Məhkəmə qərarları › İş №2(102)-531/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-531/2021

09.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-531/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh firmasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia tələbi - müqavilələrin etibarsız hesab edilməsi; qarşılıqlı iddia tələbi - müqavilələrin ləğv edilməsi və icarə haqqının tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2995/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İdd iaçı hüquqi varisi X9 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Qaradağ rayon məhkəməsinin 2(002)-1380/2011 saylı xx xxxxxxx 2011-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh ticarət mərkəzində yerləşən 8-ci sıradakı 2ci korpusun 33 kv.metrlik 42 saylı anbar binası və 2-ci zona 3-cü sıradakı 4-cü korpusun 40 kv.metrlik 108 saylı anbar binasının İddiaçı istifadəsinə verilməklə ona qaytarılması, Cavabdeh ticarət mərkəzində yerləşən 2-ci zona, 4-cü sıradakı 3-cü korpusun 50 kv.metrlik 93 saylı anbar binası söküldüyü üçün onun əvəzinə Cavabdeh ticarət mərkəzindən həmin zonadan eyni ölçüdə, oxşar şəraitli anbar binasının iddiaçıya verilməsi qət edilmişdi r. İşə əlavə edilmiş sənədlərdən görünür ki, 3841 saylı müqavilə üzrə 40 kv.metr sahəsi olan 2-ci zona 3-cü sıra, 4-cü korpus, 108 saylı yer xx.xx.2007-ci ildə İddiaçı, 3841 saylı müqavilə üzrə 50 kv.metr sahəsi olan 2-ci zona 4-cü sıra, 3-cü korpus, 93 saylı yer xx.xx.2007-ci ildə İddiaçı, 3841 saylı müqavilə üzrə 33 kv.metr sahəsi olan 2-ci zona 8-ci sıra, 2-ci korpus, 42 saylı yer xx.xx.2007-ci ildə İddiaçı adına qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı ilə Cavabdeh ticarət firması arasında bağlanmış xx.xx.2007-ci il tarixli “Birgə fəaliyyət haqqında” 3841 saylı müqavilənin surətindən görünür ki, yeni ticarət mərkəzinin təşkil olunması üçün firmaya Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxx 2007-ci il tarixli, 07 saylı sərəncamı ilə Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybə t dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocacən yolunun cənub-şərq hissəsində 50 ha torpaq sahəsi ayrılmışdır. Həmin müqavilənin 1.4-cü bəndində göstərilir ki, firma təsdiq olunmuş tikinti-layihə sənədlərinə müvafiq olaraq yeni ticarət mərkəzinin hüdudlarında sahibkara 123 kv.metr ölçüdə ticarət, iaşə və ya digər xidmət sahəsi üçün yer ayırmağı, həmin sahədə anbar tikintisini son bəzək tamamlama işlərinədək təşkil etməyi, sahibkar isə ayrılmış torpaq sahəsində son bəzək tamamlama işlərinədək tikintinin həyata keçirilməsi üçün 36900 manat ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci maddəsində göstərilir ki, sahibkar mərkəzdə mağazanın tikintisi üçün ona ayrılmiş 123 kv.m yerdə mağazanın tikilməsinin müəyyənləşdirilməsi üçün 36900 manatı bir dəfəyə 2007-ci ilədək firmanın sərən camına verir. İddiaçı ilə Cavabdeh ticarət firması arasında bağlanmış xx.xx.2011-ci il tarixli MİM/179-219-1194 saylı müqavilənin surətindən görünür ki, predmeti ticarət obyekti olmaqla ticarət mərkəzinin ərazisində hüdudları və yerləşdiyi ünvanı hər iki tərəfə bəlli olan sahəni firma sahibkara istifadəyə verir. Müqavilənin predmeti olmaq etibari ilə ticarət məqsədi üçün ayrılmış obyektin firmanın ərazisindəki dislokasiyası aşağadakı kimidir: 1 zona. 7-cı sıra, 9-cu korpus, 219-cu yer, 50 kv.metr. İddiaçı ilə Cavabdeh ticarət firması arasında bağlanmış xx.xx.2011-ci il tarixli MİM/1xx-xx-1192 saylı müqavilənin surətindən görünür ki, predmeti ticarət obyekti olmaqla ticarət mərkəzinin ərazisində hüdudları və yerləşdiyi ünvanı hər iki tərəfə bəlli olan sahəni firma sahibkara istifadəyə ver ir. Müqavilənin predmeti olmaq etibarı ilə ticarət məqsədi üçün ayrılmış obyektin firmanın ərazisindəki dislokasiyası aşağadakı kimidir: 1 zona. 8-ci sıra, 3-cü korpus, 36-cı yer, 33 kv.metr. İddiaçı ilə Cavabdeh ticarət firması arasında bağlanmış xx.xx.2011-ci il tarixli MİM/234-108-1193 saylı müqavilənin surətindən görünür ki, predmeti ticarət obyekti olmaqla ticarət mərkəzinin ərazisində hüdudları və yerləşdiyi ünvanı hər iki tərəfə bəlli olan sahəni firma sahibkara istifadəyə verir. Müqavilənin predmeti olmaq etibari ilə ticarət məqsədi üçün ayrılmış obyektin firmanın ərazisindəki dislokasiyası aşağadakı kimidir: 2 zona, 3-cü sıra, 4-cü korpus, 108-ci yer, 40 kv.metr. Həmin müqavilələrin 2-ci maddəsinin “g” bəndində göstərilmişdir ki, firma istifadəicarə haqqının vaxtlı-vaxtında ödənil məsini tələb edir. Həmin maddənin “k” bındində göstərilmişdir ki, firma öz mülkiyətinə sərəncam vermək hüququnu özündə saxlayır. Müqavilələrin 2.5-ci maddəsində göstərilir ki, sahibkar ona istifadəyə verilmiş ticarət obyektini firmanın razılığı olmadan 3-cü şəxslərə icarəyə-istifadəyə verə, onu sata (notarial və digər qaydalarda) və özəlləşdirə bilməz. Həmin müqavilələrin 8.2-ci maddəsində göstərilir ki, hazırkı müqavilənin qüvvəyə minməsi ilə tərəflər arasında daha öncə bağlanılmış bütün müqavilələr, razılaşmalar və protokollar öz hüquqi qüvvəsini itirir və etibarsız hesab edilir. X8 xx.xx.2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh firması ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqaviləyə əsasən zona-1, sıra 8, korpus 3-də yerləşən ümumi sahəsi 33 kv.m olan 36 nömrəli obyektə görə o, xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər İddiaçı 200 manat, xx.xx.2017-ci il tarixdən hal-hazırkı müddətə qədər aylıq 500 manat pul ödəyir. X2 xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, Cavabdeh firması ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqaviləyə əsasən zona-1, sıra 7, korpus 9-da yerləşən ümumi sahəsi 50 kv.m olan 219 nömrəli obyektə görə o, xx.xx.2011-ci il tarixdən hal-hazırkı müddətə qədər aylıq 50 manat pul ödəyir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı, Cavabdeh firması ilə onun adından - qardaşı X11 arasında bağlanmış 1-ci zona, 8-ci sıra, 3-cü korpusdakı 33 kv.metrlik 36-cı yerin onun istifadəsinə v erilməsi barədə xx.xx.2011 -ci il tarixli, 1xx-xx-1192 saylı müqavilənin, 2-ci zona, 3-cü sıra, 4-cü korpusdakı 40 kv.metrlik 108-ci yerin onun istifadəsinə verilməsi barədə 234-108-1193 saylı müqavilənin və 1-ci zona, 7-ci sıra, 9-cu korpusdakı 50 kv.metrlik 219-cu yerin istifadəsinə verilməsinə dair 179-219-1194 saylı müqavilənin etibarsız hesab edilməsi, binalara sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi, cavabdehin ona vurduğu mənəvi zərərə görə kompensasiyanın əvəzi olaraq 20.000 manat məbləğində pulun alınaraq ona verilməsi, xx xxxxxx 2007-ci il tarixdə Cavabdeh Ticarət Firmasının direktoru Y.Qədimbəyli ilə həmin mərkəzdə 123 kv.metr ticarət sahəsinin-dükanın tikintisi üçün bağladığı müqavilənin qüvvədə hesab edilməsi v ə həmin müqavilənin ondan götürülmüş əsil nüsxəsinin cavabdehdən alınaraq ona qaytarılması, 33 və 50 kv.metrlik obyektlərin icarə pulu adı ilə cavabdeh tərəfindən alınmış cəmi 40.329 manat pulun cavabdehin əsassız varlanmasına səbəb olduğundan ondan alınaraq iddiaçıya verilməsi, cavabdehin xx xxxxxx 2017-ci il tarixdən etibarən müqavilələrə xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli, 188 saylı və xx.xx.2017-ci il tarixli, 189 saylı tələblərin mülkiyyət hüquqlarını pozduğuna və qanunla müəyyən edilmiş qaydada tərtib edilmədiyinə görə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh firması, qarşılıqlı iddia verərək, İddiaçı ilə Cavabdeh firması arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, MİM/1xx-xx-1192 saylı müqavilənin, xx xxxxxx 2011-ci il tarixli, 234-108-1193 saylı və xx xxxxxx 2011-ci il tarixli, MİM/179-2191194 saylı müqavilənin ləğv edilməsini və 1-ci zona, 8-ci sıra, 3-cü korpus, 36 saylı və 1-ci zona, 7-ci sıra, 9-cu korpus, 219 saylı ticarət obyektlərini qeyri qanuni yolla firma ilə razılaşdırmadan sub icarəyə verməklə əldə etdiyi 22.600 manatın İddiaçı tutularaq Cavabdeh firmasının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qaradağ rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Mürsəlov, iş № 2(002)-1398/2018) ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh firması arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, M İM/1xx-xx-1192 saylı müqavilə, xx xxxxxx 2011-ci il tarixli, MİM/234-108-1193 saylı müqavilə və xx xxxxxx 2011-c i il tarixli, MİM/179-219-1194 saylı müqavilələrin ləğv edilməsi, İddiaçı tərəfindən ticarət obyektlərinin tikintisi üçün ödədiyi 36.900 manat məbləğində pulun Cavabdeh firmasından alınaraq İddiaçı ödənilməsi, İddiaçı qanunsuz icarəyə verməklə əldə etdiyi 22.600 manat məbləğində pulun tutularaq Cavabdeh firmasına ödənilməsi və hər iki ödənişlərin eyni vaxtda icra edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 1xx-xx-1192 saylı müqavilə əsasında 1-ci zona, 8-ci sıra, 3-cü korpusda 33 kv.metrlik 36 saylı, xx xxxxxx 2011 -ci il tarixli 234-108-1193 saylı müqavilə əsasında 2-ci zona, 3-cü sıra, 4-cü korpusda 40 kv.metrlik 108 saylı və xx xxxxxx 2011-ci il tarixl i 179219-1194 saylı savlı müqavilə əsasında 1-ci zona, 7-ci sıra, 9-cu korpusda 50 kv.metrlik 219 saylı obyektlərə dair Cavabdeh firması sərəncam vermək hüququnu özündə saxlamaqla sahibkar İddiaçı istifadəsinə vermişdir. Həmin müqavilələrə əsasən firma sahibkardan istifadə-icarə haqqını vaxtlı vaxtında ödənilməsini tələb edə bilər və sahibkar onun istifadəsinə verilmiş ticarət obyektini firmanın yazılı razılığı olmadan üçüncü şəxsə icarəyə, sub icarəyə və istifadəyə verə bilməz. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında xx xxxxxx 2007ci il tarixdə 123 kv.metr sahəyə dair 36900 manat dəyərində bağlanmış bir müqavilə sonradan xx xxxxxx 2011-ci il tarixdə tərəflər arasında bağlanmış üç yeni müqavilələrlə əvəz edilmişdir. Yuxarıda qeyd olunan müqavilələr əsasında tica rət obyektləri İddiaçı istifadəsinə (icarəsinə) verilmişdir. Yeni müqavilələr hər iki tərəfin razılığı əsasında bağlanaraq heç bir qanunsuzluğa yol verilməmiş, məhkəmə iclasında həmin müqavilələrin etibarsızlığına dair hər hansı bir sübut təqdim edilməmiş və müqavilənin şərtlərinə əsasən tərəflər arasında bağlanmış əvvəlki müqavilə öz qüvvəsini itirmişdir. Bu səbəbdən də xx xxxxxx 2007-ci il tarixli müqavilənin qüvvədə hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, həmin müqavilə qüvvədə olmadığından və həmin müqavilənin yenidən bərpa edilməsi üçün heç bir əsas olmadığından ilkin iddia tələbində qoyulmuş digər tələblər də təmin edilə bilməz. Qarşılıqlı iddia ərizəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri İddiaçı Y usif oğl u tərəfindən pozulmuş, icarəyə götürdüyü ticarət obyektlərini firmanın yazılı və şifahi razılığı olmadan qeyri-qanuni üçüncü şəxsin istifadəsinə vermişdir. Müqavilənin şərtləri İddiaçı tərəfindən birtərəfli qaydada pozulduğundan həmin müqavilələr ləğv edilməlidir. Lakin Qaradağ rayon məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli 2(002)-1380/2011 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı həmin ticarət obyektlərinin tikintisi üçün firmaya 36900 manat pul ödəmişdir. Odur ki, tərəflər arasında bağlanmış müqavilələr ləğv edildiyindən İddiaçı ödədiyi həmin məbləğ Cavabdeh firmasında alınaraq ona ödənilməlidir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdi ki, İddiaçı istifadəsinə verilmiş sahəsi 33 kv.m olan ticarət obyektini X10 64 ay müddətinə 200 manat, 12 ay müddətinə isə 500 manat a icarəyə vermiş, 50 kv.m olan ticarət obyektini isə X3 76 ay müddətinə 50 manata icarəyə vermişdir. Göründüyü kimi İddiaçı müqavilənin şərtlərini pozaraq həmin ticarət obyektlərini icarəyə verərək firmanın razılığını almamış və qanunsuz gəlir əldə etməklə 22600 manat məbləğində vəsait əldə etmişdir. Odur ki, həmin məbləğ də İddiaçı alınaraq Cavabdeh firmasına ödənilməlidir. İddiaçı adından vəkili və nümayəndəsi Vəkil iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə məhkəmə vəsatətin əsassız olması nəticəsinə gəlmişdir. Belə ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə münasibətləri üzrə mübahisə xx xxxxxx 2017-ci il tarixdə yaranmışdır. Apelyasiya in stansiyası məhkəməsində birinci icraat İddiaçı vəkili və nümayəndəsi Vəkil Qaradağ rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilərək ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), X.Cəmilova və A.Hüseynov, iş № 2(103)-8134/2018) İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, həmin iş üzrə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbi qismən təmin edilərək, İddiaçı istifadəsində olan 1-ci zona, 8-ci sı ra, 3-cü korpusdakı 33 kv.metrlik 36-cı yerin, 2-ci zona, 3-cü sıra, 4-cü korpusdakı 40 kv.metrlik 108-ci yerin, 1-ci zona, 7-ci sıra, 9cu korpusdakı 50 kv. metrlik 219-cu yerin istifadəsinə cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılmış, ilk iddia tələbi qalan hissədə təmin edilməmiş, Cavabdeh firmasının cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, 2011-ci ildən iddiaçı həmin əqdlərin mövcudluğunu bildiyi və onlara qarşı etiraz etmədiyindən ilk iddiaçının əqdin etibarsız hesab edilməsi, xx xxxxxx 2007-ci il tarixdə Cavabdeh Ticarət Firmasının direktoru Y.Qədimbəyli ilə həmin mərkəzdə 123 kv.metr ticarət sahəsinin-dükanın tikintisi üçün bağladığı müqavilənin qüvvədə hesab edilməsi və həmin müqavilənin ondan g ötürülmüş əsil nüsxəsinin cavabdehdən alınaraq ona qaytarılması iddiası təmin oluna bilməz. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər vicdanlılığın tələb etdiyi tərzdə aralarında bağlanmış və Mülki Məcəlləyə zidd olmayan birgə fəaliyyət müqaviləsindən irəli gələn hüquqlarını və vəzifələrini icra etməlidirlər. Tərəflər arasında 2011-ci ildə bağanmış hər üç müqavilə 2007-ci ildə bağlanmış müqavilələrdən irəli gəldiyindən birgə fəaliyyətin razılaşdırılmış şərtləri həmin müqavilələrə də şamil olunur. Bu baxımdan iddiaçının birgə fəaliyyət çərçivəsində onun vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahəsinin onun sahiblik və istifadəsinə verilməsi, bununla bağlı cavabdehin yaratdığı maneələrin aradan qaldırılması tələbi əsaslıdır və təmin edilməlidir. Apell yasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona vurulmuş mənəvi ziyana görə pul tələb edir. İddiaçı məhkəməyə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan vurulduğuna görə 20.000 manat ödənilməsini təsdiq edən heç bir mötəbər sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin oluna bilməz. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birgə fəaliyyət müqaviləsinin heç bir müddəası həmin əqdin icarə müqaviləsi olduğu barədə qənaətə gəlmək üçün əsas vermir. Belə ki, 2007-ci ildə bağlanmış müqavilədən aydın görünür ki, tərəflər ticarət mərkəzinin inşası ilə bağlı öz vəsaitlərini birləşdirmək qərarına gəlmiş və mübahisəli obyekt iddiaçının vəsaiti hesabına inşa edilmişdir. İddiaçı ilə bağlanmış 2007-ci ildəki müqavilələrdə cavabdehin istinad etdiyi 7.3-cü bəndində hətta gələcəkdə iddiaçının mübahsiəli obyektə mülkiyyət hüququ əldə edə bilməsi imkanı da nəzərdə tutulmuşdur. Apellyasiya instansiya məhkəməsi nəzərə almışdır ki, istər 2007-ci ildə bağlanmış müqavilələrdə və istərsə də, 2011-ci ildə bağlanmış müqavilələrdə iddiaçının gələcəkdə aylıq ödənişlər edəcəyi şərti də icarə haqqı kimi qəbul oluna bilməz. Əvvəla tərəflər özləri həmin ödənişi “icarə haqqı” deyil, “aylıq ödəniş” adlandırmışlar. Digər 2007-ci ildə bağlanmış müqavilənin 2.2 “q” bəndinə əsasən cavabdeh tikinti zamanı və tikinti başa çatdıqdan sonra ərazinin və mərkəzin mühafizəsini təmin etməyi öhdəsinə götürmüşdür. 2011-ci ildə bağlanmış müqavilədə də, analoji müddəalar əksini tapmışdır. Ərazinin mühafizəsi, idarə olunması və saxlanması müəyyən xərclər tələb edə bilər və cav abdehin həmin xərclərin bir hissəsi kimi qarşılıqlı razılıq əsasında mağaza sahiblərindən aylıq ödəniş alması ağlabatan və qanuna müvafiqdir. Bu məsələ ilə bağlı tərəflər arasında oturuşmuş işgüzar adətlər yaranmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında icarə hüquq münasibətinin yaranmadığı, birgə fəaliyyət müqaviləsi əsasında iddiaçının mübahisəli obyekt üzərində sahiblik və istifadə hüququnun mövcud olduğu müəyyən edilir. Birgə fəaliyyət müqaviləsində iddiaçının öz qanuni sahibliyində olan qeyri-yaşayış sahəsini üçüncü şəxslərə icarəyə (müvəqqəti istifadəyə, işlətməyə) vermək hüququna qadağan qoyan müddəalar yoxdur. Mülki qanunvericilik də iddiaçının belə bir hüququnu birbaşa qadağan etmir. Bu baxımdan iddiaçının mübahisəli obyekti üçüncü şə xslərə icarəyə (müvəqqəti istifadəyə, işlətməyə) verməsi tərəflər arasında bağlanmış müqavilənin pozuntusu, o cümlədən müqavilənin ləğvinə əsas verən əhəmiyyətli pozuntusu kimi qəbul edilə bilməz. Çünki istinad olunan bənddə sahənin üçüncü şəxslərin icarəyə verilməsindən deyil, bütövlükdə müqavilə üzrə öhdəliklərin və hüquqların üçüncü şəxsə verilməsindən gedir. İş üzrə iddiaçının birgə fəaliyyət müqaviləsindən irəli gələn hüquqlarını hər hansı üçüncü şəxsə verdiyi müəyyən edilmir. Ona görə də müqavilənin ləğvi tələbi əsassızdır və təmin edilə bilməz. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər Q.Allahverdiyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və Ə.Şadıyev, iş № 2(1 02)-1634/2019) Cavabdeh firması tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı uzun illərdir ki, firmanın razılığı olmadan, ticarət obyektini qeyri-qanuni yolla 3-cü şəxsə subicarəyə verməklə qüvvədə olan müqavilələrin 2.5-ci bəndinin tələblərini pozmuşdur. İddiaçı ilə ”Cavabdeh” firması arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli MİM/179-219-1194 saylı, xx xxxxxx 2011-ci il tarixli MİM/1xx-xx-1192 saylı və xx xxxxxx 2011-ci il tarixli MİM-234-108-1193 saylı müqavilələrdə iddiaçı tərəfindən subicarəyə vermək barədə hüquq veril məsi göstərilməmişdir. İddiaçının məqsədi ticarət obyektini qeyri-qanuni yolla 3-cü şəxslərə subicariyə verməklə qazanc əldə etmək olmuşdur. Ticarət obyektinin iddiaçı tərəfindən Cavabdeh firması ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli MİM/183361192 saylı müqavilə ilə ona icarəyə verilmiş 1-ci ərazi, 8-ci sıra, 3-cü korpusda yerləşən 36 nömrəli, 33 kv.m yeri 3-cü şəxs hesab edilən X10 qeyri qanuni icarəyə verməklə ayda 500 manat ondan almış və xx xxxxxx 2011-ci il tarixli MİM/179-219-1194 saylı müqavilə ilə ona icarəyə verilmiş 1-ci ərazi,7-ci sıra,9-cu korpusda yerləşən 219 nömrəli, 50 kv.m olan obyekti isə X1 isə ayda 50 manat icarəyə haqqı almışdır. Müqavilənin 2.5-ci bəndinə əsasən “Sahibkar ona istifadəyə verilmiş ticarət obyektini firmanın razılığı olmadan 3-cü şə xslərə icarəyə-istifadəyə verə, onu sata (notarial və digər qaydada) özəlləşdirə bilməz” Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddianı qismən təmin edərək, qarşılıqlı iddianı təmin etməyən apellyasiya instnasiyası məhkəməsi İddiaçı tərəfindən hər 2 mağazanı 3-cü şəxslərə Cavabdeh firmasının razılığı olmadan icarəyə verməsini həmin ticarət obyektlərinin faktiki olaraq subicarəçilərin istifadəsində olmasını obyektiv aydınlaşdırıb sübutları obyektiv qiymətləndirməmiş, qarşılıqlı iddianın təmin edilməməsinin səbəblərini əsaslandırmamışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov, iş № 2(103)6434/2019) iddiaçı (qar şılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-1398/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddiasının qismən təmin edilərək, İddiaçı Cavabdeh Ticarət Mərkəzində yerləşən 1-ci zona, 8-ci sıra, 3-cü korpusdakı 33 kv.metrlik 36-cı yerdən, 2-ci zona, 3-cü sıra, 4-cü korpusdakı 40 kv.metrlik 108-ci yerdən, 1-ci zona, 7-ci sıra, 9-cu korpusdakı 50 kv. metrlik 219-cu yerdən istifadəsinə maneçilik törədilməsinin Cavabdeh Firmasına qadağan edilməsi, ilk iddia üzrə qalan tələblərin təmin edilməməsi, ilk iddianın qaldırılması üçün ödənilmiş 30.4 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15.4 manat olmaqla, cəmi 4 5.8 manatın 15.8 manatının İddiaçı aid edilməsi, 30 manatının isə Cavabdeh Firmasından tutularaq İddiaçı ödənilməsi, Cavabdeh Firmasının cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh Firmasına aid edilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı, xx xxxxxx 2007-ci il tarixdə Cavabdeh Ticarət Firmasının direktoru Y.Qədimbəyli ilə həmin mərkəzdə 123 kv.metr ticarət sahəsinin, yəni dükanın tikintisi məqsədilə 3841 saylı birgə fəaliyyət haqqında müqavilə bağlamışdır. Razılaşmaya görə firma, tikintisini həyata keçirməklə İddiaçı 40, 50 və 33 kv.metrlik üç ədəd dükan təhvil verməyi, İddiaçı isə firmaya 36.900 manat məbləği ndə nağd pul ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər öhdəliklərini qarşılıqlı olaraq icra etmişlər. Belə ki, Cavabdeh firması topdan satış anbarlarının İddiaçı məxsus olması barədə xx xxxxxx 2007-ci il tarixdə bir ədəd (33 kv.metrlik anbar binasının), xx xxxxxx 2007-ci il tarixdə isə iki ədəd (50 və 40 kv.metrlik anbar binalarının) üç ədəd qeydiyyat vərəqəsi vermiş və həmin sahələr ilkin iddiaçının faktiki istifadəsinə təhvil verilmişdir. Eyni zamanda İddiaçı tərəfindən 36.900 manat məbləğində pul Cavabdeh firmasına ödənilmişdir. 2011-ci ildə həmin daşınmaz əşyalardan istifadə ilə bağlı tərəflər arasında mübahisə yaranmış və İddiaçı məhkəməyə müraciət etmişdir. Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh ticarət mərkəzində yerləşən 8-ci sıra 2-ci korpusda kı 33 kv.metrlik 42 saylı və 2ci zona, 3-cü sıra 4-cü korpusdakı 40 kv.metrlik anbar binalarının İddiaçı istifadəsinə verilməklə ona qaytarılması, həmin ticarət mərkəzində yerləşən 2-ci zona 4-cü sıra, 3-cü korpusun 50 kv.metrlik 93 saylı anbar binası söküldüyü üçün onun əvəzinə Cavabdeh ticarət mərkəzindən həmin zonadan eyni ölçüdə, oxşar şəraitli anbar binasının iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra xx.xx.2011-ci il tarixdə tərəflər arasında bağlanmış MİM/179-219-1194 saylı müqavilə ilə 1 zona, 7-cı sıra, 9-cu korpus, 219-cu yer, 50 kv.metr; MİM/1xx-xx-1192 saylı müqavilə ilə 1 zona, 8-ci sıra, 3-cü korpus, 36-cı yer, 33 kv.metr və MİM/234-108-1193 saylı müqavilə ilə 2 zona, 3-cü sıra, 4-cü korpus, 108-ci yer, 40 kv.metr ticarət məqsədi üçün ayrılmış obyektini Cavabdeh firması İddiaçı istifadəsinə verilmişdir. Həmin müqavilələri İddiaçı deyil, onun yerinə qardaşı Asəf Kərimov imzalamışdır. Bundan sonra ticarət sahələri İddiaçı istifadəsinə verilsə də, sonradan tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, müqavilələrin şərtləri və işin mübahisəsiz hallarından görünür ki, tərəflər ümumi sahəsi 123 kv.m. olan üç ədəd - 50 kv.m., 40 kv.m. və 33 kv.m.-lik ticarət sahələrinin Cavabdeh firması tərəfindən tikilib İddiaçı istifadəsinə verilməsi və sonuncunun obyektlərin dəyərini ödəməsi barədə razılaşmışlar. Cavabdeh firması, həmin sahələri tikərək iddiaçıya təqdim etmiş, iddiaçı isə onların ümumi dəyərini ödəmişdir. Bundan sonra iddiaçı, həmin mağazaları təhvil alaraq istifad ə etmişdir. Hətta bir müddət sonra Cavabdeh firması tərəfindən istifadəyə maneçilik törədildiyinə görə həmin sahələrin (əvəzinin) İddiaçı qaytarılması haqqında qanuni qüvvəsini almış məhkəmə qətnaməsi çıxarılmış və tərəflər bununla razılaşaraq eyni sahələrin istifadəyə verilməsi barədə 2011-ci ilin noyabr ayının 4-də yeni müqavilələr bağlamışlar. 2007-ci ildə bağlanmış müqavilənin giriş hissəsindəki müddəalardan görünür ki, tərəflər ticarət mərkəzinin inşası ilə bağlı öz vəsaitlərini birləşdirmək qərarına gəlmiş və mübahisəli sahələr ilkin iddiaçının vəsaiti hesabına inşa edilmişdir. Həmin müqavilənin 7.3cü bəndində hətta gələcəkdə ilkin iddiaçının sahəyə mülkiyyət hüququ əldə etmək imkanına da işarə edilmişdir. Bundan əlavə, 2011-ci ildə bağlanmış müqavilələrin 3.1-ci bəndinin məzmunundan aydın olur ki, Cavabdeh firmasının icarə haqqı kimi istinad etdiyi müddəalar icarə müqaviləsi üzrə icarəçinin ödəməli olduğu aylıq icarə haqqına dair razılaşma olmayıb, ticarət sahələrinin idarəçiliyinin həyata keçirilməsinə görə ödənişdir. Başqa sözlə, tərəflər həmin sahələrin saxlanılması, mühafizəsi, onlara müvafiq xidmət göstərilməsi və s. barədə ödəniş aparılmasına dair razılığa gəlmişlər. Təsadüfi deyil ki, müqavilələrin 2.2-ci bəndinin “f” yarımbəndində bu ödənişlər “icarə haqqı” kimi yox, “istifadə-icarə xərcləri” kimi qeyd olunmuşdur. Apellyasiya instansiya məhkəməsi müqavilələrdəki söz və ifadələrin hərfi mənasını deyil, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, qarşılıqlı münasibətlərində yaranmış praktika və işgüzar adətləri, habelə müqavilənin məzmununa daha çox uyğun gə lən mənanı nəzərə alaraq bu qənaətə gəlir ki, tərəflər icarə yox, podrat münasibətində olmuşlar. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı, sözügedən ticarət sahələrinin icarəçisi olmayıb, onlar üzərində Cavabdeh firması ilə bağladığı xx.xx.2011-ci il tarixli müqavilələlərdən irəli gələn istifadə hüquqları vardır. Bu baxımdan, ilkin iddiaçının öz istifadəsində olan ticarət sahələrini üçüncü şəxs(lər)in istifadəsinə verməsi qanunvericiliyə zidd deyil. Hər hansı qanuni əsas olmadan bu hüququn məhdudlaşdırılması isə yolverilməzdir. Odur ki, Cavabdeh firmasının mübahisəli ticarət sahələrindən İddiaçı istifadə etməsinə maneçilik törətməsi, 2011-ci ildə bağlanmış razılaşmalara icarə müqaviləsi kimi istinad etməsi, icarə haqqqının ödənilməməsini və İddiaçı mübahisəli sahələri fi rmanın icazəsi olmadan başqa şəxslərin icarəyə verilməsini əsas gətirərək müqavilələrin ləğv olunmasını və 22.600 manat subicarə haqqını tələb etməsi əsassızdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı ticarət sahələrinə qeyd olunan müqavilələrdən irəli gələn (və bu qətnamə ilə təmin olunan) istifadə hüquqları onun həmin əşyalar üzərində sahibliyini (o cümlədən bir vəziyyət olan sahibliyin pozuntusunun aradan qaldırılmasını) da əhatə edir. Belə ki, İddiaçı, dəyərini ödəyib tikilmiş sahələri təhvil aldığından onların qanuni sahibi sayılır. Sahibliyin pozulması isə qanunvericiliklə qadağan edilir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi haqqında tələbini əsaslı saymır. Belə ki, ilkin iddiaçı bu tələbin əsası kimi həmin müqavilələrin onun deyil, qardaşı tərəfindən imzalanmasını və qardaşına bu barədə səlahiyyət verməməsini göstərmişdir. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, İddiaçı həmin əqdlərin bağlanmasından məlumatlı olmuş, ona etiraz etməmiş və tərəflər arasında müqavilələrin şərtlərinə uyğun qarşılıqlı münasibətlər qurulmuşdur. Başqa sözlə, İddiaçı sözügedən ticarət sahələrinə əmlak marağının olmasını ortaya qoymuşdur. Mübahisə predmeti barədə hazırkı iddianın İddiaçı tərəfindən qaldırılması və sahələrdən istifadəyə törədilən maneçiliyin qadağan edilməsi tələbinin qoyulması da bu halı təsdiqləyir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və Ə.Nurməmmədov, iş № 2(102)-7840/2019) cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh firması tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamaqla qətnamə maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ilk iddianı qismən təmin edərək, qarşılıqlı iddianı təmin etməyən apellyasiya instansiyası məhkəməsi İddiaçı tər əfindən hər 2 mağazanı 3-cü şəxslərə Cavabdeh firmasının razılığı olmadan icarəyə verməsini, həmin ticarət obyektlərinin faktiki olaraq subicarəçilərin istifadəsində olmasını obyektiv aydınlaşdırıb sübutları obyektiv qiymətləndirməmiş, qarşılıqlı iddianın təmin edilməməsinin səbəblərini əsaslandırmamış, işdə adı 3-cü şəxslər kimi keçən X14 və X5 işə cəlb edilməmiş, onların izahatı dinlənilməmiş, Firma tərəfindən maneələrin hansı formada yaradılmasına aydınlıq gətirilməmiş, maneələrin nədə ifadə edildiyi müəyyən edilməmiş, ilkin iddia üzrə cavabdehin iddiaçıdan yeni müqavilə bağlamağı tələb etməsinin nədə öz əksini tapmasını göstərməmişdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İ manov (sədrlik edən və məruzəçi), R.Həsənov və V.Sadıqov, iş № 2(103)2995/2020) İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1398/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi birgə fəaliyyət müqaviləsini düzgün olaraq icarə müqaviləsi kimi tanımış və qanunvericiliklə icarə müqaviləsinə aid normaları tərəflər arasındakı hazırki münasibətə tətbiq etmişdir. Belə ki, iddiaçı cavabdehin əldə etdiyi 40329 manat pulun cavabdehin əsassız varlanmasına səbəb olduğundan ondan alınaraq iddiaçıya verilməsini tələb edir. Həmçinin iddiaçı tərəf qeyd olunan müqavilələr üzrə Cavabdeh Ticarət firmasına vaxtlı-vaxtında icarə haqlarının ödənilməsini bildirməklə aralarındakı münasibətlərin məhz icarə münasibətləri olmasını təsdiq edir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli müqavilələrin 2.2 “f” və “g” bəndlərindən görünür ki, iddiaçı ticarət obyektindən sahənin ölçülərinə görə istifadə-icarə xərclərinin ödənilməsini təmin etməli və iddiaçı ticarət obyektini özü işlətməlidir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında xx xxxxxx 2007-ci il tarixdə 123 kv.metr sahəyə dair 36900 manat dəyərində bağlanmış bir müqavilə sonradan xx xxxxxx 2011-ci il tarixdə tərəflər arasında bağlanmış üç yeni müqavilələrlə əvəz edilmişdir. Yuxarıda qeyd olunan müqavilələr əsasında ticarət obyektləri İddiaçı istifadəsinə (icarəsinə) verilmişdir. Yeni müqavilələr hər iki tərə fin razılığı əsasında bağlanaraq heç bir qanunsuzluğa yol verilməmiş, məhkəmə iclasında həmin müqavilələrin etibarsızlığına dair hər hansı bir sübut təqdim edilməmiş və müqavilənin şərtlərinə əsasən tərəflər arasında bağlanmış əvvəlki müqavilə öz qüvvəsini itirmişdir. Bu səbəbdən də xx xxxxxx 2007-ci il tarixli müqavilənin qüvvədə hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, həmin müqavilə qüvvədə olmadığından və həmin müqavilənin yenidən bərpa edilməsi üçün heç bir əsas olmadığından ilkin iddia tələbində qoyulmuş digər tələblər də təmin edilə bilməz. Qarşılıqlı iddia ərizəsinə münasibətdə isə apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri İddiaçı tərəfindən pozulmuş, icarəyə götürdüyü ticarət obyektlərini firmanın yazılı və şifahi razılığı olmadan qeyri-qanuni üçüncü şəxsin istifadəsinə vermişdir. Müqavilənin şərtləri İddiaçı tərəfindən birtərəfli qaydada pozulduğundan həmin müqavilələr ləğv edilməlidir. Lakin Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli 2(002)-1380/2011 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı həmin ticarət obyektlərinin tikintisi üçün firmaya 36900 manat pul ödəmişdir. Odur ki, tərəflər arasında bağlanmış müqavilələr ləğv edildiyindən İddiaçı ödədiyi həmin məbləğ Cavabdeh firmasında alınaraq ona ödənilməlidir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı istifadəsinə verilmiş sahəsi 33 kv.m olan ticarət obyektini X10 64 ay müddətinə 200 manat, 12 ay müddətinə isə 500 manata icarəyə vermiş, 50 kv.m olan ticarət obyektini isə X4 76 ay müddətinə 50 mana ta icarəyə vermişdir. Göründüyü kimi İddiaçı müqavilənin şərtlərini pozaraq həmin ticarət obyektlərini icarəyə verərək firmanın razılığını almamış və qanunsuz gəlir eldə etməklə 22600 manat məbləğində vəsait əldə etmişdir. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin məbləğ də İddiaçı alınaraq Cavabdeh firmasına ödənilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı hüquqi varisi X9 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2995/2020 nömrəli iş üzrə 03 iyun 2020-ci il tarixli qətnaməsini n ləğv edilərək ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı hüquqi varisi X6 vəkili Vəkil izahatlarında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2995/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci və 165.1-ci maddələrinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və o nu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 360.1. maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin), başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 360.2. maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. 354.2. maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdə dair mübahisə edə bilər. 385.1 -ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404-ci maddəs inə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqav ilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 683.1-ci maddəsinə əsasən kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mü hüm əsaslar verməsin. 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 700.1 -ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü oby ektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçiin kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. 752.1-ci və 762.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi is ə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89. 1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq tərəflər arasında bağlanmış müqavilə şərtlərinə istinad edərək, iddiaçının həmin müqavilədən irəli gələn öhdəliklərini pozması və lazımi qaydada icra etməməsi qənaətinə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası izah edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif q ərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə isə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin maddi və prosessua l hüquq normalarının tətbiqində səhvə yol verdiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışlar. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəl illər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı hüquqi varisi X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2995/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar