139/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi an