Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5307/2019 02.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Mirzəliyev Əsəd Abdulla oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı, onun vəkili Umudov Ruslan Fazil oğlunun, “xxxx” ASC-nin vəkili Qarayev Qəhrəman Maşalla oğlunun iştirakları ilə, "xxxx” ASC-nin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” ASC Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər “xxxx” ASC-yə, “xxxx” MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Cavabdeh3nə (Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və yüklülük barədə qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Abdıyev, iş 2(005)1092/2018) i ddia təmin edilmiş, “xxxx" MMC, “xxxx” ASC və Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi arasında bağlanmış “Hərracın yekunları barədə 20.11.2017-ci il tarixli, 74/06 saylı protokolun və eyni tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında mənzilinə dair ipotekaya xitam verilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında mənzilinin “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklülüyü barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin Azərbaycan Respublikası Əmlak Məsələləri Cavabdeh3 tərəfindən ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-3124/2019) cavabdeh xxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: “xxxx” ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: “xxxx” ASC-nin vəkili Qarayev Qəhrəm an Maşalla oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. İddiaçı vəkili Umudov Ruslan Fazil oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasın ın vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan və 24.10.2014-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ünvan 1 ünvanında mənzili ilə bağlı Gənc ə Apelyasiya Məhkəməsinin 2(104)-1219/2016 saylı, 13 dekabr 2016-cı il tarixli icra sənədinin icrası qaydasında 16.10.2017-ci il tarixdə keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka saxlayan “xxxx” ASC 30 təqvim günü ərzində ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə əldə etməmişdir. Bü əmlakın “xxxx” ASC tərəfindən əldə edilməsini təsdiq edən 20.11.2017-ci il tarixli, 74/06 saylı Hərracın yekunları barədə protokol və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə təkrar hərrac baş tutmamış elan edildikdən 2 aydan artıq müddət keçdikdən sonra imzalanmışdır, protokol və müqavilədə olan 20.11.2017-ci il tarixi isə reallığı əks etdirmir. Həmin tarixdə belə bir protokol və müqavilə imzalanmamışdır. Sadəcə olaraq bu müddət qanunvericilikdə bu hallar üçün müəyyən edilmiş 30 təqvim günlük müddətin pozulmaması məqsədi ilə müəyyən edilmiş müddətdir. Hüquqi nəticə etibarı ilə mübahisəli protokol və müqavilə 30 təqvim günlük müddət pozulmaqla imzalanmışdır. Bununla da ipoteka saxlayan “xxxx” ASC təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyindən və ona belə imkan yalnız bir dəfə həmin müddət ərzində verildiyindən, o, bu imkanı bu müddət tamam olduqdan sonra itirmişdir. Bu səbəbdən “xxxx" MMC, “xxxx” ASC və Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi arasında bağlanmış “Hərracın yekunları barədə 20.11.2017-ci il tarixli, 74/06 saylı protokol və eyni tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilmə lidir. Hazırki iddia üzrə iddiaçı üç tələb irəli sürmüşdür və birinci, yəni hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi, digər iki tələbə münasibətdə ilkin, digər iki tələb isə bu tələbə münasibətdə törəmə tələb qismində çıxış edir. Belə ki, ilk tələbin məhz iddiaçının irəli sürdüyü hüquqi əsaslarla təmin edilməsi, hüquqi nəticə etibarı ilə digər iki tələbin də təmin edilməsini şərtləndirir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, iddia üzrə qeyd edilən protokol və müqavilə etibarsız hesab edildiyindən Bakı şəhəri, ünvan 1 ünvanında mənzilinə dair ipotekaya xitam verilməli və bu əmlakın “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklülüyü barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd Azərbaycan Respublikası Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət-Reyestri Xidmətinin Ba kı şəhər Ərazi İdarəsi tərəfindən ləğv edilməlidir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “İpoteka haqqında” Qanununun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qa nunun 43.6-cı maddəsinə əsasəntəkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasənbu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasənipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü kimi ipoteka predmeti üzrə keçirilən təkrar hərrac baş tutmadığı halda, ipoteka saxlayan həmin əmlakı 30 gün müddətində əldə etməlidir. «İ poteka haqqında» Qanunun tələblərinə əsasən iddiaçının mülkiyyətində olan mübahisəli evə dair keçirilmiş təkrar hərrac baş tutmadığından, eyni zamanda təkrar hərrac keçirildikdən sonra ipoteka predmeti 30 gün ərzində əldə edilmədiyindən, iddiaçının ipoteka ilə yüklü edilmiş evin ipotekasına xitam verilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28.10.2014-cü il tarixli qərarında Kontistusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyinə görə «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilmə məsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka haqqında» Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. «İpoteka haqqında» Qanunun 48-ci maddəsində ipotekaya xitam verilməsinin əsasları sırasında Qanunun 43.8-ci maddəsinin «ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə» müddəası ipotekaya xitam verilməsinə səbəb olan hal kimi nəzərdə tutulmamışdır. Göründüyü kimi, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmə si halı «İpoteka haqqında» Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir. («İpoteka haqqında» Qanunun 48.1.5-ci maddəsi). «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir: “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı, əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zid d hesab edilməlidir; “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır; ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. “xxxx” ASC kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “ipoteka predmeti olan və İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 29 saylı mənzillə bağlı ilkin və təkrar hərracların, eləcədə təkrar hərrac baş tutmadığından ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətə ipoteka saxlayana təklif olunmasım və ipoteka saxlayan tərəfindən bu barədə müvafiq protokol tərtib edildiyini qanuni hesab edərək qeyd olunan hərracın bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun təşkil edildiyini və keçirildiyini təsdiq etmişlər. Eyni zamanda hər iki məhkəmə instansiyası qeyd olunan mənzillə bağlı 74/06 saylı 20.11.2017-ci il tarixli protokolun və eyni tarixli alğı-satqı müqaviləsinin imzalanmasını istisna etməmiş və bu sənədlərdə olan imzaların da, həqiqiliyinə şübhə ilə yanaşmamışlar. Bundan əlavə ünvan 1 ünvanda yerləşən 29 saylı mənzillə bağlı hərracın yekunları barədə 74/06 saylı 20.11.2017-ci il tarixli protokolun və eyni tarixli alğı-satqı müqaviləsinin “20.11.2017-ci il tarixdə” imzalanması həmin sənədlərin özlərində qeyd o lunmaqla yanaşı, hərrac təşkilatının müvafiq məktubları və səlahiyyətli nümayəndələrinin izahatları ilə tam təsdiq edilsədə, lakin çox əfsuslar olsun ki, işə baxmış məhkəmələr heç bir əsas və sübut olmadan qeyd olunan sənədlərin “20.11.2017-ci il tarixdə” imzalanmaması qənaətinə gəlmişlər. İşə baxmış məhkəmələrin qeyd olunan hərracın yekunları barədə 74/06 saylı 20.11.2017-ci il tarixli protokolun və eyni tarixli alğı-satqı müqaviləsinin “20.11.2017-ci il tarixdə” deyil bundan sonra (iki ay sonra), yəni qanunla müəyyən edilmiş 30 təqvim günü keçdikdən sonra imzalanması qənaətinə gəlmələri heç bir sübutla təsdiq edilmir, əksinə olaraq göstərilən sənədlərin məhz “20.11.2017-ci il tarixdə” imzalanmasını təsdiq edən iş materialında kifayət qədər sübutlar mövcuddur. Bununlada aydın görünür ki, qeyd olunan mülki iş üzrə həm birinci instansiya məhkəməsinin qətnaməsi, həm də Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.03.2019-cu il tarixli 2(103)-3129/2019 saylı qətnaməsi qanunsuz və əsassizdır.” Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də mülki işdə hərracın keçirilməsi nəticələrinə dair 20 noyabr 2017-ci il tarixli protokol və eyni tarixli hərracın yekunları barədə alqı-satqı müqaviləsi mövcuddur. Həmin sənədləri tərtib edən və imzalayan şəxslər sənədlərin tərtibi ilə bağlı hər hansı saxtakarlığa yol verildiyini təsdiq etmir və bu xüsusat hər hansı rəsmi orqanın qərarı ilə öz təsdiqini tapmamışdır. Belə olan halda qeyd olunan sənədlərin saxtakarlıq yolu ilə tərtib olunması barədə mülahizələr işin həqiqi vəziyyəti kimi qəbul edilə bilməz. Hərrac protokolu və alqı-satqı müqaviləsinin tərtib olunmasında saxtakarlığa yol verilməsi barədə mülahizələr, eyni zamanda həmin sənədlərin etibarsızlığı üçün əsas kimi qəbul olunmamalıdır. Bundan əlavə iddiaçı X8 məhkəmə qətnaməsinə əsasən “xxxx” ASC-yə cəmi 62.752,21 (altmış iki min yeddi yüz əlli iki dollar 21 sent) ABŞ dolları borclu olduğu halda, həmin borcun ödənilməsi istiqamətində heç bir hərəkət etməmiş, borca görə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ipoteka yüklülüyünə xitam verilməsi məhkəmə qətnaməsinin icrasının çətinləşməsinə səbəb olacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, yol verilən prosessual pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Məhkəmə kollegiyası iş üzrə yeni qərar qəbul edilməsini məqsədəmü vafiq hesab etmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5307/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5307/2019
02.08.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver