Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5303/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X1 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh və vəkili Mehrəliyev Cabir Mürüş oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər: Bakı şəhəri 2 saylı “ASAN xidmət” Mərkəzinin Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı Ərazi İdarəsi) müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3786/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3996/2018 saylı, 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.H.Qasımov) iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 21 oktyabr 2017-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Bakı şəhəri, Binəqədi rayonu, 9A MKR, Mir Cəlal küçəsi, *, * mənzilinə dair bağlanmış bağışlanma müqaviləsi, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ı n etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10609/2018 saylı, 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və E.E.Nağıyeva) Cavabdeh apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(001)-3996/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2819/2019 saylı, 29 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və S.F.Hacıyev) iddiaçı Səfərov Ramin Niyaz oğlunun kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1 03)10609/2018 saylı, 21 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş apelyasiya qaydasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9359/2019 saylı, 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və V.T.Həsənov) Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(001)3996/2018 saylı qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-513/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.R.Xələfov (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və G.A.Quliyev) Cavabdeh kassasiy a şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3786/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) Cavabdeh apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(001)-3996/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış 21.10.2017-ci il tarixli daşınma z əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 02 oktyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikah münasibətlərində olduqları dövrdə ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzili 91.000 manata almışlar. Mənzilin alınması üçün pul vəsaitinin 85.000 manatı iddiaçı tərəfindən qarşılanmış, bu məqsədlə anası X2 məxsus evi bazar qiymətindən aşağı qiymətə, yəni 35.000 manata satmışlar. Ailə qurduqdan sonra cavabdehin atası və qohumları tərəfindən iddiaçıya mənzili cavabdehin adına keçirməsinə dair təzyiqlər olmuşdur. Onlar fikirlərini bununla əsasla ndırmışlar ki, həm ailədə söz-söhbətin olmaması üçün, həm də gələcəkdə işi ilə bağlı problem yaranarsa, məcburi şəkildə alınmasın deyə mənzil Cavabdeh adına keçirilsin. Cavabdeh 2017-ci ilin iyun ayında işə düzəldikdən sonra onların münasibəti daha da pisləşmişdir. O, ailəsinin dağılmasını istəmədiyinə görə və təzyiqlərə dözməyərək 21 oktyabr 2017-ci il tarixli müqavilə əsasında mənzili Cavabdeh bağışlamışdır. Bundan sonra cavabdeh evdə bilərəkdən mübahisələr yaratmış, nəticədə 2018-ci ilin yanvar ayında yaşadıqları evi tərk edərək atasının evinə getmişdir. Daim mübahisəli ailədə mənzilin iddiaçı tərəfindən səmimiyyətlə cavabdehə bağışlanması absurddur. Bundan başqa, hal - hazıradək cavabdehlə evin birgə nikah dövründə əldə olunmuş əmlak kimi tərəflər arasında yarı bölünməsinə, mənzilin bi rgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqlarının adına keçirilməsinə dair iddiaçı tərəfin təkliflərinin də cavabsız qalması onu göstərir ki, cavabdehin əsl məqsədi böyük hissədə iddiaçının pulu hesabına alınmış mənzili ələ keçirməkdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə ins tansiyası mənzilin bağışlanılması ilə bağlı işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh və vəkili Mehrəliyev Cabir Mürüş oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Üçüncü şəxs Bakı şəhəri 2 s aylı “ASAN xidmət” Mərkəzinin Notariat Kontoru məktubla müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı Ərazi İdarəsinin nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı, vəkili Vəkil, Cavabdeh və vəkili Mehrəliyev Cabir Mürüş oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən sax lanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili notarial qaydada təsdiq olunmuş 21 oktyabr 2017-ci il tarixli müqavilədə şərt göstərmədən Cavabdeh bağışlamışdır. Mənzil 25.10.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, bağışlama müqaviləsi bağlanmamışdan əvvəl tərəflər arasında münasibətlər yaxşı olmamış, bağışlama müqaviləsi bağlandıqdan sonra isə daha da pisləşmiş və Cavabdeh məhz müqavilə bağlandıqdan sonra nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi də müqavilənin “iddiaçının işi ilə bağlı maliyyə pr oblemi olduğundan gələcəkdə bu problemin mənzilin itirilməsi ilə nəticələnməməsi üçün tərəflərin qarşılıqlı razılaşması əsasında” bağladığını bildirmişdir. Yəni hər iki tərəfin niyyəti mənzilin faktiki olaraq bağışlanması olmamışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş bir tərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1). Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar (Mənzil Məcəlləsinin 2.1-ci maddəsi). Qanunvericiliyə əsasən bağışlama müqaviləsi əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçmə sində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və Mülki Məcəlləsinin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnun reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə müvafiq olaraq, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; hədiyyə alanın əmlakı artır; hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Bu müqavilənin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquql arı, habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mülki qanunvericilikdə bağışlama müqaviləsinin real və konsensual formaları vardır. Hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla yanaşı əmlak və ya əmlak hüquqları verilir. Əmlak hüquqları dövlət reyestrinə qeydə alındığı andan hüquqlar qeydə alınmış sayılır. Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur. Hazırki bağışlama müqaviləsi formasına görə real müqavilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tər əf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, habelə uydurma və yalan əqdlər etibarsız s ayıla bilər (Mülki Məcəllənin 337.1, 340-cı maddələri). Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Tərəflər arasında 21 oktyabr 2017-ci il tarixdə bağlanmış bağışlama müqaviləsindən müəyyən olunur ki, bağışlama hər hansı bir şərtdən asılı edilməmişdir. Tərəflər müqavilə növünü seçməkdə azad olduqları kimi, həmin müqavilənin şərtlərini də müəyyən etməkdə azad olmuş və öz iradə ifadələrinə uyğun hərəkət etmişlər. Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektin (səlahiyyətli şəxsin) iştirakı, onların ira də və iradə ifadələrinin üst-üstə düşməsi, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müəyyən edilmişdir ki, iddiaçı öz iradəsi ilə həmin əmlakı cavabdehə bağışlamışdır. İddiaçı tərəfindən cavabdehlə əvvəllər münasibətlərinin yaxşı olmaması, bağışlamanı təzyiqlər altında etməsi ilə bağlı sübutlar təqdim olunmamışdır. Cavabdehin bağışlama müqaviləsindən sonra nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etməsi, əqdin etibarsızlığı üçün əsas yaratmır. Bununla bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilə bağlandıqdan altı aya yaxın müddət keçdikdən sonra cavabdeh nikahın ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin faktiki əsası, yəni boşanmaya səbəb iddiaçının cavabdehə fiziki güc tətbiq etməsi, polisə müraciət et məsi və ona xəsarətlər yetirməsi olmuşdur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanun auyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3786/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5303/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5303/2020
03.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver